masqara sözü azərbaycan dilində

masqara

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • masqara • 89.7959%
  • Masqara • 8.1633%
  • MASQARA • 2.0408%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Masqarabinə
Masqarabinə — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Masqaran (Vərziqan)
Masqaran (fars. مسقران‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 887 nəfər yaşayır (203 ailə).
Təzəkənd-i Masqaran (Əhər)
Təzəkənd-i Masqaran (fars. تازه كندمسقران‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 319 nəfər yaşayır (75 ailə).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2012 •••••••••••••••••••• 0.17

masqara sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] İstehza, ələ salma, dolama, rişxənd, gülmə. Ancaq bəziləri masqara üçün sonralıqca vərdiş etdiklərindən [Süleyman bəyə] “Mirzə Süleyman bəy” deyirdilər. B.Talıblı. [Şah İsmayıl] yoldaşına kömək çıxaraq bir atalar sözünü kinayə ilə ortalığa atdı və masqara ilə hırıldadı… Ə.Sadıq. □ Masqara etmək – istehza eləmək, ələ salmaq, araya qoymaq, dolamaq. Məktəbin tələbələri Hüseynin … iri ayaqqabılarına masqara edib gülürdülər. S.Rəhimov. Masqaraya qoymaq – bax masqara etmək. “Molla Nəsrəddin” istixarəni masqaraya qoyub, va şəriəta! C.Məmmədquluzadə. [Nazlı:] Görürsənmi, Cabbar əmi də səni masqaraya qoyur. Ə.Əbülhəsən.

    Azərbaycan dilinin izahlı lüğəti / masqara

masqara sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 əyləncə — zarafat — hənək — məzhəkə

    Azərbaycan dilinin sinonimlər lüğəti / masqara
  • 2 MASQARA (ələ salma, lağa qoyma) [Həmid:] Cəld tərpən, ay Fətəli, masqaranın yeri deyil, gözümdən yuxu tökülür (H.Abbaszadə); İSTEHZA Amma Eldar forslu deyildi, xəstə və ifrat dərəcədə məğrur idi, sanki hamının nədənsə ona rişxənd, istehza edəcəyindən qorxmuş kimi yeganə dostu Aydından başqa heç kəsə yaxınlaşmırdı (Anar); KİNAYƏ Gülsabah: Mən bu kinayələrlə al bayraq qaldıranlardan deyiləm (C.Cabbarlı); RİŞXƏND O yerdə ki, xalq öz etirazını, narazılığını, qəzəbini gülüşlə, kinayə, rişxənd, masqara ilə ifadə etmək istəyir; hakim-mütləqləri lağa qoymaq tamarzısındadır.. (Anar); ŞƏBƏDƏ Yapdığı şəbədələr gizli deyil (H.Cavid).

    Azərbaycan dilinin sinonimlər lüğəti / masqara

masqara sözünün rus dilinə tərcüməsi

  • 1 забава, шутка, потеха, фарс, насмешка, высмеивание, пародия

    Azərbaycanca-rusca lüğət / masqara
  • 2 сущ. насмешка (издевательство, издёвка, обидная, злая шутка по поводу кого-л., чего-л.). Masqara ilə с насмешкой, masqara etmək насмехаться, смеяться, издеваться над кем-л., чем-л. ◊ masqaraya qoymaq осмеять; поднимать, поднять на смех кого-л., засмеять, глумиться над кем-л., чем-л.

    Azərbaycanca-rusca lüğət / masqara

masqara sözünün inglis dilinə tərcüməsi

masqara sözünün fransız dilinə tərcüməsi

masqara sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. рахшанд, ягьанат, хъач(ун), хъуьруьн; masqara etmək рахшанд авун, арадал вегьин, хъуьруьн, ягьанатун, хъачун; masqaraya qoymaq кил. masqara etmək.

    Azərbaycanca-ləzgicə lüğəti / masqara

"masqara" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#masqara nədir? #masqara sözünün mənası #masqara nə deməkdir? #masqara sözünün izahı #masqara sözünün yazılışı #masqara necə yazılır? #masqara sözünün düzgün yazılışı #masqara leksik mənası #masqara sözünün sinonimi #masqara sözünün yaxın mənalı sözlər #masqara sözünün əks mənası #masqara sözünün etimologiyası #masqara sözünün orfoqrafiyası #masqara rusca #masqara inglisça #masqara fransızca #masqara sözünün istifadəsi #sözlük