Qəzəbin yumruğu (film, 1972)
Qəzəbin yumruğu (ing. Fist of Fury, kantonca: 精武門 — Jing wu men) — 1972-ci ildə Brüs Linin iştirakı ilə çəkilən döyüş filmidir.
Filmdə baş verən hadisələr XX əsri əvvəllərində baş verir. Çen Zen "Cinqvu" məktəbinin əsasını qoyan müəllimi Ho Yuantszyanın ölüm xəbərini eşidir və Şanxaya geri dönür. Honqkou dojosunun sahibi Suzuki tərcüməçisi Vu En və adamları ilə birlikdə yas mərasiminə plakat göndərir və onun üzərində "Şərqi asiyanın xəstələri" ifadələri dərc olunmuşdur. Bu isə XIX əsrin sonları, XX əsrin əvvəllərində çinlilər üçün təhqir hesab olunurdu. Bu hadisədən sonra Çen Zen Honqkou dojosuna təkbaşına gedir və plakatı onlara geri qaytarır. Bu zaman dojonun müəllimi Yoşida və onun tələbələri ilə mübarizə aparır. Çen Zen onları məğlub edir.
Çen Zen parka gedən zaman qadıdakı mühafizəçi onu içəri buraxmır.