qoçuluq sözü azərbaycan dilində

qoçuluq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qoçuluq • 80.6452%
  • Qoçuluq • 16.1290%
  • QOÇULUQ • 3.2258%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qoçuluq
Qoçuluq — qolugüclülük, zorakılıq, güc göstərməklə nüfuz sahibi olmaq. Qoçuluq ictimai bir hadisə kimi XX əsrin ortalarında Bakıda neft sənayesinin inkişafı ilə bağlı yaranmış və yayılmışdır. Qoçu sözünə həmin dövrdə fəaliyyətdə olan dövrü mətbuatda tez-tez rast gəlinir.Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Məmməd Səid Ordubadi öz xatirələrində qoçuları belə xatırlayır: "Qoçuların həyatını da öyrənməklə maraqlanırdım. Xüsusən onların həbsxana içərisindəki nüfuzu və həbsxana işçilərinin onlara bu qədər qorxa-qorxa yanaşması məni maraqlandıracaq işlərdən idi." Bakıda hər bir məhəllənin və hər bir kəndin qoçusu var idi. Qoçular arasında tez-tez münaqişələr baş verirdi. Əksər qoçuların kiçik silahlı dəstələri olurdu. Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" komediyasında qoçuların davranışı tənqidi və komik şəkildə göstərilmişdir. == Mart soyqırımı və Bakı qoçuları == 1918-ci ilin mart faciəsində və o illər ətrafında Bakı qoçuları ermənilərə layiqli cavab verməklə Bakını və bakılıları müdafiə etmişdilər. Bu haqda “Bakı və bakılılar” kitabında müəllif yazır ki: “1905 və 1918-ci illərdə erməni-müsəlman qırğınında qoçuların fəaliyyətini qeyd etməmək mümkün deyil. 1918-ci ildə erməni daşnaklarının Erməni kəndindən şəhərə hücum edəcəklərini eşidən kimi qoçular bir sədd kimi onların qabağını kəsmişdilər”.Türk ordusu Bakıya gələnədək şəhəri ermənilərin hücumundan qorumaq çətinləşibmiş.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.05 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 0.79
2009 ••••• 0.16
2010 ••• 0.09
2011 ••• 0.09
2013 •••• 0.15

qoçuluq sözünün leksik mənası və izahı

  • 1 is. köhn. Qolçomaqlıq, qolugüclülük, zorakılıq. // Qoçuların başlı-başınalığı. Doğrudan da, mədənlərdə oğurluq, qoçuluq gündən-günə artırdı. A.Şaiq.

    Azərbaycan dilinin izahlı lüğəti / qoçuluq

qoçuluq sözünün sinonimləri (yaxın mənalı sözlər)

qoçuluq sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 QOÇULUQ – FAĞIRLIQ Millətpərəstlikdən, vətəndaşlıqdan dəm vururuq qaraca qəpikdən ötrü, qoçuluq edirik genə o qəpikdən ötəri (N.Vəzirov); Fağırlıq olar, amma bu dərəcədə də yox da.

    Azərbaycan dilinin antonimlər lüğəti / qoçuluq

qoçuluq sözünün rus dilinə tərcüməsi

qoçuluq sözünün inglis dilinə tərcüməsi

qoçuluq sözünün ləzgi dilinə tərcüməsi

"qoçuluq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qoçuluq nədir? #qoçuluq sözünün mənası #qoçuluq nə deməkdir? #qoçuluq sözünün izahı #qoçuluq sözünün yazılışı #qoçuluq necə yazılır? #qoçuluq sözünün düzgün yazılışı #qoçuluq leksik mənası #qoçuluq sözünün sinonimi #qoçuluq sözünün yaxın mənalı sözlər #qoçuluq sözünün əks mənası #qoçuluq sözünün etimologiyası #qoçuluq sözünün orfoqrafiyası #qoçuluq rusca #qoçuluq inglisça #qoçuluq fransızca #qoçuluq sözünün istifadəsi #sözlük