Qubanın ağ alması
"Qubanın ağ alması" — Azərbaycan xalq mahnısı. Mahnı məşhur müğənni Səxavət Məmmədov tərəfindən ifa olunduqdan sonra məşhurlaşmışdı.
== Haqqında ==
Bu mahnı ilə bağlı da folklor araşdırıcıları arasında müxtəlif fikirlər mövcud olsa da, əsas iki mövqe hakimdir:
Onların bir qisminin fikrincə "Qubanın ağ alması" misrasının heç də bu mahnının hansısa bir qubalı sənətkar tərəfindən deyilməsinə dəlalət etmir. Hər hansı bir azərbaycanlı el sənətkarı da ağ almanın Qubaya xüsusi şöhrət gətirməsi baxımından çıxış edib, onu öz deyiminə qafiyə kimi tərəf müqabili seçə bilərdi.
İkinci fikirdə olanlar isə mahnının məhz Qubada dünyaya gəlməsi fikrinə tərəfdardırlar.
Bəzi tədqiqatçıların fikrincə "Qubanın ağ alması" ilk dəfə Azərbaycan müğənnisi Cahan Talışinskayanın ifasından yazılmış və ifa edilmişdir. Qeyd edilir ki, o, bu mahnını Qubaya etdiyi qastrol səfərində eşitmişdir. Başqa bir versiyaya görə isə Cahan xanıma "Qubanın ağ alması" mahnısını akademik Mustafa bəy Topçubaşovun həyat yoldaşı olan qubalı qızı Reyhan xanım oxumuşdur.
== Sözləri ==
Qubanın ağ alması
I
Qubanın ağ alması,
Yeməyə var alması,
Yarım gələnə qalıb,
Yaramın sağalması.
II
Qubadan alma aldım,
Yarıma yola saldım.