yaponlar sözü azərbaycan dilində

yaponlar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yaponlar • 56.0403%
  • Yaponlar • 43.9597%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yaponlar
Yaponlar (yap. 日本人 nihoncin/nipponzin) — Yaponiya əhalisinin 98 % çoxunu təşkil edirlər. Yaponlar yapon dilində danışırlar. Dünyada sayları 130 milyon nəfər təşkil edir. Bundan 127 milyonu Yaponiya, 1,2 milyonu ABŞ (Kaliforniya və Havay adaları), 1,5 milyonu Braziliya, 99 mini Kanadada yaşayır. Yaponlar Avropa, Asiya, Avstraliya və Amerika ölkələrində belə yaşayırlar. Yaponların böyük əksəriyyəti Yaponiya ərazisində yayılmışlar. Dövlətin keçmiş adı Yaponiya imperiyası ("Day Hippon" yap. 大日本) olmuşdur. Yapon dilindən hərfi mənası "Böyük Yaponiya" adlanır.
Braziliya yaponları
Braziliya yaponları (yap. 日系ブラジル人, nipo-brasileiro; port. nipo-brasileiro) — Cənubi Amerika qitəsində yerləşən Braziliyada məskunlaşmış yapon əsilli əhali. Braziliyada 2,000,000 nəfərə yaxın yapon əsilli vətəndaşın yaşadığı təxmin edilir. Bu rəqəm ölkə əhalisinin 1 % təşkil edir. İlk yapon icması 1908-ci ildə Braziliyaya gəlib. Bu gün Yaponiyadan sonra ən çox yaponların yaşadığı ikinci ölkə Braziliyadır. == Tarixi == === Arxa plan === XIX əsrin sonları XX əsrin əvvəllərində qəhvə Braziliyanın əsas ixrac məhsulu hesab olunurdu. XIX əsrdə fermerlər öz plantasiyalarında əsasən Afrikadan olan qara dərililərin əməyindən istifadə edirdilər. 1850-ci ildə ölkədə qul əməyindən istifadənin qadağan edilməsindən sonra bu üsul aradan qalxdı.
CAR yaponları
CAR yaponları (yap. 在南アフリカ日本人) - Cənubi Afrika Respublikasıda yaşayan yapon icmasına verilən ümumi ad. Əsasən Yohannesburq və digər əsas şəhərlərdə yaşayırlar. == Tarixi == Yaponların CAR-a miqrasiyası CAR aparteid rejimində olarkən ən Yaponiyanın onun ən böyük ticarət partnerinə çevrildiyi vaxt başlamışdır. CAR ilə Yaponiya arasındakı ticarət paktına əsasən 1960-cı illərdə CAR-da yaşayan yaponlara fəxri ağ statusu verilmişdir. Yaponlara bu cür statusun verilməsini baş nazir Hendrik Fervrud müəyyənləşdirmişdir, çünki bu paktdan sonra yaponların biznes dalınca ölkəni daha çox ziyarət edəcəklərindən yaponlara da digər etnik qruplar kimi davranılmasını lazımsız hesab etmişdir. Aparteidlə olan ziddiyyətə görə rejimə qarşı olan partiya və siyasətçilər yaponlara niyə bu cür statusun verildiyini sorğulamışdırlar. Qanun bütün yaponlara digər ağların malik olduğu bütün hüquqları (səsvermə və əsgərlikdən yayınma istisna olmaqla) vermişdir. Aparteid başa çatandan sonra yaponların CAR-a miqrasiyasında azalma müşahidə olunmuşdur. == Təhsil == CAR-da bir yapon beynəlxalq məktəbi – Yohannesburq Yapon Məktəbi yerləşir.
Havay adaları yaponları
Havay adaları yaponları (ハワイの日本人, Hawai no nihonjin) və ya nadir hallarda Kepani (ケパニ) – Havay adalarında ikinci ən böyük etnik qrup. Yaponlar ilk dəfə Havay adalarına 5 may 1806-cı il tarixində İnavaka-maru gəmisinin göyərtəsində gəlmişdirlər. İlk yapon imiqrant qrup isə 1866-cı ildə amerikalı Yucin Miller Van Ridin başçılığı altında Havay adalarına şəhər plantasiyalarında işləmək məqsədilə yerləşmişdir. 1869-1885-ci illərdə Havay adalarına immiqrasiya qadağan olunmuşdur. Qadağandan sonra 153 nəfər yapondan ibarət ilk qrup 8 fevral 1885-ci ildə Havay adalarına gəlmişdir. 1920-ci ildə onlar Havay əhalisinin 43%-ni təşkil edirdilər. 2000-ci ilin statistikasına görə isə indi bu rəqəm 16,7% təşkil edir. ABŞ qarışıq milliyətə malik insanları ayrıca saydığından, yaponmənşəli insanların əsl sayının daha çox olduğu güman olunur. Hazırda Havay adalarındakı yapon məktəbləri dövlət tərəfindən tələb olunan məcburi təhsilin ən yüksək pilləsi olan tamamlayıcı təhsili də verir. Havay Yapon Məktəbi "Rainbow Gakuen" həftəsonu tamamlayıcı yapon məktəbidir.
Nyu-York yaponları
Nyu-York yaponları (ニューヨークにおける日本人) – ABŞ-nin Nyu-York şəhərindən olan yapon əsilli şəxslər. Bu qrupa həm yapon immiqrantlar, həm də Nyu-York şəhərində doğulmuş yapon əsilli şəxslər daxildir. Nyu-York şəhərinə ilk yapon mühacirlər XIX əsrin sonuncu rübündə gəliblər. Onlar əsasən kişilərdən və orta sinifdən olan işçilərdən ibarət idilər. 1876-cı ildə altı yapon biznesmen ticarətlə məşğul olmaq üçün Nyu-York şəhərinə gəlmişdir. Növbəti 20 il ərzində şəhərə yapon iş adamları gəlməyə davam etmiş və bəziləri şəhərin daimi sakini olmuşdurlar. Buna baxmayaraq, yaponların Nyu-Yorka miqrasiyası ABŞ və Yaponiya hökumətləri tərəfindən məhdudlaşdırılmış şəkildə davam etmişdir. 1890–91-ci illərdə Nyu-York şəhərində 600 yapon yaşayırdı. Onların yarısından çoxu Bruklində yaşayır və Bruklin donanma verfində işləyirdi. 1890-cı illərin ortasından etibarən şəhərdə yaponların sayı artmağa başlamışdır.
Yaponlarla yəhudilərin qohumluq nəzəriyyəsi
Yaponlarla yəhudilərin qohumluq nəzəriyyəsi (日ユ同祖論, Nichiyu Dōsoron) — ilk dəfə XVII əsrdə ortaya atılan və yaponların əslində İsrailin itmiş on qəbiləsindən biri olduğunu iddia edən marginal nəzəriyyədir. Digər versiyaya görə isə yaponlar əslində yəhudi nestorianların bir qəbiləsinin davamçılarıdırlar. Bu nəzəriyyənin bəzi versiyaları bütün yaponlara şamil edilsə də, bəziləri sadəcə spesifik qrupa aid edilə biləcəyini iddia edir. Tədqiqatçı və müəllif Con Entin DNT testinin yaponlarla yəhudilər arasında əhəmiyyətli əlaqələrin olmadığını göstərdiyini vurğulamışdır. Kəşflər dövründə avropalı səyyahlar qarşılaşdıqları ilk xalqları İtmiş on qəbilə ilə əlaqələndirməyə və xristian missionerlərə təqdim etməyə çalışmışdılar. İtmiş qəbilələrin Şərqi Asiyada olduğunu iddia edən ilk şəxs missioner və tərcüməçi olan Joao Rodriges (1561-1634) olmuşdur. 1608-ci ildə o, çinlilərin əslində İsrailin itmiş on qəbiləsinin davamçıları olduğunu iddia etmişdir. O inanırdı ki, çinlilər konfutsiçi və laoçu ideyaları iudaizmdən götürüblər. Yaponiya tarixindən bəhs edən kitabında o, Yaponiyanın biri Çindən, digəri Koreyadan olmaqla iki dalğa üzrə məskunlaşıldığını iddia etmişdir. Yaponlarla yəhudilər arasında ortaq əcdad nəzəriyyəsi Yaponiyada missioner olan şotland Nikolas Makleod tərəfindən XIX əsrdə populyarlaşdırılmışdır.
Yeni Zelandiya yaponları
Yeni Zelandiya yaponları və ya yapon əsilli yeni zelandiyalılar (日系ニュージーランド人, Nikkey Nyucirandocin) – Yeni Zelandiya dövlətinin ərazisində yaşayan yapon əsilli şəxslər. Bu qrupa həm yapon immiqrantlar, həm də Yeni Zelandiyada doğulmuş yapon əsilli şəxslər daxildir. Yeni Zelandiyaya gələn ilk yaponlar sirk sənətçiləri olmuşdurlar. 1874-cü ildə Yaponiyadan gələn akrobatlar və güləşçilər Yeni Zelandiyada çıxış etmişdirlər. 1880-ci illərdə Yaponiyaya məxsus donanma gəmiləri Yeni Zelandiyaya səfərlər etmişdir. Yaponiyanın gəmi kapitanlarından biri maori kralı Tafiaoya samuray zirehi təqdim etmişdir. 1886-cı ildə Yaponiya jurnalisti Şiqa Şiqetaka Yeni Zelandiyaya səfər etmiş və ölkədəki irqi ayrı-seçkilik haqqında yazmışdır. Te Ati Ava ivisinin lideri və Yeni Zelandiya siyasətçisi olan Vi Tako Nqatata onunla görüşmüş və ona lələk plaşı hədiyyə etmişdir. XIX əsrdə ancaq iki yapon Yeni Zelandiyada məskunlaşmışdır. 1890-cı ildə Blaff limanına çatan Asaciro Noda Yeni Zelandiyada məskunlaşan ilk yapon olmuşdur.
Yaponların Havay Adalarına Miqrasiyası Muzeyi
Yaponların Havay Adalarına Miqrasiyası Muzeyi (日本ハワイ移民資料館, Nihon Havay İmin Şiryokan) – Yaponiyanın Yamaquçi prefekturasının Suo-Oşima qəsəbəsində yerləşən muzey. Yaponların Havay adalarına miqrasiya tarixinə həsr olunmuşdur. 1885–1894-cü illərdə Suo-Oşimadan Havay adalarına 3.913 yapon şəxs miqrasiya etmişdir və onların bir çox davamçısı Havay adalarında yaşamağa davam edir. Muzey yaponların Havay adalarına miqrasiya tarixini və onların yaşadıqları çətinlikləri işıqlandırmaq məqsədilə 8 fevral 1999-cu ildə (ilk yapon miqrant qrupunun Havay adalarına çatdığı 8 fevral 1885-ci il tarixi münasibətilə) açılmışdır. Muzey üçün eksponatların yığılması prosesi 1995-ci ildə başlamışdır. Muzey Kaliforniyaya miqrasiya etmiş Çouemon Fukumotoya məxsus olmuş ikimərtəbəli iqamətgahda yerləşir. O, 1924-cü ildə Suo-Oşimaya qayıtmış və 1928-ci ildə bu binanı tikdirmişdir. Fukumoto binanın tikintisində istifadə olunacaq materiallar üçün özü şəxsən Tayvana getmişdir. Qərb və yapon memarlıq üslublarının vəhdətinə malik binanın tikintisi həmin dövrdə 30.000 yen məbləğinə başa gəlmişdir. Binanın ümumi döşəmə sahəsi 442 m2 təşkil edir.
Anım Günü (ABŞ yaponları)
Anım Günü (追憶の日, Tsuioku no hi) – İkinci Dünya müharibəsi zamanı ABŞ yaponlarının internasiyasının xatirəsini anma günü. Hər ilin 19 fevral tarixində ABŞ yaponları tərəfindən qeyd olunur. ABŞ prezidenti Franklin Ruzvelt 19 fevral 1942-ci ildə 9066 saylı qərarnaməni imzalamış və bu sənəd ABŞ yaponlarının internasiyası üçün hüquqi əsas olmuşdur. == Tarixi == === İlk tədbir === İlk Anım Günü 25 noyabr 1978-ci ildə Sietl şəhərinin yerli yaponəsilli sakinləri tərəfindən keçirilmişdir. Məqsəd internasiya qurbanları üçün kompensasiyanın ödənilməsi və hökumətin üzr istəməsi məsələlərində medianın diqqətini cəlb etmək və ictimai dəstəyi qazanmaq idi. Çinəsilli ABŞ aktivisti Frenk Çinin təşəbbüsü ilə təşkilatçılar Anım Gününü fevral yox, noyabr ayında keçirilməsinə qərar vermişdilər. Fren Çin film prodüseri Frenk Abe, Yaponəsilli Amerikalılar Vətəndaş Liqası üzvü Henri Miyatake və digərləri ilə əməkdaşlıq edərək Anım Gününün tədbirlərini planlaşdırılmışdır. 2000-dən çox iştirakçı Siks stadionunda görüşərək 1942-ci ildə yaponəsilli amerikalıların toplanıldığı keçmiş Harmoniya düşərgəsinə yürüyüş etmişdirlər. İştirakçılar 1942-ci ildə internasiya olunmuş şəxslərin taxdıqlarına oxşar olan sarı etiketlər taxmışdılar. Monika Sone, Qordon Hirabayaşi, Şosuke Sasaki, aktyor Pat Morita kimi şəxslər tədbirdə çıxış etmişdirlər.

"yaponlar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yaponlar nədir? #yaponlar sözünün mənası #yaponlar nə deməkdir? #yaponlar sözünün izahı #yaponlar sözünün yazılışı #yaponlar necə yazılır? #yaponlar sözünün düzgün yazılışı #yaponlar leksik mənası #yaponlar sözünün sinonimi #yaponlar sözünün yaxın mənalı sözlər #yaponlar sözünün əks mənası #yaponlar sözünün etimologiyası #yaponlar sözünün orfoqrafiyası #yaponlar rusca #yaponlar inglisça #yaponlar fransızca #yaponlar sözünün istifadəsi #sözlük