qalxan-qırtlaq sözü azərbaycan dilində

qalxan-qırtlaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qalxan-qırtlaq • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qalxan-qırtlaq qapağı əzələsi
Qalxan-qırtlaq qapağı əzələsi (lat. musculus thyreoepigloticus) — qırtlaq əzələsi.
Qırtlaq
Qırtlaq (lat. larynx) - tənəffüs apparatının bir orqanı olub nəfəs və səs çıxarma proseslərində iştirak edir. == Anatomiya == Qırtlaq qığırdaqlardan təşkil olunub, boyunda yerləşmişdir və yuxarıda udlaq vasitəsilə burun və ağız boşluqları ilə birləşir. Qırtlağın ardını nəfəs borusu təşkil edir. Amfibiyalarda qırtlaq iki yan qığırdaqlardan əmələ gəlmişdir; quyruqlularda (lat. urodela) qırtlaq yan qığırdaqlardan başqa üzüyəbənzər qığırdaqdan da inkişaf edir, ancaq bu qığırdaq açıq olur. Quyruqsuzlarda (lat. anura) üzüyəbənzər qığırdaq əksinə bitişmiş olur. Qırtlaq əzələləri isə qəlsəmə əzələlərindən inkişaf etmişdir. Quşların qırtlağı sürünənlərin qırtlağından artıq inkişaf etməyib rudiment halında qalır, səs telləri olmur və qırtlaq əzələləri reduksiya edir.
Qalxan
Qalxan – ox, qılınc və başqa silahlardan qorunmaq üçün bir savaş vasitəsidir. Ən köhnə qalxanlar ağacdan düzəlirdi, lakin daha sonra dəmir, polad və başqa materiallardan da istifadə edilirdi. Müasir zamanda gülləkeçirməz şüşədən düzələn qalxanlara da rast gəlmək olar. Qalxanlar qədim zamanlarda meydana çıxmış, lakin son orta əsrlərdə zirehlərin təkmilləşdirilməsi və qılıncoynatmaların inkişafı səbəbindən onların əhəmiyyəti azalmışdır. Odlu silahların yayılması ilə qalxanlar tədricən döyüş əhəmiyyətini itirmişdir. Lakin sonrakı dövrdə Avropa ölkələrində dekorativ qalxanların istehsalına başlanılmışdır. (Bunlar orta əsr qalxanlarının bənzəri idi, lakin praktiki istifadə üçün nəzərdə tutulmamışdı - əsasən aristokratların qalalarında və saraylarında otaqların bəzədilməsinə xidmət edirdi). Birinci Dünya Müharibəsi zamanı, mövqe savaşı şəraitində, piyadaları qorumaq üçün yenidən metal qalxanlar geniş yayılmışdır. Son zamanlar hüquq-mühafizə orqanlarının xüsusi birləşmələrində küçə asayişi, kiçik hücum hərəkətləri və s. bərpa edilərkən qalxanlardan istifadə olunur.
Qırtlaq musiqisi
Qırtlaq musiqisi – qırtlaqdakı qeyri-adi səs tembri ilə oxuma texnikası, Sibirin, Monqolustanın, Tibetin və türk xalqlarının ənənəvi musiqisinə xasdır. Adətən qırtlaq musiqi əsas tondan (alçaq tezlikli vızıltı) və təbii səs ardıcıllığının (adətən 4 -13 imadan istifadə olunur) tonu ilə hərəkət edən yuxarı səsdən təşkil olunur. İmalar səs komponentləri ağız və boğaz boşluğunun rezonans formasının dəyişmə yolunda güclənərkən yaxşı eşidilir. Ən məşhuru xorekteer texnikasının istifadə olunduğu Tuva qırtlaq musiqisidir. Monqolustanda və Tuvada tez-tez istifadə olunan qırtlaq musiqisi ən çox yayılmış və müxtəlif olan xoomey növüdür. Qırtlaq musiqisi tuva, altay, başqırd, xakas, yakut, qazax, qırğız kimi türk xalqlarının və monqol, buryat, qalmıq xalqlarının mədəniyyətinə xasdır. Altaylılarda və xakaslılarda uzun epik nitq üçün istifadə olunan kay, xay növləri yayılmışdır. Başqırdların qırtlaq musiqisi özləü adlanır. Yakutlarda isə “xabarğa ırıata” adı ilə tanınır. Qırtlaq musiqisinin bu qədim yakut növü səslənmə və texnikasına görə ifası Tuvanın “karğıraa” növü ilə oxşardır.
Qırtlaq qapağı
Qırtlaq qapağı (lat. cartilago epiglottica) — qırtlaq qığırdaqlarından biri olub, qırtlaq qapağının skletini təşkil edərək, dil kökünün arxasında qırtlaq girəcəyinin üstündə yerləşmişdir. Rəngi sarımtıl olub özü də elastikdir. Qırtlaq qapağı qığırdağının yuxarı hissəsi enlidir ancaq aşağı hissəsi nazikləşir qırtlaq qapağı saplağı — lat. petiolus epiglottidis adlanır. Onun iki səthi vardır: ön dil səthi, arxa qırtlaq səthi. Qırtlaq səthi qırtlaq girəcəyinə baxır, üzərində selikli vəzilər vardır. Qırtlaq qapağı qığırdağının orta hissəsi qalınlaşaraq qabarcıq — lat. tuberculum epiglotticum əmələ gətirir. == Mənbələr == Prof.
Mavi qalxan
Beynəlxalq Mavi Qalxan Komitəsi və ya qısaca Mavi Qalxan (İngilis: The Blue Shield, daha əvvəl; International Committee of the Blue Shield, abreviatur; ICBS) — silahlı münaqişələr zamanı mədəni irs və dəyərləri qorumaq məqsədi ilə 1996-cı ildə yaradılmış beynəlxalq təşkilatdır.Mədəniyyət sərvətlərinin "Qırmızı Xaçı" olaraq qəbul edilən komitənin simvolu silahlı qarşıdurma vəziyyətlərində mühafizəsi tələb olunan binaların işarələnməsi üçün istifadə edilən Mavi Qalxandır. 1954-cü ildə Haaqada imzalanmış “Silahlı münaqişə vəziyyətlərində mədəni irsin mühafizəsi” konvensiyasının 2-ci Protokoluna uyğun olaraq yaradılmışdır. Qərargahı Haaqadadır.
Qalxan (bürc)
Qalxan (lat. Scutum) — göyün şimal yarımkürəsində bürc.
Qalxan aorta
== Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1979 Atlas of Human Cardiac Anatomy - Endoscopic views of beating hearts - Cardiac anatomy Р. Д. Синельников.
Duran Qalxan
Duran Qalxan (türk. Duran Kalkan), həmçinin Səlahəddin Abbas (türk. Selahattin Abbas) və ya Səlahəddin Ərdəm (türk. Selahattin Erdem; 14 avqust 1954, Qaraisalı, Adana ili) — Kürdüstan Fəhlə Partiyasının (PKK) yüksək rütbəli komandiri. PKK-nın hazırkı üç lideri olan Duran Qalxan, Murad Karayılan və Cəmil Bayık ABŞ Maliyyə Nazirliyi və Türkiyə Hökuməti tərəfindən azyaşlıları hərbi xidmətə cəlb etməkdə, narkotik ticarəti ilə məşğul olmaqla, Türkiyə hökumət rəsmilərini, polisi və təhlükəsizlik orqanlarının qüvvələrini hədəfə almaqda, ayrı-seçkilik etmədən mülki şəxsləri yaralamaq və öldürməkdə ittiham olunurlar. == Narkotik ticarəti == 20 aprel 2011-ci ildə Türkiyənin tələbi ilə ABŞ Maliyyə Departamenti PKK-nın qurucuları Cəmil Bayık, Duran Qalxanın və digər yüksək rütbəli üzvlərin Xarici Narkotiklərin Kinqpin Təyinatı Qanununa uyğun olaraq Xüsusi Təyin olunmuş Narkotik Alverçiləri kimi təyin olunduğunu elan etmişdir. Qanuna uyğun olaraq, təyinat təyin edilmiş şəxslərin ABŞ yurisdiksiyasında ola biləcək hər hansı aktivlərini dondurur və ABŞ şəxslərinin bu şəxslərlə maliyyə və ya kommersiya əməliyyatları aparmasını qadağan edir. Buna baxmayaraq, illər sonra Almaniya Konstitusiyanı Müdafiə Federal İdarəsi bildirmişdir ki, PKK-nın təşkilati strukturlarının Almaniyada narkotik ticarəti ilə birbaşa məşğul olduğuna dair heç bir sübut yoxdur.
Qayıdan qırtlaq siniri
Qayıdan Qırtlaq Siniri — ing. Recurrent Laryngeal Nerveen boyunun sol tərəfindəki Vagus sinirindən çıxan qarışıq sinirdir. Bu sinir, birbaşa beyindən çıxan sinirlərdən biri olan "vagus"un qollarından biridir və qırtlaq üçün mühərrik funksiya və qəbul etmə qaynağıdır. Xüsusilə qalxanvari vəzi ilə yaxın əlaqəli bu sinir, qalxanvari vəzin alınması zamanı zərər görərsə nitq qüsurluluğuna səbəb ola bilər. Sinir nəfəs borusunun sağ və sol ağciyərə getmək üzrə ikiyə ayrıldığı nöqtədə geriyə doğru bir çıxış edir. Buradan da düz qırtlağa çıxır. Təxmini 20 sm qədər bir uzunluğa malikdir. Ancaq, bu sinirin simmetriyasında olan və sağ faqustan ayrılan qırtlaq siniri, soldakının əksinə yolu uzatmadan birbaşa qırtlağa çatır. Sudan quruya və buradan da məməlilərə təkamül əsnasında, boyun ortaya çıxarkən qəlsəmələri dəyişməyə uğradaraq qalxanvari vəzi, qalxanvari-ətraf vəzini və qırtlağı meydana gətirmişdir. Keçmişdə qəlsəmələrə xidmət edən qan və sinir damarları isə artıq bu fərqli fiziki parçalara xidmət etməyə başlamışdır.
Fırat Qalxan Əməliyyatı
Fərat Qalxanı Əməliyatı və ya Cerablus döyüşü - İraq Şam İslam Dövlətinə qarşı Türkiyə Silahlı Qüvvələri, Azad Suriya Ordusu və Türkman hərbi birləşmələrinin başlatdığı hərbi əməliyyat. Türkiyə qüvvələri əməliyyatda İŞİD və YPG düşərgələrinin vurulduğunu bəyan etdi. == Öncəki vəziyyət == 22 avqust 2016-ci ildə İraq Şam İslam Dövləti tərəfindən həyata keçirilməsi düşünülən Qaziantep terror aktına cavab olaraq Türkiyə Hava Qüvvələri Cerablus və Mənbici bombardımana tutmuşdur.. Üstəlik Qarqamışa iki mərmi atılmışdır. Türkiyə Qarqamış sakinlərini şəhəri imkan daxilində boşaltmasını həyata keçirilmişdir. Qısa müddətdə şəhər boşaldılmışdır. Köçürülmə könüllülük əsasında həyata keçirilmişdir. 25 avqustda Türkiyə Silahlı Qüvvələrnini rəsmiləri ələ keçirilmiş ərazilərin ilhaq edilməyəcəyini və Azad Suriya Ordusuna təhvil veriləcəyinin açıqlamasını vermişdir. == Əməliyyat == 24 avqust 2016 04.00 radələrində Türkiyə Cümhuriyəti rəhbərliyindən, Türkiyə Silahlı Qüvvələrinin koalisiya hava qüvvələri ilə birlikdə Suriyanın Hələb bölgəsinə bağlı Cerablus şəhərinin IŞİD-dən təmizlənməsi məqsədi ilə hərbi əməliyyat başlatdığının açıqlamasını vermişdir. Bu açıqlamadan sonra Türkiyə Silahlı Qüvvələrinin Cerablusu ağır bombardman atəşinə tutarkən, Türk Hava Qüvvələri 11 hədəfi bombaladığını bəyan etmişdir.
Qalxan-dilaltı bağ
Qalxan-dilaltı bağ, Yan qalxan-dilaltı bağ və ya Dilaltı-qalxan bağ, Yan dilaltı-qalxan bağ (lat. ligamentum thyrohyoideum laterale, ligamentum hyothyreoideum laterale) — insanın qırtlaq aparatına aid bağ. Qalxan-dilaltı bağ dilaltı sümüyünün böyük buynuzlarından başlayıb və qalxanabənzər qığırdağın yuxarı buynuzuna bağlanır və yaxud əksinə qalxanabənzər qığırdağın yuxarı buynuzundan başlayıb, dilaltı sümüyünün böyük buynuzlarına bağlanır.
Qalxan-dilaltı zar
Qalxan-dilaltı zar, Dilaltı-qalxan zar (lat. membrana thyrohyoidea, membrana hyothyreoidea) — insanın qırtlaq aparatına aid zar. Qalxan-dilaltı zar dilaltı sümüyündən başlayıb və qalxanabənzər qığırdağa bağlanır və yaxud əksinə qalxanabənzər qığırdaqdan başlayıb, dilaltı sümüyünə bağlanır. Tərkibi elastiki birləşdirici toxumadan ibarətdir.
Qalxan-çalovabənzər əzələ
Qalxan-çalovabənzər əzələ (lat. musculus thyreoarytenoideus, m. thyreoarytenoideus externus —BNA) — qırtlağın daxili qrup əzələlərindən biri.
Qalxan (geoloji termin)
Qalxan və ya Sipər –platformanın kristallik, iri müsbət strukturu. Q. daxilində kristallik süxurlardan təşkil olunmuş, qırışıq əsas səthə çıxır. Q. adətən yer qabığının qalxmış hissəsinə uyğun gəlir. Termin birinci dəfə Avstriya geoloqu E. Züss (1885) tərəfindən təklif edilmişdir.
Dilaltı-qırtlaq qapağı bağı
Dilaltı-qırtlaq qapağı bağı (lat.
Çalov-qırtlaq qapağı əzələsi
Çalov-qırtlaq qapağı əzələsi (lat. musculus aryepigloticus) — qırtlağın əzələsi.
Tən orta qalxan-dilaltı bağ
Tən orta qalxan-dilaltı bağ (lat. ligamentum thyrohyoideum medianum (lig. Hyothyreoideum medium — BNA)) — qırtlaq aparatına aid struktur - bağ. Qalxanabənzər qığırdağın yuxarı kənarından dilaltı sümüyə doğru gedir və onun cisminin yuxarı səthinə bağlanır.

Oxşar sözlər

#qalxan-qırtlaq nədir? #qalxan-qırtlaq sözünün mənası #qalxan-qırtlaq nə deməkdir? #qalxan-qırtlaq sözünün izahı #qalxan-qırtlaq sözünün yazılışı #qalxan-qırtlaq necə yazılır? #qalxan-qırtlaq sözünün düzgün yazılışı #qalxan-qırtlaq leksik mənası #qalxan-qırtlaq sözünün sinonimi #qalxan-qırtlaq sözünün yaxın mənalı sözlər #qalxan-qırtlaq sözünün əks mənası #qalxan-qırtlaq sözünün etimologiyası #qalxan-qırtlaq sözünün orfoqrafiyası #qalxan-qırtlaq rusca #qalxan-qırtlaq inglisça #qalxan-qırtlaq fransızca #qalxan-qırtlaq sözünün istifadəsi #sözlük