orqanlar sözü azərbaycan dilində

orqanlar

Yazılış

  • orqanlar • 99.2827%
  • Orqanlar • 0.7173%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Orqanlar
Orqan (q.yun. ὄργανον — «alət») — oxşar funksiyaları olan toxuma qruplarıdır. Bitki və heyvan həyatı orqan sistemlərində mövcud olan bir çox orqandan asılıdır. Bir orqan, müəyyən bir orqanizmin digər funksional vahidlərindən təcrid olunmuş bir orqanizm daxilindəki funksional vahiddir. Bir orqanizmin orqanları öz funksiyalarında bir-biri ilə bir-birinə bağlıdırlar ki, orqan tez-tez müxtəlif orqan sistemlərinə birləşən orqanlar toplusudur. Bir orqan yalnız bədən daxilində sabit bir mövqe tutan və inkişafı ontogenez (orqanogenez) çərçivəsində izlənən toxuma və hüceyrələrin birləşməsinə deyilir. Hüceyrələrin və toxumaların orqan təşkili həm heyvanlar, həm də daha yüksək bitkilər üçün xarakterikdir. Yosunlar və digər çoxhüceyrəli və müstəmləkəçi protistlər, həmçinin göbələklər, bu terminin ciddi mənasında heç bir orqan yoxdur, çünki toxumaları yoxdur.
Rudiment orqanlar
Rudiment orqan — bioloji təkamül prosesində əsas funksiyasını itirmiş lakin saxlanılan orqanlardır. Rudiment orqanlar filogenezin yolunu müəyyən etməkdə kömək edir. Rudimentlər ölmüş və yeni orqanizmlərlə növlər arasında əlaqələri bərpa edir. Onlar həm də gərəksiz xüsusiyyətləri aradan götürən təbii seçməni təsdiqləyirlər. Alman anatomiyaçısı R. Viderşeym tərəfindən 1895-ci ildə ortaya atılan rudiment insan orqanları siyahısı apendiks, büzdüm sümüyü kimi təxminən 100 orqandan ibarət idi. (Apendiks, əsasən, apendisit kimi tanınan orqandır. Dilimizdə səhvən "apendisit" tələffüz edilən bu söz bu orqanın infeksiyaya uğramasına verilən addır). Ancaq elm inkişaf etdikcə Viderşeymin siyahısındakı orqanların hamısının orqanizmdə çox mühüm funksiya yerinə yetirdiyi məlum oldu. Məsələn, "rudiment orqan" hesab edilən apendiksin, əslində, orqanizmə daxil olan mikroblara qarşı mübarizə aparan limfa sisteminin bir hissəsi olduğu müəyyən edildi. Bu həqiqət 1997-ci il tarixli bir tibbi mənbədə belə bildirilir: Orqanizmdəki qalxanabənzər vəz, dalaq, apendiks, sümük iliyi kimi orqanlar limfa sisteminin hissələridir.
Vegetativ orqanlar
Vegetativ orqanlar — bitkilərdə fərdi yaşayışa kömək edən orqanlara aiddir. Ali bitkilərdə kök, yarpaq və gövdə vegetativ orqanlardır. Kökün vəzifəsi bitkini torpağa bərkitmək, torpaqdan suyu və suda həll olunmuş mineral maddələri sormaq, həmçinin maddələri bitkinin yerüstü hissəsinə ötürməkdir. Vegetativ orqanlar bitkinin mühüm orqanlarıdır. Yarpaqların əsas vəzifəsi bitkilərə lazım olan üzvü maddələri hazırlamaq, suyu buxarlandırmaq və qaz mübadiləsini təmin etməkdir. Yarpaqda əmələ gələn üzvi maddələr hesabına bitki öz bədənini qurur. Gövdə,üzərində yarpaqları əlverişli vəziyyətdə saxlayan və torpaqdan alınan qida maddələrinin yarpağa, yarpaqda hazırlanna üzvü maddələri isə köklərə və başqa orqanlara keçirən orqandır. Gövdənin əsas funksiyaları bitkinin kökü ilə yarpaqları arasında əlaqə yaratmaq və yarpaqları işığa çıxarmaqdır. Gövdənin üzərində yarpaqlar və tumurcuqlar olan cavan hissəsi zoğ adlanır. Bunlar ağac və kol bitkilərində əsas gövdə və budaqlardan fərqlənir.
Adventiv orqanlar
Adventiv orqanlar (lat. adventicius – yabancı) – bitkilərdə böyümə nöqtəsinin embrional toxumasından deyil, bir qədər yaşlı hissədən və müvafiq olmayan yerlərdə inkişaf edən orqanlar.
Cinsi orqanlar
Cinsiyyət sistemi — cinsi əlaqədə olmaq üçün nəzərdə tutulan orqanlardan ibarət sistem.
Azərbaycan Respublikasının dövlət orqanları
Azərbaycanın dövlət quruluşu — Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir. == Haqqında == Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Ənənəvi hakimiyyətlər bölgüsü konsepsiyasına uyğun olaraq Konstitusiya müəyyən edir ki, icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur, qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının parlamenti — Azərbaycan Respublikasının Milli Məclisi, məhkəmə hakimiyyətini isə müstəqil məhkəmələr həyata keçirirlər. Azərbaycan Respublikasının dövlət başçısı Azərbaycan Prezidentidir və o Azərbaycan xalqı tərəfindən seçilir. Azərbaycan Prezidenti Azərbaycan vitse-prezidentlərini və Azərbaycanın birinci vitse-prezidentini təyin edir. == Azərbaycan Prezidenti == Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur. Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər. Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir.
Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının siyahıları
== Şəhər icra hakimiyyətləri ==
Azərbaycan Respublikasının rayon icra hakimiyyəti orqanlarının siyahısı
== Şəhər icra hakimiyyətləri ==
Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanlarının siyahıları
== Şəhər icra hakimiyyətləri ==
Azərbaycan Respublikasının şəhər icra hakimiyyəti orqanlarının siyahısı
== Şəhər icra hakimiyyətləri ==
Azərbaycan Respublikasının şəhərdə rayon icra hakimiyyəti orqanlarının siyahısı
== Şəhər icra hakimiyyətləri ==
Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət və təhlükəsizlik orqanları
Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət və təhlükəsizlik orqanları, Azərbaycan Xalq Cümhuriyyəti ərazisində dövlət əleyhinə təxribatların qarşısını almaq, düşmənin casusluq fəaliyyətini aşkarlamaq, ölkənin maraqlarına uyğun məlumatların toplanması işlərini həyata keçirmək üçün yaradılmış kəşfiyyat, əks-kəşfiyyat və təhlükəsizlik qurumları. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət müstəqilliyinin qorunması, ərazi bütövlüyünün təmin edilməsi üçün ölkənin hərbi və daxili işlər nazirliklərinin üzərinə böyük vəzifələr düşürdü. == Baş Qərərgahın kəşfiyyat və əks-kəşfiyyat bölməsi == === Yaradılması === Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti 1919-cu ilin fevralın 25-də "Hərbi nazirliyin ştatları haqqında" qanun qəbul etdi. Qanunda Hərbi nazirliyin 38 istiqamət üzrə ştatları təsdiq edilmişdi. Nazirliyin general-kvartirmeyster idarəsinin nəzdində kəşfiyyat və əks-kəşfiyyat idarəsinin də yaradılması nəzərdə tutulmuşdu. === Strukturu === 1919-cu ilin martın 28-də hərbi nazir, general-leytenant Səməd bəy Mehmandarovun əmri ilə Azərbaycan Ordusu Baş Qərərgahının general-kvartirmeyster idarəsində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradıldı. General-kvartirmeyster idarəsinin tapşırıqlar üzrə ober-zabiti, kornet (Azərbaycan Xalq Cümhuriyyəti dövründə süvari hissələrdə ilk zabit rütbəsi) Ağalarov kəşfiyyat və əks-kəşfiyyat bölməsinin rəisi təyin edildi. Bölməyə 28 ştat vahidi verilmişdi: rəis, onun köməkçisi, kargüzar, 23 nəfər əməliyyat işçisi. Bölmənin rəisi alay komandiri, köməkçilərinin vəzifəsi isə batalyon komandiri vəzifəsinə bərabər tutulurdu. İlk vaxtlar bölmədə 12 nəfər xidmət edirdi.
Azərbaycan xüsusi xidmət orqanları rəhbərlərinin siyahısı
Azərbaycan xüsusi xidmət orqanları rəhbərlərinin siyahısı — 28 may 1918-ci ildən sonra ölkədə respublika quruluşu təyin edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycanın xüsusi xidmət orqanları rəhbərləri bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın xüsusi xidmət orqanları rəhbərləri (müxtəlif dövrlər və müxtəlif titullarla) sıralanmışdır.
Belarusun daxili işlər orqanları
Belarusun daxili işlər orqanları — Belarus Respublikasının hüquq-mühafizə orqanı. Milis, Belarus Respublikasının Prezidenti tərəfindən başqa hal müəyyən edilmədikdə, daxili işlər nazirinin qərarı ilə milis tapşırıqlarını yerinə yetirmək üçün yaradılan cinayətkar milislərdən, ictimai təhlükəsizlik milislərindən və digər bölmələrdən ibarətdir. Daxili işlər orqanları bu Qanun və Belarus Respublikasının digər qanunvericilik aktları ilə onlara həvalə edilmiş vəzifələrə uyğun olaraq cinayətkarlıqla mübarizə aparan, ictimai asayişi qoruyan və ictimai təhlükəsizliyi təmin edən dövlət hüquq-mühafizə orqanlarıdır Daxili işlər orqanları Belarus Respublikasının milli təhlükəsizlik sisteminin tərkib hissəsidir. == Tarixi == 4 mart 1917-ci ildə Minsk şəhərinin mülki komendantı Mixailov Mixail Aleksandroviçin əmri ilə (pasport məlumatlarına görə, əsl adı Mixail Vasilyeviç Frunze idi) Ümumrusiya Zemski İttifaqının müvəqqəti polis rəisi təyin edildi. Minsk şəhərində asayişin qorunması. Bu tarix Belarus polisinin doğum günü hesab olunur. Qomeldə ölkə milisinin yüz illiyi şərəfinə abidənin açılışı olub.
Hiss orqanları
Duyğu orqanları — insanın maddi dünya ilə kontaktı, ancaq bu beş duyğu orqanı vasitəsilə baş verir: Gözlər - Görmə Qulaqlar - eşitmə Dil- dad tanıma Burun - iy bilmə Dəri - lamisə Bunun xaricində istənilən duyğu maddi dünya xaricində baş verən proseslərdir. Yəni psixi proseslərin nəticəsidir.
Həşəratda ağız orqanlarının quruluş tipləri
Həşəratda ağız orqanlarının quruluş tipləri— Qidanın müxtəlifliyindən asılı olaraq, həşratda ağız orqanları müxtəlifdəyişikliyə uğramışdır. Bununla yanaşı onlar nə qədər dəyişsələr də və bir-birindən fərqlənsələr də ayrı-ayrı hissələrin quruluşuna və yerləşməsinə görə bir-birinə oxşardırlar. ağız orqanları üst dodaqdan, 3 cüt ağız ətraflarından və dilbənzər çıxıntıdan ibarətdir. Ağız ətraflarında bir cüt çənələr (mandibula) bir cüt alt çənələr (maksilla) və birdə buğumlu alt dodaq aiddir. Təkamül prosesində qidalanma xüsusiyyətindən asılı olaraq həşəratda bir neçə tip ağız orqanları inkişaf etmişdir:gəmrici, gəmirici-yalayıcı, sorucu, sancıcı-sorucu, kəsici-sorucu, yalayıcı. == Gəmirici tipli ağız orqanları == Gəmirici tipli ağız orqanları bərk qida ilə qidalanmağa uyğunlaşan həşəratada inkişaf etmişdir. Bu tip ağız orqanları buğumlanmamış üst çənələrdən, bir cüt buğumlu alt çənələrdən, xaricdən cüt olmayan alt dodaqdan ibarətdir. Ağızın üst hissəsində isə üst dodaq yerləşmişdir. Gəmirici ağız orqanlarında üst çənələr buğumsuz olmaqla yanaşı möhkəmdir, qidanın qoparılmasına və xırdalanmasına xidmət edir. Bu tip ağızlarda üst çənələr yaxşı inkişaf etmişdir.
Kəşfiyyat orqanlarının siyahısı
Bu, ölkələrə görə kəşfiyyat orqanlarının siyahısı. Bura yalnız hazırda fəaliyyət göstərən qurumlar daxildir.
Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı
Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı — hər ilin 28 mart ayında keçirilən Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü. == Tarixi == 1918-ci ildə Azərbaycan Xalq Cünhuriyyəti müstəqilliyini bərpa etdikdən sonra, 1919-cu il martın 28-də Azərbaycanda ilk milli təhlükəsizlik orqanı yaradıldı. Lakin azadlıq çox çəkmədi və 1920-ci ildə sovet ordusu tərəfindən Azərbaycan yenidən işğal edildi. Sovet İttifaqı süquta uğrayandan sonra 1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yarandı. Prezident Heydər Əliyevin 1997-ci il 23 mart tarixli fərmanı ilə 28 mart – Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olunub.
Qazaxıstanın hüquq-mühafizə orqanları
Qazaxıstanda hüquq-mühafizə işlərinə Sovet dövründən praktik olaraq dəyişməz qalan Qazaxıstan polisi və məhkəmələri tərəfindən həyata keçirilir və ölkənin Milli Təhlükəsizlik Komitəsi, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq arasında bölüşdürülür. 1998-ci ilə qədər Qazaxıstan polisi "milis" adlanırdı. == Təşkilat == Qazaxıstan polisi Daxili İşlər Nazirliyinin tabeliyindədir, Milli Təhlükəsizlik Komitəsi və Baş Prokurorluq isə müvafiq olaraq kəşfiyyat məlumatlarının toplanması və istintaqların aparılmasına cavabdehdir. 1992-ci ildən Qazaxıstan İnterpolun üzvü oldu. Onun hüquq-mühafizə orqanları Rusiya, Belarusiya, Özbəkistan, Ukrayna və Qırğızıstan hüquq-mühafizə orqanları ilə yaxından əlaqə saxlayır. == İnsan hüquqları == ABŞ-nin Qazaxıstandakı səfirliyinin veb saytında qeyd olunur ki, 2004-2005-ci illərdə Qazaxıstanda insan hüquqları vəziyyəti "qənaətbəxş qalır" və "hökumət öz səlahiyyətlərindən sui-istifadə etməyə davam edir". Freedom House müşahidəçi qrupu keçmiş Sovet dövlətini siyasi hüquqlara görə 6/7, vətəndaş azadlıqlarına görə isə 5/7 kimi qiymətləndirir (bu şkalada 7 ən aşağı, 1 isə ən yüksək qiymətdir) və onu "qeyri-azad" adlandırır. Human Rights Watch da daxil olmaqla müşahidəçilərin verdiyi məlumatlara əsasən, dekabrda keçirilən prezident seçkilərindən əvvəlki aylarda Qazaxıstanda siyasi özünüifadə hüququna məhdudlar tətbiq olunmuşdur. MKİ-nin "World fact book" adlı kitabında yazılıb ki, Qazaxıstan həbsxanalarında yatan 76.000 məhkumdan 1300 nəfəri 1995-ci ildə vərəmdən vəfat etmişdir, üstəgəl həbsxanalarda sıxlıq və işçi personalının az olması problemləri də müşahidə olunur. Dövlət tərəfindən həbsxana sisteminə edilən maliyyələşdirmə də kifayət etmir.
Ölkələrinə görə qanunverici orqanların siyahısı
== Qanunverici orqanların siyahısı ==
Özbəkistan Respublikasının Daxili işlər orqanları
Özbəkistan Respublikasının Daxili işlər orqanları ( özb. Oʻzbekiston Respublikasi Ichki ishlar organlari) — Özbəkistan Respublikasının Daxili İşlər Nazirliyinin tərkibində olan hüquq-mühafizə orqanı. 23 may 2019-cu ildə ölkə prezidenti Şavkat Mirziyayev "Özbəkistan Respublikasının bəzi qanunvericilik aktlarına cinayət prosesi iştirakçılarının hüquqlarının müdafiəsinin təmin edilməsi ilə bağlı dəyişikliklər və əlavələr edilməsi haqqında". Bununla da bir neçə mühüm sənəddə "polis" ifadəsi "daxili işlər orqanları" ilə əvəz edilmişdir. Bununla yanaşı, Özbəkistanda "polis" termini hələ də fəal şəkildə istifadə olunur. Bu, bu sözün uzun müddət işlədilməsi ilə, həmçinin "daxili işlər orqanlarının əməkdaşı" ifadəsinin tələffüzünün çətinliyi ilə bağlıdır. Özbəkistanda avtomobilləri və digər avadanlıqları üzərində "Polis" yazısı olan Özbəkistanın turist polisi formalaşdırılmışdır.
"Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993–2023)" yubiley medalı
"Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993–2023)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət təltifi. 14 iyul 2023-cü ildə təsis edilmişdir. == Tarixi və əsasnaməsi == "Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993–2023)" yubiley medalı Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 985-VIQD saylı Qanunu ilə təsis edilmişdir. Yubiley medalı ilə Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarında xidməti vəzifələrini həyata keçirərkən fərqlənən hərbi qulluqçular, mülki işçilər, veteranlar, habelə həmin orqanların fəaliyyətinin təmin olunmasında fəal iştirak edən və inkişafında xüsusi xidmətləri olan digər şəxslər və beynəlxalq tərəfdaşlar təltif edilirlər. Medala layiq görülən şəxslər Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi tərəfindən təltif edilirlər. "Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993–2023)" yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Təsviri == "Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993–2023)" yubiley medalının təsviri 2023-cü il 14 iyul tarixli Qanunu ilə təsdiq edilmişdir. Medalın ümumi təsviri "Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993–2023)" Azərbaycan Respublikasının yubiley medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 38 mm olan, hər bir guşəsi relyefli xətlərlə işlənmiş səkkizguşəli ulduz kompozisiyalı lövhədən ibarətdir. Medalın ön tərəfi Medalın ön tərəfində sarı rəngli səkkizguşəli ulduzun mərkəzində relyefli şüaların əhatəsində tünd yaşıl rəngli dairə yerləşdirilmişdir. Dairənin aşağı hissəsində "30 il" sözləri və həmin sözlərin altında "1993–2023" rəqəmləri yazılmışdır.
"Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)" yubiley medalı
"Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət təltifi. 14 iyul 2023-cü ildə təsis edilmişdir. == Tarixi və əsasnaməsi == "Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)" yubiley medalı Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 986-VIQD saylı Qanunu ilə təsis edilmişdir. Yubiley medalı ilə Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarında xidməti vəzifələrini həyata keçirərkən fərqlənən hərbi qulluqçular, mülki işçilər, veteranlar, habelə həmin orqanların fəaliyyətinin təmin olunmasında fəal iştirak edən və inkişafında xüsusi xidmətləri olan digər şəxslər və beynəlxalq tərəfdaşlar təltif edilirlər. Medala layiq görülən şəxslər Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi tərəfindən təltif edilirlər. "Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)" yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Təsviri == "Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)" yubiley medalının təsviri 2023-cü il 14 iyul tarixli Qanunu ilə təsdiq edilmişdir. Medalın ümumi təsviri "Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)" Azərbaycan Respublikasının yubiley medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 38 mm olan dairəvi lövhədən ibarətdir. Medalın ön tərəfi Medalın ön tərəfində tünd qızılı rənglə konturlanmış qızılı rəngli xarici dairənin orta hissəsində tünd mavi rəngli daxili çevrə yerləşdirilmişdir. Çevrənin daxilində səkkiz guşəli ulduz təsviri yaradan 8 ədəd rombşəkilli ornament və paralel 3 istiqamət üzrə üzü sağa tərəf hərəkət görüntülü 4 şüa təsviri verilmişdir.
Duyğu orqanları
Duyğu orqanları — insanın maddi dünya ilə kontaktı, ancaq bu beş duyğu orqanı vasitəsilə baş verir: Gözlər - Görmə Qulaqlar - eşitmə Dil- dad tanıma Burun - iy bilmə Dəri - lamisə Bunun xaricində istənilən duyğu maddi dünya xaricində baş verən proseslərdir. Yəni psixi proseslərin nəticəsidir.
"Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalı
"Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalı — Azərbaycan Respublikasının dövlət təltifi. == Əsasnaməsi == "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli 454-IVQD nömrəli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1. Təltif edilən şəxslər "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə miqrasiya orqanlarının xüsusi rütbəsi olan işçiləri aşağıdakılara görə təltif edilirlər: miqrasiya orqanlarında qulluqda xüsusilə fərqlənməyə və səmərəli fəaliyyətə görə; xidməti fəaliyyətdə əldə etdikləri nailiyyətlərə və xidməti vəzifələrinin icrasına nümunəvi yanaşdıqlarına görə; miqrasiya orqanlarının inkişafında göstərdikləri xüsusi xidmətlərə görə. Maddə 2. Təltif edən orqan Miqrasiya orqanlarının işçilərini "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə müvafiq icra hakimiyyəti orqanı təltif edir. Maddə 3. Taxılma qaydası "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır. == Təsviri == "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalının təsviri Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli 454-IVQD nömrəli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1.
Azərbaycan yerli icra hakimiyyəti orqanlarının siyahıları
== Şəhər icra hakimiyyətləri ==
"Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə" medalı
"Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə" medalı — Azərbaycan Respublikasının dövlət təltifi. 30 dekabr 2022-ci ildə təsis edilmişdir. == Tarixi və əsasnaməsi == "Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə" medalı Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 786-VIQD saylı Qanunu ilə təsis edilmişdir. Medalı ilə cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində xüsusi fərqlənən, daxili işlər orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən Azərbaycan Respublikası daxili işlər orqanlarının xüsusi rütbəsi olan əməkdaşları təltif edilirlər. Medala layiq görülən şəxslər Azərbaycan Respublikasının Prezidenti tərəfindən təltif edilirlər. "Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə" medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Təsviri == "Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə" medalının təsviri Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 786-VIQD saylı Qanunu ilə təsdiq edilmişdir. Medalın ümumi təsviri "Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə" medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş diametri 40 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir. Medalın ön tərəfi Medalın ön tərəfində hər bir guşəsi qabarıq olan səkkizguşəli lövhənin üzərində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir. Xarici və daxili çevrələrin arasında dekorativ naxış təsvir olunmuşdur.

"orqanlar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#orqanlar nədir? #orqanlar sözünün mənası #orqanlar nə deməkdir? #orqanlar sözünün izahı #orqanlar sözünün yazılışı #orqanlar necə yazılır? #orqanlar sözünün düzgün yazılışı #orqanlar leksik mənası #orqanlar sözünün sinonimi #orqanlar sözünün yaxın mənalı sözlər #orqanlar sözünün əks mənası #orqanlar sözünün etimologiyası #orqanlar sözünün orfoqrafiyası #orqanlar rusca #orqanlar inglisça #orqanlar fransızca #orqanlar sözünün istifadəsi #sözlük