Prezidenti sözü azərbaycan dilində

Prezidenti

Yazılış

  • Prezidenti • 63.7175%
  • prezidenti • 36.2100%
  • PREZİDENTİ • 0.0711%
  • Prezidentİ • 0.0015%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ermənistan Prezidenti
"Ermənistan Prezidenti" (erm. Հայաստանի Նախագահ, translit. Hayastani Naxaqah) — Ermənistanın ali dövlət vəzifəsi. Ermənistan Prezidenti dövlətin başçısı hesab olunur.Lakin bu belə deyil. "Ermənistan Prezidenti", vəzifəyə "Ermənistan Parlamenti"ndə baş tutan seçim yolu ilə təyin olunur."Ermənistan Parlamentinin" 132 üzvü bir neçə mərhələdən ibarət olan seçim yolu ilə bir nəfəri yeddi il müddətinə "Ermənistan Prezidenti" vəzifəsinə seçir. Ermənistan Prezidenti seçilən şəxsin səlahiyyət müddəti seçildiyi il aprelin 9-dan başlayır və yeddi il sonra başa çatır. Hal-hazırkı prezident 2022-ci il martın 3-də yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçaturyan parlament tərəfindən ikinci turda Ermənistan prezidenti seçilib. == Tarixi == 1990-cı il avqustun 22-də Ermənistan SSR Ali Soveti "Ermənistanın dövlət müstəqilliyinin bərpası haqqında" Bəyannaməni qəbul etdi. 1991-ci il sentyabrın 22-də isə Ermənistanın dövlət müstəqilliyi haqqında referendum baş tutdu və həmin referendumun nəticələrinə əsasən Ermənistan dövlət müstəqilliyini elan etdi. Növbəti ay isə Ermənistanda birinci dəfə Prezident seçimləri baş tutdu.
Estoniya Prezidenti
Estoniya prezidentlərinin siyahısı — 1990-cı ildə Sovet İttifaqından müstəqilliyini qazanan Estoniyanın, dövlət başçılarının siyahısı. Estoniya Prezidenti, Estoniya Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır. Estoniya Prezidenti vəzifəyə, Estoniya Konstitusiyasının müvafiq maddələri ilə təyin olunur. 2021-cı ilin ilin 11 oktyabr tarixindən vəzifəni, Alar Karis icra edir.
Fransa Prezidenti
Fransa Prezidenti və ya rəsmi olaraq Fransa Respublikasının Prezidenti (fr. Président de la République Française) — fransızların seçdikləri dövlət başçısı. Fransanın beş respublikasından dördünün dövlət başçısı kimi prezidentləri olub. Fransa konstitusiyasının hər nəşrində prezidentlərin səlahiyyətləri, rol və vəzifələri və Fransa hökuməti ilə münasibətləri fərqlinir. 1965-ci ildən etibarən respublika prezidentinin seçilməsi birbaşa və ümumxalq olmuşdur (qanun 1962-ci ildə dəyişdirilmişdir).2002-ci ilə qədər (qanuna 2000-ci ildə düzəliş edildi), prezidentlik müddəti 7 il (fr. septennat), sonra 5 il (fr. quinquennat) edilmişdir. 2008-ci ilin mayında dövlət başçısının təklifi ilə hakimiyyət institutlarının islahatı komissiyası prezident səlahiyyətlərinin müddətinin konstitusiya dəyişiklikləri sayına məhdudlaşdırılması barədə nota daxil etdi. Qanunun yeni variantında dəyişiklik aşağıdakı kimidir: "Heç kim ardıcıl olaraq iki dəfədən çox prezident vəzifəsinə seçilə bilməz." Hal-hazırda, Respublika Prezidenti, 14 may 2017-ci il tarixindən etibarən beş illik müddətə vəzifəyə başlayan, Fransa Respublikasının 25-ci prezidenti və 24-cü prezidenti Fransua Ollandın ardınca gələn Emmanuel Makrondur. Prezident iqamətgahı - Parisdəki Yelisey sarayıdır.
Gürcüstan Prezidenti
Gürcüstan prezidenti — Gürcüstan xalqı tərəfindən seçilmiş dövlət başçısı.
Hindistan Prezidenti
Hindistan Prezidenti və ya Raştrapati — Hindistan Respublikasının dövlət başçısı, Hindistanın birinci vətəndaşı, həmçinin Hindistan Silahlı Qüvvələrinin ali baş komandanı. == Prezidentin səlahiyyətləri == Hindistanın Prezidenti parlamentarlar və ştat nümayəndələrindən ibarət Elektoral Kollegiya tərəfindən 5 il müddətinə seçilir.. Hindistan Konstitusiyasına əsasən Prezident nəzəri cəhətdən mühüm əhəmiyyətli səlahiyyətlərə: ştatların qanunverici məclislərini buraxmaq, ştatların hökumətlərini ləğv etmək və onların yerinə Prezident üsul-idarəsi tətbiq etmək (ştatların idarəsi qubernatorların ixtiyarına keçir) səlahiyyətlərinə malikdir. Lakin əməli olaraq hakimiyyət başçısı səlahiyyətlərinin əksəriyyəti Baş nazirın başçılıq etdiyi Hindistan hökuməti tərəfindən həyata keçirilir. Prezidentin icra etdiyi vəzifələrin əsas hissəsini formal şəkildə hökumət qərarlarının təsdiq edilməsi təşkil edir. Bir sıra hallarda o, məhkumların bağışlanması hüququna da malikdir. == Hindistan prezidentlərinin siyahısı == Racendra Prasad — 1950–1962 Sarvepalli Radxakrişnan — 1962–1967 Zakir Hüseyn — 1967–1969 Baraxaqiri Venkata — 1969–1974 Faxruddin Əli Əhməd — 1974–1977 Hilam Sanciva Reddi — 1974–1977 Zail Sinqx — 1982–1987 Ramasvamı Venkataraman — 1987–1992 Şankar Şarma — 1992–1997 Koçeril Raman Narayanan — 1997–2002 Abdul Kalam — 2002–2007 Pratibha Patil — 2007–2012 Pranab Mukerci — 2012–2017 Ram Nath Kovind — 2018-indi == Hindistan Prezidenti vəzifəsini icra edənlər == Varaxaqiri Venkata Qiri — 3 may 1969 – 20 iyul 1969 Muxammad Xidayatulla — 20 iyul 1969 – 24 avqust 1969 Basappa Danappa Catti — 11 fevral 1977 – 25 iyul 1977 == İstinadlar == == Xarici keçidlər == Официальный сайт Президента Индии == Mənbə == Варахагири Венката Гири (Люди и события) // Новое время. — М., 1969. — № 20. Нилам Санджива Редди (Люди и события) // Новое время.
Kamerun Prezidenti
Kamerun Prezidenti == Tarixi == 1960-cı il yanvarın 1-də Kamerun, Fransadan dövlət müstəqilliyini elan etdi. 1960-cı il mayın 15-də Kamerun Prezidenti vəzifəsinə Fransız Kamerununun Baş naziri Əhmədu Ahico gətirildi. 1960-cı ildən 1965-ci ildə qədər Əhmədu Ahico Kamerunun Prezidenti vəzifəsini icra etdi. 1965-ci il martın 23-də Kamerun tarixində birinci dəfə Prezident seçimləri baş tutdu. Seçimlərin yeganə namizədi olan Əhmədu Ahico səslərin 100 faizini topladı və 5 il müddətinə Kamerun Prezidenti seçildi. 28 mart 1970-ci ildə Kamerunda növbəti dəfə Prezident seçimləri baş tutdu. Yenə seçimlərin yeganə namizədi olan Əhmədu Ahico səslərin 100 faizini topladı və yenidən 5 il müddətinə Kamerun Prezidenti seçildi. 1975-ci il aprelin 5-də Kamerunda üçüncü dəfə Prezident seçimləri baş tutdu. Seçimlərin yeganə namizədi olan Əhmədu Ahico səslərin 100 faizini topladı və üçüncü dəfə 5 il müddətinə Kamerun Prezidenti seçildi. 5 aprel 1980-cı ildə Kamerunda növbəti dəfə Prezident seçimləri baş tutdu.
Kolumbiya Prezidenti
Kolumbiya Prezidenti (TBD) — Kolumbiyanın ali dövlət vəzifəsi. Kolumbiya Prezidenti dövlətin başçısı hesab olunur. Kolumbiya Prezidenti, vəzifəyə seçim yolu ilə təyin olunur. Kolumbiya vətəndaşları seçim yolu ilə bir nəfəri dörd il müddətinə Kolumbiya Prezidenti vəzifəsinə seçir. Kolumbiya Prezidenti seçilən şəxsin səlahiyyət müddəti seçildiyi il avqustun 7-də başlayır və dörd il sonra başa çatır. 2018-ci il avqustun 7-dən Kolumbiya Prezidentinin səlahiyyətlərini İvan Duqe icra edir. Onun səlahiyyət müddəti 2022-ci il avqustun 7-də başa çatır. == Tarixi == == Prezidentin səlahiyyətləri == == Seçilmə qaydaları == === Prezidentin səlahiyyət müddəti === Kolumbiya Konstitusiyasında qeyd olunub: Kolumbiya Konstitusiyasında qeyd olunub: === Prezidentin andiçmə mərasimi === Kolumbiya Prezidenti seçilən şəxsin andiçmə mərasi avqustun 7-də baş tutur. Latviya Prezidenti seçilən şəxsə andiçmə mərasimi zamanı Kolumbiya Prezidentinin qurşağı təqdim edilir. Andiçmə mərasimi zamanı Kolumbiya Prezidenti seçilən şəxs sağ əlini ürəyinə qoyur və aşağıda olan andı qəbul edir: == Prezidentin rəmzləri == === Kolumbiya Prezidentinin bayrağı === == Prezidentin iqamətgahları == Kolumbiya Prezidentinin rəsmi iqamətgahı Narinio Evidir.
Latviya Prezidenti
Latviya Prezidenti (latış. Latvijas Valsts Prezidents‎) – Latviyanın ali dövlət vəzifəsi. Latviya Prezidenti dövlətin başçısı hesab olunur. Latviya Prezidenti, vəzifəyə Latviya Parlamentində (Seymi) baş tutan seçki yolu ilə təyin olunur. Latviya Seyminin 100 üzvü bir neçə mərhələdən ibarət olan seçki yolu ilə bir nəfəri dörd il müddətinə Latviya Prezidenti vəzifəsinə seçir. Latviya Prezidenti seçilən şəxsin səlahiyyət müddəti seçildiyi il iyulun 8-dən başlayır və dörd il sonra başa çatır. 2023-cü il iyulun 8-dən Latviya Prezidentinin səlahiyyətlərini Edqar Rinkeviç icra edir. == Tarixi == === 1940– 1990 === 1922-ci il noyabrın 14-də Latviya Seymi Latviyanın birinci Prezidentini seçdi. Həmin vəzifəyə yeganə namizəd "Kəndçi Birliyi" Partiyasının üzvü Yanis Çaqste idi. Onun lehinə 92, əlehinə isə 6 deputat səs verdi və Yanis Çaqste üç il müddətinə Latviya Prezidenti seçildi.
Litva Prezidenti
Litva prezidentlərinin siyahısı — 1990-cı ildə Sovet İttifaqından müstəqilliyi qazanan Litvanın, dövlət başçılarının siyahısı. Litva Prezidenti, Litva Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır. Litva Prezidenti vəzifəyə, Litva Konstitusiyasının müvafiq maddələri ilə təyin olunur. 2019-cu ilin ilin 12 iyul tarixindən vəzifəni, Gitanas Nausėda icra edir.
Livan prezidenti
Livan Prezidenti — Livan Ərəb Respubliksının 22 noyabr 1943-cü il tarixindən seçilən başçıları.
Monteneqro Prezidenti
Monteneqro Prezidenti (mont. və serb. Предсједник Црне Горе, Predsjednik Crne Gore) — Monteneqroda dövlət və icra hakimiyyəti başçısı. Prezidentin səlahiyyət müddəti 5 ildir və yalnız bir dəfə təkrar seçilə bilər. Prezident birbaşa seçkilərdə ümumdünya seçki hüququ ilə seçilir. Müharibə vəziyyəti elan olunarsa, prezidentin mandatı müvəqqəti uzadıla bilər. Prezidentin mandatı bitərsə, ləğv edilərsə və ya prezident istefa edərsə dayandırılır. Prezident məclis tərəfindən də geri çağırıla bilər, bundan sonra Konstitusiya Məhkəməsi prezidentin konstitusiyanı pozduğuna dair qərar verməlidir. 2006-cı il mayın 20-də Monteneqronun, Serbiya və Monteneqro dövlət ittifaqından dövlət müstəqilliyini elan etməsi üçün referendum (ümumxalq səsverməsi) baş tutdu. Referendumda səs verən seçicilərin 55.50 faizin Monteneqronun dövlət müstəqilliyinin leyihə səs verdi.
Nikaraqua Prezidenti
Nikaraqua Prezidenti (isp. Gobernantes de Nicaragua) — Nikaraquanın dövlət başçısı. Nikaraqua prezidenti 5 ildən bir seçilir. Hazırda Nikaraquanın prezidenti Daniel Orteqodur.
Pakistan Prezidenti
Pakistan Prezidenti — Vəzifəni 9 sentyabr 2018-ci ildən Pakistan Islam Respublikasının 13-cü prezidenti Arif Alvi icra edir. 1947-ci ildən 1956-cı ilə qədər Pakistanın Baş Qubernatoru fəaliyyət göstərdi: Kral VI Corc (1952-ci ilə qədər) və Kraliça II Yelizaveta (1952-ci ildən). İlk Konstitusiyanın elan edilməsi ilə Pakistan 1956-cı ildə İslam respublikasına çevrildi və Baş Qubernator prezidentliklə əvəz olundu. Mövcud general-qubernator İskəndər Mirzə Pakistanın ilk prezidenti oldu. 1958-ci ildə ilk Konstitusiyanı dayandırdığını və Ordu Baş Komandanı Ayub Xanı ilk baş döyüş vəziyyətinin idarəçisi təyin etdiyini bildirdi. Xan sonradan prezident olmaq üçün Mirzəni işdən azad etdi. İskəndər Mirzə 1956-cı ildə Pakistanın 1-ci prezidenti oldu. Prezident Əyyub Xanın təqdim etdiyi ikinci Konstitusiya, ölkəni birbaşa seçkilər olmadan prezident respublikasına çevirdi. Daxili və beynəlxalq təzyiqlərə tab gətirmədən, Xan 1965-ci ildə ümummilli prezident seçkisini keçirdi. Xan ikinci müddətə rəqibi Fatimə Cinnaya qarşı uğurla kampaniya apardı, lakin bəziləri seçkilərin Xanın lehinə qurulduğunu iddia etdi.
Qaradağ Prezidenti
Monteneqro Prezidenti (mont. və serb. Предсједник Црне Горе, Predsjednik Crne Gore) — Monteneqroda dövlət və icra hakimiyyəti başçısı. Prezidentin səlahiyyət müddəti 5 ildir və yalnız bir dəfə təkrar seçilə bilər. Prezident birbaşa seçkilərdə ümumdünya seçki hüququ ilə seçilir. Müharibə vəziyyəti elan olunarsa, prezidentin mandatı müvəqqəti uzadıla bilər. Prezidentin mandatı bitərsə, ləğv edilərsə və ya prezident istefa edərsə dayandırılır. Prezident məclis tərəfindən də geri çağırıla bilər, bundan sonra Konstitusiya Məhkəməsi prezidentin konstitusiyanı pozduğuna dair qərar verməlidir. 2006-cı il mayın 20-də Monteneqronun, Serbiya və Monteneqro dövlət ittifaqından dövlət müstəqilliyini elan etməsi üçün referendum (ümumxalq səsverməsi) baş tutdu. Referendumda səs verən seçicilərin 55.50 faizin Monteneqronun dövlət müstəqilliyinin leyihə səs verdi.
Qazaxıstan Prezidenti
Qazaxıstan prezidentlərinin siyahısı — 1991-ci ildə Sovet İttifaqından müstəqilliyini qazanan Qazaxıstanın, dövlət başçılarının siyahısı. Qazaxıstan Prezidenti, Qazaxıstan Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır. Qazaxıstan Prezidenti vəzifəyə, Qazaxıstan Konstitusiyasının müvafiq maddələri ilə təyin olunur. 1990-cı ilin 24 aprel tarixindən təsis edilən vəzifəni, 2019-cu il 20 mart tarixinədək Nursultan Nazarbayev icra etdi. 2019-cu il 20 mart tarixindən təsis edilən vəzifəni həmin gündən etibarən Qasım-Comərd Tokayev icra edir.
Qvatemala Prezidenti
Qvatemala Prezidenti (isp. Presidente de Guatemala) — Qvatemalada dövlət başçısı.
Qırğızıstan Prezidenti
Qırğızıstan prezidentlərinin siyahısı — 1991-ci ildə Sovet İttifaqından müstəqilliyini qazanan Qırğızıstanın, dövlət başçılarının siyahısı. Qırğızıstan Prezidenti, Qırğızıstan Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır. Qırğızıstan Prezidenti vəzifəyə, Qırğızıstan Konstitusiyasının müvafiq maddələri ilə təyin olunur. 2021-ci ilin 28 yanvar tarixində vəzifəni Sadır Japarov icra edir.
Rusiya prezidenti
Rusiya Prezidenti — Rusiyanın ən ali vəzifəsidir. Rusiya Prezidenti Rusiya dövlətinin başçısıdır və hakimiyyətin heç bir qoluna aid deyil, Rusiya konstutiyasının , Rusiya vətəndaş haqlarının və insan azadlığının qarantıdır. Rusiya Ali Baş Komandanıdır. 17 mart 1991 ci-ildə ümümxalq referendumun nəticəsi ilə dövlət idarəçiliyinin ən ali vəzifəsi kimi Rusiya Federasiyasının prezidenti postu yaradılmışdır.
SSRİ Prezidenti
SSRİ prezidenti (rus. Президент СССР) — 1990–1991-ci illərdə SSRİ-də dövlət başçısı vəzifəsi. Sovet İttifaqının Prezidenti vəzifəsi 15 mart 1990-cı ildə SSRİ Xalq Deputatlarının III fövqəladə qurultayı tərəfindən SSRİ Konstitusiyasına müvafiq dəyişikliklərin edilməsi ilə təqdim edilmişdir. Bundan əvvəl SSRİ-də ən yüksək vəzifəli şəxs SSRİ Ali Sovetinin sədri idi. Bu vəzifəni tutan yeganə şəxs ən yüksək dövlət vəzifəsini partiya vəzifəsi ilə birləşdirən Mixail Qorbaçov olmuşdur. Mixail Sergeyeviç Qorbaçov (15 mart 1990 – 25 dekabr 1991) vakant (25 dekabr – 26 dekabr 1991) Конституция (Основной закон) Союза Советских Социалистических Республик (принята на внеочередной седьмой сессии Верховного Совета СССР девятого созыва 7 октября 1977 г.) (в редакции от 26 декабря 1990 г.).Arxivləşdirilib 2010-02-18 at the Wayback Machine Закон об учреждении поста Президента СССР.Arxivləşdirilib 2017-09-13 at the Wayback Machine. 14.03.1990. Проект Российского военно-исторического общества «100 главных документов российской истории».
Slovakiya Prezidenti
1992-ci il iyulun 17-də Slovakiya Milli Şurası "Slovakiya millətinin dövlət müstəqilliyi haqqında" Bəyannaməni qəbul etdi. 1992-ci il sentyabrın 1-də isə Slovakiya Konstitusiyası qəbul edildi. Konstitusiyaya əsasən Slovakiya Prezidenti vəzifəsi təsis edildi. 1992-ci il iyunun 5-də və 6-da 150 nəfərdən ibarət olan Milli Şuranın qurulması üçün seçimlər baş tutdu. Seçimlərin nəticələrinə əsasən qurulan Milli Şura, iyunun 24-də Vladimir Meçiar Baş nazir vəzifəsinə seçdi. 1993-cü il yanvarın 1-də Slovakiya rəsmən dövlət müstəqilliyini elan etdi. Konstitusiyaya əsasən isə Slovakiya Prezidenti seçilənə qədər, onun bütün səlahiyyətlərinin icra edilməsi Baş nazir Vladimir Meçiara verildi. Prezident seçimləri 1993-cü il yanvarın 26-da 1-ci turla, 27-də 2-ci turla, fevralın 15-də isə həlledici, 3-cü turla baş tutdu. Üç turdan ibarət olan seçimlərin nəticəsində Mixal Kovaç 5 il müddətinə Slovakiyanın Prezidenti seçildi. Onun andiçmə mərasimi martın 2-də baş tutdu.
Suriya Prezidenti
Suriya Prezidenti — Suriya Ərəb Respublikasının lideri. Vəzifəni 17 iyul 2000-ci ildən Hafiz Əsədin oğlu Bəşşar əl-Əsəd icra edir. Suriya konstitusiyasının 84-cü və 85-ci maddələrinə əsasən, Respublika Prezidenti vəzifəsinə namizəd: Xalq Məclisinin ən az 35 üzvünün dəstəyini əldə edin 34 yaşdan yuxarı olun (yeni qanunla) Seçkidən 10 il əvvəl Suriyada davamlı yaşadıq Suriyalı olan doğuşdan Suriyalı olun Suriyalı olmayan bir həyat yoldaşı ilə evlənməyin Həmçinin Konstitusiyada "Respublika Prezidentinin dini İslamdır" deyilir. 31 yanvar 1973-cü ildə Hafiz Əsəd milli böhrana səbəb olan yeni Konstitusiyanı tətbiq etdi. Əvvəlki konstitusiyalardan fərqli olaraq, bu, Suriya prezidentinin müsəlman olmağını tələb etməmiş, Həma, Hüms və Hələbdə Müsəlman Qardaşlar və üləmanın təşkil etdiyi şiddətli nümayişlərə səbəb olmuşdur. Onlar Əsədi "Allahın düşməni" kimi etiketlədilər və onun hakimiyyətinə qarşı bir cihad kimi çağırdılar.
Meksika Prezidenti
Meksika Birləşmiş Ştatlarının Prezidenti — Meksikanın icraedici hakimiyyətinin başçısı . == Səlahiyyətlər == Prezident icraedici hakimiyyətin başçısı kimi bütün dövlət aparatına rəhbərlik edir, Federasiyanın və Federal Dairənin yüksək vəzifəli şəxslərini vəzifəyə təyin və vəzifədən azad edir, silahlı qüvvələrə rəhbərlik edir. Ona qanunvericilik təşəbbüsü hüququ verilmişdir və praktikada Konqresdə müzakirə edilən və təsdiqlənən qanun layihələrinin böyük əksəriyyəti icraedici hakimiyyətdən gəlir. Prezidentin veto hüququ var, lakin qanunvericilik prosesinə tam nəzarət etmək imkanına malik olduğu üçün bu, Meksikada geniş yayılmamışdır. Prezidentin fövqəladə vəziyyət tətbiq etmək, konstitusiya təminatlarını dayandırmaq və ştatların daxili işlərinə federal müdaxilə imkanlarını həyata keçirmək hüququ var. O, qanuni qüvvəyə malik fərmanlar verir. Prezidentin bütün qərarları, fərmanları, qərarları və sərəncamları müvafiq akta cavabdeh olan dövlət katibi tərəfindən əks imzalanmalıdır.
Abxaziya Prezidenti
Abxaziya Prezidenti yalnız Abxaziya Muxtar Respublikasının başçıı ola bilər. Burada seçkilər beş ildən bir keçirilir. Burada ilk seçkilər 1991-cü ilin yanvar ayında keçirilib. == Prezidentlərin siyahısı == Valeri Bqanba-1 iyun 2014 - 25 sentyabr 2014.
Haiti Prezidenti
Haiti prezidenti - (Haiti kreol: Président d'Haïti) Haiti dövlət başçısı icra hakimiyyəti prezidentlə hökumət arasında bölünür. Müvəqqəti Prezident Şurası 25 aprel 2024-cü ildən prezidentliyin səlahiyyətlərini həyata keçirir. == Seçilmə və qaydalar == 1987-ci il Haiti Konstitusiyasının III maddəsində prezidentlik üçün bir sıra tələblər göstərilmişdir. Fəsil A Hissəsində verilmişdir (134 və 135-ci maddələr). Prezident ümumxalq səsverməsi ilə beş il müddətinə seçilir və Prezident ardıcıl olaraq seçilə bilməz. Prezident seçilmək üçün namizəd aşağıdakıları kriteryalara cavab verməlidir. Haiti vətəndaşı olmalı və heç vaxt vətəndaşlıqdan çıxmaq tələb irəli sürməli deyil. Mülki və siyasi hüquqlardan istifadə etməli və cinayət törətdiyinə görə ölümə, həbsə və ya mülki hüquqlarını itirmə cəzasına məhkum edilməməlidir. Daşınmaz əmlakın sahibi olmalı və ölkədə daimi yaşayış yerinə sahib olmalıdır. Seçki gününə azı 5 il qalmış vaxtdan seçki gününə qədər ölkədə yaşalıdır.
İran Prezidenti
İran Prezidenti — İran xalqı tərəfindən seçilmiş dövlət başçısı. İranda prezident 4 illik seçilir. Bir nəfər ard-arda iki dəfədən artıq prezident seçilə bilməz. İran prezidenti hökumətə başçılıq edir, vitse-prezidentləri, nazirləri təyin edir, onların istefasını qəbul və ya rədd edir, Nazirlər Kabinetinin iclaslarını keçirir, xarici ölkələrə səfirləri təyin edir, xarici ölkə səfirlərinin etimadnamələrini qəbul edir, dövlət büdcəsini, parlamentin qəbul etdiyi qanunları, dövlətlərarası müqavilələri təsdiqləyir, dövlət orden və medallarını verir. Prezidentin ikinci vəzifəsi ola bilməz. O, istefaya getmək istəyəndə dini rəhbərə müraciət etməlidir. Dini rəhbər istefanı qəbul edənədək prezident öz vəzifəsində qalmalıdır. Prezident istefaya gedəndə və ya başqa səbəbdən səlahiyyətlərinin icrasını davam etdirə bilməyəndə dini rəhbərin razılığı ilə onu müvəqqəti olaraq birinci vitse-prezident əvəz edir. 1979-cu ildə şahın devrilməsi ilə nəticələnən islam inqilabından sonra İranda yaradılan prezident postunu indiyədək səkkiz nəfər tutub: 1979-cu ilin fevralında baş verən İran İslam İnqilabından sonra şah Məhəmməd Rza Pəhləvi devrilmiş, Pəhləvilər ailəsi isə İrandan sürgün edilmişdir. İranı həmin dönəmdə müvəqqəti olaraq İslam İnqilabı Şurası idarə edirdi.
Ermənistan Respublikası Prezidenti seçkiləri (2013)
2013-cü il Ermənistan Respublikası prezidenti seçkiləri — Ermənistan Prezidenti postuna keçiriləcək 6-cı seçkilərdir. Seçkilər 18 fevral, 2013 tarixində keçirildi. Ölkənin 3-cü prezidenti Serj Sarqsyan səslərin 58%-ni toplayaraq qalib gəldi və ikinci müddətə prezident seçildi. Onun əsas rəqibi Raffi Hovanisyan səslərin 36%-ni qazandı və ikinci yeri tutdu. Qalan 5 namizəd ümumilikdə səslərin qalan 4%-ini aldı. == Seçkidən əvvəl vəziyyət == Son prezident seçkilərində Respublikan partiyanın sədri Serj Sarqsyan səslərin 52%-ni qazanaraq qalib gəldi. 2012-ci ildə Ermənistanda keçirilən parlament seçkilərində Respublikan Partiyası səslərin 70%-ni aldı və parlamentdə 151 yerdən 69-una sahib oldu. Çiçəklənən Ermənistan partiyası 37 yer, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın liderlik etdiyi Ermənistan Milli Konqresi isə 7 yer qazandı. Seçkilərdən sonra əsas müxalif partiyalar seçkilərin nəticələrinin düzgün olmadığını və seçkilərin qeyri-şəffaf keçdiyini bildirdi. Keçirilən son sorğulara əsasən 2013-cü ildə prezident seçkilərində qələbəyə ən böyük namizad hazırkı prezident S. Sarqsyandır.
Ermənistan Respublikası Prezidenti seçkiləri (2018)
2018-ci il Ermənistan Respublikası prezidenti seçkiləri — Ermənistanda prezident seçkisi. 2 mart 2018-ci ildə Ermənistanda prezident seçkiləri keçirildi.2015-ci ilin Ermənistan konstitusiyası referendumunun nəticəsi olaraq prezident xalq tərəfindən yox,parlament tərəfindən seçildi.Referendumun digər bir nəticəsi isə, yeni seçilmiş prezidentin gəlişi ölkənin prezident respublikasından parlament respublikasına keçməsinin başlanğıcı olacaqdır. Eks-prezident Serj Sarkisyan Ermənistan Konstitusiyası tərəfindən növbəti dəfə yəni üçüncü dəfə seçilməsinə qadağa qoyuldu. Armen Sarkisyan 90 millət vəkilinin səsiylə asanlıqla seçkini qazanmışdır.
Gürcüstan Respublikası Prezidenti seçkiləri (2018)
2018-ci il Gürcüstan Respublikası prezidenti seçkiləri — Gürcüstanda prezident seçkisi. Gürcüstan Respublikası Prezidenti postuna keçirilməsi nəzərdə tutulan rəsmi ümumilli seçkidir. 2018-ci ilin oktyabr ayının 28-də keçirilib. == Seçki == Gürcüstan prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, beş il müddətinə gizli səsvermə yolu ilə seçilir. Seçkilərin keçirildiyi gün seçkidən ən az 60 gün əvvəl Gürcüstan Baş Naziri tərəfindən təyin edilir. Gürcüstan vətəndaşı 35 yaşından etibarən Gürcüstanın prezidenti namizədi ola bilər. Eyni zamanda, Gürcüstanda ən azı beş il, son üç ildə isə seçkilərin keçirilməsi üçün yaşamaq lazımdır. Eyni şəxs yalnız iki dəfə Gürcüstanın prezidenti seçilə bilər. Seçkidə iştirakçıların yarısından çoxunun səs vermiş Gürcüstan prezidentliyinə namizəddir. 5 yanvar 2018-ci ildə Gürcüstanın Mərkəzi Seçki Komissiyası 2018-ci il prezident seçkiləri üçün dövlət tərəfindən ayrılmış vəsaitlərin paylanmasının və istifadəsinin müəyyənləşdirilməsi haqqında qətnamə qəbul etmişdir.
Prezidentin Azadlıq medalı
Prezident Azadlıq medalı (ing. Presidential Medal of Freedom) — Amerika Birləşmiş Ştatlarının prezidenti tərəfindən vətəndaşlara təqdim edilən iki ən yüksək mükafatdan biri. Medal 1945-ci ildə 33-cü ABŞ prezidenti Harri Trumen tərəfindən İkinci dünya müharibəsində xidmətlərə görə təltif edilmək üçün təsis edilmişdir. 1963-cü ildə 35-ci ABŞ prezidenti Con Kennedi tərəfindən medalın təltif dairəsi genişləndirilmişdir. Medal adətən ildə bir dəfə, 4 iyun - ABŞ-nin müsəqillik günü təltif edilir.
Prezidentin Təhlükəsizlik Xidməti (Azərbaycan)
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti — birbaşa Azərbaycan Respublikası Prezidentinə tabe olan xüsusi hərbi hissədir. 16 mart 2020-ci ildə prezidentin sərəncamına əsasən Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib, əvəzində isə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi yaradılıb. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti birbaşa Azərbaycan Respublikası Prezidentinə tabe olan xüsusi hərbi hissədir. Xüsusi Dövlət Mühafizə Xidmətinin əsas vəzifələri Azərbaycan Respublikası Prezidentinin, digər Dövlət Mühafizəsi Obyektlərinin, həmçinin Azərbaycan Respublikasında olduqları vaxt xarici ölkələrin dövlət və hökumət başçılarının təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının, Milli Məclisin, Nazirlər Kabinetinin, Konstitusiya Məhkəməsinin, Xarici İşlər Nazirliyinin və Mərkəzi Seçki Komissiyasının obyektlərinin mühafizəsinin təşkil və təmin edilməsidir. Xüsusi Dövlət Mühafizə Xidməti Dövlət Mühafizəsi Obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində əks-kəşfiyyat fəaliyyətinin subyekti olaraq əməliyyat-axtarış fəaliyyətini həyata keçirir, Prezident rabitəsini və Xüsusi rabitəni təşkil edir. Həmçinin Dövlət orqanlarının internet şəbəkəsinin yaradılması və fəaliyyət göstərməsi Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir. 2003-cü ildən başlayaraq Xüsusi Dövlət Mühafizə Xidməti İxrac neft və qaz boru kəmərlərinin Azərbaycanın quru sahəsindən keçən hissəsinin təhlükəsizliyini təşkil və təmin edir. Xüsusi Dövlət Mühafizə Xidməti: — 1931-ci ildən 1937-ci ilədək Xalq Daxili İşlər Komissarlığının mühafizə şöbəsi (5-ci xüsusi diviziya), — 1938-ci ildən 1972-ci ilədək Bakı şəhəri İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsinin 2-ci Divizionu, — 1972-ci ildən 1991-ci ilədək Azərbaycan SSR DİN Partiya-Sovet Orqanlarının mühafizə şöbəsi adlanıb. Azərbaycan Respublikası Prezidentinin 25 sentyabr 1991-ci il tarixli 355 saylı Fərmanı ilə bu şöbə Prezident Aparatı yanında Mühafizə İdarəsinə çevrilib. Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 1991-ci il tarixli 485 saylı Fərmanı ilə İdarə DİN yanında Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə şöbəsi adlanıb.
Qazaxıstan Prezidentinin Administrasiyası
Qazaxıstan Respublikasının Prezidentin Administrasiyası (qaz. Қазақстан Республикасы Президентінің Әкімшілігі) — 20 oktyabr 1995-ci il tarixli 2565 saylı Prezident Fərmanına uyğun olaraq qurulmuş Qazaxıstan Respublikasının dövlət qurumu. Cümhuriyyət Prezidenti tərəfindən birbaşa ona tabe olan və hesabat verən Prezident tərəfindən qurulur. Tam adı: "Qazaxıstan Respublikası Prezidentinin Administrasiyası" Dövlət Qurumu . Qazaxıstan Respublikası Prezidentinin Administrasiyası haqqında Əsasnamə Qazaxıstan Respublikası Prezidentinin 11 mart 2008-ci il tarixli 552 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Qazaxıstan Respublikası Prezidentinin Administrasiyası Nur şəhərində yerləşir -Sultan (Ak-Orda Prezidentinin Sarayında). Dövlətin xarici və daxili siyasətinin əsas istiqamətlərini müəyyənləşdirmək üçün Qazaxıstan Respublikası Prezidentinin fəaliyyətinin təmin edilməsi. Ölkədəki və xaricdəki işlərin vəziyyəti barədə prezidentə məlumat vermək; Qazaxıstan Respublikası Prezidentinin qanunvericilik sərəncamlarının icrası üzrə koordinasiya və nəzarət; Mərkəzi icra hakimiyyəti orqanlarının, rayonların, respublika əhəmiyyətli şəhərlərin və paytaxtın icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi və fəaliyyətlərinin təkmilləşdirilməsi üçün tövsiyələrin hazırlanması; Prezidentin müəyyən etdiyi digər tapşırıqların icrası. Qazaxıstan Respublikası Prezidentinin 11 fevral 2008-ci il tarixli 533 nömrəli Fərmanına əsasən, Qazaxıstan Respublikası Prezidenti Administrasiyasının heyəti 388 nəfərdir.
Qazaxıstan Prezidentinin iqamətgahı (Almatı)
Qazaxıstan Prezidentinin iqamətgahı (qaz. Қазақстан Республикасының Президенттік Резиденциясы) — Qazaxıstanın keçmiş paytaxtı Almatıda Nursultan Nazarbayev prospektində yerləşən memarlıq, tarix və mədəniyyət abidəsi. Bina L.İ.Brejnev meydanında V.I.Lenin Muzeyinin kompleksi kimi dizayn edilmişdir. 1986-cı ildə respublikada baş verən siyasi qarışıqlıq səbəbi ilə obyektin tikintisi dayandırıldı. Müəssisə o zaman 90% hazır idi. 1993-cü ildə inşaat davam etdirildi, lakin binanın məqsədi dəyişdi: Qazaxıstan Prezidentinin iqamətgahı kimi tikilməyə davam etdi. İnşaatın sonu 1995-ci ilə təsadüf edir . Ölkənin paytaxtı Akmola şəhərinə köçürüldükdən sonra (hazırda Astana adlanır) bina iqamətgah statusunu qorudu. İqamətgaha bitişik ərazi piketlər və etirazlar üçün ənənəvi yerdir . Bina monumental bir quruluş kimi dizayn edilmişdir, çoxsaylı damı dörd bucaqlı həcmli struktur dayaqlara söykənir.
Qazaxıstan Respublikası Prezidentinin arxivi
Qazaxıstan Respublikası Prezidentinin arxivi — Qazaxıstanın arxivlərindən biri, prezidentin, prezident administrasiyasının və ona tabe olan və hesabat verən digər dövlət orqanlarının rəsmi sənədlərini saxlayan bir təşkilat. 1994-cü ildə Qazaxıstan Prezidenti N.A.Nazarbayevin təklifi ilə təşkil edilmişdir. Arxivin əsas funksiyalarından biri dövlətin maraqlarını qorumaqdır, bununla əlaqədar arxiv Qazaxıstan Respublikasının "Dövlət sirləri haqqında" qanununu rəhbər tutur. Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin fondunda təxminən 19 min iş cəmlənmişdir. Arxivin 1.072 fondunda 1921-2000-ci illər üçün 640.000 nüsxədən çox idarəetmə sənədləri, fotoşəkil sənədləri və video proqramlar, həmçinin mikrofilmlər üzrə sığorta fondunun 6.340.000 əməkdaşı var. Kataloq 52 min kartı ehtiva edir, 8 avtomatlaşdırılmış məlumat axtarış bazası var. Arxivdə saxlanılan sənədlərin məzmunu açıqlanan 3.1 min arxiv inventarı var. Arxiv heyəti, təxminən 700 min vərəqi bərpa etdi, 69 min sənəd bağladı, 8 mindən çox kontrastlı aşağı mətni bərpa etdi. Xüsusi qiymətli sənədlərdən 1 milyon 200 min kvadrat mikrofotokopiya istehsal edilmişdir. İlk dəfə 2001-ci ildə “Qazaxıstan Respublikası Prezidentinin Arxivi.
Qazaxıstan Respublikasının vitse-prezidenti
Qazaxıstan Respublikasının vitse-prezidenti — 1991-1996-cı illərdə Qazaxıstan Respublikasında mövcud olan vəzifə. Belə bir vəzifə tutan ilk və yeganə şəxs Erik Maqzumoviç Asanbaev idi. 16 dekabr 1991-ci ildə Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev tərəfindən bu vəzifəyə təyin edildi və 22 fevral 1996-cı ildə vəzifəsindən uzaqlaşdırıldı. Qazaxıstan SSR Prezidentinin müavini vəzifəsi, Qazaxıstan SSR-in 1990-cı il 24 aprel tarixli “Qazaxıstan SSR Prezidenti vəzifəsinin təsis edilməsi və dəyişikliklər və Qazaxıstan SSR Konstitusiyasına (Əsas Qanuna) əlavələr ". Ona görə: Qazaxıstan SSR Başçısının müavini, Qazaxıstan SSR Prezidentinin tapşırığı ilə onun ayrı-ayrı funksiyalarını yerinə yetirir və Prezidentin olmadığı və ya vəzifələrini icra edə bilmədiyi təqdirdə Prezident əvəz edir. Qazaxıstan SSR Prezidenti bu və ya digər səbəbdən vəzifələrini icra edə bilmirsə, Qazaxıstan SSR-nin yeni Prezidenti seçilənə qədər onun səlahiyyətləri Qazaxıstan SSR Prezidentinin müavininə verilir və bu mümkün deyilsə, Qazaxıstan SSR Ali Sovetinin Sədri. Qazaxıstan SSR Prezidentinin müavini ilk dəfə Qazaxıstan SSR Ali Soveti tərəfindən altı il müddətinə seçildi. Bu vəzifəyə Qazaxıstan SSR Ali Soveti, əvvəllər Qazaxıstan SSR Ali Soveti sədrinin birinci müavini vəzifəsini tutan Tereşenko Sergey Aleksandroviçi seçdi. Bu vəzifəni 1990-cı il aprelin 24-dən mayın 13-dək tutmuşdur. Mayın 13-də Serqey Tereşenko CPM Çimkent Regional Komitəsinin birinci katibi təyin edildi və prezident müavini vəzifəsi boş qaldı.

"prezidenti" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#prezidenti nədir? #prezidenti sözünün mənası #prezidenti nə deməkdir? #prezidenti sözünün izahı #prezidenti sözünün yazılışı #prezidenti necə yazılır? #prezidenti sözünün düzgün yazılışı #prezidenti leksik mənası #prezidenti sözünün sinonimi #prezidenti sözünün yaxın mənalı sözlər #prezidenti sözünün əks mənası #prezidenti sözünün etimologiyası #prezidenti sözünün orfoqrafiyası #prezidenti rusca #prezidenti inglisça #prezidenti fransızca #prezidenti sözünün istifadəsi #sözlük