Nadir Qəhrəmanov
Qəhrəmanov Nadir Fərrux oğlu (24 may 1945, Urud, Sisian rayonu) — Azərbaycanın tanınmış alimi, Sumqayıt Dövlət Universitetinin sabiq rektoru (2000-2013). BDU-nun "Ümumi fizika" kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru.
Nadir Qəhrəmanov 1945-ci ildə Qərbi Azərbaycanın Sisyan rayonunun Urud kəndində anadan olub.1967 -Azərbaycan Dövlət Universitetinin (BDU fizika fakültəsini bitirmişdir.1968 −2000-BDU-nun "Ümumi fizika" kafedrasında, laborant, müəllim, dosent, professor, kafedra müdiri vəzifələrində çalışmışdır.1976-cı ildə — "İnS — monokristalının alınması və bəzi fiziki xassələri" — mövzusunda namizədlik dissertasiyası mudafiə edərək, Fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb.1985-ci ildə — Moskva, SSRİ Elmlər Akademiyasının Radioelektronika İnstitutunda " AI3 BIII5 CVI9 — tipli yeni üçqat yarımkeçirici birləşmələrin alınması" – mövzusunda doktorluq dissertasiyası mudafiə edərək, Fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi alıb.2003-cü ildən Avroaziya İnzibati Elmlər Akademiyasının həqiqi üzvüdür.325 — elmi əsərin müəllifidir,10-monoqrafiyanın müəllifidir, 16-dərslik və dərs vəsaitinin müəllifidir,54-müəlliflik şəhadətnaməsinin və ixtiranın müəllifidir. Nadir Qəhrəmanovun əsas tədqiqat sahəsi Qeyri-adi fiziki xassələrə malik — tipli yeni üçqat yarımkeçirici birləşmələrin alınması, onların fundamental fiziki xassələrinin tədqiqi və tətbiq sahələrinin müəyyənləşdirilməsidir. Bu günə kimi 35-magistrə elmi rəhbər olub və 11-elmlər namizədinə elmi rəhbər olub.2000–2013-cü illərdə Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsində olmuşdur.
Seçilmiş əsərlər
1. Электронографические исследования тонких пленок Cu3Ga5Sе9, полученных вакуумным осаждением, Доклады АН Аз.ССР, 1988, том 44, № 10, с.11–13.
2. Полиморфози леотропной жидкокристаллической системы анфифил вода-спирт, ДАН Аз.Респ. 1992, том 49, № 1, с.