stress-reaksiya sözü azərbaycan dilində

stress-reaksiya

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • stress-reaksiya • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Stress
Stres — çətin vəziyyətlərlə qarşılaşdığımız zaman bədənimizin və zehnimizin yaşadığı təzyiq və ya gərginlik hissi. Günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq. Gündəlik həyatımızda istər-istəməz fərqli əhvali-ruhiyyələr yaşamalı oluruq. İnformasiya dövrü adlanan günümüzdə zamanla ayaqlaşa bilmək üçün ayıqlıq, xüsusi qabiliyyət və yüksək analiz qabiliyyəti tələb olunur. Beləcə, günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq. Yorğun oluruq, başımız ağrıyır, bəzən özümüzü o qədər halsız, taqətsiz hiss edirik ki, iş yerindən qalxıb evə getməyə belə, əziyyət çəkirik. Bütün bu problemlərin təməlində dəhşətli bir xəstəlik dayanır: stres. Tibb lüğətində stres adlı bir xəstəliyə rast gəlinməsə də, əksər xəstəliklərin əmələ gəlməsi məhz bu amillə bağlıdır. İnsan daim tələsir, dəqiqəsini ölçüb-biçir, hər saatın tamamında kiminləsə görüş planlaşdırır, hansısa yazını 3 gün ərzində bitirib, redaksiyaya təhvil verməyi boynuna götürür və beləcə, qayğılar axarında özü də hiss eləmədən çox şeyini itirir. Stress, sadəcə, bu günün meydana çıxardığı bəla deyil, hər zaman olub, amma bugünkü stres heç zaman olmayıb.
Reaksiya
Etiraz — nisbi olaraq bir hadisəyə və vəziyyətə qarşı əks istiqamətdə reaksiya göstərməkdir. Ümumiyyətlə bu reaksiya göstərmə forması, müxalif görüşü sözlə ifadə etmə yanında o görüşü toplumsallaştırma və bir qrupla birlikdə ifadə etmə xarakteri də daşıya bilər. Bundakı məqsəd ictimaiyyət nəzdində səsini daha çox duyurabilmek və rəhbərliyə qarşı daha təsirli bir duruş sergileyebilmektir. Bu, birbaşa ifadə və təsir etmənin və aktivizmi bir yoludur.
Stress hormonlar
Stress hormonlar — stres hormonları tənzimləyən fermentlər monoaminoksidaza(MAO) və katexolamintransferazadır(KOMT) .MAO neyronun hüceyrə daxili stres hormonları parçalayır.KOMT isə hüceyrələrin sinapslar arası stres hormonları parçalayır.
Kimyəvi reaksiya
Kimyəvi reaksiya — maddənin tərkib və xassələrinin dəyişməsi ilə baş verən hadisəyə Edvin teoremi deyilir. Kimyəvi reaksiyalar həmişə fiziki hadisələrlə müşayət olunur. Fiziki hadisə zamanı maddənin tərkibi dəyişmir, yalnız forması, həcmi və aqreqat halı dəyişir. Kimyəvi reaksiyaları aşağıdakı xarici əlamətlərə görə müəyyən etmək olur: İstiliyin ayrılması və ya udulması; İşığın ayrılması; Rəngin dəyişməsi; Çöküntünün əmələ gəlməsi və ya itməsi; Qaz halında maddənin ayrılması; İyin çıxması. Kimyəvi reaksiyaların baş verməsi üçün reaksiyaya daxil olan maddələr bir-biri ilə təmasda olmalı və əksər hallarda qızdırılmalıdır. Bərk maddələrin xırdalanması və qarışdırılması reaksiyanın başlanmasına kömək edir və reaksiyanı sürətləndirir. Kimyəvi reaksiyanın gedişinin əmsallar və formullar vasitəsilə şərti yazılışına kimyəvi tənlik deyilir. Kimyəvi tənliklər tərtib edilərkən maddə kütləsinin saxlanması və maddə tərkibinin sabitliyi qanunlarından istifadə edilir. Hər tənlik ox işarəsi ilə birləşmiş iki hissədən ibarətdir. Sol tərəfdə reaksiyaya girən maddələrin, sağ tərəfdə isə reaksiya nəticəsində alınan maddələrin formulları yazılır: 2H2 + O2 → 2H2O == Kimyəvi reaksiyaların sürəti == Kimyəvi reaksiya haqqında əsas məlumatları əldə etmək üçün onun sürətini bilmək vacibdir.
Zəncirvari reaksiya
Zəncirvari reaksiya – hər birində əvvəlki addımın məhsulu kimi zərrəcik yaranan, ayrı-ayrı reaksiyalar ardıcıllığıdır. Zəncirvari reaksiyaya misal kimi ağır elementlərin nüvələrinin parçalanmasını göstərmək olar. Burada parçalanma aktlarının sayı əvvəlki mərhələdə nüvənin parçalanmasından yaranan neytronlarla şərtlənir. Zəncirvari reaksiyalar, istifadə olunmamış əlaqəyə malik zərrəcik rolunu sərbəst atomlar və ya radikallar oynayan kimyəvi reaksiyalar arasında geniş yayılmışdır. Zəncivari reaksiyanın mexanizmi nüvə parçalanmasında kulon səddi olmayan və udan zaman nüvəni həyacanlandıran neytronlar tərəfindən təmin olunur. Meydana gələn hər yeni zərrəcik növbəti, bir-birinin ardınca gələn reaksiyanı yaradır. Reaksiya daşıyıcı zərrəcik itirildikdə dayanır. İtkinin iki səbəbi olur: zərrəcik yenisini yaratmadan udulur və ya zərrəcik aktiv mühiti tərk edir. Əgər hər bir reaksiya aktında bir daşıyıcı zərrəcik yaranarsa, onda zəncirvari reaksiya şaxələnməmiş olur. Şaxələnməmiş zəncirvari reaksiyada çox enerji ayrıla bilmir.
Reaksiya (dəqiqləşdirmə)
Reaksiya — nisbi olaraq bir hadisəyə və vəziyyətə qarşı əks istiqamətdə reaksiya göstərməkdir. Reaksiya və ya Reaksiyalar həmçinin bu mənaları da ifadə edə bilər: Reaksiyalar — iki və ya daha çox maddənin bir-biri ilə qarşılıqlı təsiri nəticəsində xassələrini itirərək yeni xassələrə malik maddələrin əmələ gəlməsidir.
Posttravmatik stress pozuntusu
Posttravmatik stress pozuntusu (PTSP) — bir və ya bir neçə son dərəcə təhlükəli və ya fəlakət xarakterli stress hadisəsi və ya vəziyyəti nəticəsində inkişaf edir. PTSP boşanma, iş yerinin itirilməsi və ya imtahandan kəsilmə kimi ümumi disstress situasiyalar nəticəsində, adətən, inkişaf etmir. PTSP- istənilən yaş qrupuna daxil olan şəxsdə rast gəlinə bilər. == Epidemiologiya == Tədqiqatlara əsasən əhalinin 39-90%-i ömründə ən az bir dəfə travmatik hadisə yaşayır. Zərərçəkənlər arasında aparılan tədqiqatlarda ən geniş yayılmış psixotravmatik faktorlara ağır somatik travmalar (9,4%), fiziki təzyiq (8,3%), başqasının ağır yaralanması və ya ölümünə şahid olma (7,1%), yaxınlarının qəfləti ölümü və ya ağır xəstələnməsi xəbəri (5,7%), seksual zorakılıq (2%) aiddir. Kesslerə görə travmatik hadisədən sonra PTSP-nin yaranma ehtimalı kişilərdə 8,1%, qadınlarda 20,4%-dir. Nisbətən gənc şəhər populyasiyasında bu göstərici daha yüksəkdir; kişilər üçün 13%, qadınlar üçün 30,2%. Çoxsaylı araşdırmalardan aşağıdakı ümumi nəticələr meydana çıxmışdır. yetkin (orta yaşlı) kişilər qadınlara nisbətdə daha az travmatik hadisə ilə üzləşirlər cinslərarası müxtəlif travmatik hadisələrin müqayisəli analizi göstərir ki, kişilər daha çox fiziki təzyiq və yol-nəqliyyat qəzası, qadınlar isə seksual zorakılıqla üzləşirlər == Etiologiya == Tarix boyu PTSP daim mübahisələr mövzusu olmuşdur. Bir çoxları üzvi səbəbdən şübhələnirdilər.
Stress testi (maliyyə)
Maliyyədə stress testi — maliyyə qurumlarının, xüsusən də bankların, gözlənilməz və ya ekstremal iqtisadi və maliyyə şərtlərdə (məsələn, iqtisadi resessiya, kəskin faiz artımı və ya maliyyə bazarlarında şoklar) dayanıqlığını qiymətləndirmək üçün istifadə edilən bir analiz metodudur. Stress testləri, maliyyə qurumlarının mövcud risklərini və potensial zəif tərəflərini müəyyənləşdirmək üçün vacib bir tənzimləmə alətidir. Stress testləri, bankların və digər maliyyə qurumlarının böhranlara davamlılığını qiymətləndirmək və ümumi maliyyə sisteminin təhlükəsizliyini təmin etmək üçün əsas tənzimləmə vasitəsidir. Bu testlərdən əldə olunan nəticələr tənzimləyicilər üçün vacib məlumat mənbəyidir və sistemin sabitliyinə töhfə verir. == Məqsədləri == Maliyyə qurumlarının kapital səviyyəsinin və likvidlik mövqeyinin qeyri-adi şərtlərdə necə təsir edəcəyini göstərmək. Sistem əhəmiyyətli qurumların uğursuzluğunun qarşısını almaq və maliyyə sisteminin bütövlüyünü təmin etmək. Bankların beynəlxalq və milli tənzimləmə tələblərini yerinə yetirdiyinə əmin olmaq. Stress testlərinin nəticələri, maliyyə qurumlarının idarə heyətinə və rəhbərliyinə risklərin idarə olunması üçün daha yaxşı qərarlar qəbul etməyə kömək edir. == Stress testinin əsas mərhələləri == Testlər müxtəlif ssenarilər əsasında aparılır. Məsələn: Makroiqtisadi şərtlər — resessiya, yüksək inflyasiya, işsizlik artımı.

Oxşar sözlər

#stress-reaksiya nədir? #stress-reaksiya sözünün mənası #stress-reaksiya nə deməkdir? #stress-reaksiya sözünün izahı #stress-reaksiya sözünün yazılışı #stress-reaksiya necə yazılır? #stress-reaksiya sözünün düzgün yazılışı #stress-reaksiya leksik mənası #stress-reaksiya sözünün sinonimi #stress-reaksiya sözünün yaxın mənalı sözlər #stress-reaksiya sözünün əks mənası #stress-reaksiya sözünün etimologiyası #stress-reaksiya sözünün orfoqrafiyası #stress-reaksiya rusca #stress-reaksiya inglisça #stress-reaksiya fransızca #stress-reaksiya sözünün istifadəsi #sözlük