referent-tərcüməçi sözü azərbaycan dilində

referent-tərcüməçi

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • referent-tərcüməçi • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tərcüməçi
Tərcüməçi — Bir dildən başqa dilə tərcümə etməklə məşğul olan adam; mütərcim.
Adil Əfəndiyev (tərcüməçi)
Adil Əfəndiyev və ya Adil Nəcdət (1907 – 9 fevral 1973, Bakı) — Axısqa türkü, alim, Bakı Sovetinin II, IV, V, VI, VIII, IX çağırış deputatı. == Həyatı == Adil Ələddin oğlu Əfəndiyev 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin şərq fakültəsinin dilçilik şöbəsini bitirmişdir. Əmək fəalyyətinə hələ tələbə ikən başlamışdır. 1924-cü ildə "Kəndli qəzetəsi"nin katibi, 1925–1939-cu illərdə Azərbaycan Dövlət Nəşriyyatı – "Azərnəşr"də orfoqraf, tərcüməçi, redaktor, şöbə müdiri vəzifələrində çalışmışdır. 1939–1953-cü ildə Azərbaycan Radio Verilişləri Komitəsində baş redaktor, sədrin birinci müavini və sədr vəzifəsində çalışmışdır. 1954–1964-cü illərdə Azərbaycan Dövlət Nəşriyyatı-"Azərnəşr"in müdiri vəzifəsində çalışmışdır. 1964–1972-ci illərdə Azərbaycan SSR Dövlət Mətbuat Komitəsi sədrinin birinci müavini olmuşdur. 1972–1973-cü illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda tərcümə bölməsinin müdiri olmuşdur. Nizami Yubiley Komitəsinin məsul katib və sədr müavini, terminoloji komitənin, toponimika komissiyasının, Azərbaycan Sovet Ensiklopediyası baş redaksiyasının üzvü olmuşdur. Bir çox bədii, siyasi əsərlərin, o cümlədən K. Marks, F. Engels, V. İ. Lenin, Ö. Xəyyam, İ. S. Turgenyev, L. Tolstoy, M. Tven, C. Oldric və başqalarının əsərlərnin, tarix və coğrafiya dərsliklərinin Azərbaycan dilinə tərcüməçisi və tərcümələrinin redaktoru olmuşdur.
Cəlil Xəlilov (tərcüməçi)
Cəlil Əliheydər oğlu Xəlilov (14 mart 1924, Nuxa – 7 dekabr 2004, Bakı) — Azərbaycanlı tərcüməçi-filoloq; SSRİ Jurnalistlər İttifaqının üzvü (1957), Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1969), AMEA Terminologiya Komitəsinin üzvü. == Həyat və fəaliyyəti == Cəlil Xəlilov 14 mart 1924-cü il tarixində Nuxa şəhərində anadan olub. 1940-cı ildə Mirzə Fətəli Axundov adına Nuxa şəhər 2 nömrəli tam orta məktəbi bitirmişdir. Elə həmin ildə də Şəki şəhərində müəllimlər institutunun ikiillik fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1942-1946-cı illərdə ordu sıralarında xidmət etdikdən sonra Şəki şəhərinə qayıdıb M.Qorki adına 10 nömrəli orta məktəbdə rus dili müəllimi işləmişdir. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin rus dili və ədəbiyyatı fakültəsinə daxil olmuşdur. Tərcüməçi kimi əmək fəaliyyətini 1950-ci ildə Azərbaycan Teleqraf Agentliyində (AzərTA) başlamışdır. Müxtəlif illərdə həmin agentliydə tərcüməçi-redaktor və direktor müavini vəzifələrində çalışmışdır. 1974-1986-cı illər ərzində "Kommunist" qəzeti redaksiyasında tərcümə şöbəsinin müdiri vəzifəsində çalışmışdır, 1987-ci ildə isə MK yanında Partiya tarixi institunda partiya tarixi bölməsinin baş elmi işçisi vəzifəsində çalışmışdır. Təqaüdə cıxdıqdan sonra, müasir Azərbaycanda 1992-1993-cü illərdə Dövlət Statistika Komitəsində ümumi şöbənin baş müfəttiş-tərcüməçi vəzifəsində, 1993-2000-ci illərdə isə Azərbaycan Beynəlxalq Bankında protokol şöbəsinin aparıcı və baş mütəxəssis-tərcüməçisi vəzifələrini yerinə yetirmişdir.

referent-tərcüməçi sözü azərbaycan dilinin lüğətlərində

İzahlı tərcüməşunaslıq terminləri lügəti

xarici dilləri bilən və «Dilçi. Tərcüməçi » diplomu olan mütəxəssis. Müq. et: tərcüməçi və tərcüməçi-referent.

İzahlı tərcüməşunaslıq terminləri lügəti

Oxşar sözlər

#referent-tərcüməçi nədir? #referent-tərcüməçi sözünün mənası #referent-tərcüməçi nə deməkdir? #referent-tərcüməçi sözünün izahı #referent-tərcüməçi sözünün yazılışı #referent-tərcüməçi necə yazılır? #referent-tərcüməçi sözünün düzgün yazılışı #referent-tərcüməçi leksik mənası #referent-tərcüməçi sözünün sinonimi #referent-tərcüməçi sözünün yaxın mənalı sözlər #referent-tərcüməçi sözünün əks mənası #referent-tərcüməçi sözünün etimologiyası #referent-tərcüməçi sözünün orfoqrafiyası #referent-tərcüməçi rusca #referent-tərcüməçi inglisça #referent-tərcüməçi fransızca #referent-tərcüməçi sözünün istifadəsi #sözlük