qrafin sözü azərbaycan dilində

qrafin

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qrafin • 85.7143%
  • Qrafin • 11.4286%
  • QRAFİN • 2.8571%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Anjulu Marqarit (Anju qrafinyası)
Anjulu Marqarit (fr. Marguerite d'Anjou; 1273 – 31 dekabr 1299, Paris) — Fransa kralı VI Filippin anası, Anju və Valua qrafinyası.Marqarit 1273-cü ildə Neapol kralı II Karlın qızı olaraq dünyaya gəldi. 1290-cı ilin avqustunda Fransa kralı III Filippin oğlu Valua qrafı Karlla evləndirildi. Atası cehiz olaraq qızına Anju qraflığını hədiyyə etdi. Beləcə, bu tarixdən etibarən Marqarit həm Anju, həm də Valua qrafinyası oldu. Cütlüyün bu nigahdan 5 övladı dünyaya gəldi: İzabella (1292-1309) VI Filipp Valualı Janna (1294-1352) Valualı Marqarit (1295-1342) II Karl (1297-1346) == Mənbə == Topping, Peter (1975). "The Morea, 1311–1364". In Setton, Kenneth M.; Hazard, Harry W. (eds.). A History of the Crusades, Volume III: The Fourteenth and Fifteenth Centuries. Madison and London: University of Wisconsin Press.
III Janna (Burqundiya qrafinyası)
III Janna (fr. Jeanne III; 2 may 1308 – 13 avqust 1347) — Fransa kralı V Filippin böyük qızı, Artes və Burqundiya qrafinyası. O, həmçinin Burqundiya hersoqu IV Edonun xanımı, Burqundiya hersoqinası oldu. Beləcə, Burqundiya qraflığı və hersoqluğu birləşdi. == Mənbə == Le Bel, Jean (2011). The True Chronicles of Jean Le Bel, 1290-1360. Translated by Bryant, Nigel. Boydell & Brewer Henneman, John Bell (1971). Royal Taxation in Fourteenth-Century France: The Development of War Financing, 1322-1359.
I Marqarita (Burqundiya qrafinyası)
I Marqarita (fr. Marguerite I de Bourgogne; 1309 – 9 may 1382, Paris) — Fransa kralı V Filippin böyük qızı, Artes və Burqundiya qrafinyası. O, həmçinin Flandriya qrafı I Lüdovikin xanımı, Flandriya qrafinyası oldu. Ancaq ərinin 1346-cı ildə Kresi döyüşündə həlak olmasının ardından yeganə oğlu II Lüdovik qraf elan edildi və azyaşlı olması səbəbilə, Marqarita onun naibəsi təyin edildi. 1357-ci ildə adaşı olan nəvəsi Marqaritanı bacısı Jannanın nəvəsi və varisi I Filipplə evləndirdi. Məqsəd valideynlərindən miras qalan Artes və Burqundiya qraflıqlarını əldən qaçırmamaq idi. Ancaq bu cütlüyün övladı olmadı və 1361-ci ildə I Filippin vəfatının ardından Artes və Burqundiya qraflığı nənə Marqaritanın əlinə keçdi. Nəvə Marqaritanı isə 1369-cu ildə Fransa kralı II Conun oğlu Cəsur Filiplə evləndirdi. 1382-ci ildə nənə Marqarita vəfat etdi və bütün mülkləri 2 il sonra vəfat edəcək yeganə oğlu II Lüdovikə miras qaldı. Onun ölümündən sonra isə bu mülk və ünvanlar nəvəsi Marqaritaya miras qaldı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.08 dəfə / 1 mln.
2009 ••••••••• 0.16
2010 •••••••••••••••••••• 0.36
2012 ••••••••••••••••••• 0.34

qrafin sözünün leksik mənası və izahı

  • 1 is. [ital.] Su, içki və başqa mayelər tökmək üçün şüşədən, yaxud büllurdan dar, uzunboğaz qab. Şüşə qrafin. Büllur qrafin. – Stol üzərindəki qrafindən stəkana su töküb içdim. A.Şaiq. Aralığa İran adabı üzrə çay deyil, balaca zərli qrafinlərdə konyak və şirniyyat gətirdilər. M.İbrahimov.

    Azərbaycan dilinin izahlı lüğəti / qrafin

qrafin sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 QRAFİN (uzunboğazlı su və ya şərab şüşəsi, qabı) Uzunsov stolun üstündəki qrafın su ilə dolu idi, yanında stəkan da vardı (H.Abbaszadə); SÜRAHİ (kl.əd.) Sürahi solunda, badə sağında; Məzə qabağında, mey dodağında (Q.Zakir); TÜNG (arx.) Süfrənin üzərində tünglər, büllur və qızıl qablar, iri buzlu şərbətlə dolu rətllər qoyulmuşdu (M.S.Ordubadi).

    Azərbaycan dilinin sinonimlər lüğəti / qrafin

qrafin sözünün rus dilinə tərcüməsi

qrafin sözünün inglis dilinə tərcüməsi

qrafin sözünün fransız dilinə tərcüməsi

qrafin sözünün ləzgi dilinə tərcüməsi

"qrafin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qrafin nədir? #qrafin sözünün mənası #qrafin nə deməkdir? #qrafin sözünün izahı #qrafin sözünün yazılışı #qrafin necə yazılır? #qrafin sözünün düzgün yazılışı #qrafin leksik mənası #qrafin sözünün sinonimi #qrafin sözünün yaxın mənalı sözlər #qrafin sözünün əks mənası #qrafin sözünün etimologiyası #qrafin sözünün orfoqrafiyası #qrafin rusca #qrafin inglisça #qrafin fransızca #qrafin sözünün istifadəsi #sözlük