rezident sözü azərbaycan dilində

rezident

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • rezident • 91.2075%
  • Rezident • 8.7925%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Rezident nazir
Rezident nazir — müəyyən bir ölkədə daimi olaraq yerləşən diplomatik nümayəndə. Bu şəxs həmin ölkədə diplomatik fəaliyyət göstərir və ölkəsinin maraqlarını təmsil edir. Rezident nazir daimi olaraq təmsil etdiyi ölkənin səfirliyində və ya diplomatik missiyasında fəaliyyət göstərir. == Vəzifə və öhdəlikləri == Rezident nazirin vəzifə və öhdəlikləri geniş şəkildə ölkəsinin maraqlarını qorumaq və qarşılıqlı əlaqələri inkişaf etdirmək üzərində cəmlənir. Diplomatik nümayəndə təmsil etdiyi ölkənin dövlət başçısı, hökuməti və xarici siyasətinə dair məsələləri qarşı tərəflə müzakirə edir. O, ev sahibi ölkə ilə ikitərəfli münasibətlərin qurulmasına və möhkəmlənməsinə çalışır. Beynəlxalq müqavilələr, sazişlər və iqtisadi əməkdaşlıq kimi mühüm məsələləri müzakirə edir və bu proseslərdə ölkəsinin maraqlarını müdafiə edir. Rezident nazir ev sahibi ölkənin daxili və xarici siyasəti, iqtisadi vəziyyəti və ictimai prosesləri barədə təmsil etdiyi ölkəyə mütəmadi olaraq hesabatlar təqdim edir. Təmsil etdiyi ölkəyə strateji qərarlar qəbul etmək üçün vacib olan məlumatları toplayır. İki ölkə arasında müqavilələrin, sazişlərin, və rəsmi sənədlərin hazırlanmasına nəzarət edir və təmsil etdiyi ölkə adından razılaşmalar imzalayır.
Qeyri-rezidentlər
Qeyri- rezidentlər— aşağıdakı şəxsləri əhatə edir. Müəyyən ölkəyə münasibətdə onun hüdudlarından kənarda daimi yaşayış yeri olan, o cümlədən bu ölkədə müvəqqəti qalan fiziki şəxslər; Müəyyən ölkəyə münasibətdə xarici dövlətlərin qanunvericiliyinə müvafiq surətdə yaradılmış və bu ölkənin hüdudlarından kənarda yerləşən hüquqi şəxslər və hüquqi şəxs olmayan müəssisə və təşkilatlar; Ölkədə yerləşən xarici diplomatik və digər rəsmi nümayəndəliklər, habelə beynəlxalq təşkilatlar, onların nümayəndəlikləri və filialları; Müəyyən ölkəyə münasibətdə qeyri-rezidentlərin bu ölkədə yerləşən filialları və nümayəndəlikləri (büro və agentlikləri). Azərbaycan Respublikasının ərazisində diplomatik və ya konsulluq statusu olan şəxs və onun ailə üzvləri; Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş beynəlxalq təşkilatın əməkdaşı və ya Azərbaycan Respublikasında xarici ölkənin dövlət xidmətini həyata keçirən şəxs və onların ailə üzvləri; məqsədi yalnız Azərbaycan Respublikasının ərazisindən bir xarici dövlətdən digər xarici dövlətə keçmək olan şəxs; Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik imtiyazları və immunitetləri olan diplomatik nümayəndəliklər, konsulluq idarələri və xarici ölkələrin digər rəsmi nümayəndəlikləri, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri; Daimi nümayəndəliklə bilavasitə bağlı olmayan gəlirləri və daimi nümayəndəlik vasitəsilə əldə olunan gəlirləri özündə cəmləşdirir. 2-ci halda Azərbaycan mənbəyindən alınan gəlirlər üzrə vergi öhdəliklərini daimi nümayəndəlik özü yerinə yetirir və yalnız xalis mənfəətindən qeyri-rezidentə ödəmələr aparılarkən həmin ödəmədən 10 faiz dərəcə ilə vergi tutulur. Qeyd olunmalıdır ki, ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrdə vergilərin aşağı dərəcəsi və ya vergilərdən tam azad olunması nəzərdə tutulduğu halda, xüsusi olaraq hazırlanmış inzibatçılıq qaydalarına əsasən müvafiq şəkildə təsdiqlənmiş formalar təqdim olunmaqla dividend, faizlər və royaltilər ödəmə mənbəyində vergiyə cəlb olunmadan azad edilə, vergiyə cəlb olunmuş digər gəlir növləri isə vergi tutulduqdan sonra qeyri-rezidentin vergi orqanına müraciətinə əsasən Nazirlər Kabineti müəyyən etdiyi qaydada geri qaytarıla bilər. Aşağıda göstərilən tələblərin birinə cavab verən istənilən fiziki şəxs rezident sayılır. təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan; təqvim ili içərisində, yaxud bir təqvim ili ərzində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan;. vergi Məcəlləsinin 13.2.5.1-ci maddəsinin ikinci və üçüncü abzaslarında Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs aşağıdakı ardıcıllıqla göstərilən meyarlarla Azərbaycan Respublikasının rezidenti sayılır: daimi yaşayış yeri; həyati mənafelərinin mərkəzi; adətən yaşadığı yer; Azərbaycan Respublikasının vətəndaşlığı Fiziki şəxs vergi ilində Azərbaycan Respublikasının ərazisində qaldığı son gündən etibarən bu vergi ilinin sonunadək olan dövr ərzində Azərbaycan Respublikasının qeyri-rezidenti sayılır, bu şərtlə ki, həmin şəxs bilavasitə növbəti vergi ilində Azərbaycan Respublikasının qeyri-rezidenti olsun; Vergi ödəyicisinin ailə üzvləri: ər-arvadlar; valideynlər, övladlar və övladlığa götürülmüş şəxslər; vərəsələr; doğma (ögey) bacılar (qardaşlar); bacı və qardaş övladları; ər-arvadların bacıları, qardaşları və valideynləri; bacıların ərləri və qardaşların arvadları; valideynlərin bacıları (qardaşları); qəyyumlar və qəyyumluğa götürülənlər, onların arasındakı ev təsərrüfatı birliyi nəticəsində biri o biri ilə valideyn və övlad kimi bağlı olduqda.
Rezidentura
Rezidentura — tibb iхtisasları üzrə baza ali təhsili əsasında həkim-mütəхəssis hazırlığı forması
Azərbaycan texnopark rezidentlərinin siyahısı
Azərbaycan texnopark rezidentlərinin siyahısı — texnologiyalar parkı, Azərbaycanın texnologiya sahəsində inkişafına töhfə verən layihədir. Texnologiyalar parkının əsas məqsədi, elmi-texniki araşdırmaları, innovasiya layihələrini və texnoloji sahələrdəki startapları dəstəkləmək, texnoloji məhsulların istehsalını və ixracını artırmaqdır. Texnologiyalar parkı, informasiya və kommunikasiya texnologiyaları, nanotexnologiyalar, biotexnologiyalar, kosmik texnologiyalar, enerji texnologiyaları və ekologiya texnologiyaları kimi müxtəlif sahələrdə fəaliyyət göstərir. Texnologiyalar parkının rezidentləri, bu sahələrdə fəal olan şirkətlər, təşkilatlar və fərdilərdir. Rezidentlər, texnologiyalar parkından vergi güzəştləri, infrastruktur imkanları, maliyyə və məsləhət xidmətləri kimi müxtəlif imtiyazlardan yararlana bilirlər. Hal-hazırda texnologiyalar parkının 50-dən çox rezidenti var. == Terminlər == === Sistem inteqrasiyası === Müxtəlif texniki və proqram komponentlərinin birlikdə işləməsinə imkan verən prosesdir. Sistem inteqrasiyası, müştərilərin tələblərinə uyğun olaraq, mövcud sistemləri və ya yeni sistemləri birləşdirərək, daha effektiv və funksional həllər yaratmağı hədəfləyir. Sistem inteqrasiyası, texnologiya sahəsində fəaliyyət göstərən şirkətlər, təşkilatlar və fərdilər üçün vacib bir xidmətdir. Sistem inteqrasiyası, texnologiya parkının rezidentlərinə verilən güzəştlərdən biridir.

rezident sözünün leksik mənası və izahı

  • 1 [lat. residens – oturan] 1. İmperialist dövlətlərin protektoratda (himayələri altında olan ölkədə) əslində oranın hakimi olan nümayəndəsi. 2. Səfirdən bir rütbə aşağı olan diplomatik nümayəndə. 3. Bir ölkənin daim başqa ölkədə yaşayan vətəndaşı. 4. Kəşfiyyat idarəsinin xarici dövlətin müəyyən rayonunda gizli nümayəndəsi.

    Azərbaycan dilinin izahlı lüğəti / rezident
  • 2 Aşağıda göstərilən tələblərin birinə cavab verən istənilən fiziki şəxs:

    Terminlər lüğəti / rezident
  • 3 is. 1. Ölkədə daimi yaşayış yeri, həmçinin hüquqi qeydiyyatı olan əcnəbi. □ Rezidentin öhdəliyi. Rezidentin məlumatı. 2. hüq. Ölkədə qeydiyyatdan keçmiş, bütün qanunvericiliyə hüququ çatan fiziki və hüquqi şəxs. 3. təhs. Baza tibbi təhsilin davamı olan həkim mütəxəssislərin hazırlığı mərhələsini keçən tələbə, keçmişdə intern.

    Yeni sözlər və yeni mənalar lüğəti / rezident

rezident sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. резидент: 1. представитель колониальной державы в протекторате, являющийся фактическим правителем его 2. дипломатический представитель по рангу ниже посланника 3. гражданин какой-л. страны, постоянно проживающий в иностранном государстве 4. тайный представитель разведки в каком-нибудь районе иностранного государства

    Azərbaycanca-rusca lüğət / rezident

rezident sözünün inglis dilinə tərcüməsi

rezident sözünün fransız dilinə tərcüməsi

rezident sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [lat. residens-oturan] резидент (1. империалист девлетрин протекторатда (нафакьадик квай уьлкведа) асулдай гьанин гьаким тир векил; 2. посланникдилай гъвечӀи мертебада авай дипломатиядин векил; 3. са уьлкведа гьамиша яшамиш жезвай маса уьлкведин эгьли; 4. ччара девлетдин са районда разведкадин идарадин чинебан векил).

    Azərbaycanca-ləzgicə lüğəti / rezident

"rezident" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#rezident nədir? #rezident sözünün mənası #rezident nə deməkdir? #rezident sözünün izahı #rezident sözünün yazılışı #rezident necə yazılır? #rezident sözünün düzgün yazılışı #rezident leksik mənası #rezident sözünün sinonimi #rezident sözünün yaxın mənalı sözlər #rezident sözünün əks mənası #rezident sözünün etimologiyası #rezident sözünün orfoqrafiyası #rezident rusca #rezident inglisça #rezident fransızca #rezident sözünün istifadəsi #sözlük