plener sözü azərbaycan dilində

plener

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • plener • 79.5918%
  • Plener • 20.4082%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Plener
Plener (fr. plein air – açıq hava) — boyakarlıqda günəş işığı və atmosferin təsiri ilə əmələ gələn rəng dəyişikliklərinin tabloda verilməsini ifadə edən termin. Plener boyakarlığı naturanı bilavasitə öyrənmək və onun real simasını daha tam əks etdirmək məqsədilə rəssamların emalatxanadan kənarda, açıq havada işləmələri ilə əlaqədar meydana gəlmişdir. Renessans dövrü rəssamları gümüşü-boz rəng çalarlarından istifadə edərək tablolarında işıq-hava mühitini ustalıqla vermişlər. Ancaq plener prinsiplərinin geniş yayılması XIX əsrin 1-ci yarısına təsadüf edir. Plener prinsipləri XIX əsrin ortalarında Barbizon məktəbinə mənsub rəssamların, eləcə də K. Koronun, əsrin 2-ci yarısında isə impressionizm nümayəndələri K. Mone, K. Pissarro, O. Renuar və başqalarının yaradıcılığında əksini tapmışdır. Rusiyada İlya Repin, Surikov, Levitan, Azərbaycanda isə Səttar Bəhlulzadə və başqaları bir sıra əsərlərini plenerdə yaratmışlar. ASE, VII cild, Bakı, 1983. səh. 559.

Oxşar sözlər

#plener nədir? #plener sözünün mənası #plener nə deməkdir? #plener sözünün izahı #plener sözünün yazılışı #plener necə yazılır? #plener sözünün düzgün yazılışı #plener leksik mənası #plener sözünün sinonimi #plener sözünün yaxın mənalı sözlər #plener sözünün əks mənası #plener sözünün etimologiyası #plener sözünün orfoqrafiyası #plener rusca #plener inglisça #plener fransızca #plener sözünün istifadəsi #sözlük