qrifon sözü azərbaycan dilində

qrifon

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qrifon • 61.7647%
  • Qrifon • 38.2353%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qrifon
Qrifon- bədən, quyruq və ayaq hissələri şir, başı və qanad hissələri qartal formasında təsvir olunan əfsanəvi varlıq. Qrifon – qrif sözündən olub yırtıcı quşların, eləcə də qartalın, şahinin yunanca səsləndirilməsidir. Bir çox qədim xalqlar qartalı Günəş və Səma Tanrısının rəmzi kimi qəbul ediblər. Yunanlar bu rəmzi quşu "qor", qədim misirlilər "xar", "qar" və yaxud "xeru" adlandırırdılar. Bu da ərəblərin "huru" (hürü) sözünün eynidir. Qədim Babilistanda yarı-qrif, yarı-insan olan əfsanəvi varlığa "karibu" deyirdilər. Yəhudilərə isə bu söz təhrif olunmuş "xuruvim" formasında keçmişdir. Qrifon-Qədim şərqdə, eləcə də Misir, Mesopotomiya, Şumer, Manna və başqa dövlətlərin mifologiyasında işlənirdi. Memarlığa təsir etmişdi. Tarixi mənbələrdə qrifonla bağlı bir çox məlumatlar vardır.
Qrifon (personaj)
Qrifon – Luis Kerrollun Alisa möcüzələr ölkəsində əsərinin qəhrəmanlarından biridir. Sınaq Tısbağasının həmkarıdır.
Palçıq qrifonu
Palçıq qrifonu (rus. грязевой грифон, ing. mud grifon) — palçıq vulkanları üzərində qaz, su və palçıq xaric edən kiçik çıxışlar, hündürlükləri 10-la sm-ə çatır.
Qrifonlu ev
Qrifonlu ev — Bakı şəhəri, Yusif Məmmədəliyev küçəsi, 20 ünvanında yerləşən, memar İ. V. Edelin layihəsi əsasında 1894–1896-cı illərdə B. Lazerevin sifarişi əsasında inşa edilmiş iki mərtəbəli malikanə tipli bina. Bina, memar İ. V. Edelin yaradıcılığında xüsusi yer tutur. Keçmiş Politseyskaya (indiki Yusif Məmmədəliyev) küçəsində yerləşən bu malikanə, başlanğıcda Lazarev ailəsinə məxsus olduğu guman edilir. Bunu binanın əsas frontonunda quraşdırılmış LB inisialı olan nəfis venzel təsdiqləyir. Bir müddət sonra, bu binaya tanınmış ticarətçi Akopov köçür və binanın birinci mərtəbəsində "Münch und Weiss" Ticarət Yoldaşlığını təsis edir. Azərbaycan Demokratik Respublikasının mövcudluğu illərində burada Gürcüstanın diplomatik nümayəndəliyi (həmin dövrdə Gürcüstanın Azərbaycandakı səfiri N. S. Alşibay idi) yerləşirdi. Sovet illərində burada bir çox məşhur bakılılar yaşayırdı. Bir zamanlar Qrifonlar evi yaxınlıqdakı Teatr institutunun əsas korpusuna birləşirdi, lakin həmin bina söküldükdən sonra, burada böyük boş ərazi yarandı və zamanla istifadəsizlikdən bu boşluq bataqlığa çevrildi. Müstəqilliyin əldə edilməsindən sonra, bu binada bir müddət Gürcüstanın səfirliyi yerləşirdi, ancaq bəzi səbəblərə görə səfirlik başqa yerə köçürüldü. Malikanə (mülk) tipdə olan yaşayış evi 1894–1896-cı illərdə memar İohann Vilhelmoviç Edel tərəfindən inşa edilmişdir.

qrifon sözünün leksik mənası və izahı

  • 1 neft geologiyasında qaz, neft, su və palçıq xaric edən konus formalı kiçik çalalar. Bu cür Q.-lar palçıq vulkanlarının yayıldığı sahələrdə daha çox olur və onların əsas konusu üzərində yerləşir.

    Neft terminlərinin izahlı lüğəti / qrifon
  • 2 Qaz, neft, su və palçıq tullayan konusvari çala və ya pilpilə (palçıq vulkanı aparatı). Q. adətən palçıq vulkanı konusu üzərində inkişaf edir. грифон grifon

    Geomorfoloji̇ termi̇nləri̇n i̇zahli lüğəti̇ / qrifon

qrifon sözünün etimologiyası

Oxşar sözlər

#qrifon nədir? #qrifon sözünün mənası #qrifon nə deməkdir? #qrifon sözünün izahı #qrifon sözünün yazılışı #qrifon necə yazılır? #qrifon sözünün düzgün yazılışı #qrifon leksik mənası #qrifon sözünün sinonimi #qrifon sözünün yaxın mənalı sözlər #qrifon sözünün əks mənası #qrifon sözünün etimologiyası #qrifon sözünün orfoqrafiyası #qrifon rusca #qrifon inglisça #qrifon fransızca #qrifon sözünün istifadəsi #sözlük