rayonu sözü azərbaycan dilində

rayonu

Yazılış

  • rayonu • 96.9682%
  • RAYONU • 2.0963%
  • Rayonu • 0.9355%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hacıqabul rayonu
Hacıqabul rayonu — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. 1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə yaradılan yeni ərazi-inzibati vahidlərdən biridir. == Şəhər və iri qəsəbələrin adları == Rayonda 31 yaşayış məntəqəsi var. Bunlardan 1 şəhər, 1 şəhər tipli qəsəbə, 4 qəsəbə və 25 kənddir. Rayonda 15 inzibati ərazi vahidi, 5 tibb müəssisəsi, 55 mədəniyyət ocağı var. == Sərhəd rayonların, ölkələrin adları == Abşeron, Qobustan, Şamaxı, Ağsu, Kürdəmir, Sabirabad, Salyan rayonları, Şirvan, Bakı şəhərləri. == Tarixi == Böyük İpək yolu üzərində yerləşən Hacıqabul zamanın müxtəlif dövlərində müxtəlif adlarla mövcud olmuşdur. Sasanilər dövründə Qafqaz Albaniyasının bu mühüm strateji məntəqəsi Güstasib adlanmışdır. Hülakilər dövründə Mahmudabad sonrakı dövrlərdə Həcc ziyarəti ilə əlaqədar Hacıqabul adını daşımağa başlamışdır. Deyilənlərə görə Həcc ziyarətinə yola düşən zəvvarlar Hacıqabul gölünün Şərq sahilində olan karvansaraydan yola düşür, ziyarəti başa vurduqdan sonra qarşılanma mərasimində "Həccin qəbul" deyə mübarəkdarlıq edərlərmiş.
Hadrut rayonu
Hadrut rayonu — keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil olan Azərbaycan rayonlarından biri, 26 noyabr 1991-ci ildə ləğv edilmiş və ərazisi Xocavənd rayonunun tərkibinə verilmişdir. Hadrut farsca iki çay arası deməkdir. Dizaq rayonu. Bu rayonun tərkibində 5 nahiyə (Hadrut, Tuğ, Xozabyurd, Arakül, Edilli) və 48 kənd var idi;1939-cu il avqustun 17-də Ceraberd rayonu Mardakert, Dizaq rayonu isə Hadrut rayonu adlandırılmışdır.
Hil rayonu
Qusar rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Qusar şəhəridir. Böyük Qafqaz dağlarının ətəyində yerləşir. Dünyada Ləzgilərin kompakt yaşadığı ən böyük rayon və eyni zamanda Azərbaycanda sayıca üstünlük təşkil etdiyi yeganə rayon. Ümumi ərazisi 1 542 km². Əhalinin ümumi sayı 101 687 nəfər. Kəndlərin sayı 92 . Bakı şəhərindən məsafəsi 180 km-dir. == Tarixi == === Rusiya imperiyası ilə mübarizə === 1837–1839-cu illərdə Qusarın ərazisində İmam Qazi Muhamməd Xuluqvi və Abrek Əli Hilivi rəhbərliyi ilə Rus çarına qarşı üsyanlar baş verdi. Qusar bölgəsinin bütün sixilləri bu üsyanda iştirak elədi, ümumilə 12.000 insan var idi.
Hümbətov rayonu
Hümbətov rayonu – Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublkasının rayonlarından biri. == Coğrafiyası == Rayonun sahəsi 730 km², inzibati mərkəzi Mexelta kəndidir. == Əhalisi == Rayonun əhalisi 22.388 nəfərdir (2015-ci il).
Kabarda rayonu
Kabarda mahalı — Rusiya imperiyası, Terek vilayətinin 1860–1870-ci illərdə mövcud olan inzibati ərazi vahidi. Mahal tarixi Kabarda vilayətinin bir hissəsini əhatə edirdi. Onun ərazisində mahalının əhalisinin əsas hissəsini düzən ərazilərdə yaşayan kabardalılar və dağətəyi və dağlıq ərazilərdə yaşayan balkarlar təşkil edirdi. Buna baxmayaraq, mahal ərazisində köçürülmə kazak kəndləri də var idi. Mahal 1870-ci ildə ləğv edilərək Georgiyevski rayonuna birləşdirildi. == Coğrafi yerləşməsi == Şimali Qafqazın mərkəzi hissəsində, müasir Kabardiya-Balkar ərazisinin çox hissəsini əhatə edən Terek, Baksan, Çeqem, Çerek, Urux və Malka çaylarının hövzəsində yerləşirdi. Mahala: Böyük Kabarda, Kiçik Kabarda və Balkariya kimi tarixi ərazilər daxil idi. Sərhədləri şimalda Stavropol vilayəti, şərqdə Osetiya mahalı, şimal-şərqdə İnquş mahalı, cənubda Qafqaz silsiləsi boyunca Tiflis quberniyası, qərbdə Kuban bölgəsinə qədər uzanırdı. == Tarixi == 1860-cı ildən Rusiya imperiyası Şimali Qafqazda yeni inzibati ərazi islahatı həyata keçirdi. Nəticədə həmən il imperator II Aleksandrın fərmanı ilə Terek vilayəti yaradıldı.
Kadamjay rayonu
Kadamjay rayonu (qırğ. Кадамжай району) — Qırğızıstan Respublikasının Batken vilayətinin üç rayonundan biridir. Rayonun inzibati mərkəzi Batken şəhəridir (2012-ci ilə qədər inzibati mərkəz Pulqon kəndi idi). == Coğrafiya == Qərbdə Özbəkistanın Sox rayon eksklavı və Batken vilayətinin Batken rayonu, şərqində və cənubunda Qırğızıstanın Oş vilayəti, şimalında Özbəkistanın Fərqanə vilayətinin Fərqanə rayonu ilə həmsərhəddir. Bölgə Özbəkistanın Fərqanə vilayətinin Fərqanə rayonuna aid olan Şahimərdan eksklavının ərazisini də əhatə edir. == Tarix == 2 mart 1938-ci ildə Xalmion rayonu olaraq yenidən təşkil edilir. 19 oktyabr 1940-cı ildə rayonun adı Frunzen rayonu olaraq adlandırılır. 26 noyabr 1959-cu ildə ləğv edilmiş Üç-Korgon rayonu ərazisinin bir hissəsi Kadamay rayonuna birləşdirildi. 1992-ci ildə isə rayonun adı müasir adını alır. == Əhali == Qırğızıstanda aparılan 2009-cu il siyahıyaalınmasına görə, qırğızlar rayonun 157.597 sakinindən 116.312 nəfərini (ya da 73.8%), taciklər 19.448 nəfərni və ya 12.3%-ni, özbəklər - 19.163 nəfər və ya 12.2%, ruslar - 1239 nəfər və ya 0.8% , Türklər - 318 nəfər və ya% 0,2, tatarlar - 245 nəfər və ya% 0,2, hemşillər - 232 nəfər və ya % 0,2-ni təşkil edir.
Kalinino rayonu
Vorontsovka rayonu, Kalinino rayonu — Ermənistan Sovet Sosialist Respublikasında və Ermənistan Respublikasında mövcud olmuş inzibati-ərazi vahidi. Qərbi Azərbaycanın Loru mahalının Dağlıq Borçalı ərazisində yerləşirdi. Daha sonra Tiflis quberniyasının Borçalı qəzasının tərkibində olmuşdur (1880-1922). 31 dekabr 1937-ci ildə təşkil edilmişdir. 1991-ci ildə adı dəyişdirilmiş və Taşir rayonu adlıandırılmış, 5 noyabr 1995-ci ildə isə ləğv edilərək ərazisi yeni yaradılmış Loru mərzinin tərkibinə qatılmışdır. Ərazisi 690 kv.km-dir. Rayon mərkəzi Vorontsovka qəsəbəsidir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 174 km-dir. Rayonun Soyuqbulaq kəndi yaxınlığında Armudlu və Qaçaqqıran dərələrində əsrlərin yadigarı olan Soyuqbulaq qayaüstü rəsmləri var. Bu rəsmlər Qobustan qayaüstü rəsmlərini xatırladır.
Kalininski rayonu
Kalininski rayonu (rus. Калининский район) — Rusiya Federasiyası, Krasnodar diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Kalininskaya kəndidir. == Coğrafiyası == Krasnodar diyarının şimal-qərb hissəsində yerləşir. Rayonun şərqində Timaşevski rayonu, cənubunda — Dinski və Krasnoarmeyski rayonları, uzaq qərbində Slavyanski, şimalında — Primorsko-Axtarski rayonları yerləşir. Rayonun sahəsi 151 605 ha-dır. Sərhədlərin ümumi uzunluğu 300 kilometrdir. === Relyef === Rayon ərazisinin relyefi düzəndir, Kuban-Priazov ovalığı ilə məhdudlaşmışdır. Şərq və şimali-şərqdə şumlanmış qaratorpaq çölləri geniş ərazi tutur. == Əhali == Əhalinin ümumi sayı — 50,370 nəf.
Kaltasin rayonu
Kaltasin rayonu (başq. Ҡалтасы районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Kaltası kəndidir. == Coğrafi yerləşməsi == Başqırdıstanın şimal-qərbində yerləşir. Rayonun ərazisi 1564 km² təşkil edir. Ərazisi şimaldan cənuba 47 km, şərqdən qərbə 63 km məsafədə uzanır. Şimalda Yanaul, şərqdə Buraev, cənubda Dyurtyurlin, qərbdə Krasnokamski rayonu ilə sərhədlənir. İqlimi kontinental, isti və bir az quraqdır. Ərazisində əsasən boz meşə torpaqları geniş sahə tutur. İynə və geniş yarpaqlı meşələr ərazisinin 33,6 % tutur.
Kaybiç rayonu
Kaybiç rayonu (tatar. Кайбыч муниципаль районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın qərbində yerləşir. İnzibati mərkəzi Böyük Kaybiç kəndidir. == Coğrafiyası == Respublikanın Zelenodol, Yuxarı Oslan, Apas rayonları və Çuvaşıstan (Urmarski, Yantikovski, Kanaşski, Komsomolski, Yalçikski rayonları) ilə həmsərhəddir. Ən böyük çay Sviyaqadır. Ümumi uzunluğu 30 km-dən çox olan digər böyük çaylar (Sviyaqa hövzəsi): Bunya, Birlya, Uryum, Biya, Çeremşan, İmelli, Al. Sviyaqanın sağ sahilində Müqəddəs Qeorqe dağları yerləşir. Hazırda bölgədə neft yataqları bağlı kəşfiyyat işləri aparılır. == Tarixi == 1920-ci ilə qədər rayon Sviyajsk və Təteş qəzalarına, 1920-1927-ci illərdə yalnız Sviyajsk kantonuna aid idi.
Kaytaq rayonu
Qaytaq rayonu – Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasında inzibati ərazi vahidi. == Coğrafiyası == Rayonun sahəsi 699 km², inzibati mərkəzi Məcəlis kəndidir. == Əhalisi == 2002-ci ildə aparılmış siyahıya almaya əsasən rayonun 26.870 nəfər əhali yaşayır. Bu siyahıya almaya əsasən əhalisinin sayına görə rayonun ən iri yaşayış məntəqəsi Macalis kəndidir (5.766 nəfər). 1989–cu ildə aparılmış siyahıya almaya əsasən rayon əhalisinin 75%-ni darginlər, 9%-ni qumuqlar, 16%-ni isə digər xalqlar təşkil edir. == Kəndləri == Rayonda 46 yaşayış məntəqəsi var və onların hamısı kənd tipli yaşayış məntəqəsidir.
Kazbek rayonu
Kazbek rayonu – Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri. == Coğrafiyası == Rayonun sahəsi 560 km², inzibati mərkəzi Dılım kəndidir. == Əhalisi == Rayonun əhalisi 45.772 nəfərdir (2015-ci il).
Kazığurt rayonu
Kazığurt rayonu (qaz. Қазығұрт ауданы) — Qazaxıstan Respublikasının Türkistan vilayətinin (keçmiş Cənubi Qazaxıstan vilayətinin) rayonu. İnzibati mərkəz Kazığurt şəhəridir. == Tarixi == 1928-ci ildə Leninski rayonu quruldu. Rayonun mərkəzi Turbat kəndi idi, sonra mərkəz Şarapxan kəndinə verildi. 1931-ci ildən bəri inzibati mərkəz Kazığurt kəndidir. Daha sonra Lenger şəhəri mahalın mərkəzi oldu və 2 yanvar 1967-ci ildə Leninskoye kəndinə köçürüldü. 4 may 1993-cü ildə Qazaxıstan Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Leninski rayonu Kazığurt rayonu olaraq dəyişdirildi == Coğrafiyası == Sahə 4.8 min km²-dir. Relyefi əsasən dağlıqdır (Kazığurt, Karjantau, Ugam silsilələri), qərbdə, şimal-qərbdə dağlıq-yastı. İqlim kontinentaldır.
Keriya rayonu
Keriya rayonu (Uyğurca: كېرىيە ناھىيىسى, Kériye Nahiyisi, Keriyə Nah̡iyisi, Çincə: 于田县/於田縣; Pinyin: Yútián Xiàn) — Çin Xalq Respublikası ərazisində yerləşən, Sintszyan-Uyğur Muxtar Rayonunun cənubunda yerləşən, Hotan regionuna aid rayondur. == Yerləşməsi == Qərbində Zira rayonu, şimalında Sayar rayonu, şərqində Niya rayonu və cənubunda Tibet Muxtar Vilayəti yerləşmişdir. Bu bölgədən axan Keriya çayı və Keriya qəsəbəsi rayonda yerləşmişdir. Qərbi Han sülaləsi dövründə xaraba qalan şəhərlər oaln Yuanşa və ya Şumbulak Qum (Çincə: 圆沙古城, Yuansha gucheng) burada yerləşir. Keriya qəsəbəsinin 170 kilometr şimalındakı Tonqquzbastidə (T'ung-ku-tzu-pa-ßu-t'e) digər uyğurlardan çox fərqli dinə mənsub olan təxminən yüzə yaxın Uyğur ailəsi yaşayır. == Qəsəbə və kəndlər == Keriya ərazisi iki qəsəbə (镇 zhen), on üç çöl diyarı (乡 xiāng) və üç xüsusi çöl diyarı (虚拟 乡) kimi məskunlaşma vahidlərindən təşkil olunmuşdur. Mahalın əsas mərkəzi Keriya bir vahə sahəsidir. == Tarixi == Han sülaləsi dövründə Keriya ərazisində yaradılmış krallığa Jumi (拘 彌) adı verilmişdir. Juminin (Keriya ərazisi) Ninqmi (寧 彌) əsas mərkəzi hesab olunurdu. Bu krallıq Liuzonqdan (Lukçun) 4900 li (2037 km), Aide (qərb bölgəsindən) yaşayış məntəqəsindən və Luoyanqdan (洛陽 市) 12800 li (5325 km) uzaqlıqda yerləşmişdir.
Keç rayonu
Keç rayonu — Pakistanın Bəlucistan əyalətində rayon.İnzibati məkəzi Turbat şəhəridir.Əhalisi 909,916 nəfərdir (2017).
Keşişkənd rayonu
Keşişkənd rayonu, Mikoyan rayonu, Yeğeqnadzor rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Dərələyəz mahalı ərazisində rayon. Mərkəzi Keşişkənd şəhəridir. == Tarixi == 1931-ci il oktyabrın 15-də yaradılıb. 1935-ci il yanvarın 3-nə kimi Keşişkənd rayonu, həmin tarixdən 1957-ci il dekabrın 6-na kimi Mikoyan rayonu, ondan sonra isə Yeğeqnadzor rayonu adlandırılıb. Ərazisi 1134 kv km-dir. Rayon mərkəzi Keşişkənddir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 122 km-dir. Keşişkənd rayonunu Göyçə mahalından Səlim kəndi ayırır. Rayon ərazisindən Arpa və Herher çayları axır. Bir tərəfdən Basarkeçər yaylağı, digər tərəfdən isə Dərələyəz dağ silsiləsi ilə əhatələnmişdir.
Keşlə rayonu
Nərimanov rayonu — Bakıda rayon. Nəsimi, Xətai, Nizami, Binəqədi və Sabunçu rayonları ilə həmsərhəddir. Keçmiş adı Keşlə rayonu olmuşdur. Bakı şəhərinin mərkəzi rayonlarından biri olan Nərimanov rayonunun yaradılmasının əsası 1941-ci ildə qoyulmuşdur. Rayonun ərazisi 20,17 km², əhalisi 179800 nəfərdir. Rayon əhalisinin 179800 nəfərini, yəni 49.5 faizini kişilər, 50.5 faizini qadınlar təşkil edir. Rayon ərazisində işğal olunmuş rayondan məcburi köçkünlər yaşayır. Bunlardan 13124 nəfər məcburi köçkün bu günədək rayon İcra Hakimiyyətində qeydiyyatdan keçmişdir. Nərimanov rayonunda 8 ali, 2 orta ixtisas təhsili müəssisələri, 3 peşə məktəbi fəaliyyət göstərir. Rayonda yerləşən 19 tam orta məktəb, 3 lisey, 1 gimnaziyada 31192 şagird təhsil alır.
Korenovski rayonu
Korenovski rayonu (rus. Кореновский район) — Rusiya Federasiyası, Krasnodar diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Korenovsk şəhəridir. == Coğrafiyası == Korenovski rayonu Krasnodar diyarının mərkəzində yerləşir. Ərazinin sahəsi 1426 km²-dir. Bölgənin iqlimi mülayim kontinentaldır. == Tarix == Korenovski rayonu 2 iyun 1924-cü ildə Cənub-Şərq vilayətinin Kuban dairəsinin bir hissəsi olaraq qurulur. Buraya Kuban-Qara dəniz vilayətinin ləğv edilmiş Krasnodar bölməsinin ərazisinin bir hissəsi daxil idi. Əvvəlcə rayona 19 kənd şurası daxil idi: Anapski, Babiçe-Korenovski, Babiçe-Çernigovski, Beysuqski, Beysujenski, Berezanski, Bratkovski, Buzinovski, Burakovski, Vıselkovski, Dyadkovski, Juravski, İnoqorodne-Malevanı, Kazaçe-Malevannı, Novosuvorovski, Plastunovski, Platnirovski, Razdolnenski. 16 noyabr 1924-cü ildən bu rayon Şimali Qafqaz diyarının, 10 yanvar 1934-cü ildən Azov-Qara dəniz diyarının bir hissəsi idi.
Kuqərsen rayonu
Kuqərsen rayonu (başq. Күгәрсен районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Morak kəndidir. == Coğrafiyası == Rayon respublikanın cənubunda, Aqidel çayının sol sahilində, Orenburq vilayəti ilə həmsərhəddir. 1930-cu ildə təsis edilmişdir. Rayonun ərazisi 3372.64 km²-dir. Rayon şimal, mərkəzi və şərq hissələri Zilair yaylası və hündürlüyü 740 m-ə qədər olan dağlarla əhatələnmişdir. Qərbdən Ümumi Sırtın 590 m-ə qədər olan şimal qayaları ilə əhatələnir. İqlimi mülayim kontinental, isti və quraqdır. Hidroqrafik şəbəkə Aqidel çayı və onun qolları olan İrtyubyak, Böyük İk, Kiçik İk, İnyak, Nakas ilə formalaşır.
Kurax rayonu
Qürah rayonu — Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri. == Coğrafiyası == Rayonun sahəsi 740 km², inzibati mərkəzi Qürah kəndidir. == Əhalisi == Rayonun əhalisi 15.139 nəfərdir (2015-ci il).
Kurqaninski rayonu
Kurqaninski rayonu (rus. Курганинский район) — Rusiya Federasiyası, Krasnodar diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Kurqaninsk şəhəridir. == Coğrafiyası == Qərbdə Adıgeyin Koşexabl və Şovgenov rayonları ilə, şimal-qərbdə Ust-Labinski rayonu ilə, şimalda Tiflis və Qulkeviçski rayonları ilə, şərqdə Novokubanski rayonu ilə, cənubdan Krasnodar diyarının Labinski rayonu ilə həmsərhəddir. == Tarix == Rayon 2 iyun 1924-cü ildə Cənub-Şərq vilayətinin Armavir dairəsinin bir hissəsi olaraq meydana gəlir. Buraya Kuban-Qara dəniz diyarının ləğv edilmiş Armavir dairəsi ərazisinin bir hissəsi daxil idi. Əvvəlcə rayona 4 kənd sovetliyi daxil idi: Bezvodnix Xutorov, Konstantinovski, Çetıryox Xutorov Soyuz, Staromixaylovski. 16 noyabr 1924-cü ildən rayon Şimali Qafqaz diyarına daxildir. 6 noyabr 1929-cu ildə ləğv edilmiş Petropavlovsk rayonunun ərazisi rayonun bir hissəsi olur. 10 yanvar 1934-cü ildən rayon Azov-Qara dəniz diyarının bir hissəsi olur.
Kurçaloyevski rayonu
Kurçaloyevski rayonu (Chech. Курчалойн кӏошт) - Rusiya Federasiyasının Çeçenistan Respublikasının tərkibindəki inzibati ərazi vahidi və bələdiyyədir (bələdiyyə rayonu). İnzibati mərkəz Kurçaloy şəhəridir. == Coğrafiya == Rayon Çeçenistanın şərq hissəsində, respublikanın dağətəyi zonasında yerləşir. Cənub-şərqdə Naji-Yurt rayonu ilə, şimaldan və şimal-şərqdən Qudermes bölgəsi ilə, qərbdən Şali bölgələri ilə və cənubdan Vedeno bölgəsi ilə həmsərhəddir. Rayonun sahəsi - 505 km². Ərazinin uzunluğu qərbdən şərqə orta hesabla 35 km, şimaldan cənuba 30 km təşkil edir. == Tarixi == Kurçaloy mahalı Çeçen-İnquş Muxtar Vilayətinin Mərkəzi İcraiyyə Komitəsinin 23 yanvar 1935-ci il tarixli qərarı ilə Kurçaloy kəndində inzibati mərkəz olmaqla yaradılmışdır. Əvvəlcə rayona 10 yaşayış məntəqəsi daxil edildi: Kurçaloy, Tsotsi-Yurt, Qeldaqan, İlasxan-Yurt, Mayrtup, Baçı-Yurt, Djuqurtı, Tsentaroy, Alleroy və Avturı. SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 7 mart 1944-cü il tarixli "Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğvi və ərazisinin inzibati quruluşu haqqında" Fərmanı ilə Kurçaloy rayonunun şimal-qərb hissəsi eyni Fərmanla Stavropol diyarına daxil olan Qroznı rayonuna, cənub-şərq hissəsi isə Suraqat rayonu adlandırılaraq Dağıstan Muxtar Sovet Sosialist Respublikasına daxil edildi.
Kuşnarenko rayonu
Kuşnarenko rayonu (başq. Кушнаренко районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Kuşnarenko kəndiidir. == Coğrafiyası == Rayon Ufanın şimal-qərbində yerləşir. Rayonun sahəsi 1718 km²-dir. rayon Pribelskaya təpəli düzənliyində, meşə-çöl zonasında keçid ərazidə yerləşir. Qnun ərazisindən Aqidel çayı və onun qolları olan Çermasan, Karmasan çayları axır. İqlimi mülayim kontinental, isti, bir qədər ariddir. Tünd boz rəngli qumlu torpaqlar geniş yayılmışdır. Faydalı qazıntıları neft və qum yataqları ilə təmsil olunur.
Kuşyovski rayonu
Kuşyovski rayonu (rus. Кущёвский район) — Rusiya Federasiyası, Krasnodar diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Kuşyovski kəndidir. == Coğrafiyası == Kuşyovski rayonu Azov-Kuban düzənliyinin şimal hissəsində yerləşir. Şimal və şərqdə Rostov vilayəti, qərbdə Starominski, cənubdan Krasnodar diyarının Leninqrad və Krılovski rayonları ilə həmsərhəddir. Rayondan aşağıdakı çaylar axır: Eya, Kuqo-Eya, Mokraya Çuburka, Rossoş, Sosıka, Elbuzd, Kavalerka. Rayonun ərazisi 237,2 min hektardır, bunun 215,4 min hektarı əkin sahələridir. == Tarix == Rayon 2 iyun 1924-cü ildə Cənub-Şərq vilayətinin Donski rayonunun tərkibində yaradıldı. Buraya Kuban-Qara dəniz diyarının ləğv edilmiş Yeysk şöbəsinin ərazisinin bir hissəsi daxil idi. Əvvəlcə rayonun tərkibinə 17 kənd məclisi daxil idi: Alekseevski, Bolşekozinski, Qlebovski, Qudkovo-Limanovski, İvano-Slyusarevski, İlyinski, İrinovski, Kislyakovski, Krasnoselski, Kuqoeyiski, Kuşçevski, Mixailovski, Novoserqeyevski, Poltavçenski, Şkurinski 16 noyabr 1924-cü ildən rayon Şimali Qafqaz diyarının, 10 yanvar 1934-cü ildən Azov-Qara dəniz diyarının bir hissəsi idi.
Köyörqəze rayonu
Köyörqəze rayonu (başq. Көйөргәҙе районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Ermolayevo kəndidir. == Coğrafiyası == Rayon Başqırdıstanın cənubunda, Orenburq vilayəti ilə həmsərhədə yerləşir. Rayonun sahəsi 2.370 km²-dir. Rayonun ərazisi Ümumi Sırtın şimal hissəsində, hündürlüyü 400 m-ə qədər olan sahəni əhatə edir. İqlimi mülayim kontinental, isti və quraqdır. Hidroqrafik şəbəkə Aqidel çayı və onun qolları olan Meleuz, Böyük Yuşatır, Böyük Kuyurqaz və Kiçik Yuşatırla təmsil olunur. Ərazisində əsasən qara torpaqlar yayılmışdır. Palıd, cökə, ağcaqayın və digər enliyarpaqlı meşələr talalar şəkilində ərazinin 7% -ni tutur.
Gəncə-Daşkəsən iqtisadi rayonu
Gəncə-Daşkəsən iqtisadi rayonu — Azərbaycanın 14 iqtisadi rayonlarından biri. Tərkibinə Daşkəsən, Goranboy, Göygöl, Samux inzibati rayonları və Gəncə, Naftalan şəhərləri daxildir. Sahəsi - 5808 km² . Əhalisi - 611,3 min nəfər.Rayonun iqtisadi və siyasi cəhətdən mərkəzi şəhəri Gəncə dir. == Tarix == 7 iyul 2021-ci ilə qədər rayon Gəncə-Qazax iqtisadi rayonu adlanırdı. Ərazisinə Gəncə və Naftalan şəhərləri, həmçinin Ağstafa, Qazax, Daşkəsən, Gədəbəy, Tovuz, Goranboy, Göygöl, Samux, Şəmkir inzibati rayonları daxil idi. Gəncə-Daşkəsən iqtisadi rayonu, Azərbaycan Prezidentinin 7 iyul 2021-ci il tarixli "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərmanı ilə qurulmuşdur. == Əhali == == İqtisadiyyat == İqtisadiyyat Bölgənin əsas yeraltı sərvətləri neft, təbii qaz, pirit, kobalt, barit, dəmir filizi, alunit, əhəng daşı, mərmər, gips, seolit, bentonit, sement xammalıdır. Daşkəsən dəmir filizi, Zəyilik alunit, qızıl və mis, Xaşbulaq isə əhəng-daşı kimi zəngin yataqlara sahibdir. Elektrik enerjisi sənayesi Gəncə və Yenikənd SES-ləri ilə təmsil olunur.
Gəncə-Qazax iqtisadi-coğrafi rayonunun nəqliyyatı
Gəncə-Qazax iqtisadi rayonu — Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz inzibati rayonlarını, Gəncə və Naftalan kimi şəhərləri əhatə etməklə Azərbaycanın qərbində yerləşir. İqtisadi rayon şərqdən Aran iqtisadi rayonuyla, şimal-şərqdən Şəki-Zaqatala iqtisadi rayonuyla, şimaldan Gürcüstanın Kaxeti diyarıyla, şimal-qərbdən Gürcüstanın Aşağı Kartli (Borçalı) diyarıyla, cənubdan Kəlbəcər-Laçın iqtisadi rayonuyla, Qərbi Azərbaycanın Göyçə mahalıyla, cənubdan və qərbdən Qərbi Azərbaycanın Tavuş bölgəsiylə qonşudur. Gəncə-Qazax iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Gəncədir. İqtisadi rayon əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir. İqtisadi və sosial-mədəni potensialına görə, Gəncə-Qazax Abşeron iqtisadi rayonundan sonra respublikada ikinci yeri tutur. Onun ərazisinin ümumi sahəsi 12,48 min km² olmaqla ölkə ərazisinin 14,4 %-nə bərabərdir. Ərazisinin böyüklüyünə görə Aran iqtisadi rayonundan sonra 2-ci yeri tutur. Relyef xüsusiyyətlərinə qörə rayonun ərazisi 4 zonaya: maili düzənliklər, dağətəyi, orta dağlıq (dəniz səviyyəsindən 1000–2000 metr yüksəklikdə), yüksək dağlıq (dəniz səviyyəsindən 2000 m yüksəklikdə) zonalara ayrılır. Rayonun iqlim şəraiti də bu zonalara müvafiq olaraq müxtəlifdir. İqtisadi rayonun əlverişli təbii şəraiti və iqtisadi-coğrafi mövqeyi əhalinin məskunlaşmasında mühüm rol oynamışdır.
Gəncə-Qazax iqtisadi rayonu
Gəncə-Qazax iqtisadi rayonu — Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz inzibati rayonlarını, Gəncə və Naftalan kimi şəhərləri əhatə etməklə Azərbaycanın qərbində yerləşir. İqtisadi rayon şərqdən Aran iqtisadi rayonuyla, şimal-şərqdən Şəki-Zaqatala iqtisadi rayonuyla, şimaldan Gürcüstanın Kaxeti diyarıyla, şimal-qərbdən Gürcüstanın Aşağı Kartli (Borçalı) diyarıyla, cənubdan Kəlbəcər-Laçın iqtisadi rayonuyla, Qərbi Azərbaycanın Göyçə mahalıyla, cənubdan və qərbdən Qərbi Azərbaycanın Tavuş bölgəsiylə qonşudur. Gəncə-Qazax iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Gəncədir. İqtisadi rayon əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir. İqtisadi və sosial-mədəni potensialına görə, Gəncə-Qazax Abşeron iqtisadi rayonundan sonra respublikada ikinci yeri tutur. Onun ərazisinin ümumi sahəsi 12,48 min km² olmaqla ölkə ərazisinin 14,4 %-nə bərabərdir. Ərazisinin böyüklüyünə görə Aran iqtisadi rayonundan sonra 2-ci yeri tutur. Relyef xüsusiyyətlərinə qörə rayonun ərazisi 4 zonaya: maili düzənliklər, dağətəyi, orta dağlıq (dəniz səviyyəsindən 1000–2000 metr yüksəklikdə), yüksək dağlıq (dəniz səviyyəsindən 2000 m yüksəklikdə) zonalara ayrılır. Rayonun iqlim şəraiti də bu zonalara müvafiq olaraq müxtəlifdir. İqtisadi rayonun əlverişli təbii şəraiti və iqtisadi-coğrafi mövqeyi əhalinin məskunlaşmasında mühüm rol oynamışdır.
Gəncə-Qazax rayonu (sinoptik-iqlim rayonlaşdırılması)
Gəncə fiziki- coğrafi rayonu
Gəncə fiziki-coğrafi rayonu — Kiçik Qafqazın şimal-şərq yamacını əhatə edib, Şahdağ-Murovdağ silsilələrinin suayrıcından başlamış, şimalda dağətəyi maili düzənliklərə kimi davam edir. Mütləq yüksəkliyi 500-600 m-lə 3000-3300 m arasında dəyişib, mürəkkəb quruluşlu dağlıq relyefə malikdir. Landşaftı alçaq və orta dağ çöllərindən, alçaq və orta dağ meşələrindən və yüksək dağ çəmənliklərindən ibarətdir. Rayonun ərazisinin alçaq və orta dağlıq hissəsində relyefin az meyilliyə malik olması, dağdaxili çökəkliklərin geniş sahə tutması sayəsində burada meşələr insanlar tərəfindən intensiv deformasiya və transformasiyaya məruz qalmış, onların yerində yaşayış məntəqələri, geniş əkin və biçənək sahələri salınmışdır. Ərazinin alçaq və ortadağlıq qurşağında zəngin filiz yataqları (Daşkəsən, Gədəbəy, Zəylik) vardır. Rayon ərazisində heyvandarlıq və əkinçilik (kartof, kələm) daha geniş inkişaf etdirilmişdir. Onun dağ-iqlim kurort (Göygöl, Hacıkənd Gədəbəy, Daşkəsən) imkanları genişdir.
Gəncə fiziki-coğrafi rayonu
Gəncə fiziki-coğrafi rayonu — Kiçik Qafqazın şimal-şərq yamacını əhatə edib, Şahdağ-Murovdağ silsilələrinin suayrıcından başlamış, şimalda dağətəyi maili düzənliklərə kimi davam edir. Mütləq yüksəkliyi 500-600 m-lə 3000-3300 m arasında dəyişib, mürəkkəb quruluşlu dağlıq relyefə malikdir. Landşaftı alçaq və orta dağ çöllərindən, alçaq və orta dağ meşələrindən və yüksək dağ çəmənliklərindən ibarətdir. Rayonun ərazisinin alçaq və orta dağlıq hissəsində relyefin az meyilliyə malik olması, dağdaxili çökəkliklərin geniş sahə tutması sayəsində burada meşələr insanlar tərəfindən intensiv deformasiya və transformasiyaya məruz qalmış, onların yerində yaşayış məntəqələri, geniş əkin və biçənək sahələri salınmışdır. Ərazinin alçaq və ortadağlıq qurşağında zəngin filiz yataqları (Daşkəsən, Gədəbəy, Zəylik) vardır. Rayon ərazisində heyvandarlıq və əkinçilik (kartof, kələm) daha geniş inkişaf etdirilmişdir. Onun dağ-iqlim kurort (Göygöl, Hacıkənd Gədəbəy, Daşkəsən) imkanları genişdir.
Həkərə fiziki- coğrafi rayonu
Həkərə fiziki-coğrafi rayonu — eyniadlı çay hövzəsini əhatə edir, relyefin mütləq yüksəkliyi 500 m.-dən (cənubda) 2000-2200 m.-ə qədər ucalır. Şimaldan Qarabağ vulkanik yaylası, qərbdən Ermənistan Respublikası, şərqdən Qarabağ silsiləsi, cənubdan isə Arazboyu fiziki-coğrafi rayonu ilə sərhədlənir. Rayon ərazisi üç tərəfdən dağlarla əhatə olunub, cənuba, Aşağı Araz çökəkliyinə və İran yaylasına tərəf açıldığından arid ərazilərin təsirinə daha çox məruz qalır və bununla əlaqədar olaraq ərazidə 1000-1100 m. mütləq yüksəkliklərə qədər kserofit kollu quru çöl və seyrək arid-meşə və meşə-çöl, 1700-1800 m.-ə qədər palıd vələs meşələri və kollu meşə-çölləri, ondan yuxarıda isə çölləşməyə məruz qalmış dağ kserofit kollu subalp çəmən landşaftları inkişaf emişdir. Həkərə, Hoçaz və Bazarçay dərələri geniş bir sahədə tuf, konqlomerat, qravelit, gillicələrdən ibarət Həkərə lay dəstəsi çöküntülərlə doldurulduğundan relyefə yüksək yastanvarı maili (2-30- dən 10-150- yə qədər) düzənliklər əmələ gətirir. Bu lay dəstəsinə kəsilən çay dərələrinin yamaclarda dik olub köndələn yarğanlara parçalanmışdır. Fiziki - coğrafi rayonun ərazisində heyvandarlıq, əkinçilik , bağçılıq inkişaf etmişdir. Arıçılığın inkişafı üçün geniş təbii imkanlar vardır.
Həkərə fiziki-coğrafi rayonu
Həkərə fiziki-coğrafi rayonu — eyniadlı çay hövzəsini əhatə edir, relyefin mütləq yüksəkliyi 500 m.-dən (cənubda) 2000-2200 m.-ə qədər ucalır. Şimaldan Qarabağ vulkanik yaylası, qərbdən Ermənistan Respublikası, şərqdən Qarabağ silsiləsi, cənubdan isə Arazboyu fiziki-coğrafi rayonu ilə sərhədlənir. Rayon ərazisi üç tərəfdən dağlarla əhatə olunub, cənuba, Aşağı Araz çökəkliyinə və İran yaylasına tərəf açıldığından arid ərazilərin təsirinə daha çox məruz qalır və bununla əlaqədar olaraq ərazidə 1000-1100 m. mütləq yüksəkliklərə qədər kserofit kollu quru çöl və seyrək arid-meşə və meşə-çöl, 1700-1800 m.-ə qədər palıd vələs meşələri və kollu meşə-çölləri, ondan yuxarıda isə çölləşməyə məruz qalmış dağ kserofit kollu subalp çəmən landşaftları inkişaf emişdir. Həkərə, Hoçaz və Bazarçay dərələri geniş bir sahədə tuf, konqlomerat, qravelit, gillicələrdən ibarət Həkərə lay dəstəsi çöküntülərlə doldurulduğundan relyefə yüksək yastanvarı maili (2-30- dən 10-150- yə qədər) düzənliklər əmələ gətirir. Bu lay dəstəsinə kəsilən çay dərələrinin yamaclarda dik olub köndələn yarğanlara parçalanmışdır. Fiziki - coğrafi rayonun ərazisində heyvandarlıq, əkinçilik , bağçılıq inkişaf etmişdir. Arıçılığın inkişafı üçün geniş təbii imkanlar vardır.
Kalinin rayonu (Ufa)
Kalinin rayonu (rus. Кали́нинский райо́н, başq. Калинин районы) — Rusiyanın subyektlərindən biri olan Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərinin yeddi şəhər rayonundan biri. Kalinin rayonu Ufa şəhərinin şimal-şərqində yerləşir. == Coğrafiya == Rayonun ərazisi 201 kvadrat kilometrdir. == Tarixi == XVI əsrin axırlarında hal-hazırda rayonun yerləşdiyi ərazidə, Çernikovo (rus. Черниково) adlı bir kənd yaranmışdır. Bu kəndin adı, əmlak sahibi olan, Nijni Novqorodlu vitze-qubernator Mixail Naqoyun oğlu, İvan Çernikov-Onuçinin adından götürülmüşdür. 23 dekabr 1931 tarixində, Başqırd MSSR-in əmri ilə Çernikov kəndi rəsmiləşdirilmişdir. 1936-cı ildə kənd, Ufa şəhər dairəsinə Stalin rayonu (rus.
Kama Tamaqı rayonu
Kama Tamaqı rayonu (tatar. Кама Тамагы районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın qərbində, Volqanın sağ sahilində yerləşir. Təteş, Apas, Yuxarı Oslan rayonları ilə, Kuybışev su anbarı boyunca Layış və Spas rayonları ilə həmsərhəddir. İnzibati mərkəzi Kama Tamaqı şəhər tipli qəsəbəsidir. == Coğrafiyası == Rayonun relyefi orta hündürlüyü 170–190 m olan yüksək bir düzənlikdir. Volqa sahillərindəki yüksəkliklər ənənəvi olaraq "dağlar" adlanır: Yuryev dağları, Boqorodski dağları, Syukey dağları, Təteş dağları. Rayon ərazisindəki Lobaç dağı, Yuryevskaya mağarası da var. 1958-ci ilə qədər Syukeyevski mağaraları mövcud idi ki, oda su anbarının inşası nəticəsində su tərəfindən yuyulmuşdur. Əsasən boz və tünd boz meşə torpaqları geniş yayılmışdır.

"rayonu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#rayonu nədir? #rayonu sözünün mənası #rayonu nə deməkdir? #rayonu sözünün izahı #rayonu sözünün yazılışı #rayonu necə yazılır? #rayonu sözünün düzgün yazılışı #rayonu leksik mənası #rayonu sözünün sinonimi #rayonu sözünün yaxın mənalı sözlər #rayonu sözünün əks mənası #rayonu sözünün etimologiyası #rayonu sözünün orfoqrafiyası #rayonu rusca #rayonu inglisça #rayonu fransızca #rayonu sözünün istifadəsi #sözlük