əfqanlar sözü azərbaycan dilində

əfqanlar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • əfqanlar • 77.5362%
  • Əfqanlar • 22.4638%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əfqanlar
Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının məlumatlarına əsasən 2012 – ci ilin əvvəlinə ölkə əhalisinin cəmi sayının 25,500,100 (2011 – ci ilin əvvəlinə 24,485,600) nəfər olduğu ehtimal edilir . Ölkə əhalisinin milli tərkibini təşkil edən etnik qruplar : puştunlar, taciklər, həzaralar, özbəklər, türkmənlər, aymaqlar, bəluclar, qızılbaşlar, nuristanlılar, paşayilər və sairədir. Böyük Sovet Ensiklopediyasının II nəşri, III cildinin (1950-ci ildə çap edilib), 494-cü səhifəsində yazılıb: Əfqanıstanda indiyə qədər bütün ölkəni əhatə edən və nəticələri şübhə doğurmayan siyahıya alma aparılmadığından onun əhalisinin etnik tərkibi haqqında dəqiq məlumatlar yoxdur , bütün rəqəmlər müxtəlif mənbələrin qeyri-rəsmi təxmininə əsaslanır . Pan-İranizm ideyasını bəyənən və ona felən dəstək verən Avropanın "müstəqil sosial təşkilatları" İranda olduğu kimi Əfqanıstanda da Türk kökənli əhalinin sayını öz rəsmi məlumatlarında süni şəkildə azaldırlar . Əksər qərb mənbələrinə əsasən Əfqanıstanda Türk kökənli xalqlar ölkə əhalisinin təxminən 12%-ni təşkil edirlər (özbəklər-9% , türkmənlər-3%) . Ancaq Əfqanıstandakı Türk mənşəli etnik qrupların (əsasən Özbək və Türkmən) liderlərinin iddialarına əsasən həzaralar və çahar aymaqlar daxil edilmədən bütün Türk əsilli xalqlar Əfqanıstan əhalisi içində təxminən 35%-lik paya sahibdirlər (19% – özbəklər, 13% – türkmənlər , 3% – qızılbaşlar , qırğızlar , tatarlar , qaraqalpaqlar , qazaxlar) . Əfqanıstanda Türk toplumunu özbəklər , türkmənlər , qızılbaşlar , qırğızlar , qaraqalpaqlar , qazaxlar , tatarlar əmələ gətirirlər . Özbəklər – Əfqanıstanda puştun və taciklərdən sonra üçüncü ən böyük etnik qrupdurlar . sayları 4,000,000 nəfərdən çoxdur . Türkmənlər – sayları 900,000 nəfərdən çoxdur (bəzi təxminlərə görə 3,000,000 nəfərdir) .
Əfqanların Pakistandan deportasiyası
Əfqanların Pakistandan deportasiyası və ya rəsmi olaraq Qanunsuz Əcnəbilərin Repatriasiya Planı — Pakistan hökuməti tərəfindən elan edilmiş, etibarlı Pakistan vizası olmayan və ya vizasının müddəti bir ildən çox keçdiyi halda Pakistanda qalmış əcnəbi vətəndaşların, əsasən əfqanların repatriasiyasını nəzərdə tutan plan. İcrasına 1 noybar 2023-cü ildən start verilmişdir. Hökumət bu qeyri-qanuni əcnəbilərin, o cümlədən Əfqanıstan vətəndaşlarının repatriasiyası üçün hərtərəfli planı yekunlaşdırmışdır. Əcnəbilərin ölkədən çıxarılmasının motivi qeyri-qanuni fəaliyyət və zorakılığın, o cümlədən intihar hücumlarının artmasıdır. 1 noyabr tarixində 200,000 əfqan Pakistanı tərk etmək məcburiyyətində qalmışdır. Qanunsuz Əcnəbilərin Repatriasiya Planına qeyri-qanuni, qeydiyyatdan keçməmiş və ölkədə qalma müddəti keçmiş əcnəbilərin müəyyən edilməsi və deportasiya edilməsi daxildir. Repatriasiya prosesinin ardıcıl mərhələlərlə həyata keçirilməsi planlaşdırılmışdır. Pakistan Daxili İşlər Nazirliyi bu şəxslərin hərtərəfli skrininq edilməsindən sonra sərhədi keçməsinə kömək etmək üçün bütün ölkə üzrə 49 saxlama məntəqəsi yaratmışdır. Bu saxlama mərkəzləri Pəncabın bütün 36 rayonunda, üçü Hayber-Paxtunxvada, ikisi Sinddə və üçü Bəlucistanda yaradılmışdır. Federal paytaxt İslamabad və Gilgitdə də bir saxlama mərkəzi yaradılmışdır.

Oxşar sözlər

#əfqanlar nədir? #əfqanlar sözünün mənası #əfqanlar nə deməkdir? #əfqanlar sözünün izahı #əfqanlar sözünün yazılışı #əfqanlar necə yazılır? #əfqanlar sözünün düzgün yazılışı #əfqanlar leksik mənası #əfqanlar sözünün sinonimi #əfqanlar sözünün yaxın mənalı sözlər #əfqanlar sözünün əks mənası #əfqanlar sözünün etimologiyası #əfqanlar sözünün orfoqrafiyası #əfqanlar rusca #əfqanlar inglisça #əfqanlar fransızca #əfqanlar sözünün istifadəsi #sözlük