vaqon-budka sözü azərbaycan dilində

vaqon-budka

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • vaqon-budka • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Vaqon
Vaqon (fr. wagon, araba mənasını verən ing. waggon sözündən) ― dəmiryolu nəqliyyatı sistemində yük və ya sərnişin daşınması üçün istifadə olunan nəqliyyat vasitəsi. Vaqonlar bir-birinə bağlandıqda və bir və ya daha çox lokomotiv tərəfindən dartılanda qatar yaranır. Alternativ olaraq, bəzi sərnişin vaqonları öz-özünə hərəkət edir.
Sanitar vaqon
Sanitar vaqon ― xüsusi qatar növü. Ən çox buxar lokomotivi (dizel lokomotivi), vaqonlar və s. daxil olmaqla hərbi əməliyyatlar zamanı yaralıların və xəstələrin təxliyəsi və tibbi yardım üçün nəzərdə tutulmuşdur. Xəsarət alanların daşınması və müalicəsi üçün xüsusi təchiz olunmuş, eləcə də mətbəx, aptek, işçi vaqonları, meyit vaqonları və sair kimi köməkçi vaqonlardan ibarətdir. Yaralıların daşınması üçün dəmiryol qatarları Amerikada vətəndaş müharibəsi (1861-1865) və 1870-1871-ci illərdə Fransa–Prussiya müharibəsi zamanı geniş istifadə edildi. Alman 36 təcili yardım qatarı ordusunda 40 minə qədər xəstə və yaralı nəql etdi. == Rusiya == 2010-cu ildən etibarən Rusiyada dəmir yolu qatarları bazasında beş səyyar konsultativ diaqnostika mərkəzi fəaliyyət göstərir: «Здоровье», «Доктор Войно-Ясенецкий — Святитель Лука», «Терапевт Матвей Мудров», «Академик Федор Углов» və «Хирург Николай Пирогов». Qatarlarda müayinədən dərhal sonra lazımi dərmanların alınması üçün aptek mövcuddur. == Malta Suveren Hərbi Ordeni == Suveren bir qurum olan Malta Suveren Hərbi Ordeninin (SMOM), Sərəncamın Hərbi Korpusu olaraq bilinən hərbi şöbəsi vasitəsi ilə fəaliyyət göstərən xəstəxana vaqonları qədim tarixə malikdir . Bu cür vaqonların istismarı İkinci Dünya Müharibəsində ən yüksək həddə çatdı, lakin SMOM bu gün də belə qatarların istifadəsini davam etdirir.
Vaqon-Li hadisəsi
Vaqon-Li hadisəsi — 1933-cü ildə Vaqon-Li şirkətinin müdirinin türkcə danışan işçisinə şirkətin rəsmi dilinin fransızca olduğunu bildirərək, pul və işdən uzaqlaşdırma cəzaları verməsilə başlamış hadisədir. == Hadisə == Yataqlı və yeməkli vaqonları olan farnsız dəmiryolu şirkəti Vaqon-Li şirkətində 22 fevral 1933-cü il tarixindü belçikalı müdir Jannoni telefonda türkcə danışan işçi Naci bəyə şirkətin rəsmi dilinin fransızca olduğunu bildirərək, 25 qəpik pul vəzası və 15 gün işdən uzaqlaşdırma cəzası verdi.Bu hadisə dövrün qəzetlərində əks olununca, 25 fevral 1933-cü ildə Peyami Safa, Cahid Arf kimi tanınmış şəxslərin də olduğu, Darülfünün və Milli Türk Tələbə Birliyi tələbələri toplanıb şirkətin Bəyoğlunda olan şirkət bürosu önündə etiraz nümayişləri başlatdılar. Daha sonra hadisələr də daha da böyüdü. Şüşələri qıraraq ofisə daxil olan tələbələr Mustafa Kamalın divarda asılı olan rəsmini aldıqdan sonra, ofisi dağıtdılar. Qrup əllərində Mustafa Kamalın rəsmi və türk bayraqları ilə şirkətin Qaraköy bürösuna gəlmiş, eyni şəkildə Mustafa Kamalın rəsmini aldıqdan sonra ofisi dağıtmışdırlar. Ən sonunda İstanbul valiliyinin önünə gələn kütlə qəzet binalarının önündə bir müddət nümayişə davam etmişdirlər və əllərindəki Mustafa Kamal rəsmlərini xalq evinə təslim etdikdən sonra dağılmışdır. == Daha sonra == Baş verənlərdən sonra şirkət Naci bəyi işə bərpa etmiş, etnik azlıqların və qeyri-müsəlmanların daha çox yaşadığı Pera ətrafında bir çox xarici şirkət türkcə addan istifadə etməyə başlamış və yenidən "Vətəndaş, türkcə danış!" kompaniyasi başladılmışdır. Vaqon-Li şirkəti daha sonra Osmanlı dövləti dövründən qalan bir çox xarici şirkət kimi milliləşdirilmişdir. == Həmçinin bax == Vətəndaş, türkcə danış!
Bakı vaqon təmiri zavodu
"Bakı vaqon təmiri zavodu" (əvvəllər Bakı təmir zavodu, Oktyabr İnqilabı adına Bakı vaqon təmiri zavodu) — Bakı şəhərində yerləşən Azərbaycanın sənaye müəssisəsi. == Tarix == Zavod 1892-ci ildə alman sahibkar Karl Eyzenşmidtin neft avadanlıqlarının təmiri emalatxalarının əsasında təşkil edilmişdir. 1920-ci ildən Zaqafqaziya dəmiryollarının əsas emalatxanasına çevrilir. 1930-cu ildə Bakı təmir zavodu, 1933-cü ildə isə — Oktyabr İnqilabı adına Bakı vaqon təmiri zavodu adlandırılır. == Məhsulları == Zavod ilk məhsullarını hələ 1919-cu ilin əvvəllərində buraxmışdır. Burad ailk dəfə neftçıxartma və neftayırma sənayesi avadanlıqlarına aid məhsullar olmuşdur. 1920-ci ildən isə paravozların təmiri, ehtiyat hissələrinin hazırlanması, avadanlıqlarda nasazlıqların aradan qaldırılması, elerktrostansiyaların təmirti kimi işləri həyata keçirir. 1933-cü ildən Böyük Vətən müharibəsinə qədər vaqon-0sisternlərin təmirini gerçəkləşdirir. Müharibə dönəmində isə cəbhə üçün (mərmi, mina korpusu, əl qumbarası) silah-sursat hazırlayırdı.. 1992-ci ilə qədər isə sisterin təmiri, vaqon təkər çütlərinin hazırlanması və təmiri, ehtiyat hissələrinin istehsalı həyata keçirilirdi.

Oxşar sözlər

#vaqon-budka nədir? #vaqon-budka sözünün mənası #vaqon-budka nə deməkdir? #vaqon-budka sözünün izahı #vaqon-budka sözünün yazılışı #vaqon-budka necə yazılır? #vaqon-budka sözünün düzgün yazılışı #vaqon-budka leksik mənası #vaqon-budka sözünün sinonimi #vaqon-budka sözünün yaxın mənalı sözlər #vaqon-budka sözünün əks mənası #vaqon-budka sözünün etimologiyası #vaqon-budka sözünün orfoqrafiyası #vaqon-budka rusca #vaqon-budka inglisça #vaqon-budka fransızca #vaqon-budka sözünün istifadəsi #sözlük