qarqara sözü azərbaycan dilində

qarqara

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qarqara • 93.9024%
  • Qarqara • 4.8780%
  • QARQARA • 1.2195%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.19 dəfə / 1 mln.
2009 •••••••••••••••• 0.48
2010 •••••••••••••••••••• 0.64
2011 ••••••••••• 0.34
2012 ••• 0.09
2014 ••••••••••• 0.34
2019 ••••••••• 0.28
2020 ••••••••••••• 0.40

qarqara sözünün leksik mənası və izahı

  • 1 is. Ağzı, boğazı yaxalama, dezinfeksiya etmə. // Ağzı, boğazı dezinfeksiya etmək üçün işlədilən maye dərman. Çobanyastığı çiçəklərindən hazırlanan dəmləmələrdən qarqara dərmanı kimi istifadə edilir. Əliyev. □ Qarqara etmək – ağzı, boğazı su və ya qarqara dərmanı ilə yaxalamaq, dezinfeksiya etmək.

    Azərbaycan dilinin izahlı lüğəti / qarqara
  • 2 is. xüs. Ağır şeyləri qaldırmaq üçün yüksəkdə mil üstündə dolanan və üzərindən ip sallanan çarx. // Ümumiyyətlə, üzərinə ip, sap sarınan çarx. Dağın cəhrəsində əyrilən hər sap; Dağa sarınmışdır, bu sirri sən tap! Sanma çöl bağrında dağ bir yaradır; Əsrlər yaşamış bir qarqaradır. Şəhriyar.

    Azərbaycan dilinin izahlı lüğəti / qarqara

qarqara sözünün etimologiyası

  • 1 Ərəbcədir, “su ilə yaxalamaq” deməkdir. İkinci qarqara da var, farsca “кa­тушка”, “ролик” deməkdir (iti qarqaraya bağlayırıq). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / qarqara

qarqara sözünün sinonimləri (yaxın mənalı sözlər)

qarqara sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 QARQARA I is. xüs. Ağır şeyləri qaldırmaq üçün düzəldilmiş çarx. Pəncərə taxtasının altına hər metrdən bir qarqara vurmağı və ştepseli məftilin ucuna bağlamağı Səfa boynuna götürdü... (M.İbrahimov). QARQARA II is. Ağzı, boğazı yaxalama, dezinfeksiya etmə. Bronxial astma xəstəliyinin müalicəsi masaj və qarqara ilə aparılır (“Jurnalist”). QARQARA III is. məh. Qışda suyun üzündə olan buz qatı. Qarqara qışda olar (“Dialektoloji lüğət”).

    Azərbaycan dilinin omonimlər lüğəti / qarqara

qarqara sözünün rus dilinə tərcüməsi

  • 1 1. катушка для ниток; 2. мед. полоскание для горла; 3. тех. блок; 4. полоскание;

    Azərbaycanca-rusca lüğət / qarqara
  • 2 1 I сущ. катушка: 1. полый цилиндр для наматывания ниток, тесьма и т.п. Ağ sap qarqarası катушка белых ниток 2. тех. стержень для наматывания проволоки 3. эл.-тех. прибор или металлический остов с намотанной проволокой II прил. катушечный. Qarqara istehsalı катушечное производство 2 сущ. полосканье: 1. промывание горла 2. средство (раствор, настой или отвар) для полоскания; qarqara etmək полоскать (горло, рот)

    Azərbaycanca-rusca lüğət / qarqara

qarqara sözünün fransız dilinə tərcüməsi

qarqara sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. гъаргъарун, гъаргъар; // гъаргъардай (сивихъ галтаддай, дезинфекция ийидай) дарман; qarqara etmək гъаргъар авун, гъаргъарун, сивихъ гъаргъардай дарман галтадун, дезинфекция авун (сив, кӀалхан).

    Azərbaycanca-ləzgicə lüğəti / qarqara
  • 2 сущ. хуьс. 1. чарх, блок; 2. алух (еб алчукдай).

    Azərbaycanca-ləzgicə lüğəti / qarqara

qarqara sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Çənbərək, Karvansaray, Ordubad, Salyan, Şərur) axar suyun üzərində nazik buz təqəbəsi. – Qarqara qışda olar Kürdə (Salyan); – Qarqara qışda olar (Ordubad); – Qarqaradı, çayı keçəmmərix’ (Karvansaray) II (Basarkeçər) şərbət. – Soyux suya dört-beş yumru qənd atırsan, olur qarqara; – Ürəyi döyünən adama qarqara verillər III (Mingəçevir) türkəçara dərmanı adı IV (Çənbərək, Şəmkir, Tovuz) hər ucu bir ağaca və ya divara bağlanmış məftil. – Məfdili qarqara qayırırıx (Tovuz); – İti gəti, qarqarıya bağla (Şəmkir); – İti qarqarıya bağlıyırıx (Çənbərək)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"qarqara" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qarqara nədir? #qarqara sözünün mənası #qarqara nə deməkdir? #qarqara sözünün izahı #qarqara sözünün yazılışı #qarqara necə yazılır? #qarqara sözünün düzgün yazılışı #qarqara leksik mənası #qarqara sözünün sinonimi #qarqara sözünün yaxın mənalı sözlər #qarqara sözünün əks mənası #qarqara sözünün etimologiyası #qarqara sözünün orfoqrafiyası #qarqara rusca #qarqara inglisça #qarqara fransızca #qarqara sözünün istifadəsi #sözlük