psevdo sözü azərbaycan dilində

psevdo

Yazılış

  • psevdo • 71.4286%
  • Psevdo • 28.5714%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Psevdo-Apollodor
Psevdo-Apollodor naməlum qədim yunan yazıçısı, ədəbiyyatda "kitabxana" ya "Mifik kitabxana" (yun. Βιβλιοθήκη) adlanan üç cildlik ənənəvi qədim yunan mifik və qəhrəmanlıq dastanlarının toplusunun müəllifi. "Mifik kitabxana" günümüzün yunan mifologiyasından bəhs edən ən əsas mənbəyi sayılır.
Psevdo-Higin
Psevdo-Higin — əsərləri Yuli Higin adı ilə imzalanmış və ya ona aid edilmiş naməlum qədim mifoqrafiyaların ümumi adı. Buna baxmayaraq, o, tarixçilərə məlum olan iki Yuli Higin – Qay Yuli Higin və Higin Qromatik ilə etibarlı şəkildə eyniləşdirilməmişdir.
Psevdo-Dionisi Areopagit
Psevdo-Dionisi Areopagit — "Areopagitika" adlanan teoloji əsərlər toplusunun (korpusunun) naməlum müəllifi. Bu əsərlər e.ə. I əsrində yaşamış Həvari Pavelin şagirdi Dionisi Areopagitə aid edilmişdir. == Mənası == Areopagitçilər xristianlığa təsir edən neoplatonizm prosesini tamamlamışdılar. Bu cərəyanı İlahiyyatçı Qriqori və Nissalı Qriqori başlatmışdı. Areopagit yazılarının müəllifi Prokl Diadoxdan təsirlənmişdir və o, ilk dəfə xristian ibadətinə sistemli baxışı inkişaf etdirmişdi. O, bunu simvollar və müqəddəs ayinlər sistemi kimi görürdü. Bunlar gizli və ülvi fikirlərin sirli ifadəsi kimi xidmət edirdi.
Fars psevdosiklofisi
Fars eyrenisi (lat. Pseudocyclophis persicus) — Suilanıkimilər fəsiləsinə aid ilan növü. Pseudocyclophis cinsinə daxil olan yeganə növü == Описание == Kiçik ilanlardır. Eyrenis cinsinə yaxınlığı ilə seçilirlər. Bədəninin nazikliyi ilə seçilirdi. Ümumi uzunluğu 37 sm-dir. Yuxarı hissəsi işiqlı-zeytunu olur və qəhvəyi nöqtəlırlə örtülü olur. Sifət hissəsi parlaq olsa da, başı qara olur. Erkəklərdə bədən bir gəngdə olur. Boğazları isə parlaq olaraq ləkəlidir.
Psevdomembranoz kolit
Psevdomembranoz kolit bağırsaq florasının müvazinətinin yatrogen olaraq antibiotik vasitəsilə pozulması nəticəsində lat. Clostridium difficile bakteriyalarının həddsiz çoxalmasından və onların ifraz etdiyi zəhərli toksinlərinin təsirindən meydana çıxmış bir hal, hərarətin qalxması, kəskin qarın ağrıları və ishal, dehidrotasiya (maye itirmə) ilə özünü büruzə verən bağırsaq iltihabıdır. lat. Clostridium difficile qrammüsbət, anaerob, adətən bağırsaq florasına aid olmasa da müayinə materialında rast gəlmə tezliyi böyüklərdə 5%, uşaqlarda 50% təşkil edir. İstənilən antibiotiklə xüsusilə də Penicillin, Ampicillin, Cephalosporin, Clindamycin, Lincosamid preparatları ilə uzun müddətli müalicə dezbaktriyoz hallarına səbəb ola bilər. lat. Clostridium difficile tərəfindən ifraz olunan toksinlər bağırsaq divarının selikli qişasını zədələyərək "vulkan püskürməsi" şəkilli fibrin ifrazına səbəb olur ki, maye itkisi ilə nəticələnən kəskin qarıngetmələrə – qanlı ishallara gətirib çıxardır. Adətən tibbdə kolonoskopiya zamanı görünən bu mənzərəni "küçə döşəmə daşlarına" bənzədirlər. Xəstənin şikayətləri qarın sancılarından, bəzən qanlı ishaldan, yüksək hərarətin olmasından, məye itirilməsi nəticəsində meydana çıxan halsızlıqdan ibarət olur. Ultrasəs və kompyutertomoqrafiya müayinəsində yoğun bağırsağın divarının qalınlaşması aydın müşahidə edilir.
Psevdomorfozlar
Psevdomorfozlar - mineralogiyada mineralı təşkil edən maddəyə yad olan, zahiri kristalloqrafik formalı fərdlər. Əvvəlki mineralın sonradan həll olub çıxması nəticəsində yaranan boşluqların doldurulması (doldurma psevdomorfozlar) və ya əvvəldən yaranan mineralın formasını saxlamaq şərtilə kimyəvi əvəzolunma nəticəsində əmələ gəlir. Bu halda əvəz edən mineralın bir hissəsi əvəz olunanın tərkibinə daxil ola bilər. Əvvəlki maddə tam əvəz olunduqda sıxışdırılıb çıxarılma psevdomorfozlar adlanır. Üzvi qalıqlar üzrə də mineral psevdomorfozlar rast gəlir. Psevdomorfozlar mineralın mənşəyini göstərən mühüm kriterilərdən biridir. Mineralogiya Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Psevdosənədli film
Psevdosənədli film — forması və ya üslubca sənədli filmə bənzəsə də, real hadisələri əks etdirməyən kino janrı. Ssenaridən və uydurma elementlərdən əhvalat danışmaq üçün istifadə olunur. Bu uyduralar ya rejissorun təxəyyülünün məhsulu olur, ya da ki, kompüter effekləri vasitəsilə yaradılır. Orson Uellsin uğurlu filmlərindən biri olan "Dünyaların müharibəsi" (1938) filmi bu janrda çəkilmiş ilk filmlərdəndir. Bundan başqa "Mad Max 2","Dyatlov aşırımının sirri" və s. kimi filmlər də bu janra daxildir.
Psevdoefedrin
Psevdoefedrin adrenomimetik, vazokonstriktor, bronxodilatator, antikongestif dərmandır. İynəyarpaqlı efedra bitkisinin tumurcuqlarından efedrin ilə birlikdə alınan alkaloid. Suda və etanolda asanlıqla, xloroformda orta dərəcədə həll olunan, rəngsiz iynəşəkilli kristallar və ya zəif spesifik qoxulu ağ kristal toz. Farmakoloji xüsusiyyətlərinə görə efedrinə bənzəyir, lakin daha zəiif və az zəhərlidir. Psevdoefedrin böyüklərdə bronxial astma (yüngül və orta dərəcəli formalar) və astmatik bronxit üçün istifadə olunur. Lakin hazırda daha effektiv təsirli bronxodilatator agonistlər ( orciprenaline, fenoterol, salbutamol və s.), metilksantinlər ( teopek və s.), antikolinerjiklər ( troventol, atrovent və s.) mövcuddur. Hal-hazırda psevdoefedrin sistemli istifadə üçün müxtəlif birləşmələrin tərkibində istifadə edilir : dekstrometorfan + parasetamol + psevdoefedrin (preparatlar "Grippex", "Gripend", "Daleron Cold 3"), parasetamol + psevdoefedrin xlorfenamin (dərman "AntiFlu"). Ancaq arzuolunmaz təsirlərə görə, xüsusən də yuxusuzluğun tez-tez inkişafı və qan təzyiqinin artması səbəbindən çox geniş istifadə edilmir. Psevdoefedrin narkotik vasitə olan psixostimulyator metamfetaminin evdə hazırlanması üçün istifadə edilə bilər və buna görə də bu dərmanı ehtiva edən dərmanların dövriyyəsi məhduddur. Alfa-adrenergik, beta-adrenergik, bronxodilatlayıcı və vazokonstriktor təsir göstərir, mərkəzi sinir sistemini stimullaşdırır, kardiostimullaşdırıcı təsir göstərir və qan təzyiqini artırır.
Elastik psevdoksantoma
Elastik psevdoksantoma (ing. pseudoxanthoma elasticum) – autosom-resessiv xəstəlikdir, göz, dəri və arteriyaların elastik liflərində degenerasiya, kalsifikasiya baş verir. Xarakter əlaməti bükücü səthlərin büküşlərində ksantomatoz papulaların tapılmasıdır.
Psevdokist
Psevdokist — Psevdokistlərin əmələ gəlməsində ən çox rast gələn yol axacağın zədələnməsidir. Kəskin və xronik pankreatitlər, travma və əməliyyatlar axacağı zədələyərək psevdokistlərin əmələ gəlməsinə səbəb ola bilirlər. Zədələnmə nəticəsində pankreas şirəsi peripankreatik bölgəyə çıxır. Zədələnmə dərəcəsindən, yerindən, ətraf orqanların və orqanizmin reaktiv imkanlarından asılı olaraq axacaq zədələnməsinin aqibəti bir neçə ola bilər: kist və ya fistul. Zədələnmə nahiyəsi və vəzi şirəsi ətraf toxumaların reaktiv iltihabı nəticəsində yetərli dərəcədə hüdudlandıqda psevdokist ortaya çıxır. Başlanğıcda iltihabi yastıq zərif və incə olduğu halda ( 2 mm), 1,5–2 ay sonra iltihabi yastıq möhkəmlənir, qalınlaşır və divar şəklində formalaşır.
Psevdomembranoz enterit və enterokolit
Psevdomembranoz kolit bağırsaq florasının müvazinətinin yatrogen olaraq antibiotik vasitəsilə pozulması nəticəsində lat. Clostridium difficile bakteriyalarının həddsiz çoxalmasından və onların ifraz etdiyi zəhərli toksinlərinin təsirindən meydana çıxmış bir hal, hərarətin qalxması, kəskin qarın ağrıları və ishal, dehidrotasiya (maye itirmə) ilə özünü büruzə verən bağırsaq iltihabıdır. lat. Clostridium difficile qrammüsbət, anaerob, adətən bağırsaq florasına aid olmasa da müayinə materialında rast gəlmə tezliyi böyüklərdə 5%, uşaqlarda 50% təşkil edir. İstənilən antibiotiklə xüsusilə də Penicillin, Ampicillin, Cephalosporin, Clindamycin, Lincosamid preparatları ilə uzun müddətli müalicə dezbaktriyoz hallarına səbəb ola bilər. lat. Clostridium difficile tərəfindən ifraz olunan toksinlər bağırsaq divarının selikli qişasını zədələyərək "vulkan püskürməsi" şəkilli fibrin ifrazına səbəb olur ki, maye itkisi ilə nəticələnən kəskin qarıngetmələrə – qanlı ishallara gətirib çıxardır. Adətən tibbdə kolonoskopiya zamanı görünən bu mənzərəni "küçə döşəmə daşlarına" bənzədirlər. Xəstənin şikayətləri qarın sancılarından, bəzən qanlı ishaldan, yüksək hərarətin olmasından, məye itirilməsi nəticəsində meydana çıxan halsızlıqdan ibarət olur. Ultrasəs və kompyutertomoqrafiya müayinəsində yoğun bağırsağın divarının qalınlaşması aydın müşahidə edilir.

psevdo sözünün etimologiyası

psevdo sözünün rus dilinə tərcüməsi

"psevdo" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#psevdo nədir? #psevdo sözünün mənası #psevdo nə deməkdir? #psevdo sözünün izahı #psevdo sözünün yazılışı #psevdo necə yazılır? #psevdo sözünün düzgün yazılışı #psevdo leksik mənası #psevdo sözünün sinonimi #psevdo sözünün yaxın mənalı sözlər #psevdo sözünün əks mənası #psevdo sözünün etimologiyası #psevdo sözünün orfoqrafiyası #psevdo rusca #psevdo inglisça #psevdo fransızca #psevdo sözünün istifadəsi #sözlük