Pyotrun sözü azərbaycan dilində

Pyotrun

Yazılış

  • Pyotrun • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
I Pyotrun islahatları
I Pyotrun islahatları, XVIII əsr Pyotrun dəyişiklikləri - 1725-ci ildə Rusiyada I Pyotrun hakimiyyəti dövründə həyata keçirilən dövlət və ictimai həyatda dəyişikliklər. I Pyotrun bütün islahat fəaliyyətini şərti olaraq üç dövrə ( mərhələlərə) bölmək olar: 1696-1721. - Pyotrun Azov kampaniyası və Şimal müharibəsi dövrü (1700-1721), o cümlədən 1703-cü ildə Sankt-Peterburqun əsasının qoyulması və 1709-cu ildə Poltava döyüşü, sonra isə - 1721-1725 - Rusiya imperiyasının yaranması; Qafqazda yürüşlər və 1725-ci ilin fevralında Pyotrun ölümü. Birinci mərhələnin xüsusiyyətləri tələsik və həmişə düşünülmüş xarakterə malik deyildi, bu da Şimal müharibəsinin aparılması ilə izah olunur. İslahatlar, ilk növbədə, müharibə üçün vəsait toplamaq məqsədi daşıyırdı, yığımlar zorla aparılır və çox vaxt istənilən nəticəni vermirdi. Birinci mərhələdə dövlət islahatları ilə yanaşı, həyat tərzinin müasirləşdirilməsi istiqamətində də geniş islahatlar aparıldı. İkinci dövrdə islahatlar daha sistemli xarakter daşıyırdı. Bir sıra tarixçilər, məsələn, V. O. Klyuchevski , Peterin islahatlarının 17-ci əsrdə baş verən dəyişikliklərin yalnız təbii davamı olduğuna diqqət çəkdi. Digər tarixçilər (məsələn, Sergey Solovyov ), əksinə, Pyotr dəyişikliklərinin inqilabi xarakterini vurğuladılar. Pyotrun islahatlarını təhlil edən tarixçilər onun bu islahatlarda şəxsi iştirakı ilə bağlı müxtəlif fikirlər söyləyirlər.
I Pyotrun manifesti
I Pyotrun manifesti — Rusiya imperatoru I Pyotrun Xəzərsahili vilayətlərə yürüşü zamanı Azərbaycan dilində yürüşün "məqsədləri" ilə bağlı yerli əhaliyə müraciətinin əks olunduğu sənəd. == XVIII əsrin əvvəllərində Rusiya-Səfəvi münasibətlərinin kəskinləşməsi == Səfəvi dövləti XVII əsrin sonları - XVIII əsrin əvvəllərində gərgin dövr yaşayırdı. Şah Sultan Hüseyn (1694-1722) dövləti böhrandan çıxarmaq üçün ciddi tədbirlər həyata keçirə bilmədi. Ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşması də ağırlaşdı. Dövləti üsyanlar bürüdü. 1719-cu ildə Şirvanda başlayan üsyanlardan birinə Müşkür mahalından olan Hacı Davud başçılıq edirdi. 1720-ci ildə Xudatı və Şabranı ələ keçirən Hacı Davud Səfəvilərə qarşı mübarizədə Rusiyaya müraciət etdi, lakin I Pyotr onu cavabsız qoydu. Qazıqumuqlu Surxay xandan kömək alan Hacı Davud 1721-ci ildə Şamaxını mühasirəyə aldı və onu tutdu, buradakı rus tacirlərini qarət etdi. Burada yarım müstəqil siyasi qurum - Şirvan xanlığı yaradan Hacı Davud kömək üçün Osmanlı dövlətinə müraciət etdi. Qəndəhar vilayətində gilzay tayfalarının çıxışları da Səfəvilərin paytaxtı İsfahan şəhərinin ələ keçirilməsi ilə nəticələndi.
I Pyotrun vəsiyyətnaməsi
I Pyotrun vəsiyyətnaməsi — Rusiya dövlətinin dövlətçilik tarixində çox önəmli mövqeyi ilə seçilən, Rusiya siyasətində maraqlı bir sənəd kimi diqqəti cəlb edir. Bu gün Rusiyada bu sənədin mövcudluğu inkar edilsə də "vəsiyyətnamə"nin mükəmməlliyi, deklarativ xarakteri, öz dövrü üçün dünya proseslərinə verdiyi siyasi traktlaşdırma Avropanın gələcək siyasi modelini formalaşdırmaq təklifləri və nəhayət, böyük fatehlik iddiaları və s. onun həqiqətən mövcud olduğunu sübut edir. "Vəsiyyətnamə"də maraq doğuran əsas cəhətlərdən biri də dövlət başçısı kimi I Pyotrun dinə münasibətidir. Ümumilikdə 12 bənddən ibarət olan bu sənədin IX bəndi həcmcə ən böyük olmaqla əsas hissəsi "məxfi qalsın" başlığı ilə verilib. Məhz bu bənddə I Pyotrun dinə mənfi münasibəti açıqlanaraq dinin dövlət işlərinə qarışması qadağan edilib. Sənəddə deyilir: "Bizim üləmalarımızın bu günə qədər dövlət işlərinə müdaxilə etməsi Rusiya dövlətinin tərəqqisinə mane olmuşdur. Mən öz səlahiyyətlərimdən istifadə edərək onları dövlət işlərindən ayırdım, ruhanilərin dövlət işlərinə müdaxiləsini rədd etdim. İndi onlar adi bir dərəcədə qalmışlar və əl-qol aça bilmirlər. Mən bunu çox böyük zəhmət bahasına etdim.
Müqəddəs Pyotrun məzarı
Müqəddəs Pyotrun məzarı Müqəddəs Pyotr bazilikasının altında yerləşən və Vatikan hakimiyyəti tərəfindən Müqəddəs Pyotrun məzarının əbədiləşdirilməsi üçün inşa edildiyi bildirilən abidə kompleksidir. Müqəddəs Pyotrun məzarı b.e. 130–300-cü illəri arasındakı dövrə aid edilən yeraltı mavzoleylər kompleksinin qərbində yerləşir. I Konstantinin hakimiyyəti dövründə, təxminən 330-cu illərdə birinci Müqəddəs Pyotr bazilikasının inşası zamanı, binanın təməli üçün yer açmaq üçün kompleksin bəzi hissələri dağıdılmışdır. XII Piyin göstərişi ilə 1950-ci illərdə aparılan arxeoloji qazıntılar zamanı II əsrə aid məzarlardan çoxsaylı insan sümükləri aşkarlansa da, onlardan hər hansı birinin Müqəddəs Pyotra aid olması dəqiqliklə təsbit edilməmişdir. Abidə altında yerləşən ikinci məzarın tədqiq edilməsindən sonra VI Pavel 26 iyun 1968-ci ildə Müqəddəs Pyotrun relikviyalarının aşkarlandığını elan etmişdir. Kilsənin bildirdiyinə görə Müqəddəs Pyutrun məzarı döşəmə altındakı edikulanın içində yerləşir. Bu məzardan Müqəddəs Pyotrdan başqa daha dörd nəfərin və bir neçə ev heyvanının sümükləri aşkarlanmışdır. 1953-cü ildə erkən arxeoloji tədqiqatların sonunda divarın şimal tərəfində (qraffiti divarı) daha bir qrup sümüklər aşkarlasa da, arxeoloqların xəbəri olmadan həmin sümüklər yoxa çıxmışdır. Sonrakı tədqiqatlar göstəmişdir ki, sümüklər 60–70 yaşlarında bir kişiyə məxsusdur.
I Pyotrun Yay sarayı
I Pyotrun Yay sarayı (rus. Летний дворец Петра I) — Peterburqun mərkəzində yerləşən Yay bağındakı günümüzə kimi qorunub saxlanılan I Pyotrun yay iqamətgahı. Bina Dövlət Rus Muzeyinin filialı kimi istifadə olunur. Hazırda saray restavrasiya işləri ilə əlaqədar bağlanılıb və turistlərin ziyarət etməsi mümkün deyil. == Saray binası == Barokko üslubunda Yay sarayı memar Domeniko Trezininin layihəsi əsasında 1710—1714-cü illərdə inşa olunmuşdu. Bu şəhərdə ən qədim tikililərdən biridir. İkimərtəbəli saray kifayət qədər sadədir və yalnız on dörd otaqdan və iki mətbəxdən ibarətdir. İqamətgah yalnız isti mövsümdə - may ayından oktyabr ayına kimi istifadə üçün nəzərdə tutulmuşdur və məhz buna görə də evin divarları nazik, pəncərələri isə bir çərçivəli idi. Daxili bəzək işləri rəssamlar A.Zaxarov, İ.Zavarzin və F.Matveyev tərəfindən yaradılmışdır. Sarayın fasadı alleqorik tərzdə Şimal müharibəsi hadisələrini 29 barelyef ilə təsvir olunmuşdu.
I Pyotrun evi (Dərbənd)
I Pyotrun Evi və ya I Pyotrun sığınacağı — Çar I Pyotrun 1722-ci ildə Rusiyanın Xəzəryanı bölgələrə hərbi yürüşü zamanı Dərbənd şəhərində gecələdiyi yer. Bu mədəni və tarixi kompleks, bir pavilyon-sütun, Böyük Pyotr qazıntılarının qalıqları, Rusiya imperatorunun abidəsi və bir muzey binasını özündə birləşdirən memarlıq kompozisiyasıdır. 2015-ci ildə qazma daxmanın olduğu yerdə muzey kompleksi açıldı; muzeyin əsas sərgisi, imperatorun Dərbənddə olduğu müddətdə qaldığı evin qalıqlarıdır. Muzey kompleksinin ümumi sahəsi 1900 kvadratmetrdir. Muzey kompleksinə 23 avqust 1722-ci ildə I Pyotrun Xəzəryanı bölgələrə hərbi kampaniyası zamanı qaldığı qazma evdən başqa, 1870-ci illərdə qazma evin üzərində qurulmuş pavilyon-sütun; M. Antokolskinin modelinə görə hazırlanan I Pyotrun abidəsi; muzey binası (memar Eldar Abdullaeyv) daxildir. Kompleksdə mühazirələr, təhsil proqramları və ustad dərsləri keçirilir. Üstəlik muzeyin qarşısındakı meydanda konsertlər, şoular, yaradıcılıq gecələri baş tutur. == Tarixi == 1722-ci ildə, Xəzər sahilinə yürüş zamanı, I Pyotr yay istisindən sığınmaq üçün xüsusi olaraq tikilmiş torpaq daxmada gecələyir. Dəniz sahilindən təxminən 100 m qərbdə və Şimal Qala Divarından 50 m cənubda yerləşən məntəqə iki kiçik otaqdan ibarət idi. Çar Dərbənddə üç gün qaldı və ordu və donanma ilə birlikdə Bakıya getdi.
I Pyotrun Rəşti işğal etməsi
I Pyotrun Rəşti işğal etməsi — 1722-ci ilin dekabrı ilə 1723-cü ilin martı arasında baş vermişdir. Rus-Səfəvi müharibəsinin bir hissəsidir. Bu işğalla Rəşt də daxil olmaqla, Səfəvi imperiyasının Xəzər dənizi sahili torpaqlarının bir hissəsi təxminən 10 illik rus işğalı altına düşmüşdür. Bu işğal 1732-ci il Rəşt müqaviləsinə qədər davam etmiş, bu müqavilədən sonra Səfəvi imperiyasına geri qaytarılmışdır. == İşğal və döyüş == Müharibənin başlaması üçün bəhanə rəsmi olaraq Səfəvi dövlətinin təbəəsi olan, lakin mərkəzi hökümətə qarşı artıq uzun müddətdir üsyan qaldırmış olan ləzgi tayfalarının 1721-ci ildə Şirvan əyalətində hücum edərək rus tacirlərinin canına və malına ziyan vurmaları olmuşdur. Bundan əlavə, 1722-ci ildə Səfəvi dövləti tənəzzül etməkdə idi. Ölkənin bir çox yerini üsyanlar bürümüşdü. Buna görə də, Gilan əyalətinin valisi rus yardımına müraciət etdi. Hücum əməliyyatı Pyotr və onun ordusu üçün sürətli cərəan etməkdə idi. O, artıq Səfəvi torpaqları olan Dağıstanı ələ keçirmiş və təxminən müasir Azərbaycan Respublikasının ərazisini təşkil edən Aran və Şirvana doğru yürüşlər planlamaqda idi.

"pyotrun" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#pyotrun nədir? #pyotrun sözünün mənası #pyotrun nə deməkdir? #pyotrun sözünün izahı #pyotrun sözünün yazılışı #pyotrun necə yazılır? #pyotrun sözünün düzgün yazılışı #pyotrun leksik mənası #pyotrun sözünün sinonimi #pyotrun sözünün yaxın mənalı sözlər #pyotrun sözünün əks mənası #pyotrun sözünün etimologiyası #pyotrun sözünün orfoqrafiyası #pyotrun rusca #pyotrun inglisça #pyotrun fransızca #pyotrun sözünün istifadəsi #sözlük