Kartof püresi
Kartof püresi (fr. Purée de pommes de terre; ing. Mashed potato) — kartofdan püre. Kartofdan hazırlanan bu yemək bütün dünyada geniş yayılmışdır.
== Hazırlanması ==
=== Ümumi məlumat ===
Kartof püresini hazırlamaq üçün hər zamankı sadə formula: yalnız soyutma kartof, süd və yağın bir yerdə əzilməsindən ibarət olub. Son zamanlar yeni bir inqridient- pendir də əlavə olunur. Bu zaman fərq o dəqiqə hiss olunur – püre daha kremli və ləziz olur. Pendir ən axırda əlavə olunur və püreyə tam əriyib qarışanadək qazda bişirilir. Kartof püresini hazırlayan zaman bəzi məqamlara diqqət etmək gərəkir.
=== Ərzaqlar ===
5 orta ölçülü kartof (nişastalı kartof məsləhət görülür)
60 qrama yaxın kərə yağı
0,5 (yarım) stəkan süd
1 stəkan sürtkəcdən keçirilmiş kaşar pendiri (Provolone və ya Mozarella da olar)
Duz
İstiot
=== Hazırlanma qaydası ===
Kartofları yuyub orta ölçülü qazana yerləşdirin.