qadınlar sözü azərbaycan dilində

qadınlar

Yazılış

  • qadınlar • 69.9940%
  • Qadınlar • 29.9555%
  • QADINLAR • 0.0505%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qadınlar
Qadın — yetkin dişi cinsiyyətindən olan insan. Digər əks cins kişi adlanır. Rəsmi sənədlərdə bu bioloji növ yaşından asılı olmayaraq qadın adlanır. == Qadın tarixi == İnsanlıq tarixində qadınların yerinin araşdırılması İngiliscə söz olan və History anlayışına oxşar olaraq Herstory deyə başa düşülən araşdırma sahəsi, tarix elminin və cinsiyyət araşdırmalarının bir qoludur. Qadın tarixi araşdırması feminist bir anlayış ola bilər lakin bu məcburi deyildir. == Qadın haqları == 2009-cu ilin yanvar ayından etibarən Dünya əhalisinin sayı 6,8 milyard olmuşdur. Bunun 49,7%-ni qadınlar təşkil edir. Qadın nüfuzu 3 milyarddan daha çoxdur. Dünyada qocaların çoxu qadınlardır. ===== Siyasət ===== Səudiyyə Ərəbistanında qadınlara səsvermə hüququ 2011-ci ildə verilmişdir.
Balaca qadınlar
Balaca qadınlar — Luiza Mey Alkott tərəfindən yazılmış və 1868-1869-cu illərdə iki hissədə çap olunmuş romandır. Avtobioqrafik səciyyə daşıyan roman Alkott və onun üç bacısı Anna, Elizabet, və Abigeylin uşaqlıq və gəncliyindən bəhs edir. Burada dörd bacı: Meq, Co, Bet və Emi onların həyatı, başlarına gələn hadisələr təsvir olunub. Əsərin əsas qəhrəmanı Conun prototipi müəllifin özüdür. Romandakı hadisələr Alkottun sonralar yazdığı "Balaca kişilər" və "Conun oğlanları" adlı əsələrdə də davam etdirilir. Bu üç əsəri birlikdə "Març ailəsi haqqında trilogiya" da adlandırırlar. == Məzmun == Meq, Co, Bet, Emi Mister Marçın dörd qızıdır. Ataları hər şeyinin itirdikdən və vətəndaş müharibəsində köləliyə qarşı mübarizə aparmağa başladıqdan sonra qızlar analarının himayəsi altında yaşayırlar. Meq varlı bir ailənin dörd uşağının mürəbbisi olur. Co varlı və tündməcaz Març bibiyə kömək edir.
Macarıstanda qadınlar
Macarıstan qadınları xüsusilə son 200 ildə Macar cəmiyyətinin formalaşmasında böyük rol oynadılar. Macarıstan qadının imicinin meydana gəlməsinə qatqılar din (Roma katolikizmi, lüteranlıq, kalvinizm və qismən pravoslav), tarixin (kommunist ideologiyasının) gedişi və Macarıstanın Avropaya inteqrasiyası yolu ilə edildi. Hal-hazırda Macarıstan gender bərabərsizliyi indeksi üzrə 42-ci yeri tutur; qadınlar Macarıstan parlamentində orta hesabla 10,1% yer tutur; 25 yaşı olan qadınların 93,2% -i orta təhsilli, 57,8% -i isə rəsmi olaraq işləyir. Qlobal Cins Gap Hesabatı sıralamasında Macarıstan 87'ci sırada qərarlaşıb. == I Dünya müharibəsindən əvvəl == 1817-ci ildə, Macarıstanda, ilk qadın təşkilatı olan Peshtera Qadın Xeyriyyə Cəmiyyəti yaradılmışdır. Əsrin sonuna qədər ölkədə bir neçə yüz belə təşkilat var idi ki, onların siyasi çəkisi formalaşmamışdı. XIX əsrin ortalarında qadınlar orta təhsil almaq hüququ əldə etmiş, 1895-ci ildə isə universitetlərdə fəlsəfə, səhiyyə və dərman preparatları öyrənməyə icazə verilmişdir. Hüquq müdafiəçiləri Avstriya-Macarıstanda qadınların hüquqlarını genişləndirdilər. 1904-cü ildə Rozika Schwimmer, Macarıstanda Feminist Birliyi quraraq, qadınlara seçmə hüquqlarının verilməsi üçün üç dəfə parlamentə uğursuz müraciət təqdim etdi. Qadınların səsvermə hüququ üçün, 1910-cu ildə kişilərin liqası, 1913-cü ildə isə Suffragemets Beynəlxalq Qadınlar İttifaqının VII qurultayı Budapeştdə keçirilmişdir.
Monteneqroda qadınlar
Monteneqroda qadınlar — cəmiyyətin həyatında mühüm rol oynayırlar. Müasir cəmiyyətdə bir əsr əvvəlki vəziyyətlə müqayisədə qadınlara qarşı daha hörmətli bir münasibət var. == tarix == Monteneqro cəmiyyətindəki qadınların rolunun ən erkən təsvirlərindən biri The New York Times tərəfindən 5 noyabr 1880-ci ildə verilmiş və istehza ilə qeyd etmişdir ki, qadınlar və kişilər bu sahədə işlərini bərabər bölüşsələr də, keçişlər zamanı qadın özü ilə ərinin gətirdiyi hər şeyi daşıyır. Üstəlik həmin qəzetin yazdığına görə qadınlar evi idarə edir, parça toxuyur və sap əyirirdilər. Hollandiyalı yazıçı Henri van der Mandere Monteneqro cəmiyyətindəki qadınların rolunu daha da tənqid edir: arvadın praktik olaraq gücsüz olduğunu və ərindən sonra yükü daşımaq məcburiyyətində olduğunu, qızının isə iradəsinə tabe olmaq məcburiyyətində qaldığını iddia edir. Kişilərlə bir masa arxasında oturmasına icazə verilməyən bir qadını kölə və yük heyvanına bənzədir. Monteneqrolu qızların gözəlliyi arvad olduqları zaman əriyirdi. Antropoloq Zorka Miliçə görə bir qadına münasibət onun neçə oğul və qız övladına sahib olmasından da asılı idi: çox oğlu olan qadınlara hörmət edilirdi. Yuqoslaviya Xalq Qurtuluş müharibəsindən sonra qadınlara orta və ali təhsil almaq, ictimai və siyasi həyatda iştirak etmək və s. hüquqlar verildikdən sonra vəziyyət dəyişir.
Qadınlar (roman)
Qadınlar — Amerikalı şair və nasir Çarlz Bukovskinin çoxsaylı cinsi macəralardan bəhs edən üçüncü romanıdır. == Məzmun == Burada, 1 nömrəli fəsildə ilk qadın personaj görünür, Lidiya Vance. Qəhrəman dəqiq vaxtı xatırlaya bilmir, lakin iddia edir ki, onlar təxminən altı il əvvəl, rəvayətçi poçt şöbəsindəki işindən çıxanda tanış olublar. Lidiya ilə tanışlıq Los-Ancelesdəki kitab mağazasında keçirilən ilk şeir oxunuşlarında baş verdi və münasibətlər bir neçə gün davam etdi və sonra yazıçı Vancenin evinə dəvət edir. Henri və Lidiya romanının təsviri — fırtınalı, seks, qalmaqallar, çoxsaylı ayrılıqlar və görüşlərlə doludur, kitabın demək olar ki, üçdə birini (əvvəlindən otuz ikinci fəsil daxil olmaqla) tutur. Onların münasibətlərinin inkişafı zamanı isə baş qəhrəmanın cinsi fəaliyyəti təkcə bir Vansla məhdudlaşmır, onun yatağına daha altı qadın nümayəndə girir. Roman Henrinin Saraya zəngi ilə bitir.
Qaçqın qadınlar
Qaçqın qadınlar — müharibə, təbii fəlakət və başqa səbəblərə görə yaşadığı yeri tərk etmiş qadınlar. Onlar miqrasiya təcrübəsinin hər mərhələsində gündəlik həyatda genderlə bağlı problemlərlə üzləşirlər. Digər demoqrafik məlumatlardan asılı olmayaraq bütün qaçqın qadınlar üçün ümumi problemlər səhiyyə və fiziki zorakılığa çıxışdır və ayrı-seçkilik, cinsi zorakılıq və insan alveri halları ən çox rast gəlinən çətinliklərdir. Buna baxmayaraq, qadınlar bu cür hallarda zərərçəkən olmasalar belə, onlar tez-tez öz xüsusi ehtiyaclarına və təcrübələrindən sui-istifadə və etinasızlıqla üzləşirlər. Bu, demoralizasiya, damğalanma, əqli və fiziki sağlamlığın pozulması kimi mürəkkəb nəticələrə gətirib çıxarır. Beynəlxalq humanitar yardım təşkilatlarından müvafiq resurslara çıxışın olmaması dünyada üstünlük təşkil edən gender fərziyyələri ilə daha da ağırlaşır, baxmayaraq ki, gender meynstriminqində son dəyişikliklər bu ümumi cəhətlərlə mübarizə aparmaq məqsədi daşıyır. == Səhiyyə == Qaçqın qadınların üzləşdiyi sağlamlıq problemləri susuz qalma və ishaldan tutmuş yüksək hərarət və malyariyaya qədərdir. Onlar həmçinin, gender əsaslı zorakılıq və ana sağlamlığı kimi daha geniş əhatəli hadisələri əhatə edir. Qaçqın qadınların ölümünün əsas səbəbləri arasında qida çatışmazlığı, ishal, respirator infeksiyalar və reproduktiv ağırlaşmalar var. Qaçqın qadınların sağlamlıq problemləri onların fiziki, əqli və sosial rifahı da daxil olmaqla müxtəlif amillərdən təsirlənir.
Çində qadınlar
Çində qadınların həyatı, son Tzin sülasənin islahatları, Cümhuriyyət dövründəki dəyişikliklər, Çin Vətəndaş Müharibəsi və Çin Xalq Respublikasının yüksəlişi səbəbindən əhəmiyyətli dərəcədə dəyişildi. Qadınların azadlığına nail olmaq, ÇXR-nin başlanğıcından bəri Çin Kommunist Partiyasının gündəmindədir. Mao Zedong məşhur sitatda demişdir "Qadınlar səmanın yarısını tuturlar." 1995-ci ildə Çin Kommunist Partiyasının baş katibi Tsyan Tsemin gender bərabərliyini rəsmi dövlət siyasəti əsasında həyata keçirdi. Çin daha böyük gender bərabərliyini əldə etməkdə olduqca müvəffəq olsa da, qadınlar kişilərlə müqayisədə daha aşağı bir status almışdı. == Qadın və ailə == İnqilabdan əvvəl Çində ənənəvi evlilik fərdlər arasında deyil, ailələr arasında bir müqavilə idi. Gələcək bəy və gəlinin valideynləri, iki ailə arasındakı ittifaqa əsaslanaraq nikah qururdular. Həyat yoldaşı seçimi sevgi və cazibə deyil, ailə ehtiyaclarına və potensial həyat yoldaşının sosial-iqtisadi vəziyyətinə əsaslanırdı. Qadının rolu ərinin sosial vəziyyəti ilə bir qədər dəyişsə də, adətən onun əsas vəzifəsi soyadını davam etdirmək üçün bir oğul təmin etmək idi. Evlilik təşkili bir gəlin qiyməti, gəlinin ailəsinə veriləcək hədiyyələr və gəlinin ailəsindən yeni evində istifadə etmək üçün bəzən paltar, mebel və ya zinət əşyaları ilə danışıqları əhatə edirdi. Bir qadının evliliyi üçün pul təzminatı mübadiləsi, satın alma nikahlarında da istifadə edildi.2020 Ümumdünya Xalq Konqresi zamanı Çinin evlilik və ailə qanunları üçün bir sıra əhəmiyyətli dəyişiklikləri ehtiva edən bir mülki məcəllə qəbul edildi.
Qadınlar sultanlığı
Qadınlar sultanlığı (osm. قادينلر سلطنتى) — Osmanlı imperiyasında, hasəki sultanların, ana sultanların və ya xanım sultanların ( Mihrimah Sultan, Fatma Sultan və ya Kösəm, Səfiyyə Sultan nümunələrində olduğu kimi Böyük Ana sultanların) dövlət idarəçiliyinə müdaxiləsi, Osmanlı imperiyasını şəxsən idarə etdikləri dövrə verilən addır. Dövr, Qanuni Sultan Süleyman dövründə başlamış və 1656-cı ildə Körpülü Mehmed Paşa baş vəzir olana qədər davam etmişdir. == Ümumi məlumat == Qadın sultanlığı anlayışı ilk dəfə Osmanlı tarixçisi Əhməd Rəfiq Altınay tərəfindən 1916-cı ildə eyni adla nəşr olunan məşhur tarix kitabında istifadə edilmişdir. Lesli Pirs, ingiliscə versiyası 1993-cü ildə nəşr olunan Harem-i Hümayun: Suverenity and Women in Ottoman Empire adlı kitabında qadın sultanlığı anlayışını özündə əks etdirməklə, bu mövzuda xeyli anlaşılmazlıqların olduğuna diqqət çəkir. Bu anlaşılmazlıqlardan biri, qədim köklərə malik inanc, qadınların dövlət idarəçiliyinə cəlb edilməsinin Osmanlı imperiyasına zərəri fikridir. Lesli Pirs öz kitabında yazır ki, Hacı Mustafa Sunullah Əfəndi hələ 1599-cu ildə qadınların dövlət işlərinə qarışmasından şikayətlənmişdi. O zamandan sonra Osmanlı imperiyasının Qanuni Sultan Süleymandan sonra başlayan durğunluq və tənəzzülün qadınların dövlət işlərinə qarışmasından qaynaqlandığı fikri geniş vüsət almış, qadınların hökmranlıq dövrü ictimaiyyət və tarixçilər arasında mənfi qarşılanmağa başlanmışdır. Ancaq bu da həqiqətdir ki, qadınların səltənəti 1656-cı ildə başa çatsa da, Osmanlı imperiyasının süqutu səngimədi, əksinə, daha da sürətləndi. Əslində, Lesli Pirs və İlbər Ortaylı da daxil olmaqla bir çox Osmanlı tarixçisi Osmanlı imperiyasının əsl zəifləmə dövrünün 1683-cü il, Vyana döyüşündəki uğursuzluğundan sonra başladığına inanırlar və buna görə də yazılarında Osmanlı imperiyasının dağılmasında qadınların hökmranlığının məsuliyyət daşıya bilməyəcəyinə işarə edirlər.
Balaca qadınlar (roman)
Balaca qadınlar — Luiza Mey Alkott tərəfindən yazılmış və 1868-1869-cu illərdə iki hissədə çap olunmuş romandır. Avtobioqrafik səciyyə daşıyan roman Alkott və onun üç bacısı Anna, Elizabet, və Abigeylin uşaqlıq və gəncliyindən bəhs edir. Burada dörd bacı: Meq, Co, Bet və Emi onların həyatı, başlarına gələn hadisələr təsvir olunub. Əsərin əsas qəhrəmanı Conun prototipi müəllifin özüdür. Romandakı hadisələr Alkottun sonralar yazdığı "Balaca kişilər" və "Conun oğlanları" adlı əsələrdə də davam etdirilir. Bu üç əsəri birlikdə "Març ailəsi haqqında trilogiya" da adlandırırlar. == Məzmun == Meq, Co, Bet, Emi Mister Marçın dörd qızıdır. Ataları hər şeyinin itirdikdən və vətəndaş müharibəsində köləliyə qarşı mübarizə aparmağa başladıqdan sonra qızlar analarının himayəsi altında yaşayırlar. Meq varlı bir ailənin dörd uşağının mürəbbisi olur. Co varlı və tündməcaz Març bibiyə kömək edir.
Beynəlxalq Qadınlar Günü
Beynəlxalq Qadınlar Günü — Hər il 8 mart tarixində qeyd olunan Beynəlxalq Qadınlar Günü olaraq da tanınan qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbəti tərənnümünü ənənəvi hala gətirmiş bayram. 8 mart postsovet respublikalarında, habelə Anqola, Burkina-Faso, Qvineya-Bisau, Kamboca, Çin, Konqo, Laos, Makedoniya Respublikası, Monqolustan, Nepal, Şimali Koreya və Uqandada qeyri-iş günü sayılır. BMT də 8 -martı beynəlxalq qadınlar günü kimi tanıyıb. == Tarixi == Qadınların kişilərlə bərabər hüquqlu olmaq uğrunda apardığı mübarizənin təmsili başlanğıcı olaraq, 8 mart 1857-ci ildə ABŞ-nin Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etməsi qəbul edilir. Lakin polis aksiyanın uzun sürməsinə izin verməyərək nümayişi dağıtdı. 8 mart 1908-ci ildə Nyu York Sosial-Demokrat Qadın Təşkilatının çağırışilə 15 min qadın, daha qısa çalışma saatı, kişilərlə bərabər əmək haqqı və səsvermə hüququ üçün nümayiş keçirdi. Nümayişdə ayrıca ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı "Çörək və Gül" idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifah həyat tərzini ifadə edirdi. İlk Qadınlar Günü mərasimi 1909-cu ilin 28 fevralında Nyu Yorkda baş tutmuşdur; bu Amerika Sosialist partiyası tərəfindən Beynəlxalq Qadın Tikiş İşçiləri Birliyinin 1908-ci ilki tətilinin yada salınması münasibətilə təşkil olunmuşdu.1909-cu ildə isə Avropadakı qadınlar, fevral ayının son bazar gününü, fevralın 28-ni ilk qadın günü olaraq keçirdi. 1910-cu ildə 1857-ci il hadisələrdən 52 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq Klara Setkin adlı bir alman sosialist qadını, Amerikada 8 martda yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il 8 mart gününü Dünya Qadınlar Günü olmasını təklif etdi və bu təklifi qəbul edildi.Bəzi tarixçilərin fikrincə, 8 martın təqvimə qırmızı rəqəmlərlə düşməsinin səbəblərini bilmək üçün 1910-cu ildə həmin günün bayram kimi qeyd olunması təşəbbüsünü irəli sürmüş Klara Setkinin şəxsiyyətinə, xüsusən onun milli mənsubiyyətinə nəzər salmaq lazımdır.
Bizim Qadınlar (1965)
== Məzmun == Film Azərbaycanın tanınmış qadınlarına həsr olunmuşdur.Kinolent dörd novelladan ibarətdir: Texnika elmləri doktoru İzzət Oruczadə, rəssam Maral Rəhmanzadə, rəssamın əsərinin qəhrəmanlarından biri, kolxozçu Sürəyya Kərimova və kar oğluna tanınmış heykəltaraş olmaqda kömək edən ana Ceyran Mirqasımova.
CEV Kuboku (qadınlar)
Donduk Qadınlar Universiteti
Dongduk Qadın Universiteti(Kor: 동덕여자대학교, ing: Dongduk Women's University)—Cənubi Koreyanın Seul şəhərində Koreyanın müstəqilliyi uğrunda mübarizə fəalı Cho Dong-Shik tərəfindən qurulmuş özəl bir universitetdir.Dongduk Qadın Universiteti (DQU) 1950-ci ildə qurulan Dongduk Qızlar Məktəbinin əsasında yaradılıb. == Yaranma tarixi == Dongduk Qadınlar Universiteti 1950-ci ildə dörd illik tədris ocağı kimi Dongduk Qızlar Məktəbinin (동덕 여자 대학) əsasında qurulmuşdur. 1967-ci ildə indiki ünvana köçmüşdür. Kollec 1980-ci ildə doktorantura açmaq üçün icazə almış və 1987-ci ildə bir universitet statusu qazanmışıdr. Universitetin mövcud statusu 2003-cü ildə aparılan struktur dəyişikliyi və akademik heyət seçimi nəticəsində formalaşmışdır. === Strukturu === DQU səkkiz kollec, altı bölmə, 18 ixtisas, 16 ixtisas mərkəzi və yeddi aspirantura məktəbindən ibarətdir. Təxminən 7500 tələbə və 350 müəllim heyətinə malikdir. DQU dünyanın ondan artıq ölkəsinin 23 universiteti ilə beynəlxalq mübadilə müqavilələri bağlamışdır. DQU xaricdə təhsil proqramları təklif edir. Hər il tələbə və təcrübə mübadiləsi aparan səkkiz ölkənin 19 universiteti ilə beynəlxalq mübadilə proqramları həyata keçirir.
Qadınlar bayramı (pyes)
Qadınlar bayramı (pyes) — Əbdürrəhimbəy Haqverdiyev pyesi 1928-ci ildə yazmışdır. == Əsər haqqında == "Qadınlar bayramı" və ya "8 Mart" teatr əsəri 1928-ci ildə Bakıda "Azərnəşr" tərəfindən nəşr edilmişdir. İki pərdədən ibarət olan pyesin bir digər adı isə "8 Mart" dır. Əsərdə, inqilab ruhunda böyüyən Cahan adlı bir qadının həyat mübarizəsi təsvir olunur. O, sovet dövrünün ilk illərindən təhsil alaraq özünü yetişdirsə də, ancaq köhnə fikirli insanlarla mübarizə aparır. Onun mübarizəsi nəticəsində ətrafında geniş qadın ordusu yaranır və dar düşüncəli insanlar üzərində qələbə çalırlar. Cahan və onun ətrafındakı qadın xarakterləri ilə birlikdə müəllif qadınların cəmiyyətdəki əhəmiyyətindən bəhs edir. Qadınların bir cəmiyyətin inkişafında mühüm rol oynadığını xatırladır. Əsərin qəhrəmanı Cahan kəndin yеniləşməsi yоlunda böyük işlər görür. Kəndə su çəkilir, məktəb, savadsızlığı ləğv еdən kurs açılır.
Səfəvi imperiyasında qadınlar
Səfəvi imperiyasında (1501-1736) qadınlar — Səfəvi imperiyası zamanı cəmiyyətdə qadınların vəziyyəti nəzərdə tutulur. Səfəvi imperiyasında qadınlar aid olduqları sosial statusdan asılı olaraq geniş hüquqlar və azadlıqlardan yararlana bilirdilər. Yuxarı sinfə məxsus olan qadınlar həm təhsildə, həm də siyasi baxımdan imperiya ərazisində aktiv idilər. Digər sosial siniflərdən olan qadınlar hətta əri belə olmadan səyahət edə bilmə kimi azadlıqlardan yararlanmaqla birlikdə, öz ailələrinin maliyyə vəziyyətini də idarə edirdilər. Cəmiyyətin bütün sferalarında qadınlarla qarşılaşmaq mümkün idi. Lakin I Abbasın 1629-cu ildə ölümündən sonra qadınların cəmiyyətdəki rolu azalmağa başladı və onlar ictimai nəzərdən uzaqlaşmağa başladılar. II Abbasın hakimiyyəti dövründə qadınlara qarşı məhdudiyyətlər tədbiq edildi. Bu hakimiyyət dövrü Səfəvi imperiyasında qadınlar üçün çətin mərhələ kimi dəyərləndirilir. == Səfəvi imperiyasının erkən dövrü == === Yuxarı sinif qadınları === Yuxarı sinfə məxsus olan qadınlar imperiya daxilində həm ictimai, həm də idarəetmə məsələlərində mühüm rol oynayırdılar. Onlar bir çox sferalarda olduğu kimi, imperiyanın siyasi məsələləri üzərində də söz haqqına sahib idilər.
Viktoriya dövründə qadınlar
Viktoriya dövründə qadınlar və kişilər arasındakı sosial fərqlər heç bir dövrdə olmadığı qədər kəskinləşdi və qadının ailə və cəmiyyətdə bu gün də aktual qəbul edilən rolu müəyyənləşdi. Əsas iş yerlərinin əkin sahələrindən fabriklərə daşınması ilə illər boyu həyat yoldaşları ilə birgə çalışmış qadınlar üçün də evdarlıq dövrü başladı. == Təhsil == 1840-cı illərə qədər qadınlar üçün nəzərdə tutulan məktəblər kiçik idi və daha çox qadınların ailədəki rolu ilə əlaqədar təlim keçirdilər. Müəllim olaraq çalışan qadınlar da eyni peşədə çalışan kişilərdən sayca çox idi, ancaq onlara kişilərdən daha az maaş verilirdi. Lydia Murdoch bu fərqləri belə izah edir: "Növündən asılı olmayaraq qadınlar iş yerlərində həmişə əngəllər ilə qarşılaşmalı olurdular. Maaş məbləğləri işdən asılı olaraq dəyişsə də, qadınlara bütün sahələrdə kişilərdən daha az maaş verilirdi. Məsəl üçün 1883-cü ildə London Məktəb Şurası qadın müəllimlər üçün maaşı eyni vəzifədəki kişilərin maaşının dörddə üçü olaraq müəyyənləşdirmişdi.1890-cı ildə kişi asisentlər illik 119 funt qadınlar isə 88 funt maaş alırdılar. Kişilərdən fərqli olaraq peşələrində ikinci dərəcəli statusla yanaşılan qadınlar, həm də Viktoriya dövrünün alışılmış "evdar qadın" anlayışını zədələdikləri üçün ətraf-mühitin qınağına da dözməli idilər." Orta təbəqədən olan qadınlar həm işləmək, həm də evlənmək hüququndan məhrum idilər, onlar ya evlənməli, ya da işləməli idilər. Kişilər üçün isə elə bir məcburiyyət yox idi. Universitetlər isə tamamilə kişilər tərəfindən idarə edilirdi.
Türkiyə siyasətində qadınlar
Müasir dövrdə Türkiyədəki qadınlar milli siyasətdə fəal iştirak edirlər və Türkiyə Böyük Millət Məclisində qadınların sayı son seçkilərdə daim artmaqdadır. == Tarixi == Birinci Dünya müharibəsi qurtardıqdan sonra Osmanlı İmperiyasının süqut etdikdən sonra 29 oktyabr 1923-cü ildə Türkiyə Cümhuriyyəti yaradıldı. Yeni yaradılan hökumət ilk dəfə olaraq qadınlara bir çox siyasi haqqlar verir. Osmanlı imperiyası dövründə şahzadələrin analarının, sultanların həyat yoldaşlarının düşüncələrinə xüsusi fikir verilirdi. Həmçinin onlar böyük nüfuza malik idilər, amma buna baxmayaraq onların qanuni olaraq mövqeləri təsdiqlənməmişdir. Yəni onların siyasi haqqı yox idi. Başqa sözlə desək xalqdan və ya hər hansı mövqeyə malik olan qadınlarda belə siyasətə qarışma haqqı mövcud deyildi. Qadınların siyasətdəki seçmə və seçilmə hüququ yenə də Osmanlı imperiyasının son dövrlərində verilməyə başladı. Nezihe Muhittin adlı bir qadın 1923-cü ildə iyun ayında Türkiyənin ilk qadın partiyasını qurdu. Həmin dövrdə Cumhuriyyət hələ tam elan edilməmiş, bu səbəbdən də onun heç bir hüquq və ya qanuni dayağı olmamışdır.
Azərbaycan siyasətində qadınlar
Azərbaycan siyasətində qadın == Tarixi == == Şəxslər == === Dövlət və hökumət başçıları === ==== Azərbaycan SSR ==== Azərbaycan Sovet Sosialist Respublikasının dövlət başçısı funksiyalarını yerinə yetirmiş ilk və tək qadın 9 sentyabr — 20 noyabr 1920-ci illərdə Azərbaycan Kommunist Partiyası Rəyasət Heyətinin sədri olmuş Yelena Stasova olmuşdur. Azərbaycan Sovet Sosialist Respublikasının hökumət başçısı funksiyalarını yerinə yetirmiş qadın olmamışdır. ==== Azərbaycan ==== İndiyədək Azərbaycan Respublikasının qadın dövlət və hökumət başçısı olmamışdır. === Hökumətlərdə === ==== Azərbaycan SSR ==== ==== Azərbaycan ==== Müstəqil Azərbaycan Respublikasının ilk qadın naziri Mütəllibov hökumətində 5 fevral 1991 – 10 dekabr 1992-ci illərdə sosial təminat naziri vəzifəsini tutmuş Lidiya Rəsulova olmuşdur. O, 2 sentyabr 1993 – 13 sentyabr 1997-ci illərdə təhsil naziri vəzifəsini tutmuş və bu vəzifəni tutan ilk qadın olmuşdur. Azərbaycan Respublikasının ilk qadın ədliyyə naziri 10 yanvar 1998-ci il tarixindən 18 aprel 2000-ci ilədək bu vəzifəni tutmuş Südabə Həsənova olmuşdur. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yarandığı gündən bütün rəhbərləri qadınlar olmuşdur. Quruma 1998–2006-cı illərdə Zəhra Quliyeva, 2006–2020-ci illərdə Hicran Hüsüynova, 2020-ci ildən isə Bahar Muradova rəhbərlik etmişdir. Azərbaycan Respublikasının ilk və son qadın dövlət katibi Heydər Əliyevin ilk hökumətində bu vəzifənu tutmuş Lalə Şövkət olmuşdur. O, 7 iyul 1993-cü ildən 11 dekabr 1994-cü illərdə bu vəzifəni tutmuşdur.
Avropa qadınlar voleybol çempionatı
Avropa qadınlar voleybol çempionatı — Avropada voleybol milli komandaları arasında keçirilən çempionat.
Bizim Müasir Qadınlar (1976)
Bizim müasir qadınlar qısametrajlı sənədli televiziya filmi rejissor Ramiz Həsənoğlu tərəfindən 1976-cı ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film Azərbaycan qadınlarına həsr olunmuşdur. == Məzmun == Film Azərbaycan qadınlarına həsr olunmuşdur. Serebrovski Adına NQÇİ-nin operatoru Sara Vəzirova, elektromontajçı Pakizə Qasımova, Sosialist Əməyi Qəhrəmanı, pambıqçı Sürəyya Kərimova, Sosialist Əməyi Qəhrəmanı, tütünçü Zalxa Həsənova, gəncəli toxucu Rimma Quliyeva, heykəltaraş Elmira Hüseynova, şair Nigar Rəfibəyli, təyyarəçi Züleyxa Seyidməmmədova, pedaqoq, xoreoqrafiya məktəbinin müəlliməsi Mərziyə İbrahimova filmin qəhrəmanlarıdırlar. Burada söhbət heykəltaraş Elmira Hüseynovanın adından aparılır.
Bizim qadınlar (film, 1965)
== Məzmun == Film Azərbaycanın tanınmış qadınlarına həsr olunmuşdur.Kinolent dörd novelladan ibarətdir: Texnika elmləri doktoru İzzət Oruczadə, rəssam Maral Rəhmanzadə, rəssamın əsərinin qəhrəmanlarından biri, kolxozçu Sürəyya Kərimova və kar oğluna tanınmış heykəltaraş olmaqda kömək edən ana Ceyran Mirqasımova.
CEV Qadınlar Çempionlar Liqası
CEV Qadınlar Çempionlar Liqası — "CEV"in hər il keçirtdiyi yarışdır. Turnir qadın voleybolunda klublar arasında keçirilən ən nüfuzlu yarış sayılır. == Format == Turnir hər il oktyabr (son illərdə) və ya noyabr aylarında başlayır və mart ayında bitir. CEV (Avropa Voleybol Konfederasiyası) hər il turnirin marağını daha da artırmaq və turniri bütün Avropaya yaymaq üçün bir sıra mühüm addımlar atır. Məsələn, 2006–07 voleybol mövsümündə turnirdə 16 komanda iştirak edirdisə növbəti mövsümdən 20, 2012-ci ildən isə 24 komanda iştirak edir. 2011–12 voleybol mövsümündə 5 qrup hərəsində dörd komanda var idi və növbəti mərhələyə 16 komanda çıxırdı (qruplarında ilk üç yerə girənlər). Növbəti mövsüm komandaların sayı 4 ədəd artılır və növbəti mərhələyə çıxanlar isə dörd ədəd azaldıldı. Bu isə komandaların işini çətinləşdirir, rəqabəti isə artırırdı. CEV Çempionlar Liqasının başqa komanda idman növlərində olduğu kimi (basketbol, həndbol) özünə xas olan final mərhələsi — finalfour (dördlər finalı) yarışları var. 1987-ci ilə qədər bu mərhələ qrup sistemi ilə keçirilsə də daha sonra (1987-ci ildən sonra) pleyoff sistemi ilə yəni, məğlub olan turniri tərk edir pirnsipi ilə keçirilir.
Kişilər Marsdan, qadınlar Veneradandır
Kişilər marsdan, qadınlar veneradandır (ing. Men Are from Mars, Women Are from Venus) — 1992-ci ilin mayında nəşr olunan Con Qrey tərəfindən məşhur psixologiya kitabıdır. Bir çox dillərdə nəşr olundu və bestseller oldu. Tənqidçilər kitabın insan psixologiyasını stereotiplərə endirdiyinə diqqət çəkirlər. == Təqdimat == Con Qreyin “Kişilər Marsdan, Qadınlar Veneradandır” əsəri ilk dəfə 1992-ci ildə nəşr olundu və dərhal bestseller oldu. Belə populyarlıq, ilk növbədə, kitabın əsasını təşkil edən müəllifin mövqeyinin əksər psixoloqların fikrindən tamamilə fərqli olması ilə bağlıdır. Beləliklə, bu, əslində bir kitab deyil, psixoloji və müalicəvi təsir göstərən bədii üslubda, demək olar ki, elmi bir əsərdir və ən əsası, insanın problemlərində çox vaxt tək olmadığını aydınlaşdırır. Con Qrey hər iki cinsdən olan insanların davranışlarında ümumi və ya oxşar cəhətlər tapmağa çalışmır, əksinə, onların tam əksini, o qədər açıq-aşkar göstərir ki, kitabın başlığına çevrilən metafor onu ən yaxşı şəkildə əks etdirir - kişilər və qadınlar o qədər fərqlidirlər ki, sanki fərqli planetlərin nümayəndələridirlər. == Məzmun == “Kişilər Marsdan, qadınlar Veneradandır” kitabı öz növbəsində bir neçə tematik hissəyə bölünmüş giriş və 13 fəsildən ibarətdir. Kitabın girişi sözün əsl mənasında Con Qreyin vəhyidir.
Qadınlar arasında İslam Oyunları
Qadınlar arasında İslam Oyunları — 1993-cü ildə başlayan çoxnövlü beynəlxalq idman yarışması. Tədbir İslam Qadın İdmanı Federasiyası (IFWS) tərəfindən təşkil edilmişdir. Oyunlarda iştirak etmək üçün istənilən millətdən olan müsəlman qadınlara icazə verilirdi. Yarış tədbiri 1993, 1997, 2001 və 2005-ci illərdə İranda keçirilmişdir. == Məqsədlər == İslam dininə görə, müsəlman qadınlar beynəlxalq idman yarışlarında qapalı geyim və baş örtüyü olmadan yarışa bilməzlər. Müsəlman qadınları regional, qitə, qlobal və olimpiya miqyasında qlobal rəqabətə nail olmağa ruhlandırmaq. Qadınlar arasında İslam Oyunları beynəlxalq yarışa çevriləcək və idmançıların çıxışlarının qeydiyyatı aparılacaqdır. == Keçirilmiş arışlar == == Medal cədvəli == 25 ölkə Qadın İslam Oyunlarında ən azı bir medal qazanmışdır. 23 ölkə ən azı bir qızıl medal qazanmışdır. Bu günə qədər ən çox medal qazanan ölkə İrandır.
Qadınlar ölkəsində (film, 2007)
Qadınlar ölkəsində (ing. In the Land of Women) — ABŞ istehsalı olan bədii film. 2007-ci idə işıq üzü görüb. == Məzmun == Gənc qız Karter hazırkı ətraf aləmindən narazıdır. Bunları yoluna qoymaq üçün o nənəsinin yanına yaşamağa gəlir. Lakin heç yerdə rahat dayana bilmir. Həmişə nəsə yolunda getmir. İndi o bütün bunlarla mübarizə apararaq həyatını normal qaydaya salmağa çalışacaq.
1952 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1952 — qadınlararası dünya çempionatlarının ilkidir. Turnir 1952-ci ildə avqust ayının 17-də başlamış, 29-da bitmişdir. Yarışlara SSRİ paytaxtı Moskva ilə ev sahibliyi etmişdir.
1956 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1956 — qadınlararası dünya çempionatı yarışlarının sayca ikincisidir. Yarışlar 1956-cı ildə avqust ayının 30-u başlayıb sentyabrın 12-i başa çatmışdı. Turnir Fransada təşkil olunmuşdu. SSRİ-də İlk dünya çempionatındakı kimi oyunlar yalnız bir şəhərdə — Parisdə keçirilmişdi. == Komandalar == == Qrup mərhələsi == === "A" Qrupu === === "B" Qrupu === === "C" Qrupu === === "D" Qrupu === === "E" Qrupu === == II mərhələ == II mərhələ yarışlarda son mərhələ sayılır. Bu mərhələdə ölkələr iki qrupa bölünür. Birinci qrup əsas qrup sayılır və burada 1-ci 10-cu yer uğrunda mübarizə aparılır. İkinci qrupda isə qruplarda nəticə əldə edə bilməyən yeddi komanda yarışır. Bu mərhələnin əsas qrupunda doqquz matçın hamısında rəqiblərini məğlub edən SSRİ millisi ardıcıl ikinci dəfə dünya çempionu adına layiq görülmüşdü.
1960 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1960 — qadınlararası dünya çempionatı yarışlarının üçüncüsüdür. Turnir 1960-cı il oktyabr ayının 29-u başlamış, noyabr ayının on dördündə başa çatmışdı. Bu baxımdan ilk iki çempionatdan daha çox sürmüşdü. Oyunlar Braziliyada keçirilmişdi. Qalib isə ardıcıl üçüncü dəfə SSRİ milli komandası olmuşdu.
1962 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1962 — hələlik ilk və yeganə çempionatdır ki, özündən əvvəlki analoji turnirdən iki il sonra başlamışdı. 1962-ci ildə oktyabr ayının on üçündə Sovet Sosialist Respublikaları İttifaqında başqa bir deyimlə, SSRİ-də başlamışdı. Turnirin qapanış matçı isə adı çəkilən ayın iyirmi beşində olmuşdu. Turnirin qalibi böyük sensassiya ilə Yaponiya olmuşdu. Halbuki ev sahibi SSRİ millisi çempionatın açıq-aşkar fovariti sayılırdı. Bu baxımdan SSRİ-dən fərqli ölkənin çempion olduğu ilk dünya çempionatıdır.
1967 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1967 — Yaponiyanın ev sahibliyi altında təşkil edilən, oyunlarından çox qalmaqalları ilə yadda qalan bir turnir idi. Belə ki, turnirə öncədən on bir komandanın üç qrupa bölünərək qatılacağı gözlənilirdi. Amma ev sahibi Yaponiya Qərbi Almaniya və Şimali Koreya himnlərinin səslənməyəcəyini, bayraqlarının qaldırılmaycağını və ən nəhayət adlarının olduğu kimi qeyd edilməyəcəyini bildirmişdi. O zamanlar Sovet bloku olaraq bilinən ölkələrdən yeddisi Şimali Koreya, Çexoslovakiya, SSRİ, Qərbi Almaniya, Çin Xalq Respublikası, Polşa və Macarıstan öz milli komandalarının yarışda iştirakını qadağa etmişlər. Beləliklə sonda dörd komanda ilə asan mübarizəyə girən Yaponiya çətinlik çəkmədən ardıcıl ikinci dəfə dünya çempionu adına layiq görülmüşdü. Maraqlısı budur ki, turnirdə iştirak edən komandalardan yalnız Peru medal qazana bilməmişdi. Sonda hər dörd komanda 1968-ci ilin Yay Olimpiya Oyunlarına vəsiqə qazanmışdı.
1970 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1970 — 1970-ci ildə Bolqarıstanda təşkil olunan turnir. Turnirin əksər oyunları Varna da təşkil olunmuşdu. Bu dünya çempionatına 16 komanda qatılmışdı. Həmçinin ilk və hələlik yeganə qadınlararası dünya çempionatı idi ki, özündən əvvəlki analoji yarışdan üç il sonra baş tutmuşdu. Qalib adına dördüncü dəfə SSRİ yığma komandası layiq görülmüşdü. Turnirdə ikinci və üçüncü yerləri isə uzaq şərqdən müvafiq olaraq Yaponiya və Şimali Koreya milliləri tutmuşlar.
1974 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1974 — ilk dəfə 20-dən artıq komandanın qatıldığı dünya çempionatı. Çempionat çərçivəsində 120 qarşılaşma oynanılmışdı. Turnir 1974-cü ilin oktyabr ayının 10-u başlamış, 27-i başa çatmışdı. Qalib adına isə üçüncü səfər Yaponiya layiq görülmüşdü.
1978 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1978 — 1978-ci ilin payızında dahaq dəqiq desək, avqustun 25-i və oktyabr 27-i aralığında Sovet Sosialist Respublikaları İttifaqında keçirilən turnir. Əvvəlki dünya çempionatlarından uzun davam etməsinə görə fərqlənirdi. İki ay davam edən turnirin qalibi Kuba olmuşdur. Yarışda iyirmi dörd komandanın iştirak edəcəyi gözlənilsə də Şimali Koreya son anda imtina etmə qərarı almışdı. Turnirin coğrafiyası da əvvəlkilərdən fərqli olmuşdu. Yarışlara hazırda Rusiya şəhərləri olan Volqoqrad və Leninqradla (indiki Sank-Peterburq) yanaşı müasir dövrümüzdə fərqli-fərqli ölkələrin paytaxtları olan Minsk və Riqa da ev sahibliyi etmişdi.
1982 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1982 — 1982-ci ilin sentyabrında Peruda təşkil olunan turnir. Turnir adı çəkilən ayın 13-ü başlamış, 25-i başa çatmışdır. Bu Voleybol üzrə qadınlararası dünya çempionatı əvvəlkilərdən fərqli olaraq Avstraliya və Okeaniyadan da komanda qatılmışdır. Belə ki, bu regiondan olan Avstraliya millisi tarixində ilk dəfə olaraq mundialda iştirak etmişdi. Turnirdə nə az, nə çox düz 24 komandanın qatılacağı gözlənilirdi. Belə də oldu. Ancaq gözlənilməyən süprizlərlə. Belə ki Şimali Amerika regionundan turnirə vəsiqə qazanan Dominikan Respublikası son anda imtina qərarı almışdı. Belə olan halda isə onun yerinə təsnifat mərhələsində Dominikan Respublikası millisindən sonra ən yaxşı nəticəni əldə etmiş komanda yəni, Puerto Riko millisi ikinci dəfə bu mötəbər turnirə qatılmaq şansı əldə etdi. Dominikan Respublikasından başqa Qərbi Almaniya milli komandası da ölkədaxili problemlər səbəbindən 1982-ci il dünya çempionatına qatılmaqdan imtina etdi.
1986 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1986 — 1986-cı ildə keçmiş Çexoslovakiyanın paytaxtı Praqada təşkil olunmuş turnir. Voleybol üzrə qadınlararası dünya çempionatlarının yubiley yarışları (10-cu) olan mundial sentyabrın ikisi başlamışdır. On bir gün davam edən yarışda 16 qadın milli komanda iştirak etmişdi. Sonda çempion ardıcıl ikinci dəfə bu uğura imza atan Çin milli komandası olmuşdur.
1990 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1990 — 1990-cı ildə Çində təşkil edilən, SSRİ-nin çempionluğu ilə bitən turnir. Avqust ayının səkkizində başlayan dünya çempionatı sentyabrın birində yekunlaşmışdır. Yarışda ilk dəfə olaraq Çin Taybeyinin milli komandası iştirak etmişdir. Onlarla yanaşı Misirin də debüt turniri olmuşdur.
1993 Qadınlar arasında İslam Oyunları
Qadınlar arasında İslam Oyunları ilk dəfə 1993-cü ildə İranın Tehran və Rəşt şəhərlərində keçirilmişdi. Oyunlarda 10 ölkədən 407 idmançı, 46 komanda, 190 hakim və 2 beynəlxalq müşahidəçi iştirak etmişdilər.
1993 Qadınların İslam Oyunları
Qadınlar arasında İslam Oyunları ilk dəfə 1993-cü ildə İranın Tehran və Rəşt şəhərlərində keçirilmişdi. Oyunlarda 10 ölkədən 407 idmançı, 46 komanda, 190 hakim və 2 beynəlxalq müşahidəçi iştirak etmişdilər.
1994 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1994 — 1994-cü ilin oktyabr ayında ikinci dəfə Braziliyada təşkil olunan turnir. Sonda Kubanın zəfər çaldığı on ikinci mundialda gümüş medalın sahibi ev sahibləri olmuşdur. Bürünc medalı isə SSRİ-nin dağılmasından sonra ilk dünya çempionatında iştirak edən Rusiya milli voleybol komandası olmuşdur. Turnirə həmçinin tarixdə ilk dəfə olaraq Azərbaycan milli komandası da qatılmışdır. Azərbaycan müstəqil olduqdan sonra komanda idman növlərində ilk dünya çempionatını və ən böyük idman yarışı məhz bu turnir olmuşdur. Turnirdə qazanılan onunculuq hələ də top, həmçinin komanda idman növlərindəki ən böyük uğurumuzdur.
1997 Qadınlar arasında İslam Oyunları
Qadınlar arasında İslam Oyunları ikinci dəfə 1997-ci ildə İranın Tehran şəhərlərində keçirilmişdi. Oyunlarda 21 ölkədən 748 idmançı, 95 komanda, 290 hakim və 8 beynəlxalq müşahidəçi iştirak etmişdilər. Ən çox medal qazanan ev sahibi İran komandası oldu. == İştirakçılar == == İdman növləri == Oyunlarda keçirilən idman növləri arasında atletika, badminton, qılıncoynatma, həndbol, cüdo, üzgüçülük və voleybol var idi.
1998 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1998 — 1998-ci ildə keçirilmiş voleybol dünya çempionatı. Turnir həmin il Qış Olimpiya Oyunlarını da keçirən Yaponiyada təşkil olunmuşdu. Qalib adına ardıcıl ikinci dəfə (ümumilikdə üçüncü dəfə) Şimali Amerikadan Kuba layiq görülmüşdü.
1999 Ağır atletika üzrə Dünya Çempionatı – Qadınlar 58 kq
1999 Ağır atletika üzrə Dünya Çempionatı – Qadınlar 58 kq — Qadınların ağır atletikadakı çəki dərəcəsində üçüncü müsabiqəsi olub, maksimum bədən çəkisi 58 kiloqram olaraq təyin edilmişdir. Turnir 22 noyabr 1999-cu ildə 1999 Ağır atletika üzrə Dünya Çempionatının baş tutduğu Yunanıstanın Afina şəhərində keçirilmişdir. Hər bir ağırlıqqaldıran atletin ən yaxşı nəticəsi iki hərəkətin — birdən və təkanla qaldırma hərəkətlərinin cəmi ilə hesablanır. İdmançı hər iki hərəkətdə üç cəhddən istifadə edir. Seçilmiş çəkini idmançı uğurla qaldırarsa, həmin çəki qaldırılmış hesab olunur. == Medalçılar == == Rekordlar == Bu yarışadək, mövcud dünya rekordları aşağıdakı kimi olmuşdur.
2014 Ağır atletika üzrə Dünya Çempionatı – Qadınlar 69 kq
2014 Ağır atletika üzrə Dünya Çempionatı – Qadınlar 69 kq — Qadınların ağır atletikadakı çəki dərəcəsində beşinci müsabiqəsi olub, maksimum bədən çəkisi 69 kiloqram olaraq təyin edilmişdir. Turnir 13-14 noyabr 2014-cü ildə 2014 Ağır atletika üzrə Dünya Çempionatının baş tutduğu Qazaxıstanın Almatı şəhərində keçirilmişdir. == Qrafik == == Medalçılar == == Rekordlar == Bu yarışadək, mövcud dünya rekordları aşağıdakı kimi olmuşdur.
2014 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol uzrə qadınlararası dünya cempionatı 2014 — 2014-cü ildə İtaliyada təşkil ediləcək turnir. Munidal sentyabrın 23-də başlayıb, oktyabr ayının 12-də başa çatacaq.
2017 Voleybol üzrə qadınlararası Avropa Çempionatı
2017 Voleybol üzrə qadınlararası Avropa Çempionatı voleybol üzrə sayca 30-cu Avropa Çempionatı idi, onun təşkilatçısı Avropada voleybola nəzarət edən Avropa Voleybol Konfederasiyası idi. Turnir 2017-ci il sentyabrın 22-dən oktyabrın 1-dək Azərbaycan və Gürcüstanda keçirilmişdir. Finalda Serbiya Hollandiya millisinə qalib gələrək, ikinci dəfə bu titula yiyələnmişdir. 3-cü yer uğrunda qarşılaşmada Azərbaycan Türkiyəyə məğlub olmuşdur. Serbiya millisinin üzvü Tiyana Boşkoviç turnrin ən dəyərli oyunçusu seçilmişdir. == İştirakçılar == Turnirdə 16 yığma komandalar iştirak edirdilər: 2 ev sahibi (Azərbaycan və Gürcüstan), əvvəlki Avropa çempionatının yekunlarına əsasən vəsiqə qazanmış 5 komanda (Rusiya, Hollandiya, Serbiya, Türkiyə və Almaniya), seçmə mərhələsinin ikinci raundunun 6 qalibi (İtaliya, Belçika, Polşa, Xorvatiya, Bolqarıstan və Belarus), həmçinin üçüncü raundun üç qalibi (Çexiya, Ukrayna və Macarıstan). == Təsnifat mərhələsi == == Turnirin formatı == Turniri iki müxtəlif mərhələlərdə keçirilirdi. Birinci mərhələdə 16 iştirakçı komandalar hər birində dörd komanda olan dörd qrupa bölündü. Komandaların qrup mövqelərini təyin etmək üçün hər qrupda dairəvi sistem tətbiq olunmuşdur (aşağda verilən meyarlara əsasən). Hər qrupun üç ən yaxşı komandaları (cəmi 12 komanda eliyir) ikinci mərhələyə keçirlər: qrup qalibləri dörddə bir finalla, ikinci və üçüncü yeri tutanlar isə pley-off mərhələsi ilə iştiraklarını davam etdirilər.
8 Mart Beynəlxalq Qadınlar Günü
Beynəlxalq Qadınlar Günü — Hər il 8 mart tarixində qeyd olunan Beynəlxalq Qadınlar Günü olaraq da tanınan qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbəti tərənnümünü ənənəvi hala gətirmiş bayram. 8 mart postsovet respublikalarında, habelə Anqola, Burkina-Faso, Qvineya-Bisau, Kamboca, Çin, Konqo, Laos, Makedoniya Respublikası, Monqolustan, Nepal, Şimali Koreya və Uqandada qeyri-iş günü sayılır. BMT də 8 -martı beynəlxalq qadınlar günü kimi tanıyıb. == Tarixi == Qadınların kişilərlə bərabər hüquqlu olmaq uğrunda apardığı mübarizənin təmsili başlanğıcı olaraq, 8 mart 1857-ci ildə ABŞ-nin Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etməsi qəbul edilir. Lakin polis aksiyanın uzun sürməsinə izin verməyərək nümayişi dağıtdı. 8 mart 1908-ci ildə Nyu York Sosial-Demokrat Qadın Təşkilatının çağırışilə 15 min qadın, daha qısa çalışma saatı, kişilərlə bərabər əmək haqqı və səsvermə hüququ üçün nümayiş keçirdi. Nümayişdə ayrıca ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı "Çörək və Gül" idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifah həyat tərzini ifadə edirdi. İlk Qadınlar Günü mərasimi 1909-cu ilin 28 fevralında Nyu Yorkda baş tutmuşdur; bu Amerika Sosialist partiyası tərəfindən Beynəlxalq Qadın Tikiş İşçiləri Birliyinin 1908-ci ilki tətilinin yada salınması münasibətilə təşkil olunmuşdu.1909-cu ildə isə Avropadakı qadınlar, fevral ayının son bazar gününü, fevralın 28-ni ilk qadın günü olaraq keçirdi. 1910-cu ildə 1857-ci il hadisələrdən 52 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq Klara Setkin adlı bir alman sosialist qadını, Amerikada 8 martda yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il 8 mart gününü Dünya Qadınlar Günü olmasını təklif etdi və bu təklifi qəbul edildi.Bəzi tarixçilərin fikrincə, 8 martın təqvimə qırmızı rəqəmlərlə düşməsinin səbəblərini bilmək üçün 1910-cu ildə həmin günün bayram kimi qeyd olunması təşəbbüsünü irəli sürmüş Klara Setkinin şəxsiyyətinə, xüsusən onun milli mənsubiyyətinə nəzər salmaq lazımdır.
Abşeron qadınları
"Abşeron qadınları" — Azərbaycan rəssamı Tahir Salahovun 1967-ci ildə çəkdiyi rəsm əsəri.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — (Qadınlar, balans hərəkətləri)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Balans hərəkətləri) — Yarışların təsnifat mərhələsi 17 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Final isə 4 gün sonra 21 iyun tarixində baş tutdu. Yarışlarda 11 ölkənin 33 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 28.700 xal toplayan Belçika təmsilçiləri qazandı. Gümüş medalı 28.550 xal toplayan Rusiya Federasiyasının təmsilçiləri qazandı. Bürünc medalı isə 28.510 xal toplayan Belarus təmsilçiləri qazandı.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — (Qadınlar, temp hərəkətləri)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Temp hərəkətləri) — Yarışların təsnifat mərhələsi 17 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Final isə 4 gün sonra 21 iyun tarixində baş tutdu. Yarışlarda 11 ölkənin 33 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 28.480 xal toplayan Belçika təmsilçiləri qazandı. Gümüş medalı 28.190 xal toplayan Rusiya Federasiyasının təmsilçiləri qazandı. Bürünc medalı isə 28.120 xal toplayan Belarus təmsilçiləri qazandı.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — (Qadınlar, çoxnövçülük)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Çoxnövçülük) — Yarışların təsnifat mərhələsi 17 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Final isə 2 gün sonra 19 iyun tarixində baş tutdu. Yarışlarda 11 ölkənin 33 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 86.480 xal toplayan Belçika təmsilçiləri qazandı. Gümüş medalı 85.430 xal toplayan Rusiya Federasiyasının təmsilçiləri qazandı. Bürünc medalı isə 84.610 xal toplayan Belarus təmsilçiləri qazandı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 113.61 dəfə / 1 mln.
2002 ••••••••••••••• 106.21
2003 •••••••••••••••••••• 147.63
2004 ••••••••••••••••••• 136.77
2005 ••••••••••••• 94.47
2006 •••••••••••••• 99.33
2007 •••••••••••••••• 112.90
2008 •••••••••••••• 97.45
2009 ••••••••••••••••••• 132.95
2010 •••••••••••••••• 113.10
2011 •••••••••••••••• 116.59
2012 •••••••••••••••• 112.03
2013 •••••••••••••••••• 129.54
2014 •••••••••••••••••••• 147.24
2015 •••••••••••••••• 116.53
2016 ••••••••••• 80.52
2017 •••••••••••••••••••• 140.64
2018 ••••••••••••••••• 122.26
2019 ••••••••••••• 95.00
2020 •••••••••• 67.90

"qadınlar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qadınlar nədir? #qadınlar sözünün mənası #qadınlar nə deməkdir? #qadınlar sözünün izahı #qadınlar sözünün yazılışı #qadınlar necə yazılır? #qadınlar sözünün düzgün yazılışı #qadınlar leksik mənası #qadınlar sözünün sinonimi #qadınlar sözünün yaxın mənalı sözlər #qadınlar sözünün əks mənası #qadınlar sözünün etimologiyası #qadınlar sözünün orfoqrafiyası #qadınlar rusca #qadınlar inglisça #qadınlar fransızca #qadınlar sözünün istifadəsi #sözlük