Ciddi olmağın əhəmiyyəti (komediya)
Ciddi olmağın əhəmiyyəti və ya Ciddi olmaq nə qədər vacibdir (ing. The Importance of Being Earnest) — Oskar Vayldın komediyasıdır. Komediyanın adı kalamburdan ibarətdir. İngilis dilində "ciddi" mənasını verən Earnest sözü Ernest adı ilə eyni səslənir. Bu ad pyesdə iki obrazı təmsil edir. Onların heç bir ciddi insan deyillər.
== Yazılışı və sonrakı taleyi ==
Əsər Vayldın 1890-cı illərin birinci yarısında "aşağı təbəqənin zövqləri naminə" yazdığı "yüksək təbəqə komediyaları" qrupuna aiddir". Əsərdəki hadisələr və personajlar dialoqun inkişafından əvvəl arxa plana keçirdi.
Tamaşanın əsas hadisəsi— iki eqoist, Cek Uorting və Alcernon Monkrifin iki qızla izdivacından bəhs edir. Süjet fars və melodramatik elementlərlə doludur — məsələn, hər iki qəhrəman sevdiyi qıza özünü bəyəndirmək üçün Ernest adlı şəxs olduqlarını iddia edirlər, lakin ifşa edilirlər.