* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Bağlılıq, münasibət. Nəzəriyyə ilə təcrübə arasında rabitə. İşi ilə sözü arasında rabitə yoxdur. – Aldığım məktubla “sizi tanıyıram” sözü arasında sıxı bir rabitə vardı. S.Hüseyn. // Əlaqə, münasibət, irtibat. Rabitə xidməti. Canlı rabitə. Telefon rabitəsi. – [Müəllim:] Əlbəttə, həmişə kəndlə şəhərin arasında rabitə vacibdir. Ə.Haqverdiyev. 2. Texniki vasitələrin köməyi ilə müəyyən məsafədə əlaqə saxlayan idarələr sistemi (poçt, teleqraf, telefon, radio). Rabitə işləri. Rabitə şöbəsi. Rabitə işçiləri. // Hərbi hissələr arasında müxtəlif vasitələrlə həyata keçirilən əlaqə xidməti; irtibat. Rabitə rotası. – Rabitə batalyonu və 3-cü briqadanın qərargahının komendant hissəsi isə şəhərin müsəlmanlar yaşayan şimal-qərb səmtində yerləşdirilmişdi. İ.Şıxlı.
Azərbaycan dilinin izahlı lüğəti / rabitə3 ə. 1) iki şeyi bir-birinə bağlayan ip və s.; bağ, bənd; 2) münasibət, mənsubiyyət; 3) əlaqə; 4) cümlədə tərkibləri birbirinə bağlayan bağlayıcı.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / rabitə4 is. [ər. رابطت ] 1. Metroda: □ Sərnişin-maşinist rabitəsi – metro qatarında maşinist ilə sərnişinlər arasında əlaqəni təmin edən rabitə sistemi. 2. stat. □ Rabitə statistikası – rabitə müəssisələrinin sosial-iqtisadi və istismar fəaliyyətini, rabitə səbəkəsi və vasitələrinin inkisaf proseslərini öyrənən statistika sahəsi; □ Rabitə traktı – informasiya ötürən xüsusi kanalların tərtibi üçün texniki avadanlıq və rabitə xətləri kompleksi.
Yeni sözlər və yeni mənalar lüğəti / rabitə2 1. RABİTƏ, ƏLAQƏ, KOMMUNİKASİYA, TELEKOMMUNİKASİYA (uzaq rabitə), TELERABİTƏ (uzaq rabitə) 2. rabitə bax əlaqə I
Azərbaycan dilinin sinonimlər lüğəti / rabitə2 I сущ. связь: 1. взаимные отношения, взаимная обусловленность. Kənd təsərrüfatı ilə sənayenin rabitəsi связь между сельским хозяйством и промышленностью, elmlə istehsalat arasındakı rabitə связь между наукой и производством; şərti rabitə условная связь, müvəqqəti rabitə временная связь 2. согласованность, последовательность в соединении мыслей, в изложении, в речи. Sözlər arasındakı rabitə связь между словами, ifadələr arasındakı rabitə связь между фразами 3. связь, средства, с помощью которых осуществляются сношения и передача информации. Radiotelefon rabitəsi радиотелефонная связь, telefon rabitəsi телефонная связь 4. тех. передача и приём информации при помощи спец. средств. Arasıkəsilməz rabitə бесперебойная связь, birtərəfli rabitə односторонняя связь, ikitərəfli rabitə двусторонняя связь, daxili rabitə внутренняя связь, xarici rabitə внешняя связь, dəyişən rabitə переменная связь, sabit rabitə постоянная связь, rabitə kabeli кабель связи, rabitə kanalı канал связи, rabitə peyki спутник связи, rabitə xətti линия связи, xəbərdarlıq rabitəsi связь оповещения, şəhərlərarası rabitə междугородная связь, rabitə saxlamaq поддерживать связь; rabitəni bərpa etmək восстанавливать связь 5. совокупность учреждений, обеспечивающих связь техническими средствами (телеграф, почта, телефон, радио). Rabitə müəssisələri учреждения связи, rabitə qovşağı узел связи 6. служба, обеспечивающая связь между воинскими подразделениями (с помощью телефона, радио, посыльных и т.п.). Rabitə rotası рота связи II прил. связной (служащий для поддержания связи с какими-л. группами, воинскими частями и т.п.). Rabitə təyyarəsi связной самолёт, rabitə zabiti связной офицер, rabitə iti связная собака
Azərbaycanca-rusca lüğət / rabitə1 i. 1. tie, bond, link, connection; 2. communication; məntiqi ~ logical connection; sıx ~ yaratmaq to establish close links (with); teleqraf ~si telegraph communication; dəmiryol ~si railway communication / service; hava ~si aerial communication; müntəzəm hava ~si a regular air service
Azərbaycanca-ingiliscə lüğət / rabitə1 is. communication f ; ~ vasitələri ilə kəşfiyyat service m de renseignement par télécommunication ; ~ naziri Ministre de télécommunication
Azərbaycanca-fransızca lüğət / rabitə1 [ər.] сущ. 1. связь; алакъа; // связдин; 2. коммуникация; // коммуникациядин; 3. авсият.
Azərbaycanca-ləzgicə lüğəti / rabitə