Azərbaycanın kadastr rayonları
Azərbaycan Respublikasının dövlət torpaq kadastrı.
== Cəlilabad kadastr rayonu ==
Bu rayona eyniadlı inzibati rayonun düzləri və qismən dağətəyi əraziləri daxil edilmişdir. Ümumi sahəsi 102,3 min ha (Azərbaycan ərazisinin 1,2%-i) təşkil edir. Bu sahənin 24,5 min ha-nı əkin sahələri (23,9%), 19,2 min ha-nı çoxillik əkmələr (18,8%), 11,1 min ha-nı örüşlər (10,8%), 20,9 min ha-nı otlaqlar və biçənəklər (20,4%) təşkil edir. Kənd təsərrüfatı ehtiyacları üçün yararlı olan torpaqlar 76,2 min ha sahəni tutur.
Orta illik temperatur 14,1°, vegetasiya dövründə fəal temperaturlar cəmi 4300–4400° təşkil edir. İllik yağıntıların miqdan 400– 600 mm-ə bərabərdir. İl ərzində yağıntılar bərabər paylanmır, daha çox yazda və payızda düşür.
Ərazidə qəhvəyi, boz-qəhvəyi, çəmən-qəhvəyi və başqa torpaqlar yayılmışdır.
Ərazi üzüm yetişdirilməsi üçün əlverişlidir.