platforması sözü azərbaycan dilində

platforması

Yazılış

  • platforması • 84.1403%
  • Platforması • 15.8074%
  • PLATFORMASI • 0.0523%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Afrika platforması
Afrika platforması - Afrikanın Atlas və Kap istisna olunmaqla əksər hissəsini əhatə edən Kembriyə qədərki platforma. Özülü Nubiya–Ərəbistan, Ahaqqar və başqa qalxanlarda səthə çıxır. Onların arasında Tandenni, Çad, Konqo, Karru və başqa sinklizlər yerləşir. Afrika platformasının şimalı qismən də cənubu kənarları epiplatforma orogenezinə məruz qalmış və Şərqi Afrika dağlıq qurşağı əmələ gəlmişdir. Qurşaq göl və çay dərələrinin inkişaf etdiyi rift-qrabenlər sistemi ilə mürəkkəbləşmişdir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh.
Hindistan platforması
Kompyuter platforması
Kompüter platforması - proqramı işlətmək üçün təchizat arxitekturasıdır. Özündə müxtəlif əməliyyat sistemləri, proqramlaşdırma dilləri, istifadəçi interfeysi və s. sistemləri cəmləşdirir. Əməliyyat sistemlərinin platformalarına misal olaraq Microsoft Windows platformasını göstərmək olar. == Komponentlər == Kompüter platformasının komponentləri, əsasən, aşağıdakıları məlumatlar ehtiva edir: Gömülmüş sistemlər proqram təminatına əməliyyat sistemlər olmadan qoşula bilir. Proqram təminatının strukturu olan Freymvork hazır funksionallığı təmin edir. Brauzer proqram təminatına bənzəyir. Brauzer əməliyyat sistemində işləyir, lakin bunun brauzerdəki proqram təminatı ilə heç bir əlaqəsi yoxdur. Java kimi virtual mexanizmdə yazılan bütün hərflər maşın koduna oxşar formatda toplanır və bu format "Bayt-kodu" kimi tanınır.
Kompüter platforması
Kompüter platforması - proqramı işlətmək üçün təchizat arxitekturasıdır. Özündə müxtəlif əməliyyat sistemləri, proqramlaşdırma dilləri, istifadəçi interfeysi və s. sistemləri cəmləşdirir. Əməliyyat sistemlərinin platformalarına misal olaraq Microsoft Windows platformasını göstərmək olar. == Komponentlər == Kompüter platformasının komponentləri, əsasən, aşağıdakıları məlumatlar ehtiva edir: Gömülmüş sistemlər proqram təminatına əməliyyat sistemlər olmadan qoşula bilir. Proqram təminatının strukturu olan Freymvork hazır funksionallığı təmin edir. Brauzer proqram təminatına bənzəyir. Brauzer əməliyyat sistemində işləyir, lakin bunun brauzerdəki proqram təminatı ilə heç bir əlaqəsi yoxdur. Java kimi virtual mexanizmdə yazılan bütün hərflər maşın koduna oxşar formatda toplanır və bu format "Bayt-kodu" kimi tanınır.
Krım Platforması
Krım Platforması (ukr. Кримська платформа, ing. Crimea Platform, krımtat. Qırım platforması) — Bu, Ukrayna Prezidenti Vladimir Zelenskinin yaratdığı diplomatik təşəbbüsdür. 2014-cü ildə Krımın Rusiya Federasiyası tərəfindən ilhaq edilməsini ləğv etmək və Rusiya-Ukrayna münasibətlərini bərpa etmək üçün beynəlxalq koordinasiya mexanizmi olaraq hazırlanmışdır. Sammitdə Krım tatarlarının insan hüquqlarının qorunması, ətraf mühitin pozulması və Qara və Azov dənizi bölgəsindəki ticarətin qarşısının alınması da müzakirə olunur. Platformanın açılış zirvəsi 23 avqust 2021-ci ildə Ukraynanın müstəqilliyinin 30-cu ildönümü ərəfəsində baş tutmuşdur.
Neft platforması
Neft platforması (həmçinin neft platforması, dəniz platforması, neft hasilatı platforması və s. adlanır) — dəniz dibinin altındakı qaya birləşmələrində yerləşən neft və təbii qazı çıxarmaq və emal etmək üçün qurğuları olan böyük strukturdur. Bəzi hallarda platformanın okean döşəməsinə bağlanmasına ehtiyac olur, bu vəziyyətdə platforma süni bir ada kimi görünür. Bəzi hallarda isə platforma hərəkətli də ola bilər. Ümumiyyətlə, neft platformaları qitə sahanlığı daxilində inşa edilirlər, texnologiyanın irəliləməsiylə birlikdə qazma və istehsalı dərin sularda da edilə bilər. Tipik platformalarda otuz əsas mənbə olur və fərqli dərinliklərdəki rezervuarlara çatmaq üçün şaquli sondaja icazə verilir və platformadan 8 km uzaqlıqdan nəzarət edilir. Bir çox platformada quyular kabellər köməyi ilə uzaqdan idarə edilə bilər, bu tək bir quyu üçün və ya fərqli mərkəz bir çox quyu üçün etibarlıdır. Böyük göl və dəniz əsaslı neft platformaları və neft qüllələri (təchizatları) dünyada ki ən böyük insan yapılarılarıdır. Bir neçə müxtəlif tip platforma və qala: Sabit platformalar (Fixed Platforms) Sabit qüllələr (compliant Towers) Yarı batırılmış platformalar (Semi-submersible Platforms) Qaldırımlı platformalar (Jack-up Platforms) Qazma gəmisi (Drillships) Hərəkətli istehsal sistemi (Floating production systems) Tellə sabitlənən platformalar (Tension-leg Platforms) Dirəkli platformalar (Spar Platforms) Petronius Platforması, 610 metr Baldpate Platforması, 579,1 metr Bullwinkle Platforması, 529,1 metr Troll A platforması, 472 metr Gullfaks C, 380 metr Oil Rig Disposal (pdf) — Post note issued by the UK Parliamentary Office of Science and Technology.
Google Bulud Platforması
== Məhsullar == === Hesablama === App Engine - Servis olaraq Platform yerləşdirmək Java, PHP, Node.js, Python, C #, . Net, Ruby və Go tətbiqetmələri. Compute Engine - Microsoft Windows və Linux virtual maşınlarını çalışdırmaq üçün bir xidmət olaraq infrastruktur . Kubernetes Engine (GKE) və ya GKE on-Prem Anthos platformasının hissəsi kimi təklif əsasında Servis olaraq Konteynerlər - Kubernetes . Bulud funksiyaları - Node.js, Python və ya Go-da yazılmış hadisəyə əsaslanan kodu çalışdırmaq üçün bir xidmət olaraq fəaliyyət göstərir. Cloud Run - Knative-ə əsaslanan icra mühitini hesablayın. Cloud Run (tam idarə olunan) və ya Anthos üçün Cloud Run kimi təklif olunur. Hal-hazırda GCP, AWS və VMware idarəetməsini dəstəkləyir. === Saxlama və verilənlər bazası === Cloud Storage Cloud SQL - MySQL, PostgreSQL və MsSQL əsaslı bir xidmət olaraq verilənlər bazası . Cloud Bigtable - İdarə olunan NoSQL verilənlər bazası xidməti.
Sosialist Həmrəylik Platforması
Sosialist Həmrəylik Platforması (SOHƏP; türk. Sosyalist Dayanışma Platformu, SODAP) — Türkiyədə sosialist təşkilat. 8 fevral 2004-cü ildə bəyannamə dərc edərək yaradıldığını elan etmişdir. Qərargahı İstanbulda yerləşir. Platformanın nəşr orqanı "Sosyalist Dayanışma Dergisi". SODAP öz proqram layihəsində "kapitalizmə yeganə real alternativin sosializm olduğunu" bildirir və qeyd edir ki, XXI əsr sosializminin məqsədini qoruyur. SODAP müxtəlif fəaliyyətləri və bəyanatları ilə Türkiyədə kommunist hərəkatının aparıcı kadrlarından biri olan Hikmət Qıvılcımlının düşüncə və davranış xəttinin davamçısı olduğunu bəyan etmişdir. SODAP-ın nəşriyyat orqanı "Sosyalist Dayanışma Dergisi" jurnalıdır. 2010-cu ilin oktyabrında "Azadlıq və ədalət üçün üçüncü cəbhə" başlıqlı ilk nömrəsi ilə nəşrə başlamışdır. Baş ofisi İstanbulda olan jurnal aylıq nəşr olunur.
Karabakh is Azerbaijan Platforması
Karabakh is Azerbaijan ("Qarabağ Azərbaycandır") və ya qısa adı ilə KIAz — İkinci Qarabağ müharibəsindən əvvəl bir qrup azərbaycanlı gənc tərəfindən yaradılmış və xüsusən də İkinci Qarabağ müharibəsi dövründə informasiya müharibəsində aktiv iştirak etmiş təşkilat. Platforma müxtəlif həştəqlər ilə dəfələrlə dünya trendində və müxtəlif ölkələrin ölkə trendində ilk sıraya qədər yüksəlməyə nail olmuşdur. == Fəaliyyəti == "Qarabağ Azərbaycandır" (Karabakh is Azerbaijan; qısa adı KIAz) platforması 13 iyul 2020-ci ildə bir qrup azərbaycanlı gəncin təşəbbüsü ilə yaradılmışdır. Bütün fərqlilikləri bir kənara qoyaraq ortaq bir məqsəd altında birləşən platformanın əsas məqsədi informasiya müharibəsində iştirak edərək Azərbaycan Silahlı Qüvvələrinə və xalqına dəstək olmaq, dünyanı Qarabağ həqiqətləri barəsində agah etməkdir. Platforma yarandığı ilk günlərdən etibarən geniş auditoriyaya çataraq, Türkiyə (Türk Dünyası Birlik platforması) , İsrail (Likud Gənclər qolu), ABŞ (Yəhudi icması, Amerikada yaşayan azərbaycanlılar), Norveç, Polşa, Fransa, Ukrayna, Gürcüstan və s. kimi ölkələrdə və Azərbaycanda olan müxtəlif platforma və diasporlar ilə əməkdaşlıq etməyə başlamışdır. Fəaliyyət istiqamətləri: İctimaiyyət arasında Qarabağ münaqişəsi haqqında düzgün rəy yaradılması; İnformasiya müharibəsində düzgün işləmək etikasının təbliğ edilməsi üçün tədbirlər (seminarlar, treninqlər, summitlər, forumlar, konfranslar, görüşlər və s.) təşkil edilməsi; Gənclər arasında bilik və təcrübə mübadiləsinin, həmçinin peşəkar əməkdaşlığın təbliğ edilməsinə yönəldilmiş tədbirlər (təlimlər, görüşlər və s.) təşkil edilməsi; Platformanın qarşısına qoyduğu məqsədlərin həyata keçirilməsində faydalı ola biləcəyi hallarda ayrı-ayrı beynəlxalq qeyri-hökumət təşkilatlarının, beynəlxalq konfrans və seminarların işində iştirak edilməsi; Dövlət orqanları və başqa ictimai təşkilatlarla birlikdə, habelə ayrıca elmi-nəzəri konfranslar, seminarlar, görüşlər və s. təşkil edilməsi və ya belə tədbirlərdə iştirak edilməsi; 2021-ci il fevralın 2-də Gənclər Günü münasibətilə Azərbaycan Milli Məclisinin Gənclər və İdman Komitəsində Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri və bir qrup fəal gənclə komitənin rəhbəri, millət vəkili, vitse-spiker Adil Əliyev arasında görüş keçirilib. Platformanın idarə heyətinin üzvü Şəbnəm Səfərova KIAz komandası adından ictimai-siyasi sahədə göstərdiyi uğurlu fəaliyyətinə görə Milli Məclisin gənclər və idman komitəsinin "Fəxri fərmanı" ilə təltif olunub. 2021-ci ilin aprelin 29-da Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev və deputat Etibar Əliyev ölkənin fəal gəncləri və Vətən müharibəsində arxa cəbhədə fəallığı ilə seçilmiş gənclər ilə görüşüblər.
Azərbaycanlı Tələbələr və Məzunlar Platforması
Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP, ing. Azerbaijani Students and Alumni Platform) – 2020-ci il 15 avqust tarixində təsis edilmiş qeyri-hökumət təşkilatı. Təşkilat xarici ölkələrdə təhsil alan tələbələr və artıq təhsilini başa vurmuş gənclər arasında əməkdaşlığın yaradılması hədəfləyir . Təşkilat xaricdəki tələbələr üçün əsas kommunikasiya və informasiya portalı rolunu oynayır. == Təsisi == 2020-ci il 15 avqust tarixində Azərbaycan-Britaniya Məzunları İctimai Birliyi, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi, Litva Azərbaycanlı Gənclər Təşkilatı (AYOL), Azərbaycan İtaliya Gənclər Assosiasiyası, Benilüks Azərbaycanlı Tələbələr və Məzunlar təşkilatlarının iştirakı ilə ASAP-ın təsis konfransı keçirilmişdir. === Təsisçiləri === Hüseyn Mustafabəyli – ABŞ Heydər Ağayev – Birləşmiş Krallıq Gülay Məmmədova – İsveçrə Elmar Nazirli – Niderland Səbinə Mürsəlli – Avstriya Tural Məhərrəmov – Birləşmiş Krallıq == Məqsədləri == Tələbə və məzunlar arasında şəbəkələşmənin təmin edilməsi Gənc kadrların karyera inkişafının dəstəklənməsi Təhsilini bitirib ölkəyə qayıdan tələbələrə məzunlar tərəfindən mentor dəstəyinin göstərilməsi Azərbaycan reallıqlarının və mədəniyyətinin dünyada tanıdılması Azərbaycanla, o cümlədən, Dağlıq Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması == Vəzifələri == Xaricdə təhsilini davam etdirən və artıq məzun olmuş azərbaycanlılar arasında vahid platformanın yaradılması, onlar barədə məlumatın elektron bazada toplanması; Diplomatik nümayəndəliklərlə sıx əlaqələrin qurulması və zəruri hallarda xaricdə təhsil alan tələbələrə dəstəyin göstərilməsi; Müxtəlif fövqəladə hallar şəraitində tələbələrin operativ şəkildə məlumatlandırılması və dəstəklənməsi; Xaricdə təhsil alan tələbələrin problemlərinin müəyyən edilməsi və bu problemlərin həll edilməsi məqsədilə rəsmi şəxslərlə mütəmadi görüşlərin təşkil olunması; == Strukturu == Birliyin idarəetmə orqanları aşağıdakılardır: Ali idarəetmə orqanı olan Ümumi Yığıncaq; Cari idarəetmə orqanı olan İdarə Heyəti; İcra orqanı olan Katiblik; Nəzarət orqanı olan Nəzarət-Təftiş Komissiyası. == Fəaliyyəti == İkinci Qarabağ müharibəsi dövründə şanlı Azərbaycan Ordusunun döyüş meydanında qazandığı uğurların informasiya müharibəsi meydanında gücləndirilməsi məqsədilə Gənclərin Vahid Platformasının yaradılması Xaricdə təhsil almış məzunların birbaşa iştirakı ilə Sosial media kanalları üçün xarici dillərdə tarixi faktlara və araşdırmalara əsaslanan kontentlərin formalaşdırılması və sistemli koordinasiyası məqsədilə Dağlıq Qarabağ münaqişəsinə əsaslanan fəaliyyət qrupu yaradılması və beynəlxalq qurumlara və təşkilatlara ölkəmizdə baş verənlərlə bağlı reallığı əks etdirən rəsmi müraciətlərin ünvanlanması Sığınacaqlardakı mülki əhaliyə, hərbi hospitallara və şəhid ailələrinə yardım etmək məqsədilə aparılan sosial kampaniyalara dəstək 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanının ziyarət edilməsi və bu mövzuda 20 yanvar şahidləri ilə görüş . Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində dinc əhalinin, xüsusilə də gənclərin və uşaqların qətlə yetirilməsi ilə bağlı ATƏT, BMT, UNICEF kimi təşkilatlara müraciətlər ünvanlanıb .

"platforması" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#platforması nədir? #platforması sözünün mənası #platforması nə deməkdir? #platforması sözünün izahı #platforması sözünün yazılışı #platforması necə yazılır? #platforması sözünün düzgün yazılışı #platforması leksik mənası #platforması sözünün sinonimi #platforması sözünün yaxın mənalı sözlər #platforması sözünün əks mənası #platforması sözünün etimologiyası #platforması sözünün orfoqrafiyası #platforması rusca #platforması inglisça #platforması fransızca #platforması sözünün istifadəsi #sözlük