qapağı sözü azərbaycan dilində

qapağı

Yazılış

  • qapağı • 95.8991%
  • Qapağı • 4.1009%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aorta qapağı
Aorta qapağı - (lat. valva aortae) ağciyər kötüyü qapağı kimi üç aypara qapaqcıqdan ibarətdir. Bunlardan biri - (lat. valvula semilunaris posterior) arxada, ikinci - (lat. valvula semilunaris dextra) sağda və üçüncüsü - (lat. valvula semilunaris sinistra) solda yerləşmişdir. Bunların hamısı ağciyər kötüyünün eyniadlı qapaqcıqlarından qalın və möhkəmdir və üzərində olan düyüncüklər və aycıqlar (lat. noduli et valvularium semilunarium aortae) yaxşı gözə çarpırlar. Aorta dəliyini örtən aypara qapaqcıqların ciblərinə aorta cibləri - (lat. sinus aortae (Valsalvae - BNA)) deyilir.
Kəllə qapağı
Kəllə qapağı (lat. Calvaria) tam kəllənin yuxarı hissəsi hesab olunur və onu alın sümüyünün pulu, əsas sümüyün böyük qanadlarının gicgah səthi, təpə sümükləri, ənsə və gicgah sümüklərinin pulu təşkil edir. Kəllənin beyin hissəsi süni xətt vasitəsilə iki şöbəyə bölünür: yuxarı hissə — kəllə qapağı — lat. calvaria və aşağı hissə — kəllə əsası — lat. basis cranii. alı sümükləri ilə təpə sümükləri arasında tac tikiş — lat. sutura coronalis, təpə sümükləri arasında orta xətdə — sagital tikiş — lat. sutura sagittalis, təpə sümükləri ilə ənsə sümüyü arasında lyambdayabənzər tikiş — lat. sutura lambdoidea, təpə sümüyünün aşağı kənarı ilə gicgah sümüyünün pullu hissəsi arasında pullu tikiş — lat. sutura squamosa.
Qırtlaq qapağı
Qırtlaq qapağı (lat. cartilago epiglottica) — qırtlaq qığırdaqlarından biri olub, qırtlaq qapağının skletini təşkil edərək, dil kökünün arxasında qırtlaq girəcəyinin üstündə yerləşmişdir. Rəngi sarımtıl olub özü də elastikdir. Qırtlaq qapağı qığırdağının yuxarı hissəsi enlidir ancaq aşağı hissəsi nazikləşir qırtlaq qapağı saplağı — lat. petiolus epiglottidis adlanır. Onun iki səthi vardır: ön dil səthi, arxa qırtlaq səthi. Qırtlaq səthi qırtlaq girəcəyinə baxır, üzərində selikli vəzilər vardır. Qırtlaq qapağı qığırdağının orta hissəsi qalınlaşaraq qabarcıq — lat. tuberculum epiglotticum əmələ gətirir. == Mənbələr == Prof.
Diz qapağı
Diz qapağı (patella kimi də tanınan) — bud sümüyü ilə birləşən və diz oynağının ön oynaq səthini əhatə edən və qoruyan düz, yuvarlaqlaşdırılmış üçbucaqlı sümük. Diz qapağı siçan, pişik, quş və it kimi bir çox dördayaqlılarda olur, lakin balinalarda və ya əksər sürünənlərdə olmur. == Anatomiyası == İnsanlarda diz qapağı bədəndəki ən böyük sesamoid sümüyüdür (yəni, vətər və ya əzələdə yerləşmiş). Körpələr təxminən 4 yaşına qədər sümükləşməyə başlayan yumşaq qığırdaqdan ibarət diz papağı ilə doğulur. == Tərkibi == Diz qapağı üçbucaq formasında olan sesamoid sümükdür, uc hissəsi aşağı baxır. Başı diz qapağının ən aşağı hissəsidir. İti uclu formaya malikdir və diz qapağı vətərələrinə birləşir. Ön və arxa səthlər nazik kənarla, mərkəzə isə daha qalın bir kənarla birləşdirilir. Budun dördbaşlı əzələsi sümüyünün vətərəsi diz qapağının əsasına, orta geniş əzələnin özünə, geniş və medial lateral əzələ isə müvafiq olaraq diz qapağının xarici yan və medial kənarlarına birləşir. Diz qapağının ön hissəsinin yuxarı 3/1 hissəsi qaba, yastı və kobuddur, budun dördbaşlı əzələsi vətərinin bağlanmasına xidmət edir və çox vaxt ekzostozlara malikdir.
Ağciyər kötüyü qapağı
Ağciyər kötüyünün sağ mədəcikdən başlanan ucu, yəni ağciyər kötüyü dəliyi ağciyər kötüyü qapağı - (lat. valva trunci pulmonalis (valvulae semilunaris art-ae pulmonalis - BNA)) ilə tutulmuşdur. Bu qapaq üç aypara qapaqcıqdan təşkil olunmuşdur; bunlardan biri ön tərəfdə - (lat. valvulae semilunaris anterior), digəri sağ tərəfdən - (lat. valvulae semilunaris dextra) və üçüncüsü sol tərəfdən - (lat. valvulae semilunaris sinistra) yerləşmişdir. Aypara qapaqcıqlar dəliyi örtərkən cib şəklini alırlar; bu ciblərə ağciyər kötüyü cibləri - (lat. sinus trunci pulmonalis) deyilir. Qapaqcıqların çıxıq səthləri mədəciyə və basıq səthləri damara doğru baxır. Hər aypara qapağının azad kənarlarının ortasında kiçik bir düyüncük - (lat.
Dilaltı-qırtlaq qapağı bağı
Dilaltı-qırtlaq qapağı bağı (lat.
Qalxan-qırtlaq qapağı əzələsi
Qalxan-qırtlaq qapağı əzələsi (lat. musculus thyreoepigloticus) — qırtlaq əzələsi.
Çalov-qırtlaq qapağı əzələsi
Çalov-qırtlaq qapağı əzələsi (lat. musculus aryepigloticus) — qırtlağın əzələsi.
Diz qapağının sınıqları
Diz qapağının sınıqları — diz qapağı adətən ona düz istiqamətdə təsir edən zərbədən (yıxılma zamanı) baş verir.Nadir hallarda xarici impuls ilə provokasiya edilmiş, gözlənilmədən, cəld, sərt diz oynağında ayağın bükülməsi nəticəsində ola bilər. Diz qapağının sınıqlarında hərəkət zamanı güclənən ağrı, şişkinlik, diz qapağında aktiv hərəkətin məhdudlaşması meydana çıxır. == İlk yardım == Diz qapağında yara olduqda ona aseptik sarğı qoyulur. Sınmış sümük fraqmentlərinin öz istiqamətini dəyişməməsi məqsədi ilə nəqliyyat immobilizasiyası olunur. Dizi açılmış (bükülməmiş) vəziyyətdə Kramer ya improvizə edilmiş (əlaltı vasitələrdən) şina vasitəsi ilə fiksə edirlər. Şina arxadan daban sümüyündən başlayaraq sağrı nahiyəsinə qədər qoyulur. Diz qapağının sınıqları ilə zədələnmişlər təcili olaraq xərəkdə xəstəxananın cərrahi şöbəsinə çatdırılmalıdır. == Həmçinin bax == Qabırğa sümüyü; Sınıqlar; Zədə; Yara; Sarğı.
Transdermal aorta qapağının əvəzedilməsi
Qısa adı TAVİ olan bu minimal inevaziv metodun əsas məqsədi, yüksək ölüm təhlükəsi olan xəstələrdə Aorta qapağının implantasiya edilməsidir. Aorta qapağının daralması (aortastenozu) zamanı yeganə operativ metod kimi aorta qapağının açıq cərrahi əməliyyatla dəyişdirilməsinə alternativ bir metod olan TAVİ son zamanlarda daha aktuladır. Bu üsul yeni olduğundan xüsusilə yaşlı insanlarda (>75 Yaş) , hansılarda ki, açıq ürək əməliyyatları böyük risk daşıyır daha intensiv tətbiq edilir. Əməliyyat gerçəkləşdirilməmişdən əvvəl aşağıdakı müayinələr aparılmalıdır: -EKQ -USM -KT -Kardial kateterizasiya (ürək damarlarının və boşluğunun kateterizasiyası) -Doppleroqrafiya -Ağciyərlərin funksional müayinəsi Bu müayinələrin aparılmasında məqsəd xəstədəki aorta qapağının vəziyyətini tam olaraq öyrənmək və xəstəyə hansı ölçüdə implantın lazım olduğunu müəyyən etməkdir. İmplant olaraq Təbii qapaqlardan (Donuzdan və ya İnəkdən alınmış) istifadə edilir və əməliyyat Rentgen aparatı ilə nəzarət altında həyata keçilir. Kateteri bədənə iki yolla daxil etmek olar: 1. İri damarlardan məsələn Bud arteriyasından (travezikulyar) 2.Birbaşa ürəyin zirvəsindən (transapikal). Əmıliyyatın hansi üsulla başlanacağı xəstənin yanaşı gedən xəstəliklərindən ve ürək-damar sisteminin quruluşundan asılıdır. 90% hallarda sağ bud arteriyasından istifadə edilir, sol bud arteriyası ilə isə kontrast madde daxil edilir. Əməliyyat əsasən iki mərhələdə aparlır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.12 dəfə / 1 mln.
2003 •••• 0.39
2004 ••••••• 0.67
2006 ••• 0.23
2007 ••••••••••••••••• 1.69
2008 ••••• 0.49
2009 ••••• 0.48
2010 •••••••••••• 1.18
2011 •••••••••••• 1.20
2012 •••••••••• 1.03
2013 •••••••••••• 1.17
2014 ••••••••••••••••••• 1.89
2015 •••••••••• 1.02
2016 •••••••••••••••••••• 2.08
2017 ••••• 0.49
2018 ••••••••••••• 1.35
2019 ••••••••••••••••••• 1.95
2020 ••••••••••• 1.06

"qapağı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qapağı nədir? #qapağı sözünün mənası #qapağı nə deməkdir? #qapağı sözünün izahı #qapağı sözünün yazılışı #qapağı necə yazılır? #qapağı sözünün düzgün yazılışı #qapağı leksik mənası #qapağı sözünün sinonimi #qapağı sözünün yaxın mənalı sözlər #qapağı sözünün əks mənası #qapağı sözünün etimologiyası #qapağı sözünün orfoqrafiyası #qapağı rusca #qapağı inglisça #qapağı fransızca #qapağı sözünün istifadəsi #sözlük