Oyunçuların sayı (futbol)
Üçüncü futbol qaydaları meydanda oyunçuların sayını və oyunçuların dəyişdirilmə üsülünü müəyyən edir.
== Oyunçuların sayı ==
Futbolda iki komanda bir biri ilə qarşılaşır və hər biri, qapıçıda daxil olmaqla, 11 oyunçulardan ibarətdir. Hər komandada ən azı 7 oyunçu olmalıdır, əks halda oyun başlaya bilməz. Ehtiyat oyunçuların sayı isə, yarışın reqlamenti müəyyənləşdirir, amma üç-yeddi civarında olmalıdır.
== Əvəzləmələrin maksimum sayı ==
FİFA və ya başqa milli federasiyalarının bayrağı altında keçirilən oyunlarda, maksimal əvəzləmə üçə bərabərdir.
Milli liqaların oyunlarında əvəzləmə maksimum altıya qaldırıla bilər
Qalan oyunlarda isə iki komanda arasında razılaşmaya əsasən daha çox əvəzləmə etmək olar, amma hakim oyun başlamdan öncə xəbər olunmalıdı. Əgər hakim xəbərdar olmasa və yaxud komandaları ortaq razılaşmaya gələ bilmədilərsə,onda 6 əvəzləmədən artığ əvəzləmə etmək olmaz.
Hər bir halda ehtiyat oyunçuların adları oyun öncəsi müəyyən edilməlidir. Əgər oyunçu hakimə verilən siyahıda yoxdursa, o, oyunda iştirak edə bilməz.
== Dəyişiklik proseduru ==
Hakim əvəzləmə haqda bildiriş almalıdır
Əvəzləmə ancaq oyun dəyandıqda baş verə bilər və yeni oyunçu meydanın ortasından girməlidir
Ehtiyat oyunçu meydana daxil olmağı üçün, əvəz etdiyi futbolçu oyundan çıxmalıdır.