vaqon-platforma sözü azərbaycan dilində

vaqon-platforma

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • vaqon-platforma • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Vaqon
Vaqon (fr. wagon, araba mənasını verən ing. waggon sözündən) ― dəmiryolu nəqliyyatı sistemində yük və ya sərnişin daşınması üçün istifadə olunan nəqliyyat vasitəsi. Vaqonlar bir-birinə bağlandıqda və bir və ya daha çox lokomotiv tərəfindən dartılanda qatar yaranır. Alternativ olaraq, bəzi sərnişin vaqonları öz-özünə hərəkət edir.
Platforma
Platforma (coğrafiya) — hündürlük. Platforma (ayaqqabı) — ayaqqıbının komponentlərindən biri. Platforma (neft) — neft buruqlarında istifadə olunan mürəkkəb kompleks. Platforma (vaqon) — dəmiryolu stansiyalarında xüsusi vaqonlar. Platforma (avtomobil) — avtomobilin əsas komponenti. Platforma (roman) — Fransız yazıçısı Mişel Uelbekin romanı (2001). Siyasi platforma — siyasətdə termin. Platforma (hesablama texnikası) — hesablama texnikasında istifadə olunan aparat və proqram təminatı.
Sanitar vaqon
Sanitar vaqon ― xüsusi qatar növü. Ən çox buxar lokomotivi (dizel lokomotivi), vaqonlar və s. daxil olmaqla hərbi əməliyyatlar zamanı yaralıların və xəstələrin təxliyəsi və tibbi yardım üçün nəzərdə tutulmuşdur. Xəsarət alanların daşınması və müalicəsi üçün xüsusi təchiz olunmuş, eləcə də mətbəx, aptek, işçi vaqonları, meyit vaqonları və sair kimi köməkçi vaqonlardan ibarətdir. Yaralıların daşınması üçün dəmiryol qatarları Amerikada vətəndaş müharibəsi (1861-1865) və 1870-1871-ci illərdə Fransa–Prussiya müharibəsi zamanı geniş istifadə edildi. Alman 36 təcili yardım qatarı ordusunda 40 minə qədər xəstə və yaralı nəql etdi. == Rusiya == 2010-cu ildən etibarən Rusiyada dəmir yolu qatarları bazasında beş səyyar konsultativ diaqnostika mərkəzi fəaliyyət göstərir: «Здоровье», «Доктор Войно-Ясенецкий — Святитель Лука», «Терапевт Матвей Мудров», «Академик Федор Углов» və «Хирург Николай Пирогов». Qatarlarda müayinədən dərhal sonra lazımi dərmanların alınması üçün aptek mövcuddur. == Malta Suveren Hərbi Ordeni == Suveren bir qurum olan Malta Suveren Hərbi Ordeninin (SMOM), Sərəncamın Hərbi Korpusu olaraq bilinən hərbi şöbəsi vasitəsi ilə fəaliyyət göstərən xəstəxana vaqonları qədim tarixə malikdir . Bu cür vaqonların istismarı İkinci Dünya Müharibəsində ən yüksək həddə çatdı, lakin SMOM bu gün də belə qatarların istifadəsini davam etdirir.
Platforma (coğrafiya)
Platforma — hamar forma deməkdir. Geosinklinaldan fərqli olaraq platforma yer qabığının nisbətən sabit, intruziv və effuzivlərlə qarışmış sahəsidir. Bura da tektonik fəaliyyət demək olar ki, heç müşahidə olunmur. Platformanın xarakterik xüsusiyyəti strukturunda 2 qatın aydın seçilməsidir: Altda — qırışıq qatı. Üstdə — çöküntü süxurlarının olduğu qat.Üst platforma qatının yuyulub getdiyi və alt qırışıq bünövrənin səthə çıxdığı sahələr qalxan, yaxud sipər adlanır. Qalxanlar əsasən qədim dağlıq yaylalardır (Braziliya, Qviana, Ərəbistan, Orta Sibir, Dekan, Şərqi Afrika, Efiopiya-Somali, Baltik, Labrador, Aldan, Anabar). Strukturunda hər iki qatın (qırışıq bünövrə və çöküntü qatı) ardıcıllıqla yerləşdiyi sahələr platforma tavası adlanır. Platforma tavaları adətən ovalıqlara uyğun gəlir. Məsələn, Amazon, Missisipi, La-Plata (Parana), Mesopotomiya, Qərbi Sibir, Hind-Qanq, Şərqi-Çin ovalıqları platforma tavalarıdır. Platformada çox az da olsa yüksələn və çökən hissələr mövcuddur.
Platforma (dəqiqləşdirmə)
Platforma (coğrafiya) — hündürlük. Platforma (ayaqqabı) — ayaqqıbının komponentlərindən biri. Platforma (neft) — neft buruqlarında istifadə olunan mürəkkəb kompleks. Platforma (vaqon) — dəmiryolu stansiyalarında xüsusi vaqonlar. Platforma (avtomobil) — avtomobilin əsas komponenti. Platforma (roman) — Fransız yazıçısı Mişel Uelbekin romanı (2001). Siyasi platforma — siyasətdə termin. Platforma (hesablama texnikası) — hesablama texnikasında istifadə olunan aparat və proqram təminatı.
Platforma sahələri
Platforma sahələri— Platformalar Yer qabığının qədim,nisbətən sabit və hamar sahələrdir.Onlar geosinklinallar sahəsində yaranan dalğaların sonrakı mərhələlərdə uçub dağılması və hamar sahələrə çevrildiyi zaman əmələ gəlir.Onun əsasını qırışıqlıq,metomorfizm və intruzivlərlə bərkmiş süxrlar təşkil edir.Platformalar iki təbəqədən ibarət olur.Birinci, üst təbəqədə 3–4 km qalınlıqda olan çöküntü süxurları yerləşir.Bu süxurların dəniz və materik mənşəli olması onların hərəkitini,yəni okean dibinin qalxaraq quru sahələrinə çevrilməsi və ya əksinə prosesin geetdiyini sübut edir. Çökmə süxurların altında yerləşən bərk, kristallik süxurlardan ibarət olan sahələr isə platformanın özülü və ya bünövrəsi adlanır. Platformanın özülü qədim geosinklinalın qalığı olduğundan qırışıq olur. Xarici qüvvələrin təsiri ilə qırışıqlığın səthə çıxan kristallik bünövrə qalxan və ya sipər adlanır. Qalxanların üzərində çökmə mənşəli süxurlar çox nazik olur. Platformanın qalxanlarına misal olaraq Şərqi Avropa platformasında Baltik və Ukrayna qalxanlarını, Şimali Amerika platformasında Kanada qalxanını, Sibir platformasında Aldan və Anabar qalxanını və s. göstərmək olar. Cənubi Amerika platformasında Braziliya və Qviana qalxanları yerləşir. Platformaın səthində çöküntü süxurları ilə örtülmüş əyilmə sahələri tava adlanır. Platformalarda Yer qabığının bir neçə yüz kilometr uzunluğuunda olan az meyilli,oval formalı enmə sahələrinə sinekliz(yun.syn-birlikdə, enkli-sis toplama) deyilir.
Platforma oyunu
Platforma oyunu və ya platformer (ing. platformer game, platformer) — əsas məqsədi, oyunçunun (personajın) vizual mühitdə bir nöqtədən o biri nöqtəyə yerdəyişməsi olan video- və ya kompüter oyun janrı və action oyunlarının subjanrı (yarım janrı). Platform oyunlarını çox zaman sadələşmiş şəkildə platformer və ya "hoppan və qaç" kimi də adlandırırlar. Oyun prosesinin əsasını, öz məqsədinə çatmaq üçün səviyyələri keçmək və ya düşmənlər üzərində qələbə çalmaq üçün platformlarda hoppannmaq, pilləkən, nərdivanlara qalxmaq və ya sallanmaq, əşyalar yığmaq, divardan atdanmaq, göydə sıçramaq və ya sürüşmək, toplardan atəş açmaq, tramplin və ya batutda hoppanmaq kimi tələblər təşkil edir. Səviyyələr və ətraf mühit düz olmayan ərazilərə və asılmış platformlar müxtəlif səviyyələrə malik olduğundan personajdan (oyunçudan) onları keçib hərəkət etməsi üçün xsusi qabiliyyətlər tələb edir. Hoppanmaqları, tullanmaqları tam avtomatlaşdırılmışdır. Məsələn, The Legend of Zelda seriyasından olan 3D-oyunları kimi oyunlar bu janrın çərçivəsindən kənara çıxır.
Vaqon-Li hadisəsi
Vaqon-Li hadisəsi — 1933-cü ildə Vaqon-Li şirkətinin müdirinin türkcə danışan işçisinə şirkətin rəsmi dilinin fransızca olduğunu bildirərək, pul və işdən uzaqlaşdırma cəzaları verməsilə başlamış hadisədir. == Hadisə == Yataqlı və yeməkli vaqonları olan farnsız dəmiryolu şirkəti Vaqon-Li şirkətində 22 fevral 1933-cü il tarixindü belçikalı müdir Jannoni telefonda türkcə danışan işçi Naci bəyə şirkətin rəsmi dilinin fransızca olduğunu bildirərək, 25 qəpik pul vəzası və 15 gün işdən uzaqlaşdırma cəzası verdi.Bu hadisə dövrün qəzetlərində əks olununca, 25 fevral 1933-cü ildə Peyami Safa, Cahid Arf kimi tanınmış şəxslərin də olduğu, Darülfünün və Milli Türk Tələbə Birliyi tələbələri toplanıb şirkətin Bəyoğlunda olan şirkət bürosu önündə etiraz nümayişləri başlatdılar. Daha sonra hadisələr də daha da böyüdü. Şüşələri qıraraq ofisə daxil olan tələbələr Mustafa Kamalın divarda asılı olan rəsmini aldıqdan sonra, ofisi dağıtdılar. Qrup əllərində Mustafa Kamalın rəsmi və türk bayraqları ilə şirkətin Qaraköy bürösuna gəlmiş, eyni şəkildə Mustafa Kamalın rəsmini aldıqdan sonra ofisi dağıtmışdırlar. Ən sonunda İstanbul valiliyinin önünə gələn kütlə qəzet binalarının önündə bir müddət nümayişə davam etmişdirlər və əllərindəki Mustafa Kamal rəsmlərini xalq evinə təslim etdikdən sonra dağılmışdır. == Daha sonra == Baş verənlərdən sonra şirkət Naci bəyi işə bərpa etmiş, etnik azlıqların və qeyri-müsəlmanların daha çox yaşadığı Pera ətrafında bir çox xarici şirkət türkcə addan istifadə etməyə başlamış və yenidən "Vətəndaş, türkcə danış!" kompaniyasi başladılmışdır. Vaqon-Li şirkəti daha sonra Osmanlı dövləti dövründən qalan bir çox xarici şirkət kimi milliləşdirilmişdir. == Həmçinin bax == Vətəndaş, türkcə danış!
KAUR (kosmik platforma)
KAUR (rus. КАУР; Космический Аппарат Унифицированного Ряда) — unifikasiya edilmiş kosmik platforma üçün ümumi ad. XX əsrin 60-cı illərində akademik M. F. Reşetnyova adına İnformasion Peyk sistemləri Açıq Səhmdar Cəmiyyətin bazasında qurulub. Cəmi 4 peyk platforması işlənib: KАUR-1, −2, −3 və −4. 1965-ci ildən 2009-cu ilədək bu platformaların və onların modernləşdirilmiş variantlarının əsasında 400-dən çox həm hərbi, həm də mülki təyinatlı peyk əlaqəsi qurulub. 2000-ci ilin əvvəllərindən başlayaraq Kaur-4 modernizasiya edilmiş platforması əvəzinə "Ekspress" peyk platformaları ailəsinin işlənilməsinə başlandı. Onların da bazasında yeni perspektiv kosmik aparatlar qurulacaq. == KAUR-1 == 1963-cü ildə radionaviqasiyalı sistemlərin işlənilməsinə başlandı. Nəticədə, "Tsiklon" peyki yaradıldı. Bu peykin konstruksiyası gələcəkdə bütövlüklə müxtəlif təyinatlı KA ailəsinin varisi oldu.
Platforma (film, 2019)
== Mövzusu == Qorenq könüllü olaraq platformaya daxil olur, siqareti atıb həbsxanadan diplom almağı düşünür, lakin sistemin necə işlədiyini bilmir. Yuxudan duranda otaq yoldaşından sistemin nə olduğunu və necə işlədiyini öyrənir. “Delik” adlanan həbsxanada yerləri hər 30 gündən bir təsadüfi dəyişdirilən məhbuslar 1-ci mərtəbədən 333-cü mərtəbəyə kimi iki nəfərlik otaqlarda saxlanılır. Bundan əlavə, məhbuslara əşya seçmək hüququ verilir. Qorenq Servantesin Don Kixotu seçdi. Həbsxanaya girməzdən əvvəl hər kəsdən sevimli yeməkləri və özləri ilə gətirmək istədikləri şeylər barədə soruşurlar. İnsanların sevimli yeməkləri platformanın menyusuna əlavə edilir və insanlar özləri ilə istədikləri əşyanı götürərək həbsxanaya daxil olurlar. Otaqların ortasında boşluq var və gündə bir dəfə bu boşluqdan yemək enir. Üst mərtəbədə olanlar istədiklərini yeyə bilsələr də, siz aşağı düşdükcə yemək qalıqları aşağı mərtəbələrə endirilir. Hər kəs özü üçün kifayət qədər yeyirsə, platformadan kifayət qədər yemək verilir, amma hər kəs özünə lazım olduğundan daha çox yediyi üçün aşağı mərtəbədəki insanlara yemək yoxdur.
Bakı vaqon təmiri zavodu
"Bakı vaqon təmiri zavodu" (əvvəllər Bakı təmir zavodu, Oktyabr İnqilabı adına Bakı vaqon təmiri zavodu) — Bakı şəhərində yerləşən Azərbaycanın sənaye müəssisəsi. == Tarix == Zavod 1892-ci ildə alman sahibkar Karl Eyzenşmidtin neft avadanlıqlarının təmiri emalatxalarının əsasında təşkil edilmişdir. 1920-ci ildən Zaqafqaziya dəmiryollarının əsas emalatxanasına çevrilir. 1930-cu ildə Bakı təmir zavodu, 1933-cü ildə isə — Oktyabr İnqilabı adına Bakı vaqon təmiri zavodu adlandırılır. == Məhsulları == Zavod ilk məhsullarını hələ 1919-cu ilin əvvəllərində buraxmışdır. Burad ailk dəfə neftçıxartma və neftayırma sənayesi avadanlıqlarına aid məhsullar olmuşdur. 1920-ci ildən isə paravozların təmiri, ehtiyat hissələrinin hazırlanması, avadanlıqlarda nasazlıqların aradan qaldırılması, elerktrostansiyaların təmirti kimi işləri həyata keçirir. 1933-cü ildən Böyük Vətən müharibəsinə qədər vaqon-0sisternlərin təmirini gerçəkləşdirir. Müharibə dönəmində isə cəbhə üçün (mərmi, mina korpusu, əl qumbarası) silah-sursat hazırlayırdı.. 1992-ci ilə qədər isə sisterin təmiri, vaqon təkər çütlərinin hazırlanması və təmiri, ehtiyat hissələrinin istehsalı həyata keçirilirdi.

Oxşar sözlər

#vaqon-platforma nədir? #vaqon-platforma sözünün mənası #vaqon-platforma nə deməkdir? #vaqon-platforma sözünün izahı #vaqon-platforma sözünün yazılışı #vaqon-platforma necə yazılır? #vaqon-platforma sözünün düzgün yazılışı #vaqon-platforma leksik mənası #vaqon-platforma sözünün sinonimi #vaqon-platforma sözünün yaxın mənalı sözlər #vaqon-platforma sözünün əks mənası #vaqon-platforma sözünün etimologiyası #vaqon-platforma sözünün orfoqrafiyası #vaqon-platforma rusca #vaqon-platforma inglisça #vaqon-platforma fransızca #vaqon-platforma sözünün istifadəsi #sözlük