prezidentli sözü azərbaycan dilində

prezidentli

Yazılış

  • prezidentli • 71.1111%
  • Prezidentli • 28.8889%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Super prezidentli respublika
Super prezidentli respublika – Dövlət İdarəetmə Formasıdır ki, hakimiyyət bölgüsü prinsipi mövcuddur, lakin bu formal xarakter daşıyır. Əslində isə hakimiyyət prezident və onun nəzarəti altındakı idarəçilik institutlarının əlində cəmləşmişdir. Avtoritarizmin formalarından biridir. Çox vaxt super prezidentli respublikalarda prezident hakimiyyətə hakim partiyanın (hansı ki bu partiya yeganə partiya ola bilər və ya digər partiyalar üçün konstitusiyaya zidd olan üstünlüklərdən istifadə edə bilər) lideri olaraq başçılıq edir. Üstəlik, super prezidentli respublikada prezidentin milli konstitusiyada nəzərdə tutulan fövqəladə səlahiyyətlərindən istifadəsi adi prezident respublikasına nisbətən daha genişdir. Super prezidentli respublikalarda prezidentin kostitusiya üzrə səlahiyyətlərinə, qanun qüvvəsində olan fərmanların verilməsi, parlamentin buraxılması, nazirlərin və inzibati-ərazi vahidlərinin rəhbərlərinin vəzifədən azad edilməsi və s. daxildir. Ölkədə super prezidentli respublika rejiminin qurulması "Ömürlük prezidentlik" rejiminin qurulmasına və ya yeni prezidentin formal xarakterli seçkilər yolu keçmiş prezident tərəfindən təyin olunmasına gətirib çıxarar. V. E. Çirkin özünün "Xarici ölkələrin konstitusiya hüququ" əsərində (1997) super prezidentli respublikaların 3 növünü qeyd etmişdir: 1. Prezidentli monokratik respublika — elə idarəetmə formasıdır ki, burada prezident yeganə səlahiyyətli partiyaya rəhbərlik edir və bu partiya rəsmi elan olunmuş məcburi ideologiyanın daşıyıcısıdır (Kvame Nkrumanın dövründə Qana, Əhməd Seku Turenin dövründə Qvineya, Mobutu Seso Sekonun dövründə Zair və s.) 2.
Prezidentlik sarayı (Türkiyə)
Prezidentlik sarayı və ya Ağ saray —Türkiyənin paytaxtı Ankarada yerləşən və 2014-cü ildən Türkiyə prezidenti tərəfindən istifadə edilən rəsmi prezident sarayı. Mustafa Kamal Atatürkdən bəri prezidentlərin yaşadığı Çanqaya köşkü isə Türkiyə baş naziri tərəfindən istifadə edilir.
Alberto Fernandesin prezidentliyi
Alberto Fernandesin prezidentliyi onun 10 dekabr 2019-cu ildə, 4 illik vəzifəsi üçün and içməsi ilə başlamış və Fernandes vəzifəyə vitse-prezident Kristina Fernandes de Kirşner ilə birlikdə gəlmişdir. Hamının Cəbhəsi koalisiyasının qalib gəldiyi seçkilərdə Fernandes 48,24% səs ilə 40,28% səs toplayan o vaxtın vəzifədəki prezidenti Maurisio Makriyə qalib gəlmişdir. Bu zaman Argentina tarixində ilk dəfə vəzifədəki prezidentin seçkilərin yenilənməsi istəyi rədd edilmişdi. 2023-cü ildə Fernandesi Xavyer Miley əvəz etmişdir. == Fon == === 2019-dakı seçkilər və seçki kampaniyası === 18 may 2019-cu il tarixində Kristina Fernandes de Kirşner özünün vitse-prezidentliyə və Fernandesin prezidentliyə namizəd olacağını açıqlamış, baldızı Alisia Kirşnerin idarə etdiyi Santa Kruz vilayətində seçki kampaniyalarına başlamışdır.
Barak Obamanın prezidentliyi
Barak Obama ilk dəfə prezidentliyə 2008-dəki seçkilərdə respublikaçı rəqibi Con Makkeynə qalib gələrək seçilmiş, 20 yanvar 2009-cu il tarixindəki ilk inauqurasiyasından sonra da ABŞ-nin 44-cü prezidenti kimi vəzifəsinə başlamışdır. ABŞ tarixinin ilk afroamerikan, ilk çoxirqli, ilk ağdərili olmayan və Havayda doğulan ilk prezidentidir. Obama ikinci dəfə 2012-dəki seçkilərdə Mit Romniyə qalib gələrək seçilmiş, daha sonra isə 2016-cı ildəki seçkilərdə qalib gələn Donald Tramp tərəfindən əvəz edilmişdir. Obama vəzifəsinin ilk 100 günü ərzində bərabər əməkhaqqı davasının zaman müddətinin uzadılmasını təmin edən 2009 Lilli Ledbetter Ədalətli Ödəniş Aktını imzalamış, Uşaqların Tibbi Sığortası üzrə Dövlət Proqramı haqqında qanunu qüvvəyə mindirmiş, konqresin 2009-cu ildəki səhiyyə islahatı ilə əlaqədar büdcə təklifini qəbul etmiş, icraedici hakimiyyətdə lobbiçilərin təsirini külli miqdarda azaltmaq məqsədilə yeni etika qaydaları tərtib etmiş, hərbçiləri geri çəkdiyi İraq istisna olmaqla bir çox siyasi cəbhədə Buşun idarəsindən qırılmış, BMT-nin seksual orientasiya və cinsi kimlik deklarasiyasına dəstək vermiş və embrional kök hüceyrə araşdırması üçün federal fond ayrılmasının 7 il yarımlıq qadağasını aradan qaldırmışdır. Obama Kubadakı Quantanamo həbs düşərgəsinin bağlanması haqqında da fərman imzalasa da, düşərgə hələ də açıq qalır. O, həmçinin, bir sıra mali və adaya səyahətlə əlaqədar qadağaları da ləğv etmişdir. Vəzifəsinin ilk iki ilində Obama çox sayda önəmli qanunları qüvvəyə mindirmişdir. Onun əsas islahatlarına isə "Obamacare" kimi də tanınan Pasiyentlərin Müdafiəsi və Əlçatan Tibbi Xidmət Aktı, Dodd-Frank Voll-Strit İslahatı və İstehlakçı Müdafiəsi Aktı və 2010 Soruşma, Demə Ləğvi Aktı daxildir. 2009 Amerikan Bərpa və Reinvestisiya Aktı ilə 2010 Vergi Güzəşti, İşsizlik Sığortası Yenidən Avtorizasiyası və İş Yaradılması Aktı isə Böyük Böhran zamanı iqtisadi stimul rolunu oynamışdır. Dövlət borcu ilə əlaqədar uzun çəkən mübahisələrdən sonra Obama 2011 Büdcə İdarəsi Aktı və 2012 Amerikan Vergiverən Güzəşti Aktını imzalamışdır.
Co Baydenin prezidentliyi
Co Baydenin prezidentliyi onun 20 yanvar 2021-ci ildəki andiçməsi ilə başlayıb. Delaver ştatından olan və daha əvvəl Barak Obamanın prezidentliyi dövründə vitse-prezident kimi çalışan Demokrat Bayden o vaxt vəzifədə olan Respublikaçı prezident Donald Trampa 2020-ci il prezident seçkilərində qalib gələrək ABŞ-nin 46-cı prezidenti seçilmiş və bununla da Donald Trampın rekordunu təzələyərək ABŞ-nin ən yaşlı prezidenti olmuşdur. Baydenin vəzifəyə gəldiyi dövrdə ABŞ-də COVID-19 pandemiyası, iqtisadi böhran və siyasi qütbləşmə mövcud idi.
Donald Trampın prezidentliyi
Donald Tramp 20 yanvar 2017-ci il tarixindəki andiçməsi ilə ABŞ-nin 45-ci prezidenti vəzifəsinə gəlmiş, 20 yanvar 2021-ci ildə isə Co Bayden onu əvəz etmişdir. Nyu-York şəhərindən olan Respublikaçı 2016-cı ildəki seçkilərdə Demokrat rəqibi Hillari Klintona qalib gəlib.
Rəcəb Tayyib Ərdoğanın prezidentliyi
Rəcəb Tayyib Ərdoğan 28 avqust 2014-cü il tarixində and içdikdən sonra Türkiyənin 12-ci prezidenti kimi vəzifəyə başladı. Ertəsi gün isə o baş nazir Əhməd Davudoğlunun andiçmə mərasimini idarə elədi. Ərdoğan Atatürk Meşə Kompleksində təqribən 200 min kvadrat metrlik ərazini ehtiva edən yeni bir sarayın tikintisinə görə tənqid edilib.
Xavyer Mileyin prezidentliyi
Xavyer Mileyin prezidentliyi dövrü onun 10 dekabr 2023-cü ildə, 4 illik vəzifəsi üçün and içməsi ilə başlamış və Miley vəzifəyə vitse-prezident Viktoriya Viyarruel ilə birlikdə gəlmişdir. Seçkilər Argentinada pul böhranı davam edərkən baş tutmuş və Miley 2-ci turda 55,65% səs toplayaraq keçmiş iqtisadiyyat naziri Sergio Massaya qalib gəlmişdir. Miley öz namizədliyini 11 aprel 2023-cü il tarixində Clarín qəzeti ilə müsahibəsində açıqlayıb və öz yoldaşı kimi Argentina Demokrat Partiyasının deputatı Viktoriya Viyarrueli seçib. O, seçkilər zamanı sağ libertarian ideologiyası ilə seçilmiş, sağ populist fikirləri inflyasiyanın 100%-i aşdığı ölkənin sorğularında yüksəlməsinə kömək olmuşdur. Xavyer Mileyin kabineti də vəzifəyə 10 dekabr 2023-cü ildə başladı. Sabiq prezident Alberto Fernandesin heyəti istefa verəndən sonra Miley əksəriyyəti Azadlıq İrəliləyir və Dəyişiklik üçün Birlikdə koalisiyalarından olan öz kabinet üzvlərini vəzifələrə təyin elədi. Prezident kimi vəzifəyə başlayandan sonra Xavyer Miley nazirlər və nazirliklərlə bağlı bir sıra fərmanlar, sərəncamlar imzaladı. Nikolas Posse Kabinetin sədri, Giyermo Frankos Daxili İşlər naziri, Diana Mondino Xarici İşlər, Beynəlxalq Ticarət və İnanc naziri, Luis Petri Müdafiə naziri, Luis Kaputo İqtisadiyyat naziri, Patrisia Bulriç Təhlükəsizlik naziri və Mario Russo Səhiyyə naziri təyin olundu. 10 dekabr 2023-cü il tarixində Miley 8-ci (prezident səlahiyyətlərinin icraçısı kimi birinci) fərmanında qanunda dəyişiklik edərək mövcud olan 19 nazirliyin sayını 9-a saldı.

"prezidentli" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#prezidentli nədir? #prezidentli sözünün mənası #prezidentli nə deməkdir? #prezidentli sözünün izahı #prezidentli sözünün yazılışı #prezidentli necə yazılır? #prezidentli sözünün düzgün yazılışı #prezidentli leksik mənası #prezidentli sözünün sinonimi #prezidentli sözünün yaxın mənalı sözlər #prezidentli sözünün əks mənası #prezidentli sözünün etimologiyası #prezidentli sözünün orfoqrafiyası #prezidentli rusca #prezidentli inglisça #prezidentli fransızca #prezidentli sözünün istifadəsi #sözlük