papiros sözü azərbaycan dilində

papiros

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • papiros • 84.2105%
  • Papiros • 15.2632%
  • PAPİROS • 0.5263%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Papiros
Siqaret (fr. cigarette – kiçik siqar) — içərisində xırdalanmış tütün olan kağız silindr. Siqaretlərin əksəriyyəti eyni ölçüdə — uzunluğu 84 mm, diametri 7–8 mm olmaqla hazırlanır və ziyanverici qatranı tutmaq üçün xüsusi filtrə malik olur. Hər biri 20 ədəd olmaqla kiçik qutularda buraxılır. 10–25 və s. sayda xüsusi siqaretlər qutusu da ola bilər. Siqaret kağızının əksəriyyəti kətandan hazırlanır. Onun tərkibinin 20–30%-ni ağardıcı effekt verən kalsium-karbonat təşkil edir. == Tarixi == İlk dəfə siqaretin oxşarı Amerika hinduları tərəfindən düzəldilib. Siqaret Avropada Krım müharibəsindən (1853–1856) sonra yayılmağa başlayıb.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.35 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 3.43
2003 ••••• 0.79
2004 •••••• 1.01
2005 •••• 0.67
2006 ••• 0.45
2009 0.16
2010 •••• 0.64
2011 •• 0.17
2012 •••• 0.52
2013 0.15
2014 •• 0.17
2016 •• 0.17
2018 •• 0.30
2019 •••• 0.56
2020 •••• 0.66

papiros sözünün leksik mənası və izahı

  • 1 [alm. papier – kağız] Çəkmək üçün içi tütünlə doldurulmuş kağız lüləsi (gilizi). Papiros çəkmək. Papiros qutusu. – Mahmud dinməzcə bir papiros yandırıb, gözlərini yerə zillədi. Y.Əzimzadə. □ Papiros kağızı – adətən papiros gilizləri hazırlamaq üçün işlədilən çox nazik şəffaf kağız növü.

    Azərbaycan dilinin izahlı lüğəti / papiros

papiros sözünün etimologiyası

  • 1 Polyak sözüdür, papirus kəlməsinin təhrifi ilə bağlı yaranıb, mənası “kağız” deməkdir. Bizdə məna bir qədər dəyişib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / papiros

papiros sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 PAPİROS [Əfəndi:] Təşəkkür edirəm, əfəndim, bən də papiros çəkmirəm (Ə.Haqverdiyev); SİQARA Süleyman: Buyurunuz, əfəndim, siqara çəkiniz (Ə.Haqverdiyev); SİQARET Camal ..bir siqaret yandırıb damağına qoydu (Y.Şirvan).

    Azərbaycan dilinin sinonimlər lüğəti / papiros

papiros sözünün rus dilinə tərcüməsi

  • 1 1. папироса; 2. папиросный;

    Azərbaycanca-rusca lüğət / papiros
  • 2 I сущ. папироса. Papiros çəkmək курить папиросу, papiros eşmək (bükmək) крутить, закрутить папиросу, bir qutu papiros коробка папирос II прил. папиросный: 1. относящийся к папиросе. Papiros tüstüsü папиросный дым, papiros sexi папиросный цех 2. предназначенный для папирос. Papiros tütünü папиросный табак, papiros kağızı папиросная бумага, раскурка; papiros kötüyü окурок

    Azərbaycanca-rusca lüğət / papiros

papiros sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. cigarette; bir paçka ~ a package / packet / pack of cigarettes; ~ çəkmək to smoke II. s. cigarette; ~ qutusu cigarette-case; ~ kötüyü cigarette end; d.d. butt; ~ kağızı cigarette-paper; ~ fabrikası cigarette-factory

    Azərbaycanca-ingiliscə lüğət / papiros

papiros sözünün fransız dilinə tərcüməsi

  • 1 is. 1) cigarette à bout de carton ; 2) cigarette f ; ~ kağızı papier m à cigarette ; bir paçka ~ un paquet de cigarettes ; ~ çəkmək fumer des cigarettes ; ~ kötüyü mégot m

    Azərbaycanca-fransızca lüğət / papiros

papiros sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [alm. papier-kağız] сущ. пӀапӀрус, папирос; papiros çəkmək пӀапӀрус чӀугун; // пӀапӀрусдин (мес. ни); papiros kağızı пӀапӀрусдин ччар (кагъаз), пӀапӀрусар ацӀурдай кьелечӀ кагъаз.

    Azərbaycanca-ləzgicə lüğəti / papiros

"papiros" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#papiros nədir? #papiros sözünün mənası #papiros nə deməkdir? #papiros sözünün izahı #papiros sözünün yazılışı #papiros necə yazılır? #papiros sözünün düzgün yazılışı #papiros leksik mənası #papiros sözünün sinonimi #papiros sözünün yaxın mənalı sözlər #papiros sözünün əks mənası #papiros sözünün etimologiyası #papiros sözünün orfoqrafiyası #papiros rusca #papiros inglisça #papiros fransızca #papiros sözünün istifadəsi #sözlük