* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2006 | •••••• | 0.45 |
2007 | •••••••••• | 0.85 |
2008 | •••••• | 0.49 |
2009 | •••••••••••••••••••• | 1.76 |
2010 | ••••••••••• | 0.91 |
2011 | •• | 0.17 |
2013 | ••••••••• | 0.73 |
2014 | •• | 0.17 |
2016 | •••• | 0.35 |
2017 | •••• | 0.33 |
2018 | ••••••• | 0.60 |
2019 | •• | 0.14 |
2020 | ••••• | 0.40 |
1 is. [ər.] hüq. Həddi-büluğa çatmamış uşaqlara, yaxud ruhi xəstəlik üzündən öz işlərini idarə etməyə qabil olmayan şəxslərə və onların mal və mülkünə nəzarət edən adam. [Ağa Mərdan:] O vaxtdan mən ona [Zeynəbə] özümü çox asanlıqla qəyyum edərəm. M.F.Axundzadə. [Mayor:] …Hacı olub dəli, dəliyə gərək qəyyum tikilə, … mən onu gözləyə bilmərəm. N.Vəzirov. Bu yetimlərə qəyyum olmağı özünə peşə qayırmışdı. Ə.Haqverdiyev. // məc. Vəkil. Uşaq mənimdir baba, dəxli nədir sizlərə? Kim sizi qəyyum edib, hökm edəsiz bizlərə? M.Ə.Sabir.
Azərbaycan dilinin izahlı lüğəti / qəyyum2 сущ. юрид. 1. опекун, душеприказчик. Qəyyumların vəzifəsi обязанности опекунов, qəyyum olmaq быть опекуном 2. перен. адвокат. Kim sizi qəyyum edib? Кто нанял вас адвокатом?
Azərbaycanca-rusca lüğət / qəyyumə. 1) azyaşlı və ya xəstə şəxsə nəzarət edən adam; 2) Allahın gözəl adlarından biri.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğətihər hansı şəxsi himayə edən. (Allahın epitetlərindən biri).
Azərbaycan kişi adlarının izahlı lüğəti