Osmanl sözü azərbaycan dilində

Osmanl

Yazılış

  • Osmanl • 75.0000%
  • osmanl • 25.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
"Hərb" medalı (Osmanlı imperiyası)
Hərb medalı — Osmanlı imperiyası tərəfindən yaradılmış hərbi medal. İngilislər tərəfindən Gelibolu ulduzu (The Gallipolli Star), almanlar tərəfindən isə Dəmir hilal (Eiserner Halbmond) deyə adlandırılmışdır. Sultan V Mehmed tərəfindən döyüşlərdə fərqlənənləri mükafatlandırmaq üçün yaradılmışdır. Bu medal daha çox I Dünya müharibəsi zamanı döyüşən Osmanlı hərbçilərinə və Osmanlı ərazisində döyüşən Osmanlı müttəfiqi olan dövlətlərin hərbçilərinə verilmişdir. == Dizaynı == Medalın üz tərəfindən beş guşəli qırmızı ulduz, onun ortasında göstərişli hilal vardır. Hilalın içində Osmanlı sultanı Mehmed Rəşadın tuğrası vardır. Bundan əlavə tuğranın altına, hicri təqvimə görə medalın verildiyi tarix olan 1333 (miladi 1915-ci il) ili işlənmişdir. == Taxılması == Rəsmi geyim zamanı medal formanın mərkəz tərəfinə, sağ sinə cibinni altına taxılırdı. Hər gün lent dəyişilməli idi. Lent formanın ikinci düymə yerindən birləşdirilirdi.
"Ləyaqət" medalı (Osmanlı imperiyası)
Ləyaqət medalı — 1890-cı ildən etibarən Osmanlı imperiyası tərəfindən verilməyə başlanan mülki və hərbi medaldır. == Haqqında == Qızıl və gümüş olmaqla iki növdən ibarətdir. Medal I Dünya müharibəsinin sonuna qədər Osmanlı imperiyasında verilmişdir. Medak cəmiyyətə örnək hesab edilən mülki şəxslərə də verilmişdir. 1905-ci ildə xeyirxah qadınlara da medal vermək üçün icazə verildi. Medalın qızıl və gümüş növlərində 25 mm olan həcmi dəyişməzdi. Medal dar, yaşıl yan cızgili lentlə əhatə edilirdi. I Dünya müharibəsi zamanı verilənlərə iki çapraz qılınc və hicri 1333 (1915) tarixi yazılı sancaq lentlə bağlanırdı.
"Müharibə" medalı (Osmanlı imperiyası)
Hərb medalı — Osmanlı imperiyası tərəfindən yaradılmış hərbi medal. İngilislər tərəfindən Gelibolu ulduzu (The Gallipolli Star), almanlar tərəfindən isə Dəmir hilal (Eiserner Halbmond) deyə adlandırılmışdır. Sultan V Mehmed tərəfindən döyüşlərdə fərqlənənləri mükafatlandırmaq üçün yaradılmışdır. Bu medal daha çox I Dünya müharibəsi zamanı döyüşən Osmanlı hərbçilərinə və Osmanlı ərazisində döyüşən Osmanlı müttəfiqi olan dövlətlərin hərbçilərinə verilmişdir. == Dizaynı == Medalın üz tərəfindən beş guşəli qırmızı ulduz, onun ortasında göstərişli hilal vardır. Hilalın içində Osmanlı sultanı Mehmed Rəşadın tuğrası vardır. Bundan əlavə tuğranın altına, hicri təqvimə görə medalın verildiyi tarix olan 1333 (miladi 1915-ci il) ili işlənmişdir. == Taxılması == Rəsmi geyim zamanı medal formanın mərkəz tərəfinə, sağ sinə cibinni altına taxılırdı. Hər gün lent dəyişilməli idi. Lent formanın ikinci düymə yerindən birləşdirilirdi.
"İmtiyaz" medalı (Osmanlı imperiyası)
"İmtiyaz" medalı və ya "İmtiyaz" nişanı (Osmanlı türkcəsi: ‏امتياز نشانی) - Sultan II Əbdülhəmid dövründən 1882-ci ildən etibarən Osmanlı imperiyası tərəfindən verilməyə başlanan mülki və hərbi medal. == Haqqında == Qızıl və gümüş olmaqla iki növdən ibarət olmuşdur. Qızıl medal müharibələrdə ən yüksək cəsarət göstərən Osmanlı hərbçilərinə verilirdi. I Dünya müharibəsi zamanı verilən medallarda çarpaz qılınc və üzərində verildiyi ilin yazıldığı sancaq olurdu. Məcidiyyə nişanında olan Sədaqət, Hamiyyət, Qayrət və Şücaət kəlimələri bu medalda da var idi. Medal xarici hərbiçilərə verilməmişdir. Lakin bunun tək istisnası I Dünya müharibəsi zamanı alman hərbçilərə verilməsidir. Medal birbaşa Sultan və ya onun adından hər hansısa yüksək vəzifəli dövlət rəsmisi tərəfindən verilirdi. Sahibinin ölümündən sonra medal sahibinin varislərinə keçə bilməzdi.
3-cü Ordu (Osmanlı)
3-cü Ordu Osmanlı Ordusunun tabeçiliyində olan ordulardan biri olmuşdur. İlk əvvəl Balkan ərazisində qurulsa da, sonradan dövlətin şimal və şərq hissələrini müdafiə etməyə cavabdeh olmuşdur. Balkan yarımadasında yerləşdiyi dövrdə 1908-ci ildə baş vermiş Yeni Türk İnqilabını dəstəkləmiş və bu hərəkatın hərbi qüvvələrinin özəyini təşkil etmişdir. Ordu mərkəzi müharibəyə qədərki dövrdə Selanik şəhəri olmuş, müharibə dövründə isə Ərzurum qalasına köçürülmüşdür. Məşhur zabitləri sırasında Ənvər Paşa və Mustafa Kamal Atatürk vardır. Birinci dünya müharibəsi ərzində Rus Qafqaz Ordusu, erməni könüllü diviziyaları və erməni milislərinə qarşı döyüşmüşdür. Bu dövrdə Sarıqamış döyüşündə ağır məğlubiyyətə uğramış, həmçinin Köprüköy və Ərzurum döyüşlərində də ərazi itirmişdir.
3-cü Ordu (Osmanlı imperiyası)

31 mart hadisəsi (Osmanlı)
31 mart hadisəsi (türk. 31 mart olayı) – İkinci Məşrutiyyətin elanından sonra hökumətə qarşı tərtib olunan böyük hərbi çevriliş. Nəticədə Sultan Əbdülhəmid taxtdan endirilərək Salonikiyə sürgünə göndərilmiş, yerinə kiçik qardaşı Mehmed Rəşad taxta çıxarılmışdır. == Hadisənin arxa planı == Rumi təqvimlə 31 mart 1325-ci ildə (miladi təqvimlə 13 aprel 1909) baş verdiyi üçün bu adla anılan hadisə İttihad və Tərəqqi cəmiyyətinin hakimiyyətinə qarşı yönəlmişdi. İkinci məşrutiyyətin elan edilməsindən sonra ən güclü siyasi təşkilata çevrilən və hökumət kabinetində iştirak etməsə də, hakimiyyətə tez-tez müdaxilə edən İttihadçılar iqtidarda qeyri-sabitlik yaratmışdı. 4 avqust 1908-ci ildə nazirlərin təyinatı məsələsində İttihadçılarla narazılığa düşən Səid Paşa hökuməti istehfa etdi və yerinə Kamil Paşa sədarətə gətirildi (5 avqust). Bu hadisə İttihadçılara qarşı olan müxalif qüvvələri daha da qəzəbləndirdi. Müxalif cəbhəni, 14 sentyabrda qurulan Əhrar cəmiyyətindəki Sultanzadə Səbahəddin bəy və tərəfdarları ilə İttihadçıları dindən dönmüş olaraq görən mühafizəkarlar təşkil edirdi. Digər yandan Avstriya-Macarıstan imperiyası Osmanlı məclisinə vəkil göndərilməsinin qarşısını almaq üçün 5 oktyabrda Bosniya-Herseqovinanı işğal etdi. Həmin gün Bolqarıstan müstəqilliyini elan etdi.
31 mart hadisəsi (Osmanlı imperiyası)

9-cu Ordu (Osmanlı)
9-cu Ordu Osmanlı Ordusunun tabeçiliyində olmuş ordulardan biridir. Birinci dünya müharibəsi ərzində Qafqaz cəbhəsində rus və erməni birləşmələrinə qarşı mübarizə aparmışdır. 7 iyun 1918-ci ildə əsası qoyulmuş, 3 aprel 1919-cu ildə ləğv olunmuşdur. == Birinci dünya müharibəsi == === iyun 1918-ci il Döyüş Nizamı === 1918-ci ilin iyun ayına olan məlumata əsasən, ordu aşağıdakı şəkildə formalaşmışdır: 9-cu Ordu (Mirliva Yaqub Şevki Paşa) 1-ci Qafqaz Ordu Korpusu (Mirliva Kazım Qarabəkir Paşa) 9-cu Qafqaz Piyada diviziyası, 10-cu Qafqaz Piyada diviziyası, 15-ci diviziya 4-cü Ordu Korpusu (Mirliva Əli İhsan Paşa) 5-ci diviziya, 11-ci diviziya, 12-ci diviziya Müstəqil Süvari briqadası === sentyabr 1918-ci il Döyüş Nizamı === 1918-ci ilin sentyabr ayına olan məlumata əsasən, ordu aşağıdakı şəkildə formalaşmışdır: 9-cu Ordu 9-cu Qafqaz diviziyası, 11-ci Qafqaz diviziyası, 12-ci diviziya, Müstəqil Süvari briqadası == Mudros müqaviləsindən sonra == === noyabr 1918-ci il Döyüş Nizamı === 1918-ci ilin noyabr ayına olan məlumata əsasən, ordu aşağıdakı şəkildə formalaşmışdır: 9-cu Ordu 3-cü Qafqaz diviziyası (Axıska) 9-cu Qafqaz diviziyası (Ərzincan) 10-cu Qafqaz diviziyası (Batumidən İstanbula keçmişdir) 11-ci Qafqaz diviziyası (Xoy) 36-cı Qafqaz diviziyası (Gümrü) 12-ci Qafqaz diviziyası (Sərdarabad) Müstəqil Süvari briqadası === 9-cu Ordu Müfəttişliyi, may 1919-cu il === 1919-cu ilin aprelində Şevkət Turqut Paşa, Cavad Paşa və Fevzi Çaxmaq Paşa İstanbulda gizli yığıncaq təşkil edirlər. Bu yığıncaqda "Üçlü And" adlanan hesabat hazırlanır və Vətənin müdafiəsi üçün ordu müfəttişliyinin qurulmasına icazə verilir. 30 aprel 1919-cu ildə Sultan VI Mehmed Baş Qərargah rəisi tərəfindən təklif olunan ordu müfəttişliklərinin qurulması barəsində olan qərarı təsdiqləmişdir.
9-cu Ordu (Osmanlı imperiyası)

Avstriya–Osmanlı müharibələri
Avstriya–Osmanlı müharibələri — Avstriya Habsburqları ilə Osmanlı imperiyası arasında, başlıca olaraq, Balkan yarımadasının şimal hissəsindəki və Macarıstandakı torpaqları ələ keçirmək uğrunda aparılan müharibələr. Osmanlının Şərqi Avropa ölkələrinə yürüşü nəticəsində başlamışdır. XIV–XV əsrlərdə Balkan yarımadasının xeyli hissəsini ələ keçirən Osmanlı ordusu Serbiya və Macarıstana hücuma başlamış, 1521-ci ildə Belqradı almış, 29 avqust 1526-cı ildə Mohaç döyüşündə macar-çex ordularına qalib gəlmişdi. 15 oktyabr 1529-cu ildə Osmanlı ordusu Vyana şəhərini mühasirəyə almış, lakin şəhəri tuta bilməmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Кэролайн Финкель «История Османской империи: Видение Османа» — Москва: АСТ, 2010.
Avstriya–Osmanlı müharibəsi (1529–1533)
Avstriya–Osmanlı müharibəsi — Avstriya ilə Osmanlı imperiyaları arasında uzun sürən müharibələrin birincisi. == Müharibə == 15 oktyabr 1529-cu ildə Osmanlı ordusu Vyana şəhərini mühasirəyə almış, lakin şəhəri tuta bilməmişdir. 1530-cu ildə Avstriya ilə Osmanlı arasındakı danışıqların pozulmasından sonra yenidən vəziyyət gərginləşmişdir. Sultan I Süleyman yürüşə keçmiş, lakin V Karlın ordusu Osmanlı qoşunlarının qarşısını almışdır. == Sülh == 23 iyul 1533-cü ildə İstanbulda Avstriya–Osmanlı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə görə Macarıstan krallığının qərbi və şimal-qərbi hissəsi Avstriyaya keçmişdir. Əvəzində Avstriya hər il sultana xərac verməli idi. == İstinadlar == == Əlavə ədəbiyyat == Buchmann B. M. Österreich und das Osmanische Reich. Eine bilaterale Geschichte. — Wien: WUV-Universitätsverlag, 1999.
Avstriya–Osmanlı müharibəsi (1540–1547)
Avstriya–Osmanlı müharibəsi — Avstriya ilə Osmanlı imperiyaları arasında aparılan müharibələr ardıcıllığından ikincisi. Bu müharibə Macarıstan uğrunda getmişdir. == Müharibə == Sultan I Süleymanın ordusu Macarıstanda 1541-ci ildə Budanı və 1543-cü ildə Esterqom qalasını almışdır. Müharibə 1547-ci il İstanbul müqaviləsinə əsasən nəticlənmiç, Macarıstan krallığı üç hissəyə bölünmüşdür. Qərb və şimal hissəsi Habsburqların hakimiyyətində, mərkəzi hissəsi sultan canişinlərinin idarəsində qalmış, şimal hissəsinin hakimləri isə Osmanlının vassalları hesab olunmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Hammer-Purgstall J. von. Histoire de l’empire ottoman. T. II. — P.: Bethune et Plon, 1844 Габсбурги, Венгрия, Трансильванское княжество и Османская империя в XVI в. // Османская империя и страны Центральной, Восточной и Юго-Восточной Европы в XV—XVI вв. — М.: Наука, 1984 История Венгрии.
Avstriya–Osmanlı müharibəsi (1552–1559)
Avstriya–Osmanlı müharibəsi — Avstriya ilə Osmanlı imperiyaları arasında aparılan müharibələr ardıcıllığından ikincisi. Bu müharibə Transilvaniya uğrunda getmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Hammer-Purgstall J. von. Histoire de l'empire ottoman. T. II. — P.: Bethune et Plon, 1844 Габсбурги, Венгрия, Трансильванское княжество и Османская империя в XVI в. // Османская империя и страны Центральной, Восточной и Юго-Восточной Европы в XV—XVI вв. — М.: Наука, 1984 История Венгрии.
Avstriya–Osmanlı müharibəsi (1566–1568)
Avstriya–Osmanlı müharibəsi — Avstriya ilə Osmanlı imperiyaları arasında aparılan müharibələr ardıcıllığından üçüncüsü. Bu müharibə Transilvaniya uğrunda getmişdir. 1562 və 1568-ci illərdə bağlanan sülh müqavilələrinə görə, Osmanlı imperiyası ilə Habsburqlar imperiyası arasındakı sərhəd olduğu kimi qalmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Hammer-Purgstall J. von. Histoire de l'empire ottoman. T. II. — P.: Bethune et Plon, 1844 Габсбурги, Венгрия, Трансильванское княжество и Османская империя в XVI в. // Османская империя и страны Центральной, Восточной и Юго-Восточной Европы в XV—XVI вв. — М.: Наука, 1984 История Венгрии. Т. I. — М.: Наука, 1971 Контлер Л. История Венгрии. Тысячелетие в центре Европы.
Avstriya–Osmanlı müharibəsi (1663–1664)
Avstriya–Osmanlı müharibəsi — Avstriya ilə Osmanlı imperiyaları arasında aparılan müharibələr ardıcıllığından dördüncüsü. == Müharibə == 1 avqust 1664-cü ildə Sentqothard döyüşündə Avstriya və Macarıstan ordusu Osmanlı qoşunlarını məğlub etmişdir. 1664-cü ildə imzalanan Vaşvar sülh müqaviləsinə əsasən Osmanlı qoşunları Transilvaniyadan çıxarılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Ágoston, Gábor. The Last Muslim Conquest: The Ottoman Empire and Its Wars in Europe. Princeton University Press. 2021. Gagliardo, John G. Germany under the Old Regime 1600-1790. Routledge. 1991.
Avstriya–Osmanlı müharibəsi (1716–1718)
Avstriya–Osmanlı müharibəsi — Avstriya ilə Osmanlı imperiyaları arasında aparılan müharibələrdən biri. == Müharibə == Avstriya–Osmanlı müharibəsi 1716-cı ildə Avstriya Venesiyanın tərəfində Osmanlıya qarşı müharibə elan etməsi ilə başlamışdır. 1718-ci ildə imzalanmış Pojarevas sülh müqaviləsinə görə Belqrad, Şimali Serbiya, Şimali Bosniya və s. ərazilər Avstriyaya keçmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Кэролайн Финкель «История Османской империи: Видение Османа» — Москва: АСТ, 2010. ISBN 978-5-17-043651-4 ПОХОДНЫЙ ЖУРНАЛЪ 1716 ГОДА — Санктпетербургъ,1855 год.
Avstriya–Osmanlı müharibəsi (1787–1791)
Osmanlı-Avstriya müharibəsi — Osmanlı İmperiyası ilə II Yekaterinanın başçılıq etdiyi Rusiya imperiyasının müttəfiqi olan Müqəddəs Roma İmperiyasına bağlı olan Avstriya hersoqluğu arasında baş vermiş döyüşdür. Avstriyanın kiçik bir torpaq qazancı ilə nəticələnmişdir. == Səbəbləri == İmperator II İosif Müqəddəs Roma İmperiyasını əvvəlki gücünə qaytarmaq üçün çalışırdı. Maarifçilik mütləqiyyətini qəbul edən imperatorlardan biri kimi imperiyada və Avstriya hersoqluğunda bir sıra islahatlar apardı. Həmçinin, Bavariyanı əldə etməyə və lazım olduqda, Belçika (Avstriya Hollandiyası) və ya torpaq mübadiləsi ilə yayılmasına yönəlmiş bir siyasət yürüttü. Ancaq qarşısına özündən daha güclü bir orduya sahib olan Prussiya kralı II Fridrix çıxdı. Bu uğursuzluq imperatoru cənubdakı Osmanlı İmperiyasına istiqamətli başqa bir ekspansionist siyasətə sövq etdi. Bu şəkildə imperator 1735–1739-cu illər Osmanlı-Rus-Avstriya müharibəsindən qisas almağı və itirilmiş əraziləri geri almağı planlaşdırdı. Həmçinin, o, 1768–1774-cü illərdə Osmanlı-Rus müharibəsində itirilmiş yerləri və Rusiya işğalı altında olan Krımı geri almağı planlaşdırırdı. Rusiya İmperiyası ilə çox yaxın əlaqələrə sahib olan imperator, Osmanlı İmperiyasını 1787-ci ildə Rusiyaya müharibə elan etmək üçün bir fürsət olaraq gördü və dərhal ruslarla ittifaq yaratdı və Osmanlılara müharibə elan etdi.
Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı dövlətində diplomatik nümayəndəliyi
Azərbaycanın Türkiyədə Diplomatik Nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətini Osmanlı dövlətində təmsil edən elçilik. Azərbaycanla Türkiyə arasında ilk diplomatik təmaslar 1918-ci ilin yazında Trabzon və Batum sülh konfranslarından başlandı. 1918-ci il iyunun 18-də isə Azərbaycan Hökuməti İstanbula ilk nümayəndə heyəti göndərdi. Türkiyə hökuməti və rəsmi dairələrində yaxşı tanınan Məhəmməd Əmin Rəsulzadənin başçılıq etdiyi nümayəndə heyətinə Xəlil bəy Xasməmmədov və Aslan bəy Səfikürdski daxil idilər. Nümayəndəlik İstanbulda keçirilməsi nəzərdə tutulan beynəlxalq konfransda iştirak etməli idi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti nümayəndə heyətinə, həmçinin, Osmanlı dövləti ilə hərbi, iqtisadi, nəqliyyat və maliyyə sahələri üzrə müqavilələr bağlamaq üçün etimadnamə vermişdi. İyunun 24-də İstanbula çatan Azərbaycan nümayəndələri Osmanlı hökumətinin başçısı Tələt paşa və digər hökumət üzvləri ilə görüşlər keçirməyə, Azərbaycan Xalq Cümhuriyyəti haqqında türk ictimaiyyətinə məlumatlar çatdırmağa başladılar, mətbuata çoxsaylı müsahibələr verdilər. Nümayəndələr Azərbaycanın öz müstəqilliyini elan etməsini beynəlxalq aləmə bildirmək üçün də mühüm addımlar atdılar. İstiqlal bəyannaməsinin tam mətnini İstan-bulda olan bütün səfirlik və konsulluqlara təqdim etdilər, Almaniya, Avstriya-Macarıstan və Bolqarıstan diplomatları ilə görüşlər keçirdilər. 1918-ci ilin yayında Birinci dünya müharibəsi (1914–18) cəbhələrində Dördlər ittifaqının uğursuzluqları İstanbul konfransının başlanmasına imkan verməsə də, Azərbaycan nümayəndəliyi Osmanlı hökuməti üzvləri ilə çox əhəmiyyətli razılaşmalara nail oldu.
Bir Zamanlar Osmanlı
Bir zamanlar Osmanlı (türk. Bir Zamanlar Osmanlı) — Türkiyənin TRT 1 telekanalında yayımlanan teleserial. Osmanlı İmperatorluğunda Patron Xəlil üsyanından bəhs edən tarixi serial.
Bir zamanlar Osmanlı (teleserial)
Bir zamanlar Osmanlı (türk. Bir Zamanlar Osmanlı) — Türkiyənin TRT 1 telekanalında yayımlanan teleserial. Osmanlı İmperatorluğunda Patron Xəlil üsyanından bəhs edən tarixi serial.
Bir zamanlar Osmanlı (teleserial, 2012)
Bir zamanlar Osmanlı (türk. Bir Zamanlar Osmanlı) — Türkiyənin TRT 1 telekanalında yayımlanan teleserial. Osmanlı İmperatorluğunda Patron Xəlil üsyanından bəhs edən tarixi serial.
Birinci Osmanlı-Misir müharibəsi
Birinci Osmanlı-Misir müharibəsi və yaxud Birinci Suriya müharibəsi — 1831–1833-cü illərdə Osmanlı imperiyası ilə Misir əyaləti arasında Kavalalı Mehmed Əli Paşanın Yunan üsyanı zamanı sultana kömək etdiyinə görə mükafat olaraq Böyük Suriyanı nəzarətə götürməsini tələb etməsi nəticəsində yaranan hərbi münaqişə. Nəticədə Misir qüvvələri müvəqqəti olaraq Suriya üzərində nəzarəti ələ keçirərək Kütahyaya qədər şimala doğru irəlilədilər. Müharibədə Rusiya imperiyası da dolayısı ilə iştirak edib. == Tarixi == Kavalalı Mehmed Əli Paşanın hakimiyyəti altında Misir faktiki olaraq Osmanlı imperiyasından asıllılığını minimuma endirmişdi. Misrin müstəqilliyuə can atması sultanın və onun hökumətinin narazılığına səbəb oldu.Hələ 1813-cü ildə Misirlə Ərəbistan vəhhabiləri arasında gedən müharibə zamanı İstanbul Mehmed Əli Paşanı daha sadiq bir fiqurla əvəzləməyə çalışırdı. Sultan Mehmed Əli Paşanın yaxın adamlarından biri olan Lətiv Paşanı Misirə vali təyin etmək haqda fərman verdi. Lakin onun bu cəhdi uğursuzluqla başa çatdı. 1813-cü ilin dekabrında Lətiv Paşa tutuldu və boynu vuruldu.Misir Yunan üsyanı zamanı Osmanlı imperiyasını dəstəklədi. Bunun üçün Mehmed Əli Paşa türk Sultan II Mahmuddan bir sıra torpaqlar istədi. O, 1822-ci ildə Kriti, 1824-cü ildə isə oğlu Kavalalı İbrahim Paşa üçün Moreya paşalığını paşalığını alıb Suriyaya birləşdirdi.
Ceyhun Osmanlı
Ceyhun Yunis oğlu Osmanlı (30 yanvar 1982, Bakı) — ictimai-siyasi xadim, tədqiqatçı və analitik, Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış deputatı, "İrəli" İctimai Birliyinin təsisçisi və ilk sədri (2008–2012), Azərbaycan Yaşıllar Hərəkatınının sədri, TLM – Təşəbbüslər və Layihələr Mərkəzinin təsisçisi və direktoru. == Həyatı == Ceyhun Osmanlı 30 yanvar 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1989–1999-cu illərdə Bakıda orta təhsil almış, 1999-cu ildə Bakı Dövlət Universitetinə daxil olmuşdur. 2003-cü ildə politologiya ixtisası üzrə bakalavr pilləsini, 2005-ci ildə həmin ixtisas üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.Ceyhun Osmanlı 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin aspirantura pilləsinə daxil olmuş və 2015-ci ildə iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Dosentdir. 2007-ci ildə Varşava Universiteti və Polşa Təhlükəsizlik Akademiyası tərəfindən təşkil edilən "SENSE" proqramının, 2008-ci ildə Harvard Universitetinin "Liderlər inkişafda" proqramının, 2018-ci ildə İsveçin KTH Kral Texnologiya İnstitutunun "Milli və institutsional səviyyədə keyfiyyətin təminatı" proqramının, Litvanın EKT – İqtisadi Konsaltinq və Tədqiqat Mərkəzinin "Ali təhsil müəssisələrində keyfiyyətin təminatı sisteminin inkişafı" proqramının, 2019-cu ildə Böyük Britaniyanın "EduCare Learning Ltd."-nin "Gənclərin qorunması" proqramının, Böyük Britaniyanın Midlseks Universitetinin "Keyfiyyətin təminatı sistemlərinin yaradılması və inkişafı" proqramının iştirakçısı olmuşdur. 2019-cu ildə İsveçrənin Montrö Biznes Məktəbinin fəxri professoru adına layiq görülmüşdür. 2012-ci ilin aprel ayından Texasın fəxri vətəndaşıdır.Azərbaycan, rus, ingilis və türk dillərini bilir. Üç övladı var. == İctimai fəaliyyəti == Universitet illərindən ictimai fəaliyyətə başlayan Ceyhun Osmanlı 1999-cu ildə "Azərbaycan Könüllüləri" İctimai Birliyini təsis etmişdir.
Dağılma dönəmi Osmanlı sədrəzəmləri
Dağılma dövrü Osmanlı sədrəzəmlərinin siyahısı, İzzət Mehmed Paşadan Əhməd Tofiq Paşaya qədər, yəni 1773-1922 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2011 ••••••••••• 0.09
2017 •••••••••••••••••••• 0.16

"osmanl" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#osmanl nədir? #osmanl sözünün mənası #osmanl nə deməkdir? #osmanl sözünün izahı #osmanl sözünün yazılışı #osmanl necə yazılır? #osmanl sözünün düzgün yazılışı #osmanl leksik mənası #osmanl sözünün sinonimi #osmanl sözünün yaxın mənalı sözlər #osmanl sözünün əks mənası #osmanl sözünün etimologiyası #osmanl sözünün orfoqrafiyası #osmanl rusca #osmanl inglisça #osmanl fransızca #osmanl sözünün istifadəsi #sözlük