* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. köhn. 1. Padşah vəzifəsi; şahlıq. Məlik Çoban çox ədalətlə padşahlıq etməyə, camaatla yaxşı rəftar etməyə başladı. (Nağıl). 2. Padşah tərəfindən idarə olunan dövlət quruluşu; şahlıq, imperatorluq. Padşahlığı yıxmaq. – Xəlifədən gələn nümayəndələr də Qızıl Arslanın padşahlığı qəbul etməsini təklif edirdilər. M.S.Ordubadi. 3. Bir padşahın hakimiyyəti altında olan ərazi, ölkə, məmləkət. Padşahlığı idarə etmək. 4. Padşaha mənsub, padşah hökumətinə məxsus; dövləti. [Vəli bəy:] Padşahlıq dumasının vəkili olmaq xatalı işdir. S.S.Axundov. [Ağa Məhəmməd şah Qacar:] Rəiyyət məhəbbəti qazanmaq padşahlığın ilk vəzifəsidir. Ə.Haqverdiyev.
Azərbaycan dilinin izahlı lüğəti / padşahlıq1 PADŞAHLIQ [Mirzə Yəhya:] Yox, Qurban, yox, padşahlıq mənim əlimdən gəlməz (A.Şaiq); ÇARİZM ..General formasında çəkilmiş Hacının şəklində isə Bakı milyonçusu xalqı çarizmə satan bir sərvətdar kimi tənqid edirdi (A.Şaiq); ÇARLIQ Yox, nə Rusiyada çar quruluşu xoşaxoşluqla getmişdi, nə də çarlıq yıxılandan sonra bu ucqarlarda əmələ gələn “Milləti-hürriyyət” hökuməti xoşaxoşluqla getmək istəyir! (S.Rəhimov); XAQANLIQ Çopo: Okabayın bu hərəkətini xaqanlıq eşqinə düşməsi ilə mərbut götürürlər (Çəmənzəminli); XANLIQ Şah: Doğrusu, Mirzə Taqi, mən hələlik xanlığın ləğvinə razı ola bilmərəm (C.Cabbarlı); ŞAHLIQ Şah Abbas: Dələduz. Bilirəm, hamınızın ürəyinizdən şahlıq keçirdi (A.Şaiq); ŞƏHRİYARLIQ Elxan: İki addımlığımızda Şirvan şəhriyarlığı da ona qarşı çarpışır (C.Cabbarlı); HÖKMDARLIQ (bax), QEYSƏRLİK, MƏLİKLİK.
Azərbaycan dilinin sinonimlər lüğəti / padşahlıq1 сущ. куьгьн. 1. пачагьвал, пачагьдин везифа; шагьвал; 2. пачагьди идара ийизвай девлетдин къурулуш; 3. пачагьлугъ, са пачагьди идара ийизвай чка, уьлкве, мемлекат; 4. пачагьдиз махсус, пачагьди идара ийизвай гьукуматдиз махсус; пачагьвилин.
Azərbaycanca-ləzgicə lüğəti / padşahlıq