* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [lat. redaction – qaydaya, səliqəyə salma] 1. Mətni işləmə və düzəltmə, redaktə etmə. Protokolun son redaksiyası. Əsərin redaksiyasını mütəxəssisə tapşırmaq. 2. Hər bir nəşrin (kitabın, məcmuənin və s.-nin) nəşrinə rəhbərlik. Professorun redaksiyası altında dərslik. // Həmin işə rəhbərlik edən heyət, orqan. Baş redaksiya. Redaksiya şurası. Redaksiya heyəti. 3. Bir fikrin, tezisin, müddəanın bu və ya digər şəkildə ifadəsi, ifadə forması. Nizamnamənin 3-cü paraqrafının yeni redaksiyası. 4. Hər hansı bir bədii, musiqi və b. əsərin, yaxud onun ayrıca bir hissəsinin variantı. Romanın yeni redaksiyası. “İldırımlı yollarla” baletinin yeni redaksiyası. 5. Dövri mətbuat orqanının çapa hazırlanmasına rəhbərlik edən əməkdaşlar kollektivi. “Ədəbiyyat və incəsənət” qəzetinin redaksiyası. // Mətnin əlyazmasını işləyib çapa hazırlamaqla məşğul olan işçilər qrupu. 6. Redaksiya əməkdaşlarının işlədiyi bina. Redaksiyanın ünvanı.
Azərbaycan dilinin izahlı lüğəti / redaksiya2 lat. redactus (redactio) – qaydaya salınma, səhmana salınmış 1) mətbuatda, radio və televiziyada əsərin müəllif nüsxəsi üzərində redaktorun iş prosesi (redaktə). Redaksiya müəllifin fərdi üslubunu saxlamaqla, əsərin məzmun və formasını təkmilləşdirməkdən ibarət yaradıcı prosesdir. Redaksiya şərti olaraq siyasi, ədəbi və elmi növlərə ayrılır; 2) mətnşünaslıqda ədəbi və ya elmi əsər mətninin müəllif, yaxud redaktor tərəfindən təshih edilib yenidən işlənmiş, təkmilləşdirilmiş variantı. Redaksiya zamanı əsərin yalnız dil və üslubu, süjet və kompozisiyası deyil, ideya istiqaməti, nəzəri müddəaları da dəyişikliyə uğraya bilər. Bu halda yaranan yeni mətnə əsərin yeni redaksiyası deyilir; 3) kütləvi təbliğat və informasiya vasitələri sistemində (qəzet, jurnal, radio və televiziya verilişləri, ensiklopediya, nəşriyyat, kino və s.) inzibati idarə; 4) redaktor heyəti; 5) nəşretmə, satış, yayım, məqalələrin və s. qəbulu ilə məşğul olan kontor, yer və ya şəxslər.
Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / redaksiya1 REDAKSİYA Dedim redaksiyada oxuyuram, elə ki, bəyəndilər, çap etməli oldular, gətirib Mina xanımı da tanış edərəm (M.İbrahimov); QƏZETXANA (köhn.) [Həsən:] Sən qanan budur ki, qəzetxanada işləyən adam gərək quzey qarı kimi təmiz olsun, polad kimi möhkəm, haqqı nahaqqa verməsin (Ə.Qasımov).
Azərbaycan dilinin sinonimlər lüğəti / redaksiya2 I сущ. редакция: 1. проверка и исправление текста при подготовке к печати. Romanın redaksiyası редакция романа 2. разг. руководство изданием книги, журнала и т.д. Professorun redaksiyası altında lüğət словарь под редакцией профессора 3. та или иная формулировка, выражение мысли. Nizamnamənin yeni redaksiyası новая редакция устава 4. вариант какого-л. литературного, музыкального и т.п. произведения. Poemanın yeni redaksiyası новая редакция поэмы, əsərin birinci redaksiyası первая редакция произведения 5. коллектив работников, ведущих периодический орган печати. “Azərbaycan” qəzetinin redaksiyası редакция газеты “Азербайджан”, jurnalın redaksiyası редакция журнала 6. группа работников, занимающихся обработкой и подготовкой текста рукописи к изданию. Nəşriyyatın dil və ədəbiyyat redaksiyası редакция языка и литературы издательства, baş redaksiya главная редакция, redaksiya üzvü член редакции 7. помещение, где работают редакционные работники. Redaksiyanın ünvanı адрес редакции II прил. редакционный. Redaksiya heyəti редакционная коллегия, redaksiya işi редакционная работа
Azərbaycanca-rusca lüğət / redaksiya1 I. i. 1. (bina) editorial office; 2. (işi) editorship; ~sı ilə / altında edited (by); ilk ~ first / original wording II. s. editorial; ~ heyəti editorial board; editorial staff
Azərbaycanca-ingiliscə lüğət / redaksiya1 [lat. redaction-qaydaya, səliqəyə salma] редакция (1. кхьенвай са затӀунин винел кӀвалахна адан кимивилер, гъалатӀар дуьзар хъувун; редактироватун; 2. ктаб, журнал ва мс. печатдай акъудуниз регьбервалун; гьа кардин кьилел алай, гьа кардиз регьбервал ийизвай орган, состав; 3. кхьей ва я лагьай са фикирдин лугьунин тегьер; 4. литературадин, музыкадин ва мс. эсердин ва я адан ччарадаказ са паюнин вариантрикай-жуьрейрикай сад; 5. газет, журнал ва мс. печат авуниз регьбервал ийизвай редакциядин кӀвалахдаррин коллектив; // кхьенвай са затӀунин винел кӀвалахна ам печатдиз гьазурдай кӀвалахдаррин группа; 6. редакциядин идара, дарамат); // редакциядин.
Azərbaycanca-ləzgicə lüğəti / redaksiya