papirus sözü azərbaycan dilində

papirus

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • papirus • 50.0000%
  • Papirus • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Papirus
Papirus (yun. πάπυρος) və ya Biblios (βιβλίον — kitab) — qədim dövrdə (eramızdan 3000 il əvvəl) Misirdə və digər ölkələrdə yazı materialı, informasiya daşıyıcısı. Papirusların hazırlanması üçün su-bataqlıq bitkisi olan Cyperus papyrusdan istifadə edilirdi. Üzərində yazmaq üçün xüsusi perodan istifadə edilirdi. Tez bitən papirus bitkisi Nil çayının deltasında çox yayılmışdı, hal-hazırda az bitir. Misirdə papirusun istehsalı olduqca geniş idi və burada fabriklər hətta xəlifələrin vaxtlarında da mövcud idilər. == Ədəbiyyat == R.Əliquliyev, P.Salmanova. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı, İnformasiya Texnologiyaları, 2013, 169 s.
Papirus (bitki)
Papirus (lat. Cyperus papyrus) — cilkimilər fəsiləsinin salaməleyküm (topalaq) cinsindən çoxillik ot bitkisi.5 m-dək hündürlüyündə çiçəkverən gövdəsi üçtilli, yoğun, dar lansetvarı yarpaqları aşağıda pulcuqvarı çıxıntılarla örtülüdür. Çiçək qrupu iri, çətirşəkilli olub, 6–16 çiçək sünbülcüyündən əmələ gəlmiş çoxlu silindrik sünbüllərdən ibarətdir. Papirus tropik Afrikada çay və göl sahillərində, sakit axan sularda bitir. Geniş cənkəlliklər əmələ gətirir. Qədimdə Misirdə, Fələstində və Cənubi Avropanın bir sıra ölkəsində becərilirdi. Papirus dekorativ bitki kimi bağ, park və oranjereyalarda yetişdirilir. Papirusun gövdəsindən parça, ayaqqabı və s. hazırlanmasında istifadə olunur. Yazı materialı kimi Papirus e.ə.
Misir Muzeyi və papirus kolleksiyası
Misir Muzeyi və papirus Kolleksiyası ( almanca: Ägyptisches Museum und Papyrussammlung) — Berlin muzeylərinə daxil olan bir muzeydir. 2009-cu ildən Misir Muzeyi Muzey adasında bərpa edilmiş Yeni Muzeydə saxlanılır. 2009-cu ildən Frederik Zeyfrid muzeyin direktoru olub. == Tarixi == Misir Muzeyi 1828-ci ildə Aleksandr fon Humboldt-un tövsiyəsi ilə yaradılmış, kral III Fridrix Vilhelmin kolleksiyasında Misir şöbəsində sərgilənib. Monbijo sarayında yerləşən bu şöbənin ilk rəhbəri Triestdən olan tacir Cüzeppe Passalacqua idi, arxeoloji tapıntıların toplanmasında böyük rolu olmuşdur. Bu kolleksiya 1842-1845-ci illərdə Karl Riçard Lepsiusun ekspedisiyasından gətirilmiş eksponatlarla tamamlandı. 1850-ci ildə muzey Fridrix Avqust Stülerin layihəsinə əsasən Muzey adasında tikilmiş yeni binasını, Yeni Muzeyi aldı. 1920-ci ildə Ceyms Simon kolleksiyanın ən məşhur əsəri olan Nefertitinin büstünü muzeyə hədiyyə etdi. Simon Misirin Amarna şəhərində Lüdviq Borçardtın rəhbərlik etdiyi qazıntıları maliyyələşdirib və tapıntıların Almaniyaya çatdırılmasını təmin edib. İkinci Dünya Müharibəsi muzeyin fondlarını ayırdı.
Moskov papirusu
Moskva şəhərində A.S Puşkin adına Təsviri İncəsənət Muzeyinda saxlanılan Qədim Misir riyazi papirusu, digər adı Qolenişşevin riyazi papirusu – məlum olan qədim riyazi mətnlərdən biri. Bizim eradan əvvəl 1850-ci ilə yaxın tərtib olunmuşdu və buna görə də öz qədimliyi ilə digər məşhur riyazi məsələlərin həllinə həsr olunmuş Rinda Papirusu adlanan (və ya Ahmes Papirusu) və bizim eradan əvvəl 1650-ci ilə yaxın yazılan Qədim Misir mətnindən üstündür. Beləliklə, Moskva Papirusu Rinda Papirusundan təxminən 200 yaş böyükdür.
Moskva riyazi papirusu
Moskva şəhərində A.S Puşkin adına Təsviri İncəsənət Muzeyinda saxlanılan Qədim Misir riyazi papirusu, digər adı Qolenişşevin riyazi papirusu – məlum olan qədim riyazi mətnlərdən biri. Bizim eradan əvvəl 1850-ci ilə yaxın tərtib olunmuşdu və buna görə də öz qədimliyi ilə digər məşhur riyazi məsələlərin həllinə həsr olunmuş Rinda Papirusu adlanan (və ya Ahmes Papirusu) və bizim eradan əvvəl 1650-ci ilə yaxın yazılan Qədim Misir mətnindən üstündür. Beləliklə, Moskva Papirusu Rinda Papirusundan təxminən 200 yaş böyükdür.
Turin çar papirusu
Turin çar papirusu (Papyrus royal de Turin) uzunluğu 170 sm olan, günümüzə 160 fraqmentə parçalanmış şəkildə gəlib çıxmış, üzərində Qədim Misirin mifik və tarixi çarlarının siyahısı həkk olunmuş papirus əlyazma Turin çar papirusuhda ilk on beş sülalə fironlarının adları, hökmranlıq müddətinin ili, ayı və günü, hər bir sülalənin yekun hökmranlıq müddəti göstərilmişdir. Turin çar papirusundakı siyahı tanrı sülalələri ilə başlanır. Siyahının ilk hissəsində Ptahla başlanan Memfis tanrıları, ikinci hissədə Amonla başlanan Fiv tanrıları, üçüncü hissədə tanrı xarakterli ilahi heyvanlar (Anubis, İbis, Apis, Mnevis və s.) yer alırlar. Papirusun yazılma (yaranma) tarixi mübahisəlidir. Əlyazmada dövri olaraq XX sülalə fironu III Ramzesin adının xatırlanması onun qədim nüsxədən köçürülmə olmasına bir növ işarədir. Papirus Manefon çar siyahısı ilə tutuşdurulduqda onların hər ikisinin eyni mənbədən yarandığını demək olar. Turin çar papirusunda Misir fironları ilə yanaşı hiksos hökmdarlarının və digər az tanınan çarların adları da göstərilmişdir. Papirus Liksorda 1820 ci ildə Misirdə Fransanın baş konsulu vəzifəsini tutarkən Bernardino Drovetti tərəfindən aşkarlanmış və onu 1824 cü ildə Turin Misir muzeyinə satmışdır. Italiyaya gətirilərkən papirus ovxalanaraq kiçik fraqmentlərə parçalanmış olur. Onu ilk dəfə yığmaq dahi Şampoleona nəsib olmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.25 dəfə / 1 mln.
2004 ••••• 0.34
2006 •••• 0.23
2007 ••••••• 0.42
2009 ••••• 0.32
2010 ••• 0.18
2011 •••••••••••••••••••• 1.37
2012 ••• 0.17
2013 ••• 0.15
2014 ••• 0.17

papirus sözünün leksik mənası və izahı

  • 1 [yun.] 1. Tropik qamış bitkisi. 2. Həmin bitkinin, qədim misirlilərin və başqa qədim xalqların kağız kimi istifadə etdikləri yarpağı. // Bu material üzərində yazılmış qədim yazılar.

    Azərbaycan dilinin izahlı lüğəti / papirus

papirus sözünün etimologiyası

  • 1 Nil çayının sahillərində yaşayan misirlilər şumerlərdən yazı yazmağın əsas prinsiplərini öyrənmişdilər. Ancaq onlar simvolları şumerlər kimi gilin üzərinə çəkmirdilər. Çayın sahillərində müxtəlif məqsədlər üçün istifadə oluna bilən qamış bitirdi. Bu qamışdan səndəl düzəltmək, hətta gəmi qayırmaq olurdu. Saplağından isə yemək bişirilirdi. Bundan əlavə, misirlilər kəşf etmişdilər ki, bu qamışın saplaqlarını uzun zolaqlar şəklində kəsib sıra ilə yanyana düzməklə, üstünə eyni saplaqlardan eninə yığaraq əvvəlcə suda islatmaq, sonra günəşin altında qurutmaqla üzərinə rənglə istənilən simvolu asanlıqla çəkmək mümkün olan açıqrəngli, elastik səth əldə etmək olar. Misirlilərin bu qamışı adlandırdıqları söz yunanların qulağında papiros, romalılarınkında isə papirus kimi səslənirdi. Papirus qədim dünyada üzərində yazı yazmaq üçün ən geniş yayılmış materiala çevrildi.  Təxminən 105-ci ildə Çində yaşayan Tzay Lun adlı bir saray əhli köhnə kisə, saman və s.-ni emal edərək papirusa bənzər yumşaq material əldə eləməyə imkan verən üsul icad etdi. Tədricən bu üsulun bütün dünyaya yayılmasına baxmayaraq, əldə olunan material papirusu xatırladırdı. Fransız dilində bu söz “papier”, ingilis dilində isə “paper” (kağız) oldu. (Ayzek Azimov. Sözlərin tarixi)

    Azərbaycan dilinin etimologiya lüğəti / papirus

papirus sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. папирус: 1. тропическое тростниковое растение 2. материал для письма, изготовлявшийся из этого растения египтянами и другими древними народами 3. древняя рукопись на этом материале II прил. папирусный

    Azərbaycanca-rusca lüğət / papirus

papirus sözünün inglis dilinə tərcüməsi

papirus sözünün fransız dilinə tərcüməsi

papirus sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [yun.] папирус (1. бот. тропикдин уьлквейра жедай са набатат; 2. виликра египетвийри ва мс. халкьари кхьинар авун патал кагъаздикай хьиз менфят къачур гьа набататдин пеш; // гьа материалдал кхьенвай къадим кхьинар).

    Azərbaycanca-ləzgicə lüğəti / papirus

Oxşar sözlər

#papirus nədir? #papirus sözünün mənası #papirus nə deməkdir? #papirus sözünün izahı #papirus sözünün yazılışı #papirus necə yazılır? #papirus sözünün düzgün yazılışı #papirus leksik mənası #papirus sözünün sinonimi #papirus sözünün yaxın mənalı sözlər #papirus sözünün əks mənası #papirus sözünün etimologiyası #papirus sözünün orfoqrafiyası #papirus rusca #papirus inglisça #papirus fransızca #papirus sözünün istifadəsi #sözlük