Rəcəbo sözü azərbaycan dilində

Rəcəbo

Yazılış

  • Rəcəbo • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aydın Rəcəbov
Aydın Məhəmməd-Ağa (Məmmədağa) oğlu Rəcəbov (9 aprel 1944, Bakı) — xalçaçı-rəssam, Azərbaycan Rəssamlar İttifaqının "Dekorativ-tətbiqi sənət" bölməsinin rəhbəri, Azərbaycan Respublikasının xalq rəssamı (2021). == Həyatı == Aydın Rəcəbov 9 aprel 1944-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, 1966-cı ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmiş və həmin il Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olmuşdur. İkinci kursdan M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun xalça kafedrasında təhsilini davam etdirmiş və buradan 1972-ci ildə məzun olmuşdur.Rəssam 1975-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü, 1991-ci ildə isə Azərbaycan Rəssamlar İttifaqının Rəyasət heyətinin üzvü seçilmişdir. O, 2012-ci ildə Azərbaycan Rəssamlar İttifaqının "Dekorativ-tətbiqi sənət" bölməsinin rəhbəri təyin olunmuşdur. == Yaradıcılığı == Aydın Rəcəbov xalçaçı-rəssam Lətif Kərimov xalçaçılıq məktəbinin yetirməsi hesab edilir. Bununla yanaşı o, öz fərdi yaradıcılıq üslubunu formalaşdırmış və yaradıcılığını ənənələrə bağlılığı və müasirliyin sintezinə əsaslandırmışdır. Onun xalça və naxış yaradıcılığında poeziya qaynaqlarına, Azərbaycanın orta əsr miniatür ənənələri və kompozisiya quruluşuna müraciət əsas yer tutur. Rəssamın bu qəbildən olan əsərlərinə "Şirinin Bisituna gəlməsi", "Bahar qızı", "Şərq gözəli", "Ud ifaçısı", "Çövkən oyunu", "Şahın elçiliyi" və başqaları daxildir.Bundan əlavə, "Münəccimlər", "Əncir ağacı", "Süvari dərviş", "Dür at", "Günəş gəzdirən ağ dəvə", "Qurbanlıq qoç", "Əkinçi qoca", "Mücərrəd Qımıl", "Dünya ağacı və ya badam ağacı", "Simurq", "Faytonçu", "Həmsöhbət kişilər" kimi əsərləri rəssamın yaradıcılığında xüsusi yer tutur.Aydın Rəcəbovun 2005-ci ildə Bakıda və Stokholmda fərdi sərgiləri keçirilmişdir.O, respublika və beynəlxalq sərgilərində müəllifi olduğu xalçaları ilə iştirak etmişdir. Xalçaçı rəssamın əsərləri Azərbaycan muzeylərində və Almaniya, Türkiyə, İtaliya, İspaniya, İsveçrə, Fransa və digər ölkələrdə müxtəlif şəxsi kolleksiyalarda saxlanılır.
Berdımurad Rəcəbov
Rəcəbov yaradılır (türkm. Berdimyrat Rejepowiç Rejepow; 5 fevral 1957, Qalkınış etrapı) — Türkmən siyasətçisi, diplomat. 2012–2016-cı illərdə. Türkmənistanın Rusiya Federasiyası, Bolqarıstan, İspaniya və Sloveniyadakı səfiri idi. Keçmişdə Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, Türkmən Dəmir Yolları İdarəsinin rəisi, Türkmənnebitqaz Korporasiyasının sədri idi. Lebap vilayətində və Aşqabadda hakim vəzifəsində çalışmışdır. == Həyatı == 5 fevral 1957-ci ildə Türkmənistanın Lebap velayatının Galkınış etrapının Guinuk kəndində anadan olmuşdur. 1981-ci ildə Kiyev Ticarət və İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə bitirib. 1981–1982-ci illərdə SSRİ Ticarət Nazirliyinin əhalinin istehlak mallarına olan tələbatının və ticarət vəziyyətinin öyrənilməsi üzrə Ümumittifaq Elmi Tədqiqat İnstitutunun Türkmənistan şöbəsində kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1983–1989-cu illərdə Xalq Deputatları Aşqabad İcraiyyə Komitəsi sistemində şöbə müdiri, rayon icraiyyə komitəsi başçısının müavini vəzifələrində çalışmışdır.
Cavad Rəcəbov
Cavad Hənifə oğlu Rəcəbov (20 dekabr 1954, Lənkəran rayonu) — Azərbaycan müğənnisi. == Həyatı == Cavad Rəcəbov 1954-cü il, dekabrın 20-də Lənkəranın Sütəmurdov kəndində anadan olmuşdur. 4 yaşında olarkən atası Hənifə kişinı itirmişdir. Anasının himayəsində böyümüşdür. Cavad ifaçılıq məharətini hələ 5-ci sinifdə oxuyarkən göstərdi. Stolun tinini, stulları döyəcləyərək ritmlər çalırdı. Ilk dəfə “Yenilməz batalyon” filmindəki məşhur mahnını gözəl ifa etməsi ilə diqqəti cəlb etdi. Hələ 11 yaşda ikən onu öz dövrünün məşhur sənətçisi Sona xanım ilk dəfə toy məclisində onunla birgə çalmağa dəvət elədi. Cavadın özünəməxsus tərzdə və şux ritmlərlə çaldığı nağara Sona xanımın çox xoşuna gəlmişdi. Bir müddət sonra isə Cavad məşhur müğənni Teymur Mustafayevlə tanış oldu və onunla birlikdə beş il el şənliklərində, konsertlərdə çıxış elədi.
Hadı Rəcəbov
Hadi Rəcəbli və ya Hadi Rəcəbov (25 oktyabr 1947, Viravul, Lənkəran rayonu) — I–V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Əmək və Sosial Siyasət Komitəsinin sədri, Azərbaycanda ilk siyasi elmlər namizədi, siyasi elmlər doktoru, professor. == Həyatı == Rəcəbli Hadi Musa oğlu 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Viravul kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. 1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləmişdir. 1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən "Bakinski raboçi" qəzetinin xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olmuşdur. 1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır. Ehtiyatda olan mayordur. 9 kitabın və 220-dən çox elmi-publisistik məqalənin müəllifidir. Azərbaycanda ilk siyasi elmlər namizədidir. == Siyasi fəaliyyəti == Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
Oqtay Rəcəbov
Oqtay Məmmədağa oğlu Rəcəbov (5 aprel 1941, Bakı – 15 dekabr 2022) — Azərbaycan bəstəkarı, pedaqoji elmlər doktoru, professor (1995), Prezident təqaüdçüsü, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2019), Azərbaycan SSR əməkdar müəllimi (1987). == Həyatı == Oqtay Məmmədağa oğlu Rəcəbov 1941-ci il aprelin 5-də Bakıda anadan olub. Ali təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika və istehsalatın əsasları fakültəsində alıb (1958–1963). Azərbaycan EA-nın Fizika İnstitutunda aspirantura təhsili alıb. Azərbaycan Dövlət Konservatoriyasını bitirib (1969). 116 nömrəli axşam məktəbində fizika, 1 nömrəli Musiqi məktəbində isə musiqi fənnini tədris edib. Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda kiçik elmi işçi, baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb. Ü. Hacıbəyli adına Musiqi Akademiyasının "Azərbaycan xalq musiqisi" kafedrasının professorudur. 4 operanın, 3 musiqili komediyanın, 3 simfoniyanın, 2 oratoriyanın, 1 kantatanın, 500 mahnının müəllifidir. Pedaqogika və musiqi ilə bağlı 10 monoqrafiyanın, 70 dərslik, dərs vəsaiti və proqramın, 100-dən artıq məqalənin müəllifidir.
Rail Rəcəbov
Rail Eldar oğlu Rəcəbov(d. 10 iyul 1986, Bakı ş.) — Peşəkar və həvəskar kikboksçu, beynəlxalq yarışların qalibi. == Həyat və fəaliyyəti == 1986-ci il 10 iyulda Rail Rəcəbov Bakı şəhərində anadan olub; 13 saylı orta məktəbi bitirmişdir. 2004-2008-ci illərdə Təfəkkür Universitetində təhsil alıb; 2008-2009-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət edib; 1997-ci ildən kikboksinq idman növü ilə məşğul olmuş; 2001-2004-cü illərdə gənclər arasında Azərbaycan çempionu; 2007-ci il kişilər arasında Azərbaycan çempionu; 2006-ci il “world profil” üzrə dünya çempionatının low versiyasi üzrə ikincisi muay-tai üzrə üçüncüsü; 2006-cı ilin oktyabrında WAKO üzrə Avropa çempionatında Makedoniyada üçüncü yer; 2007-ci il Heydər Əliyev adına peşəkar turnirin qalibi rus döyüşçüsü Aleksandr Ramaska üzərində qələbə qazanıb; 2007-ci il Serbiyada WAKO üzrə dünya çempionatında ikinci yer nailiyyəti; 2008-ci ildə peşəkarlar arasında Azərbaycan çempionu kəmərinin qalibi; 2007-ci il "idman ustası" adına layiq görülmüş; 2012-ci ildə Azərbaycan Respublikasının "əməkdar idman ustası" adını qazanmış; 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən Olimpiya Komitəsi tərəfindən "fəxri fərman"la mükafatına layiq görülmüş; 5 peşəkar döyüş, 3 qələbə; 2000-ci ildə yeniyetmələr arasında boks üzrə Respublika çempionu; 2001-2010-cu illərdə rabitəçi klubunun üzvü; Məşqçisi "əməkdar müəllim" Ceyhun Abbasov olmuşdur.
Rauf Rəcəbov
Rauf Əliheydər oğlu Rəcəbov — teleaparıcı, ssenarist, kino redaktoru, prodüser,QHT sədri. == Həyatı == Rauf Rəcəbov 10 iyul 1969-cu ildə Lerik rayonunda anadan olub. 1990-cı ildə Natiqlik sənəti və işgüzar menecer kollecini, 1996-cı ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (indi AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) bitirib. İxtisasca politoloqdur. == Fəaliyyəti == Rauf Rəcəbov tələbəlik illərindən yaşıdları arasında ictimai fəallığı ilə seçilmiş, ictimai işlərdə yaxından iştirak edərək hamının rəğbətini qazanmışdır. O, 1993-cü ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində əmək fəaliyyətinə başlamış, 2005-ci ilə qədər orada müxtəlif vəzifələrdə calışmışdır. Belə ki, 1993–1995-ci illərdə "Xəbərlər" redaksiyasında müxbir, 1995–2005-ci illərdə Televiziyanın "Səhər" musiqi-informasiya proqramında və "Xəzər"redaksiyasında şərhçi, şöbə müdiri və baş redaktorun müavini vəzifələrində işləmişdir. Rauf Rəcəbov həm də "Səhər" musiqi-informasiya proqramının yaradıcılarından biridir. Azərbaycan Teleməkanında ilk kriminal verilişin — 1995-ci ildə Dövlət Televiziyasında yayımlanan "Kriminal xronika" müəllif verilişinin yaradıcısı və aparıcısı, İnformasiya blokadasında olan Azərbaycanın həqiqətlərini bütün dünyaya catdırmaq ücün 1996-cı ildə dünyanın 142 ölkəsində yayımlanan Türkiyənin TQRT kanalında efirə gedən "Azərbaycan bu gün" adlı proqramının yaradıcısı və müəllifi olmuşdur. Bir sıra televiziya filmlərinin o cümlədən "Terror" sənədli filminin ssenari müəllifidir.
Ruslan Rəcəbov
Ruslan Rəcəb oğlu Rəcəbov (1 avqust 1984; Sumqayıt, Azərbaycan SSR — 31 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin miçmanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Rəcəbov 1984-cü il avqustun 1-də Sumqayıt şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin miçmanı olan Ruslan Rəcəbov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Rəcəbov oktyabrın 31-də Hadrutun azad edilməsi zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Rəcəbov ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Rəcəbov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Rəcəbov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Rəcəbov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Rəcəbov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Rəcəbov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Rəcəbov
Rəcəbov — Azərbaycan soyadı. Aydın Rəcəbov (d. 1944) — xalçaçı-rəssam, Azərbaycan Rəssamlar İttifaqının "Dekorativ-tətbiqi sənət" bölməsinin rəhbəri, Azərbaycan Respublikasının əməkdar rəssamı (2006). Cavad Rəcəbov (d. 1954) — Azərbaycanlı müğənni. Əli-Bala Rəcəbov (d. 1879) — Gəmi kapitanı. Əlixan Rəcəbov (d. 1991) — Azərbaycanlı aktyor. Əmrah Rəcəbov (d.
Teymur Rəcəbov
Teymur Rəcəbov (12 mart 1987[…], Bakı) — Azərbaycanın aparıcı şahmatçılarından biri, qrosmeyster (2001-dən etibarən), vunderkind. 2022-ci ilin iyul ayının reytinqinə görə Azərbaycan şahmatçıları arasında 2-ci, dünya şahmatçıları arasında isə 18-cidir.O 2001-ci ilin martında, 14 yaşında qrosmeyster adını qazanmaqla dünya şahmat tarixinin 2-ci ən gənc qrosmeysteri oldu. 2003-cü ildə Linares turnirində o vaxtki dünya 1-cisi Harri Kasparovu məğlub etdikdən sonra dünya 1-cisini məğlub edən ən gənc şahmatçı kimi dünya şahmat gündəminə düşdü. Ardınca, eyni ildə keçmiş dünya çempionları Vişvanatan Anand və Ruslan Ponomaryov üzərində qələbələr qazandı. Bu nəticə ilə birlikdə isə Rəcəbov 1 ildə üç FİDE dünya çempionunu məğlub edən yeganə şahmat ustası hesab edilir. Bundan sonra da o, elit şahmatçı olmaq üçün özünü inkişaf etdirdi. Nəhayət, 2012-ci ilin noyabrında əldə etdiyi maksimum reytinq olan 2793 reytinqi ilə dünya şahmatçılar cədvəlində 4-cü sıraya qalxdı. 2011 və 2013-cü illərdə iki dəfə Namizədlər Turnirində mübarizə aparmış və 2020 Dünya Şahmat Çempionatına vəsiqə qazanmışdır. 2009, 2013 və 2017-ci illərdə Azərbaycan komandası ilə birlikdə Şahmat üzrə Milli Komandaların Avropa çempionatının qalibi olmuşdur. Onun əsas fərdi uğurları arasında 2007-ci ildə Veyk-an-Zee turnirini, 2008-ci ildə Elista Qran Prisini, 2017 Cenevrə Qran Prisini və ən son 2019-cu ildə Dünya Şahmat Kubokunu qazanması yer alır.
Timur Rəcəbov
Timur Ummatoviç Rəcəbov (19 avqust 1976, Buynaksk, Dağıstan MSSR) — Dağıstan şairi və tərcüməçisi. Rusiya Yazıçılar Birliyinin üzvü (2015). == Həyatı == Timur Rəcəbov Dağıstanda, Buynakskda anadan olub. Onun ata nəsli Rutulski rayonunun Kina kəndindən gəlir. O, milliyətcə rutuldur. === Təhsili === Timur Rəcəbov Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Prezident Rəsul Həmzətov gənc şairin 1997-ci ildə Universitetə qəbul olması üçün ona referans verir. Məktəbə getməzdən öncə Rəcəbov Cənubi Dağıstanın Azərbycanla sərhəd dağlıq hissələrində yaşayıb. Tez-tez məktəblərini dəyişərək Mahaçqala, Kaspiysk, Xasavyurt, Buynaksk şəhərlərində təhsil alıb. Kolleci bitirdikdən sonra gələcək şair Dağıstan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almağa qərar verir.
Vahid Rəcəboğlu
Vahid Rəcəboğlu (azərb. (Əhmədov Vahid Rəcəb oğlu‎; d. 10 fevral 1951, Göyçə mahalı, Qoşabulaq) — Azərbaycan şairi. == Həyatı == Vahid Rəcəboğlu 1951-ci ilin 10 fevralında Göyçə mahalının Qoşabulaq kəndində tanınmış Aşıq Rəcəbin ailəsində dünyaya gəlmişdir. 1956-cı ildə Qoşabulaq kənd yeddi illik məktəbin 1-ci sinifinə qədəm qoymuşdur. 1959-cu ildə isə orta təhsil almaq üçün Bərdə rayonunundakı Yeni Daşkənd kəndinə gedir. Yeni Daşkənd kənd orta məktəbinin X sinifini əla qiymətlərlə bitirir. 1966-cı ildə indiki Gəncə Dövlət Universitetinin riyaziyyat fakultəsinə daxil olmuşdur. 1970-ci ildə institutu bitirmişdir. 1972-ci ildə hərbi xidmətə çağrılmışdır.
Vidadi Rəcəbov
Vidadi Həsən oğlu Rəcəbov (19 yanvar 1966) – Azərbaycan aktyoru. Naxçıvan MR əməkdar artisti (2000), Azərbaycan Respublikasının əməkdar artisti (2008). == Həyatı == Vidadi Rəcəbov 19 yanvar 1966-cı ildə doğulub. 1986-1988-ci illərdə N.Krupskaya adına Bakı Mədəni-Maarif Texnikumunun dram fakultəsində təhsil alıb. 1996-cı ildən Naxçıvan Dövlət Dram Teatrında aktyor işləyir. 1997-ci ildə Naxçıvan televiziyasında diktor işləyib. "Gerçəklik" şerlər kitabının müəllifidir. V. Rəcəbli 2000-ci ildə Naxçıvan MR əməkdar artisti, 2008-ci ildə isə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adlarına layiq görülüb. == Yaradıcılığı == Teatrın səhnəsində 70-dən çox müxtəlif səpkili obrazlar canlandırıb. Teatrda işlədiyi müddətdə dram, musiqili dram, komediya, musiqili komediya, tragikomediya, faciə, alleqoriya janrlarında obrazlar silsiləsi yaradıb.
Ziya Rəcəbov
Ziya Rəcəbov (d. 14 avqust 1982) — Azərbaycanlı voleybolçu və məşqçi. Məşqçi kimi - 2-ci dərəcəli beynəlxalq məşqçi, voleybolçu kimi - idman ustasına namizəddir. 2015-ci ildən etibarən kişilərdən ibarət Azərbaycan Milli komandasında köməkçi məşqçi vəzifəsini icra edir. == Həyatı == Rəcəbov Ziya Gündüz oğlu 14 avqust 1982-ci ildə Ağsu rayonunda anadan olub. 1989-cu ildə Ağsu şəhərində 1 saylı orta məktəbə gedib. 7-ci sinifə kimi bu məktəbdə oxuyub. Daha sonra ailəsi ilə birlikdə Bakıya köçüb və təhsilini Bakının Mikayıl Müşviq adına 18 saylı orta məktəbində davam etdirib. 2000-2005-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının İdman Oyunları bölməsində təhsil alıb. 2005-2008-ci illərdə hərbi xidmətdə olub.
Əli-Bala Rəcəbov
Rəcəbov Əli-Bala Ələkbər oğlu — gəmi kapitanı. == Həyatı == Əli-Bala Rəcəbov 22 mart 1879-cu ildə Bakı şəhərində Xəzər dənizçiləri ailəsində anadan olmuşdur. Valideynlərini tez itirən Əli qardaşının himayəsində böyümüşdür. 1921-ci ildə Həştərxanda doğulmuş Pryanişnikova Marfa Matveyevna ilə həyat qurmuşdur. 1941-ci ildə həyat yoldaşı vəfat etmişdir. 1947-ci ildə isə Bakıda doğulmuş Myaçın Veronika Arkadyevna ilə ailə həyatı qurmuşdur. Təəccüblü deyildir ki, o da ailəsindən nəslən keçən ixtisasa yiyələnmiş və ömrünün əlli ilini bu sənətə həsr etmişdir. == İş fəaliyyəti == 1904-cü il martın 8-də Bakı Dənizçilik peşə məktəbinə şturman olmaq üçün imtahan verən Rəcəbov, 1905-ci ildə milyonçu və xeyriyyəçi Musa Nağıyevin sahibi olduğu "Elias" gəmisində kapitan kimi fəaliyyətə başlayır. O, 1905-ci ildən 1922-ci ilə qədər Quliyevin sahibi olduğu "Abbasiya" gəmisində, 1922-ci ildən 1930-cu ilə qədər "İskra", "Lafarq" gəmiləri, 1930-cu ildən 1943-cü ilə qədər "Ağamalı oğlu" gəmisində kapitan kimi işləmişdir. İkinci Dünya Müharibəsi illərində Şimali Qafqazın işğalı və neftin dəmiryolu vasitəsilə daşınmasının qeyri-mümkünlüyü dənizçiləri və Bakı limanının rəhbərliyini yeni yollar axtarmağa vadar edir.
Əlixan Rəcəbov
Əlixan Vaqif oğlu Rəcəbov (1 avqust 1991, Bakı) — azərbaycanlı aktyor, rejissor, ssenari müəllifi. == Həyatı və karyerası == Rəcəbov Əlixan Vaqif oğlu 1991 ildə avqustun 1-i Bakı şəhərində doğulub. Milli Aviasiya Akademiyasında təhsil alıb, 2012-ci ildə məzun olub. 2009-cu ildə ilk dəfə Rusiyanın Həştərxan şəhərində, "Neftçi Bakı" ŞHK-nun heyətində çempionata qatılıb. 2009-cu ildən 2013-ilə qədər bir çox ŞHK liqalarında komandasıyla birlikdə iştirak edib. 2013-cü ildə Azərbaycan yığmasında Belarusun Minsk şəhərində 1-ci liqada oyuna qatılıb. 2014-cü ildə ANS telekanalında yayımlanan Comedy.AZ layihəsində rezidentlik edib. 2016-cı ilin dekabrında şəxsi videobloquna başladı. İlk videobloqları cəmiyyətdəki mənfi obrazlar haqqında çəkilmiş 1 dəqiqəlik videolar idi. Daha sonra bu videoformatdan çıxıb, daha keyfiyyətli və xronometraj baxımından uzun vloqlar çəkməyə başladı.
Əmrah Rəcəbov
Əmrah Rəcəbov (11 dekabr 2000, Gəncə – 8 oktyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əmrah Rəcəbov 11 dekabr 2000-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur. Kiçik yaşlarında atasını itirmişdir. Anası tərəfindən Gəncə şəhərində yerləşən internat tipli məktəbə verilmişdir. Orta təhsilini Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbində alır. Gəncə İnternat məktəbindən məzun olduqdan sonra, dövlət tərəfindən Masazır məzunlar evindən ev hədiyyə olunur. 2019-cu ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin sıralarında həqiqi hərbi xidmət keçmək üçün orduya çağrılmışdır. Xidməti fəaliyyətini Beyləqan rayonunu N saylı hərbi hissəsində icra etmişdir. 2020-ci ilin 27 sentyabr tarixində İkinci Qarabağ müharibəsinin başlmasından sonra Füzuli əməliyyatına cəlb olunmuş və Füzuli rayon mərkəzinin azad edilməsi uğrunda aparılan şiddətli döyüşlərdə iştirak etmişdir. Əmrah Rəcəbov 2020-ci ilin 8 oktyabr tarixində Füzuli əməliyyatının gedişatında yaralanmış əsgər yoldaşını, döyüş mövqeyindən çıxartmağa çalışarkən yaxınlığına düşən mərmi nəticəsində həlak olmuşdur.

"rəcəbo" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#rəcəbo nədir? #rəcəbo sözünün mənası #rəcəbo nə deməkdir? #rəcəbo sözünün izahı #rəcəbo sözünün yazılışı #rəcəbo necə yazılır? #rəcəbo sözünün düzgün yazılışı #rəcəbo leksik mənası #rəcəbo sözünün sinonimi #rəcəbo sözünün yaxın mənalı sözlər #rəcəbo sözünün əks mənası #rəcəbo sözünün etimologiyası #rəcəbo sözünün orfoqrafiyası #rəcəbo rusca #rəcəbo inglisça #rəcəbo fransızca #rəcəbo sözünün istifadəsi #sözlük