İnsan penisinin uzunluğu
İnsan penisinin uzunluğu, penis uzunluğu, penis ölçüsü və ya penis boyu — penisin tam ereksiya formasında olduğu zaman penisin arxa tərəfindən həyata keçirilən ölçü ilə müəyyən edilən, penis başının ucu ilə onun xaya dərisi ilə birləşdiyi yuxarı hissəsi arasındakı məsafə.
Cinsi əlaqə zamanı funksional olan uzunluqdur.
Doğuş zamanı penis müəyyən bir uzunluğa malik olur. Yeniyetməlik dövründə uzunluqda müəyyən bir artım görünməyə başlayır. Yeniyetməlik dövrünün sonu ilə penis son uzunluğuna çatır.
Cinsi fəaliyyət üzrə Avropa İttifaqı tərəfindən qəbul edilmiş qaydaya əsasən ereksiya vəziyyətində olmayan cinsiyyət orqanının uzunluğunun 7 sm və ya daha çox olması normaldır.
Mövzu tibbi baxımdan pediatrik endokrinologiya, urologiya, uşaq cərrahiyyəsi və plastik, rekonstruktiv və estetik cərrahiyyə kimi tibb sahələrinin tədqiqat mövzusudur.
Qeydə alınmış problemlərin çoxusu qısa penis uzunluğuna malik olan xəstələrin şikayətlərindən ibarətdir. Əsas məqsəd xəstələrin penis uzunluğunu cinsi əlaqə üçün kifayət edəcək qədər uzunluğa çatdırmaqdır.
Penis qısalığının əsas səbəblərini tədqiq edərək öyrənmək yanaşmanın əsas prinsiplərindən biridir.