padşahlığı sözü azərbaycan dilində

padşahlığı

Yazılış

  • padşahlığı • 80.0000%
  • Padşahlığı • 20.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aksum padşahlığı
Aksum krallığı və ya Aksum padşahlığı — Efiopiyanın şimalında qədim dövlət. İndiki Sudan ərazisi də Aksum krallığına aid olmuşdur. Adı Aksum şəhərindən götürülmüşdür. Aksum krallığı haqqında ilk məlumat II əsrə aiddir. Əsasən II-XI əsrlərdə aid olmuşdur. Hindistandan və Şərqi Afrikadan Aralıq dənizinə gedən ticarət yollarının Aksum krallığından keçməsi onun iqtisadi inkişafına yardım etmişdir. == Tarixi == Aksum krallığı e.ə. I minillikdə Cənubi Ərəbistanda mövcud olmuş Sami mənşəli Sah krallığınin yerində qurulmuşdur. III əsrin axırlarında Aksum krallığı çox güclənmiş və III-VI əsrlərdə Afrikanın şimal-şərqindəki ən böyük ticarət mərkəzi olmuşdur. İsgəndəriyyədən Nil sahillərinə qədər olan ərazidə bütün ticarət bu krallığın nəzarəti altında gerçəkləşmişdir.
Allahın Padşahlığı
Allahın Padşahlığı (yunan: βασιλεία τοῦ θεοῦ, Basileya tu Teu; lat. Regnum Dei) yaxud Səmavi Padşahlıq (ivrit: מלכות השמים, Malkut ha-şamayim; yunan: Βασιλεία τῶν Ουρανῶν, Basileya ton Uranon) — xristianlığın əsas anlayışı, İncilin — İsa Məsihin Müjdəsinin baş mövzusu. İsa Məsihin müasirləri olan yəhudilər bu anlayışı İsrailin siyasi, hərbi qələbəsi və rifahı olaraq anlayırdılar. O dövrdə demək olar ki bütün yəhudilər Səmavi Padşahlığı bərqərar edəcək olan Məsihi gözləyirdilər. Bibliyada İsa Məsih Səmavi Padşahlıqdan tez-tez bəhs edir. İsa Səmavi Padşahlığı Özünün Padşahlığı kimi elan edirdi. Ponti Pilatın qarşısında mühakimə edilərkən İsa belə cavab verdi: "Mənim Padşahlığım bu dünyadan deyil. Əgər Mənim Padşahlığım bu dünyadan olsaydı, xidmətçilərim Yəhudi başçılarına təslim edilməməyim üçün döyüşərdi, amma indi Mənim Padşahlığım buradan deyil". Dünyanın sonu haqqında çox düşünən fariseylər İsadan "Allahın Padşahlığı nə zaman gələcək?" soruşanda, İsa onlara belə cavab verdi: "Allahın Padşahlığı müşahidə ilə gəlməz. Adamlar "bax, o buradadır" yaxud "oradadır" deməyəcəklər, çünki budur, Allahın Padşahlığı sizin daxilinizdədir".
Kuşan padşahlığı
Kuşan dövləti və ya Kuşan padşahlığı (q.yun. Βασιλεία Κοσσανῶν; Baktriya dili: Κυϸανο, Kuşano) Bizim eranın I-III yüzilliklərində Orta Asiya, Əfqanıstan, Pakistan və Şimali Hindistan ərazilərində mövcud olmuş qədim dövlət. Əhalisi əsasən kuşanlardan ibarət idi. == Tarixi == Dövlətin qurucusu, ilk dəfə İmperator unvanı alan Kucula Kadfiz idi. Kucula, qısa müddətdə, hakimiyətini, Yüeçi qəbilələrinə qəbul etdirdi. Kuculanın ölümünə qədər Kuşan dövləti, Hinduquşun o tərəfindəki Taksilaya (bugünkü Ravalpindi) qədər yayılmışdı. Kuculanın ölümündən sonra yerinə keçen Vima dönəmində də, kuşanların genişləmesi davam etdi. Hindistanda Mathuraya qədər olan bölgələr, Kuşanların hakimiyətinə daxil oldu. Kuşan dövləti, ən parlaq zamanını I Kanişka dönəmində (78-144) yaşadı. Kanişkadan sonra başa keçən hökmdarlar dönəmində Kuşanlar, Ağ Hunların hakimiyəti altına girdi.
Məin padşahlığı
Məin padşahlığı — Cənubi Ərəbistanda (Yəmən ərəb respublikasının şimal hissəsində) qədim tayfa və dövlət. Məin padşahlığının daha erkən abidələri e.ə. 6-5-ci əsrlərə aiddir. Paytaxtı əvvəlcə Məin, sonralar Karnavu şəhəri olmuşdur. Məin padşahlığı erkən quldarlıq dövləti idi. Kahinlər və qəbilə-tayfa əyanları dövlətin idarə olunmasında mühüm rol oynayırdı. Ərəbistandan keçən ticarət yolları Məin padşahlığının nəzarəti altında olmuşdur. Ətirli maddələrin ticarəti padşahlığın inkişafına böyük təsir göstərmişdir. Məin padşahlığı E.ə. I əsrdə Kataban padşahlığından asılı vəziyyətə düşmüşdür.
Skif padşahlığı
Skiflər — Antik dövrdə və Orta əsrlərdə həm Şərqi Avropa, həm də Asiya ərazisində yaşayan xalqları adlandırmaq üçün istifadə edilən Qədim yunan mənşəli ekzoetnonim. Qədim yunanlar skiflər yaşayan ölkəni Skifiya adlandırırdılar (q.yun. Σκυθική, yun. Σκυθία, lat. Scythia). Skiflər haqqında ilkin məlumatlar antik dövr yazarlarının (Herodot və s.) əsərlərindən, eləcə də Dunayın aşağısından Tuvaya qədər olan ərazilərdə aparılmış arxeoloji qazıntılardan əldə edilmişdir. Skif-sarmat dili İran dil qrupunun şərqi-iran yarımqrupuna aid olub. Bəzi tədqiqatçılar skiflərin İran mənşəli olduğunu bildirir. == Skif etnonimi == Bir assur mənbəsində e.ə. 674-cü ildə Mannada, e.ə.
Damot padşahlığı
Damot padşahlığı (amh. ዳሞት) — orta əsrlərdə indiki Efiopiyanın qərbində dövlət. Dövlətin ərazisi Mavi Nil çayının aşağısında yerləşirdi. Şoa sultanlığını xərac verməyə məcbur edən güclü bir dövlət olmuşdu. O, həmçinin Zaqve sülaləsinin göndərdiyi orduları da məhv etmişdir. Damot bir neçə müsəlman və xristian ərazilərini fəth etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Bouanga, Ayda. Le Damot dans l'histoire de l'Ethiopie (XIIIe-XXe siècles) : recompositions religieuses, politiques et historiographiques (fransız). Université Panthéon-Sorbonn. 2013.
Həzrəmövt padşahlığı
Həzrəmövt padşahlığı — Ramlat-əs-Sabataym səhrasında hazırda onun adını daşıyan ərazidə e.ə. I minilliyin əvvəlindən b.e. III əsrinin sonlarına qədər mövcud olmuş Cənubi Ərəbistan (qədim Yəmən) padşahlığı. Həzrəmövt padşahlığı səbailər, məinlilər, kətəbanlılar, himyarlılar və əvsanlılar ilə birlikdə qədim Yəmənin altı qədim Cənubi Ərəbistan dövlətindən biri idi. Digər erkən Cənubi Ərəbistan dövlətləri ilə müqayisədə Həzrəmövt haqqında az şey məlumdur. == Coğrafiyası == Həzrəmövt padşahlığı qədim Cənubi Ərəbistan krallıqlarının ən şərqində idi, onun əsas mərkəzi Həzrəmövt vadisi ətrafında yerləşirdi, şərqində və cənubunda isə Hind okeanı ilə həmsərhəd idi. Paytaxtı Şəbvə şəhəri idi.
Tanrının padşahlığı
Allahın Padşahlığı (yunan: βασιλεία τοῦ θεοῦ, Basileya tu Teu; lat. Regnum Dei) yaxud Səmavi Padşahlıq (ivrit: מלכות השמים, Malkut ha-şamayim; yunan: Βασιλεία τῶν Ουρανῶν, Basileya ton Uranon) — xristianlığın əsas anlayışı, İncilin — İsa Məsihin Müjdəsinin baş mövzusu. İsa Məsihin müasirləri olan yəhudilər bu anlayışı İsrailin siyasi, hərbi qələbəsi və rifahı olaraq anlayırdılar. O dövrdə demək olar ki bütün yəhudilər Səmavi Padşahlığı bərqərar edəcək olan Məsihi gözləyirdilər. Bibliyada İsa Məsih Səmavi Padşahlıqdan tez-tez bəhs edir. İsa Səmavi Padşahlığı Özünün Padşahlığı kimi elan edirdi. Ponti Pilatın qarşısında mühakimə edilərkən İsa belə cavab verdi: "Mənim Padşahlığım bu dünyadan deyil. Əgər Mənim Padşahlığım bu dünyadan olsaydı, xidmətçilərim Yəhudi başçılarına təslim edilməməyim üçün döyüşərdi, amma indi Mənim Padşahlığım buradan deyil". Dünyanın sonu haqqında çox düşünən fariseylər İsadan "Allahın Padşahlığı nə zaman gələcək?" soruşanda, İsa onlara belə cavab verdi: "Allahın Padşahlığı müşahidə ilə gəlməz. Adamlar "bax, o buradadır" yaxud "oradadır" deməyəcəklər, çünki budur, Allahın Padşahlığı sizin daxilinizdədir".
Əvsan padşahlığı
Əvsan padşahlığı (ərəb. مملكة أوسان‎) — Cənubi Ərəbistanda, indiki Yəməndə qədim dövlət. Bir vaxtlar Cənubi Ərəbistanın ən mühüm kiçik padşahlıqlarından biri idi. Şəhərin e.ə. VII əsrdə səbailər tərəfindən dağıdıldığı görünür. Qələbənin səbailər üçün əhəmiyyətini təsdiq edən terminlərlə xəbər verən mətn aşkar edilmişdir. == Xarici keçidlər == Télédetection archéologique dans la Wadi Markha (in French) Caravan Kingdoms: Yemen and the Ancient Incense Trade Freer Gallery, Washington, 2005. Exhibition of archeological objects from Yemen, setting Awsan in context. Catalogue.
Yunan-Bakrtiya padşahlığı
Yunan-Bakrtiya padşahlığı (yun. Βακτρία) —Baktriya və Soqdiana ərazisində tarixi dövlət. == Tarixi == Şərqdə yaranan Yunan-Bakrtiya padşahlığının mövcudluğu da Parfiya üçün geosiyasi baxımdan qeyri-münasib şərait yaratmışdı. Bunun səbəbi isə yeni yaranan dövlətlərin ictimai-siyasi təbiətində olan prinsipial fərqdən irəli gəlirdi. Yunan-Baktriya tərəfdən qarşıya qoyulan plana görə, militarist ruhlu yunan-makedoniyanı ayrıca bir bölgədə döyüşə hazır vəziyyətdə saxlamaq nəzərdə tutulurdu. Təqribən yüz il bundan qabaq Böyük İskəndər öz hakimiyyətini möhkəmləndirmək üçün yunan-makedoniya əhalisinin mühacirətindən istifadə edərək onları hərbi qəsəbələrdə yerləşdirdi. Qədim Roma tarixçisi Yustin Sələvkilərin varisi oıan Diodotu "min Baktriya şəhərinin" canişini adlandıraraq göstərirdi ki, onlar əsasən imperiyanın Mərkəzi Asiya bölgələrində güclü surətdə təmərküzləşmişdi. Diodot (e.ə.256-230), onun canişinləri II Deodot (230-220) və Evtidam (220-190) çoxsaylı peşəkar yunan hərbiçilərinə güvənərək Sələvkilərin əvvəllər sahib olduğu Mərkəzi Asiya torpaqlarında öz hakimiyyətlərini möhkəmlətdilər.Onlar sonralar diodoxların ən güclü imperiyasına və onların bölgədə möhkəmlənmək cəhdlərinə qarşı hərbi müqavimət göstərdilər. Arşak və varisləri ölkə daxilində qələbə qazanaraq, onun ətrafında olan qüvvələrlə düşmən vəziyyətində qaldılar. Sələvkilərin imperiyası ilə münaqişəyə daha bir problem – yəni iranlılarla tarix boyu rəqabət aparan Yunan-Baktriya padşahlığı ilə münasibətlərin kəskin şəkildə soyuqlaşması əlavə olundu.
Yunan-Baktriya padşahlığı

Danielin dörd padşahlığı
Dənyalın dörd padşahlığı və ya Danielin dörd padşahlığı — Dənyalın kitabına görə, "axırzaman" və "Rəbbin padşahlığı"ndan əvvəl gələn dörd padşahlıq. == Tarixi zəmin == Dənyalın kitabı Əhəməni və erkən ellinizm dövrlərdə (e.ə. V–III-cü əsrlər) Babil və Mesopotamiyada mövcud olan yəhudi icmasında yayılan əfsanələr toplusundan formalaşmış, daha sonra makkaveylər dövründə (II əsrin ortaları) 7–-12-ci fəsillər ilə genişləndirilmişdir."Dörd padşahlıq" mövzusu Dənyal 2 və Dənyal 7-də açıq şəkildə müşahidə edilir, Daniel 8-in təsvirində gizlidir. Danielin ardıcıl dörd dünya imperiyası konsepsiyası yunan mifoloji tarixi nəzəriyyələrindən götürülmüşdür. 2-ci fəsildə haqqında bəhs edilən heykəldə dörd metalın simvolizmi farsca yazılardan götürülmüş, 7-ci fəsildəki dörd "dənizdən gələn heyvan" isə Huşə 13:7-8-i əks etdirir, burada tanrı İsraili ona aslan, bəbir, ayı və ya vəhşi heyvan kimi davranmaq ilə hədələyir. Alimlər arasında yekdil fikir ondan ibarətdir ki, 7-ci fəsildə haqqında bəhs edilən dörd nəhəng heyvan, 2-ci fəsildə qeyd edilən metallar kimi, Babil, Midiya, Persiya və Selevki dövlətlərini simvollaşdırır. Bundan başqa, IV Antiox digər üç tərəfi kökündən çıxaran "kiçik buynuz" kimi simvollaşdırılır (Antiox bir neçə başqa iddiaçının padşah olmaq hüququnu qəsb etmişdi). == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Collins, John J. Daniel: With an Introduction to Apocalyptic Literature. Eerdmans. 1984.
Dənyalın dörd padşahlığı

İsrail padşahlığı (birləşmiş hakimiyyət)
İsrail Krallığı Tanaxda yazılana görə, e.ə 1050-ci ilə e.ə 930-cu illər arasında İsrail torpağında hökm etmiş vahid bir monarxiya idi. == İlkin məlumatlar == Tanaxa görə, İsrail övladları Birləşmiş Krallığın dövründən əvvəl konfederasiya kimi yaşamış on iki qəbilə idi. Təxminən e.ə 1025-ci ildə onlar xarici təhdidlər səbəbindən İsrail krallığını yaratmışlar. Dövrün rəhbərlərindən biri olan Samuel, e.ə 1020-ci ildə Bünyamin qəbiləsindən olan Şaul ben Kişi krallığın başına gətirdi. Onun ardınca gələn Kral David (Davud kimi tanınır) dövründə (e.ə 1006) krallıq ən güclü dövrünü yaşayıb. Davud ölkənin ikinci padşahı oldu (Şauldan sonra gələn müvəqqəti kral İşboşet sayılmazsa) və Yerusəlimi paytaxtı elan etdi. Bundan əvvəl Şaulun dönəmində paytaxt Gibeah, İşboşetin dövründə isə paytaxt Mahanaim idi. Davudun krallığının ilk yeddi ilində Xevron(Əl Xəlil) paytaxt idi. Şauldan sonra Davud yenidən İsrail tayfalarını birləşdirməyə müvəffəq oldu. O, güclü hərbi birliklər qurub, bölgədəki Fələstin kimi düşmənlərini məğlub etdi və sərhədlərini qorumaya aldı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2011 •••••••••••••••••••• 0.09
2012 •••••••••••••••••••• 0.09

"padşahlığı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#padşahlığı nədir? #padşahlığı sözünün mənası #padşahlığı nə deməkdir? #padşahlığı sözünün izahı #padşahlığı sözünün yazılışı #padşahlığı necə yazılır? #padşahlığı sözünün düzgün yazılışı #padşahlığı leksik mənası #padşahlığı sözünün sinonimi #padşahlığı sözünün yaxın mənalı sözlər #padşahlığı sözünün əks mənası #padşahlığı sözünün etimologiyası #padşahlığı sözünün orfoqrafiyası #padşahlığı rusca #padşahlığı inglisça #padşahlığı fransızca #padşahlığı sözünün istifadəsi #sözlük