razyana sözü azərbaycan dilində

razyana

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • razyana • 76.4706%
  • Razyana • 23.5294%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Razyana
Razyana (lat. Foeniculum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin razyana cinsinə aid bitki növü. Razyana meyvələri bütöv halda yeyinti sənayesində və tibdə istifadə olunur. Razyana toxumlarının tərkibində 4-6 % efir yağı vardır. Ona görə də razyana efir yağı almaq üçün də becərilir. Efir yağının ən qiymətli tərkib hissəsi anetol adlanan ətirli maddədir. Efir yağı və onun tərkibində olan anetol yeyinti, ətriyyat - kosmetika və əczaçılıq sənayesində işlədilir. Dərman məqsədilə meyvələrindən istifadə olunur. Meyvəsini sentyabr ayında yetişənə az qalmış toplayıb açıq havada bir müddət qurudur, xüsusi maşında başqa qarışıqlardan təmizləyib ayırır, aptek anbarına təhvil verirlər. Meyvəsinin tərkibində efir yağından başqa 16-18 % piyli yağ və 27 % zülal maddəsi vardır.
Adi razyana
Adi razyana (lat. Foeniculum vulgare) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin razyana cinsinə aid bitki növü. Adi raziyana boyu 2 metrə qədər uzanan ikillik ətirli ot bitkisidir. Razyananın nəzəri cəlb edən sarı rəngdə xırda çiçəkləri vardır. Uzunsov yumurtavarı, qoşa dənədən ibarət meyvələri olur. Vətəni Aralıq dənizi və Yaxın Şərqdir. Azərbaycanda bu bitkiyə Dəvəçi-Xaçmaz zonasında və Abşeronda çox rast gəlinir. Meyvələrinin tərkibində efir yağı, piyli yağ, karotin, C vitamini və s. olur. Dərman məqsədilə razyananın meyvələrindən istifadə olunur.
Razyana yağı
Razyana yağı (Foenıculum mıll) – iki və ya çoxillik çətirşəkilli olub, sarı rənglidir. Bitkisinin bütün orqanları ətirlidir. İyun-iyul aylarında çiçək açır, avqusta isə toxumları yetişir. Toxumlarından alınan efir yağının miqdarı 2.5-3.5% olur. Efir yağının əsas tərkib hissəsi 50-60% anetoldan ibarətdir. Anetol – şirintəhər, özünə məxsus iyə malikdir. == Tərkibi == Razyana yağında 10-12%-ə qədər fenxona, pinenə, dipentenə, kamfenə, anis (cirə) aldehidinə, metilxavinol və anis turşusuna rast gəlinir. Razyana toxumlarından alınan efir yağının tərkibində rəngli maddələr, doymuş yağlar (18-23%) doymamış olein yağı (22%) kəhraba, alma turşuları vardır. == Istifadə sahələri == Razyana toxumlarından alınan efir yağı farmokopeyada mədə ağrılarına və öskürəyə qarşı istifadə olunan dərman kimi istifadə olunur. Onun toxumlarını əzib dəmləmək öskürək üçün təbii məlhəmdir.
Aptek razyanası
Adi razyana (lat. Foeniculum vulgare) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin razyana cinsinə aid bitki növü. Adi raziyana boyu 2 metrə qədər uzanan ikillik ətirli ot bitkisidir. Razyananın nəzəri cəlb edən sarı rəngdə xırda çiçəkləri vardır. Uzunsov yumurtavarı, qoşa dənədən ibarət meyvələri olur. Vətəni Aralıq dənizi və Yaxın Şərqdir. Azərbaycanda bu bitkiyə Dəvəçi-Xaçmaz zonasında və Abşeronda çox rast gəlinir. Meyvələrinin tərkibində efir yağı, piyli yağ, karotin, C vitamini və s. olur. Dərman məqsədilə razyananın meyvələrindən istifadə olunur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.09 dəfə / 1 mln.
2009 ••••• 0.16
2010 ••• 0.09
2011 •••••• 0.17
2017 •••••••••••••••••••• 0.65
2019 ••••• 0.14
2020 ••••• 0.13

razyana sözünün leksik mənası və izahı

razyana sözünün rus dilinə tərcüməsi

  • 1 1. бот. анис; 2. анисовый;

    Azərbaycanca-rusca lüğət / razyana
  • 2 сущ. бот. фенхель: 1. эфироносное растение сем. зонтичных 2. семена этого растения, используемые в медицине, пищевой и парфюмерной промышленности

    Azərbaycanca-rusca lüğət / razyana

razyana sözünün inglis dilinə tərcüməsi

razyana sözünün fransız dilinə tərcüməsi

razyana sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. бот. анис (1. вичин тумуникай эфирдин гъери хкуддай са набатат; адан верцӀи дад авай, хуш ни галай тум; 2. цуьруьхуьм дад галай ичерин са жуьре).

    Azərbaycanca-ləzgicə lüğəti / razyana

"razyana" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#razyana nədir? #razyana sözünün mənası #razyana nə deməkdir? #razyana sözünün izahı #razyana sözünün yazılışı #razyana necə yazılır? #razyana sözünün düzgün yazılışı #razyana leksik mənası #razyana sözünün sinonimi #razyana sözünün yaxın mənalı sözlər #razyana sözünün əks mənası #razyana sözünün etimologiyası #razyana sözünün orfoqrafiyası #razyana rusca #razyana inglisça #razyana fransızca #razyana sözünün istifadəsi #sözlük