Pyotr sözü azərbaycan dilində

Pyotr

Yazılış

  • Pyotr • 99.5977%
  • PYOTR • 0.3218%
  • pyotr • 0.0805%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dəli Pyotr
I Pyotr və ya Pyotr Alekseyeviç Romanov (Rusca: Пётр I Великий, Пётр Алексеевич Романов; 30 may (9 iyun) 1672, Moskva – 28 yanvar (8 fevral) 1725, Sankt-Peterburq) — ilk Rusiya imperatoru. 7 may 1682-ci ildə qardaşı V İvanla birlikdə taxta çıxmış, 1696-cı ildə qardaşının vəfatı ilə Çar Rusiyasının yeganə hakimi olmuşdur. Döyüş meydanında qazandığı ard-arda qələbələrlə, Rus çarlığını Avropanın güclü dövlətləri sırasına daxil etmiş, Azov və Baltik dənizi sahillərindəki liman şəhərlərini ələ keçirərək rus donanmasının da əsasını qoymuşdur. Həmçinin ölkədə mədəni, elmi və sosial islahatlar apararaq müasirləşmə hərəkatına da rəhbərlik etmişdir. Pyotrun islahatları ölkədə uzun müddət tətbiq edildi və hökumət strukturunun bir çox qurumları məhz bu dönəmdə yaradıldı. Pyotr eyni zamanda 1917-ci ilədək Rusiyanın paytaxtı olan Sankt-Peterburq şəhərinin də təməlini qoymuşdur. == Həyatı == === İlk illəri və taxta çıxışı === Pyotr 9 iyun 1672-ci ildə Moskvada dünyaya gəlmişdir. Atası Rus çarı I Aleksey, anası isə onun ikinci xanımı olan Naruşkin ailəsinə mənsub Nataliya Narışkinadır. Saray qeydlərinə görə, yeni doğulan körpə olduqca sağlam idi və anasının qara çəkik gözlərini almışdı. Saray xadimlərindən Nikita Zotov və Patrik Qordon kimi xadimlər körpə Pyotrun təlim-tərbiyəsiylə məşğul oldular.
III Pyotr
III Pyotr və ya Pyotr Fyodoroviç (Rusca: Пётр Фëдорович; 10 (21) fevral 1728, Kil[…] – 6 (17) iyul 1762) — Rusiya imperatoru. Rus dilində çox az bilməsi və yürütdüyü Prussiya yönlü siyasətlə ölkədə sevilmədi. 6 aylıq səltənətin ardından taxtdan endirildi və ondan sonra taxta çıxan alman əsilli xanımı Yekaterina Alekseyevna tərəfindən planlanan sui-qəsdlə qətlə yetirildi. Ölkədə populyar olmamasına baxmayaraq 6 aylıq səltənətində bir çox reformasiya işləri gördü. Dini azadlıq elan olundu və icbari təhsil dəstəkləndi. Rus ordusunu müasirləşdirməyə cəhd etdi. Yürütdüyü sərt siyasətlə əhalinin nifrətini qazanan hərbi dəstəni ləğv etdi və torpaq mülkədarlarının məhkəmə qərarı olmadan kölələrini öldürmələrini qadağan etdi. Xələfi olan İmperatriça Yekaterina bu qərarların bəzilərini davam etdirsə də, bir hissəsini ləğv etdi. III Pyotrun, siyasi gücü əlində tutmağa çalışan ordu mənsubları və zadəganlar tərəfindən devrilən güclü bir çar və ya təsadüfən Rusiya taxtına oturan dəli və gücsüz biri olduğu hələ də mübahisə məsələsidir. Bununla yanaşı, şübhəsizdir ki, xələfi olan xanımı Böyük Yekaterina ərinin səltənətini kölgələdi.
II Pyotr
II Pyotr və ya Pyotr Alekseyeviç (Rusca: Пётр Алексеевич) (d. 23 oktyabr 1715, Sankt-Peterburq – ö. 30 yanvar 1730, Moskva) — Rusiya imperatoru. Çareviç Aleksey Pyotroviçin (Böyük Pyotrun və onun ilk xanımı Yevdokiya Lopuxinanın oğlu) və Şarlotta Kristinanın övladıdır. == Həyatı == === İlk illəri === Pyotr Alekseyeviç 23 oktyabr 1715-ci ildə Sankt-Peterburqda dünyaya gəldi. Atası Böyük Pyotrun oğlu Aleksey Pyotroviç, anası isə alman əsilzadələrindən Şarlotta Kristina idi. Hələ 10 günlük ikən anası vəfat etdi. Atası isə babası tərəfindən dövlətə və çara xəyanətlə təqsirləndirildi və tutulduğu həbsxanada 1718-ci ildə vəfat etdi. Beləliklə, 3 yaşlı Pyotr və 4 yaşlı bacısı Nataliya yetim qaldı. Babaları Böyük Pyotr isə xəyanətlə günahlandırdığı yeganə oğlunun övladlarına da rəhm etmədi.
IV Pyotr
IV Pyotr Asen — İkinci Bolqarıstan imperiyasının ilk hökmdarıdır. Fyodor adı ilə anadan olmuşdur. II İsaak Angelosun vergiləri artırmasına reaksiya olaraq valaxlar və bolqarları birləşdirərək qardaşı İvanla üsyana başlamışdır. 1185-ci ildə başlayan bu üsyanda Fyodor üsyançılar tərəfindən IV Pyotr adı ilə çar elan olunmuşdur. == Üsyanın gedişi == 1186-cı ilin baharında Bizans ordusuna məğlub olan üsyançılar ənənəvi paytaxt Preslavı ələ keçirə bilməmişdilər. İmperator qalibiyyət sərxoşluğu ilə Konstantinopola qayıdandan sonra kumanların dəstəyini alan Pyotr ordusu ilə müqavimətsiz qalan Bolqarıstanı yenidən ələ keçirdi. Həmin vaxtlar Bizansın öz içində başlayan üsyanlar 1187-ci ilin sentyabrına qədər üsyanı nəzarətsiz qoydu. Elə bu il də imperator Bolqarıstanın müstəqilliyini tanımalı oldu. == Hakimiyyəti == Üçüncü Səlib yürüşü gedişində I Fridrix Barbarossa ilə ittifaq quran Pyotr Bizans ordusunu dəfələrlə zəiflətməyə nail olmuşdu. Pyotr qalibiyyətlərinə mükafat olaraq 1189-cu ildə qardaşı I İvan Aseni imperator elan edərək, özü taxtdan könüllü çəkildi lakin tacı vermədi.
I Pyotr
I Pyotr və ya Pyotr Alekseyeviç Romanov (Rusca: Пётр I Великий, Пётр Алексеевич Романов; 30 may (9 iyun) 1672, Moskva – 28 yanvar (8 fevral) 1725, Sankt-Peterburq) — ilk Rusiya imperatoru. 7 may 1682-ci ildə qardaşı V İvanla birlikdə taxta çıxmış, 1696-cı ildə qardaşının vəfatı ilə Çar Rusiyasının yeganə hakimi olmuşdur. Döyüş meydanında qazandığı ard-arda qələbələrlə, Rus çarlığını Avropanın güclü dövlətləri sırasına daxil etmiş, Azov və Baltik dənizi sahillərindəki liman şəhərlərini ələ keçirərək rus donanmasının da əsasını qoymuşdur. Həmçinin ölkədə mədəni, elmi və sosial islahatlar apararaq müasirləşmə hərəkatına da rəhbərlik etmişdir. Pyotrun islahatları ölkədə uzun müddət tətbiq edildi və hökumət strukturunun bir çox qurumları məhz bu dönəmdə yaradıldı. Pyotr eyni zamanda 1917-ci ilədək Rusiyanın paytaxtı olan Sankt-Peterburq şəhərinin də təməlini qoymuşdur. == Həyatı == === İlk illəri və taxta çıxışı === Pyotr 9 iyun 1672-ci ildə Moskvada dünyaya gəlmişdir. Atası Rus çarı I Aleksey, anası isə onun ikinci xanımı olan Naruşkin ailəsinə mənsub Nataliya Narışkinadır. Saray qeydlərinə görə, yeni doğulan körpə olduqca sağlam idi və anasının qara çəkik gözlərini almışdı. Saray xadimlərindən Nikita Zotov və Patrik Qordon kimi xadimlər körpə Pyotrun təlim-tərbiyəsiylə məşğul oldular.
Pyotr
Pyotr — ad. Pyotr — Xristianlıqda İsa peyğəmbərin on iki şagirdindən biri.
Həvari Pyotr
Müqəddəs Pyotr (e.ə. 1 – ən tezi 13 oktyabr 64 və ən geci 68) — Xristianlıqda İsa peyğəmbərin on iki həvarisindən biri. Həmçinin İsa peyğəmbərin digər bir həvarisi olan Andreasın qardaşı. Xristianlığın katolik cərayanında ənənəvi olaraq ilk Roma Papası hesab edilir. Xristianlıqda adının əvvəlinə "Müqəddəs" titulu gətirilir. Qalileyada, Fələstində anadan olmuşdur. Əsl peşəsi balıqçılıq idi. Katolik kilsəsinə görə ilk Papa və İsa peyğəmbərin varisidir. 29 iyun 67-ci ildə çarmıxa çəkilərək öldürüldüyünə inanılır. Xristian ənənəsinə görə, Pyotr Romada İmperator Neronun rəhbərliyi altında tərs formada çarmıxa çəkildi.
Müqəddəs Pyotr
Müqəddəs Pyotr (e.ə. 1 – ən tezi 13 oktyabr 64 və ən geci 68) — Xristianlıqda İsa peyğəmbərin on iki həvarisindən biri. Həmçinin İsa peyğəmbərin digər bir həvarisi olan Andreasın qardaşı. Xristianlığın katolik cərayanında ənənəvi olaraq ilk Roma Papası hesab edilir. Xristianlıqda adının əvvəlinə "Müqəddəs" titulu gətirilir. Qalileyada, Fələstində anadan olmuşdur. Əsl peşəsi balıqçılıq idi. Katolik kilsəsinə görə ilk Papa və İsa peyğəmbərin varisidir. 29 iyun 67-ci ildə çarmıxa çəkilərək öldürüldüyünə inanılır. Xristian ənənəsinə görə, Pyotr Romada İmperator Neronun rəhbərliyi altında tərs formada çarmıxa çəkildi.
Pyotr Aqarunov
Aqarunov Pyotr Rafail oğlu — Tacikistan Kinematoqrafçıları İttifaqının katibi. Pyotr Aqarunov 1930-cu ildə Quba rayonunda anadan olub. O, Ümumittifaq Dövlət Kinematoqrafiya Məktəbini, həmçinin Teatr İnstitutunu bitirib. 1960-cı ildə isə Dərbənd Xalq Dağ Yəhudiləri Teatrını yaradıb və bu teatrın direktoru olub. Bu teatrda "Pəri xanım", "Aşıq Qərib", "Əsli və Kərəm", "Leyli və Məcnun", "Arşın mal alan" kimi tamaşalar dağ yəhudilərinin dilində oynanılıb. P.Aqarunov həmçinin "Azərbaycanfilm"də çalışıb, daha sonra isə Tacikistanda fəaliyyət göstərib və orada Tacikistan Kinematoqrafçıları İttifaqının katibi seçilib. O, 150-dən çox sənədli, musiqili telefilmin direktoru və redaktoru, dörd tammetrajlı bədii filmin direktor müavini olub. Aqarunov "SSRİ Dövlət Teleradiosunun əla işçisi" nişanı ilə təltif edilib. 1995-ci ilin martında isə İsrailə repatriasiya olunub. P.Aqarunov son otuz illik fəaliyyəti ərzində dağ yəhudilərinin tanınmış nümayəndələri - alimlər, yazıçılar, dövlət mükafatçıları, istehsal sahələrinin rəhbərləri və digərləri, onların yaradıcı fəaliyyətləri haqqında məlumatlar toplayıb.
Pyotr Babayev
Pyotr Akimoviç Babayev (rus. Пётр Акимович Бабаев) (10 iyun 1883 – 25 aprel 1920, Moskva) — Azərbaycan əsilli rus inqilabçısı. XX əsrin əvvəllərindən üç rus inqilabında fəal iştirak etmişdir. 1918-ci ildən Moskva Sokolniki rayon RK(b)P-nın katibi, rayon sovetinin sədri. Onun adı bir sıra müəssisələr parklar və kücələrin adında əbədiləşdirilmişdir. 1922-ci ildə Abrikosovun Moskvadakı qənnadı fabrikinə Pyotr Babayevin adı verilmışdır. Hazırda ОАО – "Babayev qənnadı konserni" ASC adlanır. Şəki şəhərində Pyotr Babayevin adıyla mədəniyyət və istirahət parkı fəaliyyət göstərir. Burada onun büstü qoyulmuşdur. Pyotr Babayev 10 iyun 1883-cü ildə Ryazan quberniyasının Kasimov şəhərində azərbaycanlı loğman, təbib Həkim Baba (Həkim Babayev) ailəsində dünyaya gəlmışdir.
Pyotr Baranovski
Pyotr Dmitriyevic Baranovski (1892-1984) — rus-sovet memarı, qədim memarlıq nümunələrinin bərpaçısı.
Pyotr Bolotnikov
Pyotr Qriqoreviç Bolotnikov (8 mart 1930, Mordoviya – 20 dekabr 2013, Moskva) — Sovet yünügül atleti (uzaq məsafəyə qaçış), 1960 Yay Olimpiya Oyunları çempionu, 10.000 metr məsafədə keçmiş dünya rekordçusu, SSRİ-nin əməkdar idman ustası (1960). Lenin (1960), Xalqlar dostluğu (1985), Şərəf (1995), III dərəcəli "Vətənə xidmətə görə" ordenlərinin sahibi (1999); Mordoviya fəxri vətəndaşı. 20 yaşında ordu yarışlarında iştirak etdi: 3 km məsafəni 9.16,2 saniyəyə qət etdi (diviziya rekordu). Ordudan əvvəl, gimnastika ilə çox məşğul olurdu və bunun sayəsinə yaxşı bədən formasına yiyələnmişdir. Məşqiçilər məktəbini və Bədən Tərbiyəsi İnstitutunu bitirib. "Spartak" idman cəmiyyətində baş məşqiçi işləmişdir (1965-1985). 1960-cı Yay Olimpiya Oyunlarında 10.000 metr məsafəyə qaçışda qalib olmuşdur. Pyotr Bolotnikovun 1960-cı ildə Romadakı Olimpiadasında qazandığı uğurdan sonra nə sovet və ya rusiyalı idmançılar (1500 m və daha uzun) olimpiya qızılını qazana bilməyiblər. 5000 və 10000 m məsafələrə və 5 km məsafəyə qaçışda üç dəfə SSRİ çempionu (1957-1962, 1964). 10.000 m məsafədə Avropa çempionu (1962).
Pyotr Demezon
Pyotr İvanoviç Demezon (rus. Пётр Иванович Демезон,fr. Jean Jacques Pierre Desmaisons; 1807, Şamberi – 6 sentyabr 1873, Eks-le-Ben[d]) — fransız mənşəli rus türkoloqu. Pyotr Demezon 1807-ci ildə anadan olmuşdur. Ərəb və fars dillərindən tərcüməçi kimi tanınır. Elmi maraqları türk folkloru və türklərin yaşayışı. 1834-cü ildə Buxara mədrəsələrində çalışmışdır. Türkcə və farsca dərs demişdir. Desmaisons Ebülqazi Bahadır ı "Şecere-i TürkT" adlı əsərini fransız dilinə çevirmişdir. Desmaisons böyük "Türkcə- Fransızca lüğəti" də yazmışdır.
Pyotr Deynekin
Pyotr Stepanoviç Deynekin (14 dekabr 1937, Morozovsk, Rostov vilayəti – 19 avqust 2017, Moskva) rus hərbi generalı olub. O, Rusiyanın Morozovsk şəhərində anadan olub. 1997-ci ildə Rusiya Federasiyasının Qəhrəmanı adına layiq görülüb. 1969-cu ildə SSRİ Hərbi Hava Qüvvələri Akademiyasını bitirib. 1991–1992-ci illərdə SSRİ Hərbi Hava Qüvvələrinin və Müdafiə Nazirliyinin baş komandanının müavini vəzifələrində işləmişdir. O, 1992-ci ildə Müstəqil Dövlətlər Birliyinin Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsində işləmişdir. 1992-ci ildən ölümünə qədər Rusiya Federasiyası Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsində işləmişdir. 2002-ci ildə təqaüdə çıxıb. Keçmiş rus hərbi generalı Pyotr Deynekin 19 avqust 2017-ci ildə 79 yaşında Moskvada vəfat edib.
Pyotr Dolqov
Pyotr Dolqov (21 fevral 1920, Dolqovo[d], Tambov quberniyası – 1 noyabr 1962, Volsk, Saratov vilayəti) — Sovet Hava Qüvvələrinin polkovniki, Sovet İttifaqı Qəhrəmanı, SSRİ İdman ustası. Dolqov, paraşütlə sürətlə hərəkət edərkən vəfat etmişdir.
Pyotr Erke
Pyotr Semyonoviç Kirillov (Pyotr Erke, 8 iyul 1910 — 24 noyabr 1955) — erzyan yazıçısı. Pyotr Erke 1910-cu ilin 8 iyul tarixində Samara vilayətinin Kiçik Tolkay kəndində, kəndli ailəsində anadan olmuşdur. Burada onun uşaqlıq və yeniyetməlik dövrünü keçirmişdir. Məktəbi anadan olduğu kənddə bitirmişdir. 1928-ci ildə isə Mordova pedaqoji texnikomunu bitirir. Daha sonra Moskva Redakrtə-Nəşriyyat İnstitutu (1933), Ümumittifaq kinomatoqrafiya institutunu bitirir (1937). 1934-cü ildə SSRİ Yazıçılar İttifaqına üzv qəbul olunmuşdur. Böyük Vətən müharibəsinin iştirakçısıdır. Pyotr Erkenin 1932-ci ildə ilk şerlər toplusu olan «Mejavtomo» («Yataqsız»), bir il sonra isə ikinci şerlər toplusu olan «Staka kiyava» («Çətin yollarla»). Moskva Redaktə-Nəşriyyat İnstitutunun tələbəsi olaraq Kirillov bir çox poetik əsər meydana qomuşdur ki, onlar arasında ən uğurlusu lipoepik poeması "Valske Sura lanqso" (Suredə səhər, 1934).
Pyotr Jarikov
Pyotr Pavloviç Jarikov (rus. Пётр Павлович Жариков; 26 iyun (8 iyul) 1888, Moskva – 9 yanvar 1969, Bakı) — Azərbaycan-sovet teatr aktyoru və rejissoru, Azərbaycan SSR xalq artisti (1941), Azərbaycan SSR Ali Sovetinin III çağırış deputatı. Pyotr Jarikov 26 iyun (8 iyul) 1888-ci ildə Moskvada anadan olmuşdur. 1912-ci ildə Moskva Bədaye Teatrının studiyasını bitirmişdir. O, bu teatrda işləməyə isə hələ 1911-ci ildən başlamışdır. 1918-ci ildən Moskva Kamera Teatrında çalışmış, 1920–1927-ci illərdə Saratov, Kazan, Penza, İrkutsk, Samara, Krasnodar və digər şəhərlərin teatrlarında fəaliyyət göstərmişdir. 1928–1963-cü illərdə isə Azərbaycan Dövlət Rus Dram Teatrında çalışmışdır. Pyotr Jarikov 1921-ci ildən pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Bundan əlavə, Azərbaycan SSR Ali Sovetinin III çağırış deputatı seçilmişdir. Pyotr Jarikov 9 yanvar 1969-cu ildə Bakıda vəfat etmişdir.
Pyotr Kapitsa
Pyotr Leonidoviç Kapitsa (26 iyun (8 iyul) 1894, Kronştadt[d], Sankt-Peterburq quberniyası[d] – 8 aprel 1984[…], Moskva) — Sovet fiziki, mühəndis və novator. Nobel mükafatı laureatı (1978). İki dəfə l dərəcəli Stalin mükafatı laureatı (1941, 1943). SSRİ Elmlər Akademiyasının M. V. Lomonosov adına Böyük Qızıl medalı ilə təltif edilmişdir (1959). İkiqat Sosialist Əməyi Qəhrəmanı (1945, 1974). SSRİ Elmlər Akademiyasının üzvü (1939; 1929-cu ildən müxbir üzvü). London Kral Cəmiyyətinin üzvü, ABŞ Milli Elmlər Akademiyasının xarici üzvü, Leopoldina cəmiyyətinin üzvü(1958). Altı dəfə Lenin ordeninə layiq görülmüşdür (1943; 1944; 1945; 1964; 1971; 1974). Görkəmli elm təşkilatçısıdır. Fiziki Problemlər İnstitutunun yaradıcısı, ömrünün sonundək buranın direktoru vəzifəsində çalışmışdır.
Pyotr Katayev
Pyotr Yevgeniyeviç Katayev (rus. Пётр Евгеньевич Катаев; 21 yanvar 1930, SSRİ – 15 avqust 1986) — sovet kinooperatoru, RSFSR əməkdar incəsənət xadimi (1982). Pyotr Katayev 21 yanvar 1930-cu ildə anadan olmuşdur. Onun atası yazıçı Yevgeni Petrov, qardaşı isə bəstəkar İlya Katayev olmuşdur. 1953-cü ildə Pyotr ÜDKİ-nin (Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutu) operatorluq fakültəsini bitirmişdir. 1959-cu ildən kinoda fəaliyyət göstərmişdir. Pyotr Katayev 15 avqust 1986-cı ildə vəfat etmişdir.
Pyotr Kirillov
Pyotr Klavdiyeviç Kirillov (17 may 1895, Sankt-Peterburq, (Rusiya)-14 yanvar 1942, Sankt-Peterburq, (Rusiya)). Aktyor. 1917-1919-cu illərdə teatrda çalışmışdır. 1919-1921-ci illərdə Qırmızı Orduda xidmət etmiş, 1922-ci ildə Petroqrad Ekran İncəsənəti Texnikumunu bitirmişdir. 1917-ci ildən müxtəlif teatrlarda çalışmışdır. Bununla yanaşı Bakı, Düşənbə, Leninqrad və Odessa kinostudiyalarında filmlərə çəkilmişdir.
Pyotr Kotlyarevski
Pyotor Stepanoviç Kotlyarevski (12 (23) iyun 1782, Olxovatka[d], Voronej canişinliyi[d] – 21 oktyabr (2 noyabr) 1851, Feodosiya, Tavriya quberniyası[d]) — İnfanteriya generalı. Pyotr Stepaneviç 1782-ci ildə Xarkov quberniyasının Olxovatki kəndində anadan olmuşdu. Atasının yolu ilə getmək istəyirdi. Ona görə də ruhani məktəbə daxil olmuşdu. Bir hadisə onun həyatını dəyişdirdi. Kəndlərinindən keçən polkovnik İ. Lazarev onu özü ilə Mozdoka apardı. P. Kotlyarevski hərbi yolu belə başlandı. Maraqlıdır ki, xalqımızın başına min cür münasibətlər açan, minlərlə insanı qanına qəltan edən bu qəddar generalın adını küçə və məktəblərimizə də qoymuşuq, necə deyərlər, müvəqqəti də olsa bir növ əbədiləşdirmişik. P. Kotlyarevski zabit kimi ilk dərsini erməniləpərəst general V. Zubovdan almış, onun başçılıq etdiyi hissədə xidmət etmişdi. Dərbəndin, Gəncənin işğalında fəallığı ilə seçilən zabit V. Zubovun təqdimatı ilə mayor rütbəsi almış, 3-cü dərəcəli Anna Ordeni ilə təltif olunmuşdur.
Pyotr Kropotkin
Pyotr Alekseyeviç Kropotkin (rus. Пётр Алексеевич Кропоткин; 27 noyabr (9 dekabr) 1842, Moskva, Moskva quberniyası[d], Rusiya imperiyası – 8 fevral 1921[…], Dmitrov, Moskva quberniyası[d], RSFSR[d]) — anarxizmi müdafiə edən rus fəalı, alim və filosof idi. 9 dekabr 1842-ci ildə Moskvada anadan olub. Atası knyaz Aleksey Kropotkin, anası Yekaterina Nikolayevna idi. 1846-cı ildə anası vərəm xəstəliyindən öldükdən sonra Pyotr və qardaşları sərt xasiyyətli ataları tərəfindən böyüdülüb. Orta məktəbi 1 nömrəli Moskva Gimnaziyasında oxuyan gənc Kropotkin 1862-ci ildə Corps des Pages (rus. Пажеский корпус) hərbi məktəbindən məzun olmuşdur. Hərbi korpusda əsasən aristokrat ailədən gələn 150 gənclə birlikdə təhsil alan Kropotkin gənc yaşda da zadəgan nəslin nümayəndələri ilə yola getmirdi. Bu səbəblə vaxtının əsas hissəsini kitab oxumağa və jurnal çıxarmağa ayırır. Sonradan bir neçə geoloji ekspedisiyada iştirak edərək Sibirdə zabit vəzifəsində çalışmışdır.
Pyotr Kurışko
Pyotr Kurışko (1894, Rusiya imperiyası – 1921, Dedoplistsğaro rayonu) — Sovet Rusiyasının hərbi xadimi, Rusiya vətəndaş müharibəsində və Gəncə üsyanının yatırılmasında iştirak edib. 25 oktyabr 1894-cü ildə Don vilayətinin Ostradovka kəndində anadan olub. 3-cü sinifə qədər təhsil alıb. 1915-ci ildə orduya çağırılır və Yekatirinodarda yerləşən süvari hissələrinin birində xidmətə başlayır. 1917-ci ildə xidmətdən sonra öz kəndinə qayıdıb 1918-ci ildə Qırmızı ordunun Aleksandrovskiy eskadronunda xidmətə başlayır. 1919-cu ildə 400 atlısı olan süvari dəstəyə rəhbərlik edir. 13 iyul 1919-cu ildə onun dəstəsi I Kuban süvari alayı adlandırılır. 6 noyabr 1919-cu ildə döyüşlərdə fərqləndiyinə görə Qırmızı bayraq ordeni ilə təltif olunur. 18-ci süvari diviziyasının komandiri kimi o 1920-ci ildə Gəncə üsyanının yatırılmasında iştirak edir. Üsyan zamanı Yelenendorf istiqamətində yaralanır.
Pyotr Məlikov
Pyotr Məlikov (gürc. პეტრე მელიქიშვილი; 29 iyun (11 iyul) 1850, Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası – 23 mart 1927, Tiflis, Gürcüstan SSR, SSRİ) — Gürcü, sovet kimyaçısı, SSRİ Elmlər Akademiyasının müxbir üzvü (1927). Tbilisi Universitetinin qurucularından biri və ilk rektoru. Pyotr Melikişvili erməni zadəgan Məlikovl ailəsindəndir. Melikişvilinin valideynləri 1840-cı illərdə Axısqa şəhərindən Pyotrın doğulduğu Tiflis şəhərinə (indiki Tbilisi) köçür. 1868-ci ildə Pyotr Melikişvili Tiflis gimnaziyasını bitirir və növbəti il Odessa şəhərindəki İmperator Novorossiysk Universitetinə (indiki Odessa Universiteti) daxil olur. O dövrdə universitet müəllimləri arasında bir çox görkəmli alim var idi: Lev Tsenkovski, Nikolay Sokolov, İlya Meçnikov və başqaları. 1872-ci ildə Melikişvili universitetin fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirir və növbəti il ilk elmi işini yazır. Tezliklə xaricə göndərilir, 1875-ci ildə geri qayıdır. 1885-ci ildə Melikişvili "İzomerik krotonik turşuların törəmələri haqqında" doktorluq dissertasiyasını müdafiə edir.
Pyotr Naliç
Pyotr Andreyeviç Naliç (Rusca: Пётр Андре́евич На́лич; 30 Aprel 1981, Moskva, Rusiya) – rus müğənni və bəstəkar. 2010 Avroviziya Mahnı Müsabiqəsində Rusiyanı "Lost and Forgotten" mahnısı ilə təmsil etmişdir.
III Pyotr (Bolqarıstan çarı)
Konstantin Bodin (XI əsr – 1108) — Duklya və Dalmaçiya kralı və III Pyotr adı ilə Bolqarıstan çarı. == Həyatı == Duklya kralı I Mixailin oğlu olub, Voyislavyeviç sülaləsindən idi. Anadan olduğu tarix bilinmir. === Bolqarıstan çarı kimi === 1072-ci ildə Skopye ekzarxı Georgi Voytex tərəfindən növbəti üsyan başlamışdı. Üsyançılar I Mixailə oğullarından birini onlara liderlik etməsi üçün göndərməyini xahiş etmişdilər. Bodin I Samuilin nəticəsi idi. 1072-ci ildə Bodin III Pyotr adı ilə çar elan olunmuşdu. Lakin elə həmin il üsyan dağıdıldı və Bodin həbs olunaraq Antakiyaya göndərildi. === Duklya kralı kimi === Bodin 6 il sonra Venesiyalı tacirlər tərəfindən ölkəsinə geri gətirildi. və 1081-ci ildə kral elan olundu.
III Pyotr (Portuqaliya kralı)
III Pyotr (port. Pedro III) və ya Qurucu Pyotr (port. Pedro o Edificador; 5 iyul 1717[…], Lissabon – 25 may 1786, Sintra[d], Lissabon dairəsi[d]) — Braqanza sülaləsinə mənsub altıncı Portuqaliya kralı. Qardaşı qızı olan I Mariya Fransiska ilə birlikdə ortaq monarx kimi ölümünədək Portuqaliyanı idarə etdi. Vəfatından sonra xanımı təkbaşına krallığı idarə etdi. == Mənbə == David Birmingham A Concise History of Portugal 2003 Page 205 "Pedro III 1777–86" Sousa 1741, Vol VIII, p.
III Pyotr (dəqiqləşdirmə)
III Pyotr (ö. 1101) — Bolqarıstan çarı. III Pyotr (1717-1786) — Braqanza sülaləsinə mənsub Portuqaliya kralı. III Pyotr (1728-1762) — Rusiya imperatoru.
II Pyotr (Bolqarıstan çarı)
II Pyotr (təq. 1001, güm. Macarıstan krallığı – güm. 1041, güm. Konstantinopol, Bizans imperiyası) — Bulqar əyanlarının 1040-cı ildə Bizansa qarşı başladığı üsyanın lideri, Qavril Radomirin oğlu olduğunu iddia etmişdir. == Üsyan == 1040-cı ildə Bizansdan narazı olan əyanların başladığı üsyan tezliklə genişlənmiş, üsyançılar Belqrad şəhərini tezliklə ələ keçirmişdi. Pyotr burada çar elan edildi və tacqoyma mərasimi keçirildi. Pyotr imperatora birbaşa hücum etsə də Saloniki tərəfdə məğlub oldu və geri çəkildi. Şimali Yunanıstan, Makedoniya və Albaniyanı idarə edirdi. Daha sonra İvan Vladislavın oğlu Alusiandan kömək alan Pyotr, sonuncunun xəyanətinə məruz qaldı.
II Pyotr (Portuqaliya kralı)
II Pyotr (port. Pedro II) və ya Pasifik Pyotr (port. Pedro o Pacífico; 26 aprel 1648[…], Ribeyra sarayı, Lissabon, Portuqaliya – 9 dekabr 1706[…], Alkantara[d], Lissabon, Portuqaliya) — Braqanza sülaləsinə mənsub üçüncü Portuqaliya kralı. == Mənbə == Marsha, Linda Frey (1995), The Treaties of the War of the Spanish Succession, p. 335 Sousa, António Caetano de. História genealógica da Casa Real portuguesa (in Portuguese). Vol.
II Pyotr (dəqiqləşdirmə)
II Pyotr (988-1041) — Bolqarıstan çarı. II Pyotr (1648-1706) — Braqanza sülaləsinə mənsub üçüncü Portuqaliya kralı. II Pyotr (1715-1730) — Rusiya imperatoru.
II Pyotr Neqoş
II Pyotr Neqoş (serb. Петар II Петровић Његош) — 1830-1851-ci illərdə Monteneqronun hökmdarı, Monteneqro və Berdsk mitropoliti. Dövlət xadimi, islahatçı, Monteneqronun müstəqil müasir dövlətə çevrilməsinə töhfə vermiş şəxs. Çoxlu şeir və poemaların müəllifidir. Çoxları tərəfindən serb ədəbiyyatının ən görkəmli şairi hesab olunur. == Bioqrafiya == Radivoi (Rade) Tomov Petroviç 1813-cü il noyabrın 13-də Nequşi kəndində Tomo Markov Petroviç və İvana Prorokoviç-Petroviçin ailəsində anadan olmuşdur. Metropolit I Pyotr Petroviçlə əmi oğludur. 1697-1918-ci illərdə Petroviç-Neqoş ailəsi Monteneqroda hakim sülalə idi (1697-ci ildən - Monteneqronun mitropolitləri kimi, 1852-ci ildən şahzadələr, 1910-cu ildən krallar). O, Savinski monastırında və Çetinye monastırında serb şairi və tarixçisi Simo Milutinoviçdən təhsil almışdır. 1830-cu ildəI Pyotr Petroviçin ölümündən sonra vəsiyyətinə əsasən, Pyotr adı ilə monastizmi qəbul edərək Monteneqro ağasının yerini tutur.
I Pyotr (Bolqarıstan çarı)
Pyotr (bolq. Петър I; 910-cu illər, Preslav – təq. 30 yanvar 970 və ya 969, Konstantinopol) — Birinci Bulqar dövlətinin imperatoru, I Simeonun ikinci oğlu idi. == Hakimiyyəti == Pyotr 27 may 927-ci ildə taxta çıxıb. Elə həmin il də Bizansa hücuma başlamışdı. İmperator I Roman sülhə gedərək nəvəsi Mariya ilə Pyotrun evlənməsinə nail olmuşdu. Mariyanın adı bu vaxt "sülh" mənasına gələn İrene ilə dəyişdirildi. İmperator çara vergi verməyə davam etdi. === Üsyanlar === Pyotr hakimiyyətə gələn kimi qardaşı Mixail ilə hesablaşmalı oldu. Lakin Mixail tezliklə vəfat etdi.
I Pyotr (Kastiliya kralı)
I Pyotr (isp. Pedro I) və ya Zalım Pyotr (isp. Pedro el Cruel) (30 avqust 1334, Burqos, Kastiliya və Leon – 23 mart 1369) — Kastiliya və Leon kralı. Din xadimlərinə qarşı etdiyi zülm və işgəncələr səbəbilə Papa V Urban tərəfindən aforoz edildi. == Mənbə == Tuchman, Barbara Wertheim (1978), A distant mirror: the calamitous 14th century, Random House Taylor, Nathaniel Lane (2004). "The Literary Heritage of Sancha de Ayala". nltaylor.net. Mérimée, Prosper (1849). The History of Peter the Cruel, King of Castile and Leon. London: R. Bentley Dillon, John Talbot (1788).
I Pyotr (dəqiqləşdirmə)
I Pyotr (ö. 970) — Birinci Bulqar dövlətinin imperatoru. I Pyotr (1334-1369) — Kastiliya və Leon kralı. I Pyotr (1672-1725) — ilk Rusiya imperatoru.
I Pyotr adası
I Pyotr adası Antarktida qitəsindən 450 km məsafədə, Bellinshauzen dənizində yerləşən və insanlar tərəfindən məskunlaşılmamış vulkanik adadır. Antarktik və subantarktik qurşaqlarda yerləşən Buve və Kraliça Mod Torpağı adaları ilə birlikdə Norveçin üç dənizaşırı ərazisindən biridir. I Pyotr adasının uzunluğu 11–19 kilometr, sahəsi isə 156 kvadrat kilometr təşkil edir ki, bu da müqayisə üçün bildirək ki, Staten-Aylenddən daha böyük sahəyə sahib olduğu mənasına gəlir. Burada yerləşən ən yüksək zirvə dəniz səviyyəsindən 1640 metr yüksəklikdə olan Lars Kristensen zirvəsidir. Ada demək olar ki, tamamilə buzlaqlarla örtülüdür və ilin əksər vaxtlarında üzən buzlaqlarla əhatə olunur ki, bu da adanı həmin vaxtlarda əlçatmaz edir. Burada bəzi dəniz quşları və pərayaqlılardan başqa, çox az sayda onurğalı heyvanlar da yaşayır. Ada ilk dəfə 21 yanvar 1821-ci ildə Faddey Bellinshauzen tərəfindən kəşf olunub və rus çarı I Pyotrun şərəfinə adlandırılıb. 2 fevral 1929-cu ilə qədər bu adaya heç kim ayaq basmamışdı. Məhz həmin tarixdə Lars Kristensen tərəfindən maliyyə dəstəyi ilə təmin olunan Nils Larsen və Ola Olştadın rəhbərlik etdiyi "İkinci Norveç Ekspedisiyası" adaya ilk dəfə ayaq basmışdır. 1931-ci ildə ada Norveç tərəfindən anneksiya olundu və 1933-cü ildə asılı ərazi elan edildi.
I Pyotr adası (vulkan)
I Pyotr adası (vulkan) — Antarktida ərazisində yerləşən vulkan. Antarktik yarımadasından cənub-qərbdə yerləşən I Pyotr adasında yerləşir. Elsuort Torpağının qarşı tərəfində yerləşir. Vulkanın hündürlüyü 1640 metrdir. Araşdırılmış materiallar onu göstərir ki, son püskürmə 10 000 il öncəyə aiddir. Hazırda vulkan fəal deyil.
I Pyotrun Rəşti işğal etməsi
I Pyotrun Rəşti işğal etməsi — 1722-ci ilin dekabrı ilə 1723-cü ilin martı arasında baş vermişdir. Rus-Səfəvi müharibəsinin bir hissəsidir. Bu işğalla Rəşt də daxil olmaqla, Səfəvi imperiyasının Xəzər dənizi sahili torpaqlarının bir hissəsi təxminən 10 illik rus işğalı altına düşmüşdür. Bu işğal 1732-ci il Rəşt müqaviləsinə qədər davam etmiş, bu müqavilədən sonra Səfəvi imperiyasına geri qaytarılmışdır. == İşğal və döyüş == Müharibənin başlaması üçün bəhanə rəsmi olaraq Səfəvi dövlətinin təbəəsi olan, lakin mərkəzi hökümətə qarşı artıq uzun müddətdir üsyan qaldırmış olan ləzgi tayfalarının 1721-ci ildə Şirvan əyalətində hücum edərək rus tacirlərinin canına və malına ziyan vurmaları olmuşdur. Bundan əlavə, 1722-ci ildə Səfəvi dövləti tənəzzül etməkdə idi. Ölkənin bir çox yerini üsyanlar bürümüşdü. Buna görə də, Gilan əyalətinin valisi rus yardımına müraciət etdi. Hücum əməliyyatı Pyotr və onun ordusu üçün sürətli cərəan etməkdə idi. O, artıq Səfəvi torpaqları olan Dağıstanı ələ keçirmiş və təxminən müasir Azərbaycan Respublikasının ərazisini təşkil edən Aran və Şirvana doğru yürüşlər planlamaqda idi.
I Pyotrun Yay sarayı
I Pyotrun Yay sarayı (rus. Летний дворец Петра I) — Peterburqun mərkəzində yerləşən Yay bağındakı günümüzə kimi qorunub saxlanılan I Pyotrun yay iqamətgahı. Bina Dövlət Rus Muzeyinin filialı kimi istifadə olunur. Hazırda saray restavrasiya işləri ilə əlaqədar bağlanılıb və turistlərin ziyarət etməsi mümkün deyil. == Saray binası == Barokko üslubunda Yay sarayı memar Domeniko Trezininin layihəsi əsasında 1710—1714-cü illərdə inşa olunmuşdu. Bu şəhərdə ən qədim tikililərdən biridir. İkimərtəbəli saray kifayət qədər sadədir və yalnız on dörd otaqdan və iki mətbəxdən ibarətdir. İqamətgah yalnız isti mövsümdə - may ayından oktyabr ayına kimi istifadə üçün nəzərdə tutulmuşdur və məhz buna görə də evin divarları nazik, pəncərələri isə bir çərçivəli idi. Daxili bəzək işləri rəssamlar A.Zaxarov, İ.Zavarzin və F.Matveyev tərəfindən yaradılmışdır. Sarayın fasadı alleqorik tərzdə Şimal müharibəsi hadisələrini 29 barelyef ilə təsvir olunmuşdu.
I Pyotrun evi (Dərbənd)
I Pyotrun Evi və ya I Pyotrun sığınacağı — Çar I Pyotrun 1722-ci ildə Rusiyanın Xəzəryanı bölgələrə hərbi yürüşü zamanı Dərbənd şəhərində gecələdiyi yer. Bu mədəni və tarixi kompleks, bir pavilyon-sütun, Böyük Pyotr qazıntılarının qalıqları, Rusiya imperatorunun abidəsi və bir muzey binasını özündə birləşdirən memarlıq kompozisiyasıdır. 2015-ci ildə qazma daxmanın olduğu yerdə muzey kompleksi açıldı; muzeyin əsas sərgisi, imperatorun Dərbənddə olduğu müddətdə qaldığı evin qalıqlarıdır. Muzey kompleksinin ümumi sahəsi 1900 kvadratmetrdir. Muzey kompleksinə 23 avqust 1722-ci ildə I Pyotrun Xəzəryanı bölgələrə hərbi kampaniyası zamanı qaldığı qazma evdən başqa, 1870-ci illərdə qazma evin üzərində qurulmuş pavilyon-sütun; M. Antokolskinin modelinə görə hazırlanan I Pyotrun abidəsi; muzey binası (memar Eldar Abdullaeyv) daxildir. Kompleksdə mühazirələr, təhsil proqramları və ustad dərsləri keçirilir. Üstəlik muzeyin qarşısındakı meydanda konsertlər, şoular, yaradıcılıq gecələri baş tutur. == Tarixi == 1722-ci ildə, Xəzər sahilinə yürüş zamanı, I Pyotr yay istisindən sığınmaq üçün xüsusi olaraq tikilmiş torpaq daxmada gecələyir. Dəniz sahilindən təxminən 100 m qərbdə və Şimal Qala Divarından 50 m cənubda yerləşən məntəqə iki kiçik otaqdan ibarət idi. Çar Dərbənddə üç gün qaldı və ordu və donanma ilə birlikdə Bakıya getdi.
I Pyotrun islahatları
I Pyotrun islahatları, XVIII əsr Pyotrun dəyişiklikləri - 1725-ci ildə Rusiyada I Pyotrun hakimiyyəti dövründə həyata keçirilən dövlət və ictimai həyatda dəyişikliklər. I Pyotrun bütün islahat fəaliyyətini şərti olaraq üç dövrə ( mərhələlərə) bölmək olar: 1696-1721. - Pyotrun Azov kampaniyası və Şimal müharibəsi dövrü (1700-1721), o cümlədən 1703-cü ildə Sankt-Peterburqun əsasının qoyulması və 1709-cu ildə Poltava döyüşü, sonra isə - 1721-1725 - Rusiya imperiyasının yaranması; Qafqazda yürüşlər və 1725-ci ilin fevralında Pyotrun ölümü. Birinci mərhələnin xüsusiyyətləri tələsik və həmişə düşünülmüş xarakterə malik deyildi, bu da Şimal müharibəsinin aparılması ilə izah olunur. İslahatlar, ilk növbədə, müharibə üçün vəsait toplamaq məqsədi daşıyırdı, yığımlar zorla aparılır və çox vaxt istənilən nəticəni vermirdi. Birinci mərhələdə dövlət islahatları ilə yanaşı, həyat tərzinin müasirləşdirilməsi istiqamətində də geniş islahatlar aparıldı. İkinci dövrdə islahatlar daha sistemli xarakter daşıyırdı. Bir sıra tarixçilər, məsələn, V. O. Klyuchevski , Peterin islahatlarının 17-ci əsrdə baş verən dəyişikliklərin yalnız təbii davamı olduğuna diqqət çəkdi. Digər tarixçilər (məsələn, Sergey Solovyov ), əksinə, Pyotr dəyişikliklərinin inqilabi xarakterini vurğuladılar. Pyotrun islahatlarını təhlil edən tarixçilər onun bu islahatlarda şəxsi iştirakı ilə bağlı müxtəlif fikirlər söyləyirlər.
I Pyotrun manifesti
I Pyotrun manifesti — Rusiya imperatoru I Pyotrun Xəzərsahili vilayətlərə yürüşü zamanı Azərbaycan dilində yürüşün "məqsədləri" ilə bağlı yerli əhaliyə müraciətinin əks olunduğu sənəd. == XVIII əsrin əvvəllərində Rusiya-Səfəvi münasibətlərinin kəskinləşməsi == Səfəvi dövləti XVII əsrin sonları - XVIII əsrin əvvəllərində gərgin dövr yaşayırdı. Şah Sultan Hüseyn (1694-1722) dövləti böhrandan çıxarmaq üçün ciddi tədbirlər həyata keçirə bilmədi. Ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşması də ağırlaşdı. Dövləti üsyanlar bürüdü. 1719-cu ildə Şirvanda başlayan üsyanlardan birinə Müşkür mahalından olan Hacı Davud başçılıq edirdi. 1720-ci ildə Xudatı və Şabranı ələ keçirən Hacı Davud Səfəvilərə qarşı mübarizədə Rusiyaya müraciət etdi, lakin I Pyotr onu cavabsız qoydu. Qazıqumuqlu Surxay xandan kömək alan Hacı Davud 1721-ci ildə Şamaxını mühasirəyə aldı və onu tutdu, buradakı rus tacirlərini qarət etdi. Burada yarım müstəqil siyasi qurum - Şirvan xanlığı yaradan Hacı Davud kömək üçün Osmanlı dövlətinə müraciət etdi. Qəndəhar vilayətində gilzay tayfalarının çıxışları da Səfəvilərin paytaxtı İsfahan şəhərinin ələ keçirilməsi ilə nəticələndi.
I Pyotrun vəsiyyətnaməsi
I Pyotrun vəsiyyətnaməsi — Rusiya dövlətinin dövlətçilik tarixində çox önəmli mövqeyi ilə seçilən, Rusiya siyasətində maraqlı bir sənəd kimi diqqəti cəlb edir. Bu gün Rusiyada bu sənədin mövcudluğu inkar edilsə də "vəsiyyətnamə"nin mükəmməlliyi, deklarativ xarakteri, öz dövrü üçün dünya proseslərinə verdiyi siyasi traktlaşdırma Avropanın gələcək siyasi modelini formalaşdırmaq təklifləri və nəhayət, böyük fatehlik iddiaları və s. onun həqiqətən mövcud olduğunu sübut edir. "Vəsiyyətnamə"də maraq doğuran əsas cəhətlərdən biri də dövlət başçısı kimi I Pyotrun dinə münasibətidir. Ümumilikdə 12 bənddən ibarət olan bu sənədin IX bəndi həcmcə ən böyük olmaqla əsas hissəsi "məxfi qalsın" başlığı ilə verilib. Məhz bu bənddə I Pyotrun dinə mənfi münasibəti açıqlanaraq dinin dövlət işlərinə qarışması qadağan edilib. Sənəddə deyilir: "Bizim üləmalarımızın bu günə qədər dövlət işlərinə müdaxilə etməsi Rusiya dövlətinin tərəqqisinə mane olmuşdur. Mən öz səlahiyyətlərimdən istifadə edərək onları dövlət işlərindən ayırdım, ruhanilərin dövlət işlərinə müdaxiləsini rədd etdim. İndi onlar adi bir dərəcədə qalmışlar və əl-qol aça bilmirlər. Mən bunu çox böyük zəhmət bahasına etdim.
Köhnə Müqəddəs Pyotr bazilikası
Köhnə Müqəddəs Pyotr bazilikası Vatikandakı Müqəddəs Pyotr bazilikasının yerində IV-XVI əsrlərdə mövcud olmuş bazilikadır.Tarixi Neronun sirki yerində inşa edilmiş bazilikanın tikintisinə imperator I Konstantinin hakimiyyəti dövründə başlanılmışdır. “Köhnə Müqəddəs Pyotr bazilikası” adı XVI əsrdə yeni bazilikanın inşa edilməsindən sonra iki binanı bir-birindən fərqləndirmək üçün istifadə edilmişdir. == Tarixi == Bazilikanın inşasına imperator I Konstantinin əmri ilə 318 – 322-ci illər arasında başlanılmış və inşaat işlərinin tamamlanması 30 il çəkmişdir. Sonrakı on iki əsr ərzində kilsə tədricən mühüm əhəmiyyət qazanaraq, yekun nəticədə Romanın ən mühüm ibadət yerinə çevrilmişdir. Adətən Roma papalarının tacqoyma mərasiminin keçirildiyi Müqəddəs Pyotr kafedralında 800-cü ildə Müqəddəs Roma imperiyasının imperatoru Böyük Karlın tacqoyma mərasimi keçirilmişdir. 846-cı ildə sarasinlər bazilikanı qarət edərək dağıtmışlar. Ehtimal ki, qarətçilər Romanın zəngin xəzinələrindən xəbərdar idilər. Müqəddəs Pyotr bazilikası kimi bəzi müqəddəs və mühüm bazilikalar Avreli divarlarından kənarda yerləşdiləri üçün asan hədəf idilər. Bu bazilikalar “zəngin liturgiya qabları zinətli metallar və qiymətli daş-qaşlarla işlənmiş relikviarilər və illərlə toplanmış müqəddəs əşyalarla dolu idi.” Nəticədə qarətçilər adi bir kilsəni yox, müqəddəs bir ziyarətgahı elan etmiş oldular. Hadisədən sonra Roma papası IV Levin sifarişi ilə Leonin divarı inşa edildi və kilsənin zərər çəkmiş yerləri bəra olundu.
Köhnə Müqəddəs Pyotr bazilikasındakı Roma papalarının məzarlarının siyahısı
Köhnə Müqəddəs Pyotr bazilikasındakı Papa məzarları V-XVII əsrlərdə taxtda olmuş Papalara aid olmuşdur. XVI-XVII əsrlərdə köhnə bazilikanın tədricən sökülməsi zamanı, 846-cı ildə sarasinlərin Roma talanı zamanı dağıdılmış məzarlar istisna olmaqla həmin abidələrin əksəriyyəti dağıdılmışdır. Papaların qalıqları isə köhnə bazilikanın yerində inşa edilmiş yeni bazilikaya, o cümlədən Romanın digər kilsələrinə köçürülmüşdür. == Tarix == Qədim Roma katakombalarının daşınması, XIV əsrdə Lateran bazilikasında baş vermiş iki yanğınvə Müqəddəs Pyotr bazilikasında həyata keçirilən yenidənqurma işləri papaların məzarlarının təxminən yarısının məhv olmasına səbəb olmuşdur. Buna görə də, yeni Müqəddəs Pyotr bazilikasının əsas memarı olan Donato Bramante “Mastro Ruinante” adlandırılmışdır. Baxmayaraq ki, ilkin bazilikanın inşasına I Konstantinin hakimiyyəti dövründə başlanmış və IV əsrdə inşaat işləri tamamlanmışdır, I Lev (440-461) Konstantin bazilikasında dəfn edilmiş ilk Papa olmuşdur. Əsrlər ərzində bazilikanın atriumu, kapellaları və nefləri Papaların məzarları ilə doldurulmuş, müxtəlif illərdə parılan inşaat işləri ilə əlaqədar isə məzarların yerləri tez-tez dəyişdirilmişdir. İlkin qəbirlərdən dövrümüzə çatmış yeganə qalıqlar bir neçə sarkofaq və heykəltəraşlıq elementləridir. Ehtimal edilir ki, Konstantin bazilikasının sökülməsinin təşəbbüskarı olmuş Papa II Yuli, Mikelancelo tərəfindən özü üçün hazırlanmış “nəhəng” abidə üçün yer yaratmaq istəyirdi. Orijinal məzarların yerləşməsi və görünüşü haqqında çox az məlumat vardır: ən dəyərli məlumatlardan biri kilsə kanoniki və tarixçi Cakomo Qrimaldinin (atası Genuya senatoru Cirolamo Qrimaldi-Kavalleroni) sökülmə ərəfəsində olan məzarları çəkdiyi təsvirlərdir; Qrimaldinin təsvirlərində əksəri üç hissəli olan erkən məzarların formaları və mürəkkəbliyi görünür.

"pyotr" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#pyotr nədir? #pyotr sözünün mənası #pyotr nə deməkdir? #pyotr sözünün izahı #pyotr sözünün yazılışı #pyotr necə yazılır? #pyotr sözünün düzgün yazılışı #pyotr leksik mənası #pyotr sözünün sinonimi #pyotr sözünün yaxın mənalı sözlər #pyotr sözünün əks mənası #pyotr sözünün etimologiyası #pyotr sözünün orfoqrafiyası #pyotr rusca #pyotr inglisça #pyotr fransızca #pyotr sözünün istifadəsi #sözlük