Qaranquşlar
Qaranquşlar (lat. Hirundinidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Köçəri quşdur. Afrikanın tropik bölgələrində qışlar, yaz aylarında Avropa ərazisində görünür.Qaranquşun 4 növü (kənd, şəhər, sahil və dağ qaranquşu) dağ çaylarının dərələrində, qayalarda, insan məskənlərindən, daş tikililərdə yuvalayırlar. İldə 2–3 dəfə yumurtlaya bilir. 2, ən çoxu 6 yumurta üstündə kürt yatarlar. Kürt yatma (balaçıxarma yatışı) müddəti 13–19 gündür. 19 gün müddətinə tüklənir.Büzdüm və alt tərəfi ağ olan quş yalnız qaranquşdur. Bu xüsusiyyəti ilə o, qırmızı qaranquşa bənzəyir. Üst tərəfi tünd- göydür, qəhvəyisi də vardır.