Tatyana sözü azərbaycan dilində

Tatyana

Yazılış

  • Tatyana • 99.5094%
  • TATYANA • 0.3774%
  • tatyana • 0.1132%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tatyana Ananko
Tatyana Ananko (26 iyun 1984) — Belarusu təmsil edən bədii gimnast. == Karyerası == Tatyana Ananko Belarusu 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində gümüş medalın sahibi olub.
Tatyana Ağababayeva
Tatyana Ağababayeva — rəssam, batika ustası, Azərbaycan Rəssamlar İttifaqlarının üzvü. == Həyatı == Tatyana Ödtəkin qızı Ağababayeva 1953-cü ildə Qazaxıstanın Almatı şəhərində peşəkar rəssamların ailəsində (anası Ağababayeva Valentina Alekseyevna) dünyaya gəlib. 1975-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini bitirib. 1982-ci ildə V.İ.Muxina adına Leninqrad Ali Rəssamlıq-Sənaye Məktəbini (indiki Sankt-Peterburq Dövlət Rəssamlıq-Sənaye Akademiyası) qurtarıb. 1991-ci ildən SSRİ və Azərbaycan Rəssamlar İttifaqlarının üzvüdür. Ana tərəfdən babası Aleksey Nikolayeviç Şebaşev Qazaxıstanda çalışan hərbçilərdən idi, həvəskar rəssam idi. Ata tərəfdən babası İsgəndər Nəfisi dilmanc idi, rus dilindən Azərbaycan türkcəsinə tərcümə edərdi. Atası Odtəkin Ağababayev portret, anası Valentina Ağababayeva plakat rəssamı, oğulları Nikolay və Aleksey də batik rəssamlarıdır. == Yaradıcılığı == 1976-cı ildən Ümumittifaq, Beynəlxalq və Respublika səviyyəsində təşkil olunan 10-dan çox sərginin, bir neçə beynəlxalq simpoziumun iştirakçısı, bir neçə müsabiqənin qalibidir. 1991, 2002, 2005 (iki dəfə), 2009-cu illərdə Bakıda fərdi sərgiləri baş tutub.
Tatyana Bakalçuk
Tatyana Bakalçuk (rus. Татьяна Владимировна Бакальчук 16 oktyabr 1975) — Rusiyalı sahibkar, Wildberries şirkətinin qurucusu və baş direktoru, paltar, ayaqqabı, ev əşyaları və digər malların satıldığı Rusiya beynəlxalq onlayn mağazanın sahibi. Forbesin məlumatına görə, 20 fevral 2020-ci il tarixindən etibarən Tatyana Bakalçuk Rusiyanın ən varlı qadını olmuşdur. 1.4 milyard dollar sərvəti ilə Elena Baturinanı qabaqlamışdır. == Bioqrafiyası == Tatyana Bakalçuk koreya əsillidir. 1981-1992-ci illərdə oxuduğu Moskva yaxınlığındakı orta məktəbdə təhsil alır. Moskva Dövlət Regional Sosial və Humanitar İnstitutunda oxuyur. İngilis dili müəllimi diplomu alır. Bir müddət müəllim işləyir. 2004-cü ildə Tatyana uşaq dünyaya gətirir.
Tatyana Belan
Tatyana Belan (10 noyabr 1982) — Belarusu təmsil edən bədii gimnast. == Karyerası == Tatyana Belan Belarusu 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində gümüş medalın sahibi olub.
Tatyana Danilenko
Tatyana Danilenko (ukr. Тетяна Володимирівна Даниленко; 30 oktyabr 1983, Jitomir – Ukraynalı televiziya jurnalisti. == Bioqrafiyası == 30 oktyabr 1983-cü ildə Ukrayna SSR-in Jitomir şəhərində Sovet, Ukrayna yazıçısı Vladimir Danilenkonun və ukrayna dili müəlliməsinin ailəsində anadan olmuşdur.. 16 yaşında "Ukrayna sözü" qəzetində nəşr olunmağa başlanır. 2001-ci ildə ailəsi ilə Kiyevə köçür və Taras Şevçenko adına Kiyev Milli Universitetinin Jurnalistika fakultəsinə jurnalist olaraq daxil olur. 2002-ci ildə, ikinci kursda oxuyarkən STB TV kanalında "Vikna-Stolitsya" proqramının müxbiri olaraq işə başlayır və burada 2004-cü ilə qədər qalır. 2004-cü ilin yazında Kanal 5-də parlament müxbiri olaraq işə başlayır. 2006-cı ildən bəri "Ças novin" proqramının aparıcısı olur və 2009-cu ildən bəri "Ças: pidsumki tıjnya" verilişini aparmağa başlayır. 2013-cü ildən bəri isə "Ças: pidsumki dnya" verilişinin aparıcısı olur. 23 - 25 avqust 2011-ci il tarixlərində Pavel Kuyev ilə birlikdə Kanal 5-də Ukraynanın müstəqilliyinin elan edilməsinin 20 illiyinə həsr olunmuş "Ukrayna Müstəqilliyi" telemarafonunu keçirir.
Tatyana Dekanoviç
Tatyana Dekanoviç (25 fevral 1997) — Bosniya və Herseqovinalı atıcı. Tatyana Dekanoviç Bosniya və Herseqovinanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Tatyana Dekanoviç birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 410.8 xal toplayaraq 35-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Tatyana Deniskina
Tatyana Deniskina (d. 17 sentyabr 1985; Penza, Rusiya) — Rusiya əsilli Azərbaycanı təmsil edən basketbolçu. Tatyana Deniskina, Azərbaycan yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. == Karyerası == Tatyana Deniskina, 2017-ci ildə Azərbaycan yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Azərbaycan yığması, Mali yığmasını 13:7 hesabı ilə məğlub etdi və IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazandı.
Tatyana Fyodorova
Tatyana Fyodorova (20 mart 1978) — Azərbaycanı təmsil edən voleybolçu. Tatyana Fyodorova, Azərbaycan yığmasının heyətində 1994-cü ildə baş tutan Dünya Çempionatına qatılıb və 9-cu yeri tutub. == Karyerası == Tatyana Fyodorova, 1994-cü ildə Azərbaycan yığması ilə birgə Braziliyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışların 1/8 final mərhələsində Azərbaycan yığması, Almaniya yığmasını 1:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatını 9-cu yerdə başa vurdu.
Tatyana Jırkova
Tatyana Yorevna Jırkova — Rusiya Federasiyasının Yüngül atletika üzrə idmançısı. == Karyera == Tatyana Yorevna Jırkova 28 avqust 1970 ildə Tyonqyolyo kəndində anadan olmuşdur. Məktəbə qədər babasının yanında Tumul kəndində yaşamışdlr. İlk təhsilini isə Pavlov orta məktəbində almışdır. Beşinci sinifdə oxuyarkən məktəbin xizək üzrə bölməsinə yazılmışdır. Burada onun ilk müəllimi Anatoli Nikitiç Osipov olur. Tatyana məhz onu idman dünyasına gəlməsinin əsas səbəbkarı hesab edir. Tatyana 2002-ci ildə Belçikanın Torhaut şəhərində keçirilən 100 metr məsafəyə qaçışda birinci yeri tutur (7:37). Hollandiyanın Vinshoten şəhərində 2004-ci ildə keçirilən avropa çempionatında 7:10.31 (Avropa rekordu) vaxtla Avropa çempionu olur. 2008-ci ildə İtaliyanın Etrusk şəhərində 7:23.33, 2003-ci ildə isə Rusiyanın Çernoqolovka şəhərində keçirilən Avropa çempionatında 7:19.51 (Avropa rekordu) Avropa çempionu olur.
Tatyana Kurbakova
Tatyana Sergeyevna Kurbakova (d. 7 avqust 1986; Moskva, Rusiya) — Rusiyanı təmsil edən bədii gimnast. Tatyana Kurbakova, 2004-cü ildə Rusiyanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və qızıl medal qazanıb. == Karyerası == Tatyana Kurbakova, 2004-cü ildə Rusiya bayrağı altında Yunanıstanın paytaxtı Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Olesya Beluqina, Olqa Qlatskix, Natalya Lavrova, Yelena Murzina və Yelena Posevina ilə birgə finalda 49.875 xal toplayaq 1-ci yeri tutdu və Olimpiya Oyunlarının qızıl medalını qazandı.
Tatyana Lioznova
Tatyana Mixaylovna Lioznova (rus. Татьяна Михайловна Лиознова; 20 iyul 1924[…], Moskva – 29 sentyabr 2011, Moskva) — Sovet kino rejissoru, SSRİ xalq artisti (1984). == Həyatı == 20 iyul 1924-cü ildə Moskvada Moisey (Mixail) Aleksandroviç və İda İzrailevna Lizonovların ailəsində anadan olmuşdur. Tatyana Lioznovanın atası iqtisadçı-mühəndis idi. Müharibə başlananda o, xalq yığma ordusuna yazıldı və 1941-ci ildə vəfat etdi. Məktəbdən sonra Tatyana Lioznova Moskva Aviasiya İnstitutuna daxil olur. Lakin orada cəmi bir yarımillik oxuyur. 1943-cü ildə isə ÜDKİ-də Sergey Gerasimov və Tamara Makarovanın kursuna daxil olur. Sınaq yarımilliyinin sonunda pedaqoqlar onu çıxarmaq istəyirdilər. Onlar belə düşünürdülər ki, 19 yaşlı bir qızın rejissor sənəti üçün həyat təcrübəsi kifayət qədər deyil.
Tatyana Lyutayeva
Tatyana Borisovna Lyutayeva (rus. Татьяна Борисовна Лютаева; d.12 mart 1965, Odessa, Ukrayna SSR, SSRİ) — SSRİ -Rusiya teatr və kino aktrisası. Əlliyə yaxın filmdə rol almışdır.
Tatyana Maslani
Tatyana Qabriel Maslani (ing. Tatiana Gabriele Maslany) — Kanada aktrisası. Aktrisa elmi fantastika triller serialı olan Kanadada Space ABŞ-də isə BBC America kanalında yayımlanmış Qara Yetim-də oynadığı fərqli rollar ilə tanınma əldə etmişdir. Serialdakı performansına görə o Primetime Emmy Mükafatı (2016), TCA Mükafatı (2013), iki Critics' Choice Television Mükafatı (2013 və 2014) və dörd Canadian Screen Mükafatına (2014–17) layiq görülmüş, Qızıl Qlobus və Screen Actors Guild Mükafatlarına namızədliyi irəli sürülmüşdür. Maslani Kanada istehsalı serialında dram kateqoriyasında Emmy Mükafatını qazanaraq ilk Kanadalı aktrisa olmuşdur.O həmçinin Heartland (2008–2010), Doğum (2010) və Erika Olmaq (2009–2011) kimi teleseriallarda da çəkilmişdir. 2013-cü ildə Şəkil Günü filmində Kleir roluna görə ACTRA Mükafatı Kas və Daylan filmindəki performansına görə isə Phillip Borsos Mükafatlarını qazanmışdır. O Ölünün Gündəliyi (2007), Şərq Vədləri (2007), Əhd (2012), Qızıl Qadın (2015) və Güclü (2017) kimi filmlər ilə də tanınır.
Tatyana Mokşanova
Tatyana Mokşanova (erz. Мокшановонь Татьяна 9 yanvar 1984 və ya 1984, Baqana[d]) — Erzyan şairəsi, tərcüməçi. Rusiya Yazıçılar Birliyinin üzvü (2014-cü ildən). Mordoviya Respublikası başçısının gənc müəlliflər üçün ədəbi mükafatı laureatıdır (2006). == Bioqrafiyası == Tatyana Mokşanova 9 yanvar 1984-cü ildə Samara vilayətinin Şantalinski rayonu Baqan kəndində anadan olub. 2001-ci ildə Baqaninskaya orta məktəbini bitirib. 2006-cı ildə N. P. Oqaryov adına Mordoviya Dövlət Universitetinin filologiya fakültəsinin Erzyan filialını fərqlənmə diplomu ilə bitirmişdir. A. E. Vaneevin xatirəsinə Fin-Uqor Xalqlarının II Ədəbi Universitetinin iştirakçısı (Sıktıvkar), "Kitabxanadakı etnoqrafik məktəb" Respublika Təhsil Layihəsi (Podlesnaya Tavla, Mordoviya) və "Rusiya Federasiyasının mədəni məkanında milli ədəbiyyat" mövzusunda dəyirmi masa (Qazan), Rusiya Xalqlarının Milli Ədəbiyyat Festivalı (Nijni Novqorod, Bolşoy Boldino kəndi), «Sibir ktabı» beynalxalq festivalı (Novosibirsk). Mordoviyanın Valentina Mişanina, Evdokia Tereşkina, Tamara Barqova, Tatyana Razqulyaeva, Olqa Susoreva kimi yazıçıları ilə yanaşı gənc müəllif Tatyana Mokşanova "Mordoviya qadın nəsri" müəlliflər siyahısına daxil edilmişdir. Udmurt, rus, macar, ukrayna müəlliflərinin əsərlərini erzyan dilinə tərcümə edir.
Tatyana Omelçenko
Tatyana Omelçenko (d. 23 aprel 1994) — Ukrayna əsilli Azərbaycanlı güləşçi. Tatyana Omelçenko, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. == Karyerası == Tatyana Omelçenko, 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. -60 kiloqram çəki dərəcəsində çıxış edən Tatyana Omelçenko, qrup mərhələsinin son görüşündə, Türkiyə nümayəndəsi Gamze Nur Adakanı 4:0 hesabı ilə məğlub etdi və IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib oldu.
Tatyana Ostaşenko
Tatyana Ostaşenko (ukr. Тетяна Миколаївна Остащенко; 1974, Lvov) — Ukraynalı hərbi həkim. 30 iyul 2021-ci ildən Ukrayna Silahlı Qüvvələrinin Tibbi Xidmətinin komandanı, Tibb Xidmətinin Briqada generalı. Ukrayna tarixində orduya komandanlıq edən ilk qadın, eləcə də briqada generalı rütbəsində ilk qadın. == Bioqrafiya == 1974-cü ilin avqustunda Lvovda hərbçi ailəsində anadan olmuşdur. 1996-cı ildə Lvov Dövlət Tibb Universitetinin (indiki Danilo Halitski adına Lvov Milli Tibb Universiteti) əczaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1998-ci ildə isə Ukrayna Hərbi Tibb Akademiyasını bitirir. 1998-ci ildən hərbi hissənin aptek rəisi, Qərb Əməliyyat Komandanlığının hərbi tibb şöbəsinin zabiti, Silahlı Qüvvələrin Mərkəzi Hərbi Tibb İdarəsinin tibbi təchizat şöbəsinin rəisi vəzifələrində hərbi xidmətdə olub. Ukrayna Müdafiə Nazirliyinin Hərbi Tibb İdarəsinin və Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının hərbi və sülhməramlı əməliyyatlar baş idarəsinin rəisi, baş hərbi tibb müəssisəsinin tibbi təchizat şöbəsinin şöbə rəisi, Ukrayna Müdafiə Nazirliyinin baş inspeksiyasının baş müfəttişi. 2020-ci ildə o, NATO dövlətlərinin orduları üçün bir sıra kurslarda əməliyyat-taktiki təhsil səviyyəsini təkmilləşdirib, həmçinin Krenfild Universitetində (Böyük Britaniya) müdafiə və təhlükəsizlik sektorunda islahatlar və strateji liderlik kurslarını bitirib.
Tatyana Paller
Tatyana Paller (7 sentyabr 1995) — Almaniyalı peşəkar qadın trek velosipedçisi. Paller Almaniyanı beynəlxalq yarışlarda təmsil edir. Paller 2016 UEC Avropa Trek Çempionatında komanda yarışlarında da iştirak etmişdir.
Tatyana Petrova
Tatyana Petrova (d. 22 may 1973) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Tatyana Petrova, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu. Daha sonra Tatyana Petrova, Rusiya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Macarıstan yığmasını 12:11 hesabı ilə məğlub edən Rusiya yığması, Afina Olimpiadasını beşinci pillədə başa vurdu.
Tatyana Qorbunova
Tatyana İqorevna Qorbunova (d. 23 yanvar 1990; Yar Çallı, Rusiya) — Rusiyanı təmsil edən bədii gimnast. Tatyana Qorbunova, Rusiyanı 2008 Peкin Olimpiadasında təmsil edib və qızıl medal qazanıb. == Karyerası == Tatyana Qorbunova, 2008-ci ildə Rusiya bayrağı altında Çinin paytaxtı Peкin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Yelena Posevina, Marqarita Aliyçuk, Anna Qavrilenko, Darya Şkurixina və Natalya Zuyeva ilə birgə finalda 35.550 xal toplayaq 1-ci yeri tutdu və Olimpiya Oyunlarının qızıl medalını qazandı.
Tatyana Qubina
Tatyana Qubina (d. 15 noyabr 1977) — Qazaxıstanı təmsil edən su poloçusu. == Karyerası == Tatyana Qubina, Qazaxıstan yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün beşində də məğlub olan Qazaxıstan yığması, Sidney Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Tatyana Qubina, Qazaxıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində üç görüşün üçündə də məğlub olan Qazaxıstan yığması, Afina Olimpiadasını 8-ci pillədə başa vurdu.
Tatyana Samoylova
Tatyana Samoylova (rus. Татья́на Евге́ньевна Само́йлова; d. 4 may 1934, Leninqrad, RSFSR, SSRİ – 4 may 2014, Moskva, Rusiya) — Rusiyanın Xalq artisti (1992) == Həyatı və fəaliyyəti == Tatyana Samoylova 4 may 1934-cü ildə Leninqrad şəhərində anadan olmuşdur.Atası Yevgeni Samoylov məşhur aktyor, anası isə Polşa yəhudisi olan Zinaida Levinoy mühəndis idi. Aleksey adında qardaşı da vardı. 1937-ci ildə ailələri Moskvaya köçür. Tatyana məktəbə getməklə yanaşı, baletlə də məşğul olur. Məşhur balerina Maya Plisetskaya onun istedadını görür və Böyük Teatrın nəzdində balet məktəbində oxumağa dəvət edir. Amma atasının oynadığı rollarla tərbiyələnən Tatyana aktrisa olmaq istəyirdi. Elə bu istəklə də 1953-cü ildə B.Şukin adına Teatr Məktəbinə daxil olur. Lakin burada cəmi üç il təhsil alır.
Tatyana Sorokko
Tatyana Sorokko (rus. Татьяна Сорокко) (təxəllüsü Соро́кко 26 dekabr 1971, Arzamas-16) — rusiyalı Model və Moda redaktor. == Həyatı == Tatyana Nikolayevna Sorokko 26 dekabr 1971-ci ildə indiki Arzamas-16 şəhərində. == Karyera == Tatyana Sorokko Prada, Chanel, Alexander McQueen, Christian Dior, Calvin Klein, Donna Karan, Valentino, Marc Jacobs, Ralph Lauren, Chloe, Christian Lacroix, Givenchy, Jean-Paul Gaultier, Gianfranco Ferre, Issey Miyake, Kenzo, Michael Kors, Karl Lagerfeld, Gianni Versace, Yves Saint Laurent və digər moda evləri üçün podiuma çıxırdı. Vogue, Harper's Bazaar, Marie Claire, Cosmopolitan, ELLE kimi brend jurnalların üz qabığını bəzəyirdi. Pantene kosmetik markanın "üzü" seçilmişdi, həmçinin Donna Karan, Yves Saint Laurent, Ungaro, Versace, brendlərin reklam kampaniyalarında iştirak etmişdi. === Maraqlı faktlar === Tatyana Sorokko anketi: Boyu : 180 sm Sinə ətrafı : 86,5 sm Beli : 61 sm Omba genişliyi : 86,5 sm Saçlarının rəngi : Sarışın Gözlərinin rəngi : Mavi == İstinadlar == == Xarici keçidlər == "Татьяна Сорокко: FashionModelDirectory.com" (ingilis). 2012-05-11 tarixində arxivləşdirilib. "Татьяна Сорокко: [[Internet Movie Database]]" (ingilis). 2012-05-11 tarixində arxivləşdirilib.
Tatyana Totmyanina
Tatyana Totmyanina (rus. Татьяна Тотьмянина; 2 noyabr 1981, Perm) — Rusiyanı təmsil edən fiqurçu. Tatyana Totmyanina Marinin ilə birgə 1997-ci ildən 2006-cı ilə qədər beynəlxalq yarışlarda mübarizə aparıb. Totmyanina və Marinin cütlüyü 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarında qızıl medala sahib olub. Totmyanina və Marinin cütlüyü həm də 2002 və 2003-cü illərdə baş tutan Dünya Çempionatlarının gümüş medalına, 2004 və 2005-ci illərdə baş tutan çempionatların isə qızıl medalına sahib olub, 2002 və 2005-ci illərdə ISU Qran-Pri Finalında qızıl medala, üç dəfə (2002, 2003 və 2004-cü illərdə) isə Rusiya Çempionatının qızıl medalına sahib olub. Totmyanina və Marinin cütlüyü ISU Çin və Yaponiya Qran-Priləri istisna olmaqla, digər dörd Qran-Pri mərhələsinin hamısında qalib olmağı bacaran azsaylı idmançılardandır. Totmyanina və Marinin cütlüyü 2 dəfə Fransa Qran-Prisinin (2002 və 2005-ci illərdə), 2 dəfə Kanada Qran-Prisinin (2002 və 2003-cü illərdə), 2 dəfə Rusiya Qran-Prisinin (2003 və 2005-ci illərdə) və 1 dəfə ABŞ Qran-Prisinin (2002-ci il) qalibi olub. Karyerası ərzində 50 yarışa qatılan Totmyanina və Marinin cütlüyü onların 20-də qızıl medal, 8-də gümüş medal, 7-də isə bürünc medal qazanıb. 2007-ci ildə Rusiya Federasiyası Prezidenti Vladimir Putin tərəfindən "Şərəf" ordeni ilə təltif edilib. Karyerasını başa vurduqdan sonra Tatyana Totmyanina 2007 və 2008-ci illərdə Rusiyanın "Birinci Kanal"nda yayımlanan "Buz dövrü" teleşousuna qatılıb.
Tatyana Xmırova
Tatyana Xmırova (6 fevral 1990, Volqoqrad) — Rusiyanı təmsil edən həndbolçu. == Karyerası == Tatyana Xmırova Rusiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində Cənubi Koreya yığmasına 25:24 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını 8-ci yerdə başa vurdu.
Tatyana Yosipoviç
Tatyana Yosipoviç (xorv. Tatjana Josipović; 14 may 1962, Zaqreb) — Xorvatiyanın birinci xanımı. Tatyana Yosipoviç Xorvatiyanın prezidenti İvo Yosipoviçlə ailə həyatı qurub. Onların Lana adlı bir qızı var. Xanım Yosipoviç Zaqreb Hüquq Universitetinin professorudur.
Tatyana Nikolayevna Romanova
Tatyana Nikolayevna Romanova (rus. Великая Княжна Татьяна Николаевна; 10 iyun 1897, Peterhof, Sankt-Peterburq quberniyası[d] – 17 iyul 1918) — Rusiya imperiyasının sonuncu çarı II Nikolayın və onun həyat yoldaşı Aleksandra Fyodorovnanın qızı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 9.41 dəfə / 1 mln.
2002 •••••••••• 6.85
2003 •••••••••••••• 10.24
2004 •••••••••••••• 9.77
2005 •••••••••••••••••• 12.82
2006 ••••••••••••••••• 12.39
2007 ••••••••• 6.34
2008 •••••••••••••••• 11.94
2009 •••••••••••••• 10.08
2010 ••••••••••• 7.62
2011 •••••••••••• 8.58
2012 ••••••••••••• 9.29
2013 •••••••••••• 8.61
2014 •••••••••• 6.86
2015 •••••••••••••• 10.04
2016 •••••••••••• 8.85
2017 •••••••••••••••••••• 14.96
2018 ••••••••••••• 9.59
2019 •••••••••••••••• 11.27
2020 •••••••••• 6.90

tatyana sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan qadın adlarının izahlı lüğəti.

düzəldən, təsis edən; müəyyənləşdirmək.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

"tatyana" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tatyana nədir? #tatyana sözünün mənası #tatyana nə deməkdir? #tatyana sözünün izahı #tatyana sözünün yazılışı #tatyana necə yazılır? #tatyana sözünün düzgün yazılışı #tatyana leksik mənası #tatyana sözünün sinonimi #tatyana sözünün yaxın mənalı sözlər #tatyana sözünün əks mənası #tatyana sözünün etimologiyası #tatyana sözünün orfoqrafiyası #tatyana rusca #tatyana inglisça #tatyana fransızca #tatyana sözünün istifadəsi #sözlük