* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. Nə qoca, nə də cavan; ortabab, ortasin(li). Ortayaş(lı) qadın. – Musa qarabənizli, ortayaşlı, ortaboylu, qorxunc simalı bir tipdir. H.Cavid. Çayxana müdiri qapıda durub ortayaşlı bir kişi ilə danışırdı. Çəmənzəminli.
Azərbaycan dilinin izahlı lüğəti / ortayaş1 ORTAYAŞ(LI) Çayxana müdiri ..ortayaşlı bir kişi ilə danışırdı (Çəmənzəminli); ORTABAB Şərəf ortabab, qara və arıq övrətdi (C.Məmmədquluzadə).
Azərbaycan dilinin sinonimlər lüğəti / ortayaş