reologiya sözü azərbaycan dilində

reologiya

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • reologiya • 66.6667%
  • Reologiya • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Reologiya
Reologiya yunan (rheos – axım və loqos – söz, nəzəriyyə) sözündən yaranan, maddənin axımı və deformasiya haqqında elmdir. Reologiyanın M. Reynerin nəzəriylə fizika elminə, daha çox mexanika elminə aid etmək olar. Rəsmi olaraq "reologiya" termini amerikalı Yudjin Binqam tərəfindən 3-cü plastik mövzusuna aid olan simpoziumda (1929-cu il ABŞ) irəli sürülüb, lakin reologiyanın ayrı-ayrı mövqeləri bir qədər əvvəl də məlum idi. İ. Nyutonun qatı mayelərin hərəkətinə müqavimət qanunu, Novye-Stoksun sıxılmayan mayelərin hərəkətinin düsturu, Dj-Maksvell Tomsonun və başqalarının işləri təşkil edir. Bu sahədə rus alimlərinin – D. İ. Mendeleyev, N. P. Petrov, N. Ş. Vedov və sovet alimləri P. A. Rebinder, M. P. Volaroviç, Q. V. Vinoqradovun da əməkləri böyükdür. Reologiya bir neçə bölmələrə ayrılır: Nəzəri reologiya (fenomenoloji reologiya və yaxud makroreologiya) hidromexanika elmi ilə, elastik, plastin və sürünmə nəzəriyyələri ilə çox sıx bağlıdır. O, cismə deformasiyadan yaranan mexaniki gərginliyin təsiri ilə vaxt dəyişməsi arasında olan asılılığı təyin edir. Təcrübi reologiya (reometriya) cisimlərin müxtəlif reoloji xassələrini xüsusi cihaz və sınaq maşınları vasitəsilə təyin olunur. Mikroreologiya mikrohəcmlərdə deformasiyanı və axıcılığı tədqiq edir, məsələn dispers sistemlərin fazalarındakı hissələrin ölçüsündəki və yaxud atom və molekul ölçüsündə həcmlərdə. Bioreologiya insanlarda və heyvanlarda müxtəlif bioloji mayelərin (qan, sinoval, plevral və s.) axıcılığını, müxtəlif toxumaların (əzələ, sümük, qan damarları) deformasiyasını tədqiq edir.

Oxşar sözlər

#reologiya nədir? #reologiya sözünün mənası #reologiya nə deməkdir? #reologiya sözünün izahı #reologiya sözünün yazılışı #reologiya necə yazılır? #reologiya sözünün düzgün yazılışı #reologiya leksik mənası #reologiya sözünün sinonimi #reologiya sözünün yaxın mənalı sözlər #reologiya sözünün əks mənası #reologiya sözünün etimologiyası #reologiya sözünün orfoqrafiyası #reologiya rusca #reologiya inglisça #reologiya fransızca #reologiya sözünün istifadəsi #sözlük