qiymətlən sözü azərbaycan dilində

qiymətlən

Yazılış

  • qiymətlən • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Astagəl qiymətləndirmə
Astagəl qiymətləndirmə (ing. lazy evaluation) – qiymətləndirmə əməlini yalnız gərəkli olduqda və yalnız müəyyən həddə kimi yerinə yetirməyə imkan verən proqramlaşdırma metodikası. Astagəl qiymətləndirmə çox böyük cədvəlləri və siyahıları kifayət qədər tez və səmərəli emal etməyə imkan verir. Məsələn, əgər proqram A cədvəlinin 2 sütunu ilə B cədvəlinin 4 sütununun nə dərəcədə eyni olub-olmamasını müəyyənləşdirməlidirsə, astagəl qiymətləndirmə sütunları, uyğunsuzluğu aşkarlayanadək və ya sütunlardan birinin sonuna varanadək element-element tutuşduran proqram kimi gerçəkləşdirilir (əks halda, əgər proqram hər iki sütunu tam emal etməli olsaydı, bu artıq vaxt olardı).
Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi
"ASAN xidmət" — Azərbaycan Respublikasında dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən mərkəzlər. ASAN sözünün açılışı ingiliscə "Azerbaijan Service and Assessment Network"dür (azərb. Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi‎). "ASAN xidmət" Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tabedir. İlk "ASAN xidmət" mərkəzi 2013-cü ildə fəaliyyətə başlayıb. Hal-hazırda 27 mərkəz fəaliyyət göstərir. Onlardan 7-si Bakıda, iyirmisi isə Azərbaycanın bölgələrindədir. "ASAN xidmət"ə indiyə qədər 70 milyondan çox müraciət edilib. Xidmətlərin göstərilməsində könüllülər də cəlb olunur. "ASAN xidmət" mərkəzlərində müxtəlif dövlət orqanlarının vətəndaşlara göstərdiyi xidmətlərdən başqa funksional yardımçı xidmətlər də təklif olunur.
BMT İHAK-ın Sincandakı insan hüquqları ilə bağlı narahatlıqlarını qiymətləndirməsi
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunda insan hüquqları ilə bağlı narahatlıqların qiymətləndirməsi (ing. OHCHR Assessment of human rights concerns in the Xinjiang Uyghur Autonomous Region, People's Republic of China) — Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən 31 avqust 2022-ci ildə dərc olunmuş, Çində uyğurlara və digər əsasən müsəlman qruplara qarşı rəftar haqqında hesabat. Hesabatda belə nəticəyə gəlinmişdir ki, "uyğurların və əsasən müsəlman olan digər qrupların nümayəndələrinin qanun və siyasət əsasında fərdi və kollektiv şəkildə istifadə edilən fundamental hüquqlardan məhdudlaşdırma və daha ümumi şəkildə məhrumetmə kontekstində ixtiyari olaraq və diskriminasiya əsasında həbsinin miqyası beynəlxalq cinayətlər, xüsusən də insanlıq əleyhinə cinayətlər təşkil edə bilər". == Zəmin == 2014-cü ildən Çin hökuməti Çin Kommunist Partiyasının baş katibi Si Tsinpinin rəhbərliyi altında Sincan bölgəsində bir milyondan çox türk mənşəli müsəlmanın heç bir hüquqi razılıq olmadan yenidən təhsil düşərgələrində həbs edilməsi ilə nəticələnən siyasət yürüdür. Bu, İkinci Dünya müharibəsindən sonra etnik və dini azlıqlara qarşı aparılan ən böyük həbs kampaniyasıdır. Mütəxəssislərə görə, 2017-ci ildən 2022-ci ilə qədər 16 minə yaxın məscid dağıdımış və ya zədələnmiş, yüz minlərlə uşaq zorla valideynlərindən ayrılaraq internat məktəblərinə göndərilmişdir. İctimai hesabatlarda bildirilmişdir ki, Çin hökumətinin apardığı siyasətlərə uyğurların dövlət tərəfindən maliyyələşdirilən həbs düşərgələrində özbaşına saxlanılması, məcburi əmək, uyğurların dini ayinlərinin yatırılması, siyasi və ideoloji indoktrinasiya, zorakı rəftar, məcburi sterilizasiya, məcburi kontrasepsiya və məcburi abort daxildir. Çin hökuməti tərəfindən yayımlanan rəsmi statistikaya görə, 2015-ci ildən 2018-ci ilə qədər Xotan və Qaşqarın əsasən uyğurların yaşadığı ərazilərdə doğum nisbəti 60%-dən çox azalmışdır. Həmin dövrdə bütövlükdə ölkə üzrə doğum səviyyəsi 9,69% azalmışdır. Çin hakimiyyəti 2018-ci ildə Sincanda doğum nisbətinin təxminən üçdə bir azaldığını etiraf etmiş, lakin məcburi sterilizasiya və soyqırımı ilə bağlı iddiaları təkzib etmişdir.
Bazar qiymətləndirməsi
Heyvanların Damazlıq üçün Qiymətləndirilməsi və Seçilməsi (1952)
Heyvanların damazlıq üçün qiymətləndirilməsi və seçilməsi (film, 1952)
Landşaft komplekslərinin ekoloji qiymətləndirilməsi
Nominal qiymətləndirmə
Nominal qiymətləndirmə - Qiymətli kağızın dəyərini göstərmək üçün (əməliyyat həyata keçirmək məqsədi ilə deyil) qeyd olunan qiymət. Nominal - Qiymətli kağızın, kağız pulun, yaxud sikkənin üzərində göstərilən dəyəri, ilkin dəyəri. Qiymətli kağızın nominal dəyəri, adətən, onun bazar dəyərindən fərqli olur. Bazar dəyəri nominal dəyərdən yuxarı olan qiymətli kağızlar ajio, əks halda isə disajio adlanır. Bir sıra ölkələrdə qiymətli kağızların nominal dəyəri göstərilmədən emissiya oluna bilər. Bəzi ölkələrdə isə qiymətli kağızın minimum nominal dəyəri müvafiq qanunvericilik əsasında müəyyənləşdirilir. Nominal dəyərsiz - Heç bir nominalı olmadan buraxılan səhmlərdir. Nominal dəyər təmsil etdikləri satış dəyərinə və ya baza aktivlərinə heç bir aidiyyəti olmayan səhmlərin nominal və ya üzərində göstərilən dəyəridir. Səhmin dəyərinin nominal dəyərdən aşağı düşməsi kimi xoşagəlməz hallarda nominal dəyərli səhmlər səhmdarlara qarşı məsuliyyətin yaranması imkanının qarşısını almır. Nominal faiz dərəcəsi - İnflyasiya nəzərə alınmadan hesablanmamış cari faiz dərəcəsidir.
Qiymətləndirmə
Qiymətləndirmə — məhsul və ya xidmət üçün qiymət təyin etmək. İki əsas qiymət sistemi var: tələb və təklifin qarşılıqlı təsirinə əsaslanan bazar qiymətləri və dövlət qiymətlərinə əsaslanan mərkəzləşdirilmiş hökumət qiymətləri. Bazar iqtisadiyyatı şəraitində son qiymətin seçilməsi prosesi istehsalın maya dəyərindən, rəqiblərin qiymətlərindən, tələb və təklifin nisbətindən və digər amillərdən asılı olaraq həyata keçirilir. == Qiymətləndirmə məqsədləri == Bir mal və ya xidmət istehsalçısının qiymət təyin edərkən izləyə biləcəyi bir neçə əsas məqsəd var: Müəssisənin qorunması — istehsalçı, çox yüksək rəqabət bazarında və ya istehlakçı tələblərinin açıqlanmayan xarakterli kəskin dalğalanmalara məruz qaldığı vəziyyətdə belə bir vəzifəni həll etmək məcburiyyətindədir. Maksimum cari gəlir, yəni satış və ümumi gəlirin artması. Cari mənfəətin maksimumu, yəni bazarın cari zamanda təyin etdiyi tələb və təklif balansı şəraitində ən böyük mənfəətin əldə edilməsi. Bazar fəthi — istehsalçı, məhsulun qiymətində sabit xərclərin payını azaltmaqla gələcəkdə mənfəət əldə etmək məqsədilə bir anlıq gəlirliliyi göz ardı edərək satışlarını artırmağa çalışır. Aparıcı mövqe tutmaq — istehsalçı, keyfiyyət baxımından liderin nüfuzunu təmin etmək üçün məhsul və məhsulun təkmilləşdirilməsi xərclərini qarşılamağa imkan verən məhsul üçün kifayət qədər yüksək qiymət saxlamağa hazırdır. == İstinadlar == == Ədəbiyyat == Джон Дейли. Эффективное ценообразование - основа конкурентного преимущества.
Summativ qiymətləndirmə
== Summativ qiymətləndirmə == Məktəbdaxili qiymətləndirmənin üçüncüsü summativ qiymətləndirmədir. Summativ qiymətləndirmə kiçik və böyük olmaqla iki formada aparılır. Summativ qiymətləndirmə rəsmi qiymətləndirmədir və nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur. Kiçik summativ qiymətləndirmə vasitələri fənni tədris edən müəllim, böyük summativ qiymətləndirmə vasitələri isə ümumi təhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanır. Kiçik summativ qiymətləndirmə hər tədris vahidinin sonunda, altı həftədən gec olmayaraq müəllim tərəfindən keçirilir. Böyük summativ qiymətləndirmə yarımillərin sonunda təhsil müəssisəsinin rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllim tərəfindən aparılır. Şagirdlərin kiçik və böyük summativ qiymətləndirmələrinin nəticələri illik qiymətlərinin hesablanmasında nəzərə alınır. Kiçik və böyük summativ qiymətləndirmələrin keçirilmə vaxtı illik planlaşdırmada nəzərdə tutulur. Kiçik və böyük summativ qiymətləndirmə vasitələri qiymətləndirmə standartlarının dörd mürəkkəblik səviyyəsinə uyğun olaraq 1–4-cü səviyyələrdə (20%-i 1-ci, 30%-i 2-ci, 30%-i 3-cü və 20%-i 4-cü səviyyəyə aid olmaqla) hazırlanır. Kiçik summativ qiymətləndirmənin keçirildiyi gün kiçik summativ qiymətləndirmədə iştirak etməyən şagirdin sinif jurnalında adının qarşısındakı xana diaqonalla 2 yerə ayrılır və onun surətində "q"(qaib) yazılır, məxrəci isə boş saxlanılır.
İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin altıncı qiymətləndirmə hesabatı
İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin altıncı qiymətləndirmə hesabatı — İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) son belə hesabatı. Əvvəlkidən yeddi il sonra dərc edilir. Əvvəlki beşinci qiymətləndirmə hesabatı 2013–2014-cü illərdə dərc edilir. Altıncı qiymətləndirmə dövrü 2015-ci ildə iqlim dəyişikliyi üzrə Paris Sazişinin qəbulundan sonra ilk hesabat seriyası idi. Hesabata 67 ölkədən 270-dən çox alim öz töhfəsini verib. Готовился он с 2016 года, должен быть полностью закончен в 2022-м (с публикацией обобщающего доклада). O 2016-cı ildən hazırlanır və 2022-ci ildə tam başa çatdırılmalıdır (ümumi hesabatın dərci ilə). 2018-ci ilin əvvəlində İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel "Qlobal istiləşmə 1,5 °C" adlı xüsusi hesabat dərc etmişdi ki, burada planet artıq 1°C-lik qlobal istiləşmədən əziyyət çəkir və niyə istiləşməni 1,5°C-ə qədər məhdudlaşdırmaq lazımdır. İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin altıncı qiymətləndirmə hesabatına görə, dünya artıq ekstremal iqlim dəyişikliyindən qaçmaq iqtidarında deyil: 2020-ci illərdə karbon qazı və digər istixana qazları emissiyalarında əhəmiyyətli azalmalar baş vermədikdə qlobal istiləşmə 1,5 °C və 2°C-dən çox olacaq. == Məzmun == Qeyd edildiyi kimi, 2021-ci ildə "Niyə və nə baş verir?" sualına cavab verən iqlim dəyişikliyinin fiziki əsaslarına dair bir cild nəşr olunur.
Özünü qiymətləndirmə
Özünü qiymətləndirmə — bir insanın özünü subyektiv qiymətləndirməsi — hərəkətini, keyfiyyətini, hisslərini və ləyaqətini. == Növləri == Özünü qiymətləndirmə altı növdən ibarət ola bilər: Bir insanın özünü necə görməsindən qaynaqlanan mənlik obrazı. Başqalarının insana necə baxmasından qaynaqlanan mənlik obrazı. İnsanın özünü necə qəbul etməsi nəticəsində yaranan mənlik obrazı. Bir insanın başqalarının onu necə gördüyünü necə qəbul etməsi nəticəsində yaranan mənlik. Şəxsin özünü necə gördüyünü başqalarının necə qəbul etməsindən yaranan mənlik obrazı. Başqalarının bir insanı necə qəbul etməsindən yaranan mənlik görüntüsü. == Strukturu == Özünü qiymətləndirmə prosesi 2 hissədən ibarətdir: koqnitiv və sosial. Sosial və koqnitiv psixoloqlar tərəfindən tez-tez istifadə olunan özünü təsvir üçün daha texniki bir termin öz-özünə sxemdir. Hər hansı bir sxem kimi, öz-özünə sxemlər də məlumat saxlayır və düşüncəmizə və yadda saxlamağımıza təsir göstərir.
Proqramların Qiymətləndirilməsi Ofisi
Proqramların Qiymətləndirilməsi Ofisi — 13 dekabr 1955-ci ildə Birləşmiş Ştatların Müdafiə Departamenti tərəfindən yaradılmış, Laos krallığında fəaliyyət göstərən məxfi paramilitar missiya. 23 iyul 1962-ci il tarixli Laosun neytrallığı haqqında beynəlxalq müqavilə 1962-ci ilin sentyabrında missiyanın sona çatmasına gətirib çıxarmışdı. == Zəmin == İkinci Dünya müharibəsinin sona çatması ilə Laos artıq Fransa İttifaqının tabeliyində deyildi. Dövlət tamamilə suveren olmuş və Laos Kral Hökuməti tərəfindən idarə olundu. Cenevrə Konfransında əldə edilən razılaşmalar Laosun xarici hərbi bazalara malik olmasını və hər hansı xarici hərbi ittifaqda iştirakını qadağan etmişdi, lakin Laos Kral Ordusunu dəstəkləyən kiçik bir Fransa hərbi təlim missiyasına icazə verilmişdi. CenevrəKkonfransından sonra Fransa 1 yanvar 1955-ci ildə Laos hökumətini maliyyələşdirməyi dayandıracağını elan etmişdi. Fransa təlim missiyası sona çatmışdı. ABŞ Vyetnamı mühasirəyə almaq məqsədilə Laos Kral Ordusunun kommunist Şimali Vyetnam tərəfindən dəstəklənən Patet Laoya qarşı təkmilləşdirməyə çalışırdı. == İstinadlar == == Əlavə ədəbiyyat == Ahern, Thomas L. Jr. (2006), Undercover Armies: CIA and Surrogate Warfare in Laos.
Dil qiymətləndirməsi
Dil qiymətləndirməsi — bir insanın dil bacarıqlarının və dil biliyinin müxtəlif sahələrdə nə qədər inkişaf etdiyini və səriştəli olduğunu müəyyən etmək üçün həyata keçirilən prosedurdur. Bu qiymətləndirmə prosesi həm ana dili, həm də ikinci və ya xarici dili öyrənən şəxslər üçün tətbiq edilir. Dil qiymətləndirilməsinin məqsədi dil biliklərini ölçmək, inkişafını izləmək və ehtiyaclara uyğun olaraq tədris və təlim proseslərini formalaşdırmaqdır. == Dil qiymətləndirilməsinin əsas növləri == === Diaqnostik qiymətləndirmə === Bu qiymətləndirmə bir şəxsin dil bacarıqlarının başlanğıc vəziyyətini müəyyən etmək üçün aparılır. Adətən dil öyrənməyə başlamazdan əvvəl və ya öyrənmənin erkən mərhələlərində tətbiq edilir. Diaqnostik qiymətləndirmə nəticəsində şəxsin güclü və zəif tərəfləri aşkarlanır və tədris proqramı buna uyğun olaraq hazırlanır. === Formativ qiymətləndirmə === Dil öyrənmə prosesi boyunca aparılan qiymətləndirmədir. Burada məqsəd, dil öyrənənin inkişafını davamlı olaraq izləmək və təlim metodlarını müvafiq olaraq uyğunlaşdırmaqdır. Formativ qiymətləndirmə qeyri-rəsmi ola bilər və tez-tez müəllimlər tərəfindən sorğu, müşahidə və ya kiçik tapşırıqlar vasitəsilə aparılır. === Summativ qiymətləndirmə === Dil öyrənmə prosesi sonunda və ya müəyyən bir mərhələnin yekununda aparılan qiymətləndirmədir.
Ətraf mühitə təsirin qiymətləndirilməsi
Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ, EIA, (ing. environmental impact assessment) — Təsirin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAIA, International Association for Impact Assessment) termini. Planlaşdırılmış iqtisadi fəaliyyətin hər hansı növünün ətraf mühitin vəziyyətinə və əhalinin sağlamlığına təsirinin xarakterini, intensivliyini və təhlükə dərəcəsini müəyyən etmək üçün nəzərdə tutulmuşdur. ƏMTQ proqram qiymətləndirməsinin ümumi “çətir brendinə” malik olan sahəyə aiddir. Ətraf mühitlə bağlı planlaşdırılan təsərrüfat və digər fəaliyyətlərin ƏMTQ mümkün mənfi təsirləri müəyyən etməklə, ətraf mühitin nəticələrini qiymətləndirməklə, ictimai rəyi nəzərə almaqla, azaldılması və azaldılması üçün tədbirlər hazırlamaqla planlaşdırılan təsərrüfat və digər fəaliyyətlərin həyata keçirilməsi üzrə ekoloji cəhətdən əsaslandırılmış idarəetmə təsirlərin qarşısını almaq və qərarlarının qəbul edilməsinə kömək edir. == ƏMTQ iştirakçıları == ƏMTQ proseduru müştəri, təsirin qiymətləndirilməsi işinin icraçısı və ictimaiyyəti əhatə edir. Sifarişçi — ətraf mühitin qiymətləndirilməsi üçün bu fəaliyyət növü üçün normativ tələblərə uyğun olaraq planlaşdırılan fəaliyyət üçün sənədlərin hazırlanmasına cavabdeh olan hüquqi və ya fiziki şəxsdir. Ətraf mühitə təsirin qiymətləndirilməsi işinin icraçısı ətraf mühitə təsirin qiymətləndirilməsini həyata keçirən, sifarişçinin ətraf mühitə təsirin qiymətləndirilməsi işini aparmaq hüququ verdiyi fiziki və ya hüquqi şəxsdir. Podratçı qiymətləndirmələrin tamlığına və etibarlılığına, onların ekoloji qaydalara və standartlara uyğunluğuna görə məsuliyyət daşıyır. ƏMTQ üçün yerinə yetirilməsi prosesində podratçı layihə alternativlərini, fəaliyyət məqsədlərini, onlara nail olmaq üsullarını və s.
Aktivin qiymətləndirilməsi
Aktivin qiymətləndirilməsi (ing. Asset pricing) — bir aktivin (məsələn, daşınmaz əmlak, avadanlıq, şirkət hissəsi, patent və s.) mövcud bazar dəyərini və ya ədalətli dəyərini müəyyən etmək prosesidir. Qiymətləndirmə, investisiya qərarları, mühasibat uçotu, kredit təminatı və ya satma, alma və birləşmə proseslərində əhəmiyyətli rol oynayır. Aktivin qiymətləndirilməsi, əsasən maliyyə və mühasibat sahələrində, həmçinin hüquqi və vergi məsələlərində vacibdir. Bu prosesin dəqiq və obyektiv aparılması şirkətin və ya aktiv sahibinin düzgün maliyyə qərarları verməsinə və aktivin dəyərini səmərəli şəkildə idarə etməsinə kömək edir. == Əsas metodları == Aktivlərin qiymətləndirilməsi bir neçə əsas metodla həyata keçirilir: Bazar yanaşması (ing. Comparable or Market Approach) Bu yanaşma aktivin dəyərini oxşar aktivlərin bazar qiymətləri əsasında təyin edir. Aktivin bazarda nə qədərə satıla biləcəyini öyrənmək üçün müqayisə edilə bilən əmlak, avadanlıq və ya biznes nümunələri araşdırılır. Məsələn, əmlakın qiymətləndirilməsi zamanı eyni bölgədə oxşar ölçü və xüsusiyyətlərə malik əmlakların satış qiymətləri ilə müqayisə aparılır. Dəyər yanaşması (ing.
Biznesin qiymətləndirilməsi
Biznesin qiymətləndirilməsi və ya investisiyalı təhlil (ing. Business valuation) — şirkətin cari bazar dəyərini və ya ümumi qiymətini hesablamaq üçün tətbiq olunan maliyyə və analitik prosesdir. Bu proses investorlar, potensial alıcılar, şirkət sahibləri və ya məhkəmələr tərəfindən müxtəlif məqsədlərlə istifadə edilə bilər. Biznesin dəyəri əsasən gələcəkdə əldə ediləcək gəlirlər, aktivlər, borclar və bazar şərtlərinə görə təyin olunur. == Metodları == Şirkətin dəyərini təyin etmək üçün müxtəlif yanaşmalar mövcuddur. Bu yanaşmalardan hər biri fərqli maliyyə göstəricilərinə və metodlara əsaslanır: Gəlir yanaşması (ing. Income Approach) Diskontlaşdırılmış pul axınları metodu (ing. Discounted Cash Flow – DCF) — bu metodla gələcəkdə gözlənilən pul axınları indiki qiymətə endirilir. Bu hesablamada şirkətin gələcək gəlirləri, diskont dərəcəsi və risk faktorları nəzərə alınır. DCF ən çox istifadə olunan və dəqiq nəticələr verən metodlardan biridir.

"qiymətlən" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qiymətlən nədir? #qiymətlən sözünün mənası #qiymətlən nə deməkdir? #qiymətlən sözünün izahı #qiymətlən sözünün yazılışı #qiymətlən necə yazılır? #qiymətlən sözünün düzgün yazılışı #qiymətlən leksik mənası #qiymətlən sözünün sinonimi #qiymətlən sözünün yaxın mənalı sözlər #qiymətlən sözünün əks mənası #qiymətlən sözünün etimologiyası #qiymətlən sözünün orfoqrafiyası #qiymətlən rusca #qiymətlən inglisça #qiymətlən fransızca #qiymətlən sözünün istifadəsi #sözlük