Frigiya papağı
Frigiya papağı və ya azadlıq papağı — Şərqi Avropa, Kiçik Asiya, o cümlədən, Frigiya, Dakiya və Balkanlarda yaşayan müxtəlif xalqların tarixi keçmişi ilə simvolizə olunan, ucu qabağa doğru əyilmiş konusşəkilli papaq. Müasir Avropada o, azadlıq və müstəqilliyə işarədir və tez-tez qədim Romada qulların sərbəst buraxılamasının rəmzi olan papaq-pilosla qarışıq salınır.
Qədim dövrdə monarxiya rejimlərində tac hakimiyyətdə olan sülaləni təmsil edirdisə, respublika qurulmuş dövlətlərdə gerb Frigiya papağı ilə təsvir olunurdu. Müxtəlif dövlətlərin milli simvollarında, o cümlədən də Fransanın Mariannasında bu papağı görmək olar.
== Qədim dövrlərdə ==
=== İlkin ellin dövlətlərində ===
Frigiya papağı e.ə. 4-cü əsrə qədər frigiyalıların ana ilahəsi Kibelanın əri Attislə simvolizə olunub. Sonralar qədim yunan vazalarında və memarlıq abidələrində əfsanəvi hökmdar Midas və başqa frigiyalılar bu papaqla təsir olunmağa başladılar. Rəvayət görə Midas bu papaqdan Apollonun lənətinə görə ona verilən uzun qulaqlarını gizlətmək üçün istifadə edirdi.
Tezliklə Frigiya papağına qeyri-yunan xalqlarının mədəniyyətlərində də rast gəlinir. Troyalılar və Kiçik Asiyanın qərbində yaşayan digər xalqlar, həmçinin onların qəhrəmanları - Paris, Eney, Hanimed bu papaqla təsvir olunurlar.