Qaryagin sözü azərbaycan dilində

Qaryagin

Yazılış

  • Qaryagin • 88.8889%
  • qaryagin • 11.1111%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qaryagin
Füzuli şəhəri — Azərbaycan Respublikasında şəhər, Füzuli rayonunun mərkəzi. 1827-ci ilə qədər kənd olmuş və Qarabulaq adını daşımış, həmin il rus ordusunun polkovniki Pavel Karyaginin şərəfinə Karyagin adlandırılmış və şəhər statusu verilmişdir. 1959-cu ilin aprelində şair Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Karyagin rayonunun və şəhərin adı dəyişdirilərək Füzuli adlandırılmışdır. Bakıdan 310 km cənub-qərbdə yerləşir. 2023-cü ilin sonuna şəhərin əhalisi 1298 nəfərdir. Füzuli şəhərinin 1403-cü ildən 1905-ci ilədək adı Qarabulaq olub. Qarabulaq kəndi Səfəvilər dönəmində Dizaq qəzasına bağlı şenliklərdən biri idi. Kənd ərazisi Səfəvilər dövlətinin son dönəmində Cavanşir elinin qışlağı olub. 1593-cü ilə bağlı Osmanlı qaynağında Qarabulaq qışlağının adı çəkilir. 1727-ci ilə bağlı Osmanlı qaynağında Qarabulaq qışlağı haqqında bilgi var.
Qaryagin qəzası
Cəbrayıl qəzası (1905-ci ildən Qaryagin) — Yelizavetpol quberniyasının bölgələrindən biridir. Hazırkı Cəbrayıl, Füzuli, qismən də Xocavənd, Beyləqan, Qubadlı və Zəngilan rayonlarını əhatə edirdi. Qaryagin qəzası 1867-ci ildə Cəbrayıl qəzası kimi yaranıb. 1905-ci ildən I Rus-İran müharibəsinin iştirakçısı polkovnik Pavel Karyaginin şərəfinə Qaryagin qəzası adlanıb. 1906-cı ildə Qəza rəisi Tsımbalov, böyük köməkçisi Mixail İvanoviç Kutateledze, məmurlar: Fyodr Yefremoviç Lavrov, Mirzə Əbdürrəzzaq bəy Teymurazbəyov, Yevgeni Yevdokimoviç Prişelov, Mixail Mixailoviç Yakovlev, İbrahim bəy Əlibəyov, Qriqori Markaroviç Avetisov, Muxtar bəy Məliknamazəliyev, Rzaqulu bəy Vəzirov, İsrail Meliksetoviç Ter-İohanesiyan, Bəylər bəy Vəzirov, Yakov Yakovleviç Pşirkov, Tiqran Sergeyeviç Gəncümov, Aruşan Balasanyants. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan az sonra, Hökumətin 1918-ci il 30 iyul tarixli qərarı ilə qəzanın əvvəlki adı olan Cəbrayıl qəzası bərpa edilmişdi. 1919-cu il 13 yanvar tarixli qərar əsasında Cavanşir, Şuşa və Zəngəzur qəzaları ilə birlikdə müvəqqəti general-qubernatorluqda birləşdirilmişdi. Cəbrayıl qəzasının mərkəzi Xələfi rayonunda 1918-ci ildə Xudafərin Körpüsü bərpa edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin və yerli idarə orqanlarının tədbirlərinə baxmayaraq, erməni-daşnak silahlı dəstələri qəzanın yerli türk-müsəlman əhalisinə qarşı soyqırımları törətməyə can atırdılar. 1918-ci il dekabırın son günlərində ermənilər qəzanın azərbaycanlı əhalisinə qarşı silahlı qətllərə başlamışdılar.
Qaryagin rayonu
Füzuli rayonu — Azərbaycan Respublikasında inzibati ərazi vahidi. Birinci Qarabağ müharibəsi'ndə 1993-cü ildə Füzuli rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilir. 1994-cü il Horadiz əməliyyatı zamanı rayonun bir hissəsi 1 şəhəri Horadiz və 21 kəndi Araz Zərgər, Araz Dilağarda, Araz Yağlıvənd, Birinci Mahmudlu, İkinci Mahmudlu, Əhmədbəyli, Murtuzalılar, Aşağı Kürdmahmudlu, Yuxarı Kürdmahmudlu, Alxanlı, Qarabağ, Bala Bəhmənli, Böyük Bəhmənli, Kərimbəyli, Şükürbəyli, Babı, Arayatılı, Mollaməhərrəmli, Əhmədalılar, Qazaxlar, Mirzənağılı işğaldan azad edilib. 2020-ci il 17 oktyabr tarixində Füzuli şəhəri işğaldan tam azad olunmuşdur. Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Ayıdağ (Azərbaycan), Xəzər dağı Məngələnata dağı yerləşir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Füzuli rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 144 min nəfərdir. Rayonda 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri vardır. Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır.

Oxşar sözlər

#qaryagin nədir? #qaryagin sözünün mənası #qaryagin nə deməkdir? #qaryagin sözünün izahı #qaryagin sözünün yazılışı #qaryagin necə yazılır? #qaryagin sözünün düzgün yazılışı #qaryagin leksik mənası #qaryagin sözünün sinonimi #qaryagin sözünün yaxın mənalı sözlər #qaryagin sözünün əks mənası #qaryagin sözünün etimologiyası #qaryagin sözünün orfoqrafiyası #qaryagin rusca #qaryagin inglisça #qaryagin fransızca #qaryagin sözünün istifadəsi #sözlük