Sələfilik
Sələfiyyə və ya Sələfilik — Lüğətdə- əvvəl gəlmək, keçmək mənasında olan “sələf” (ərəb. سلف) sözündən törəyən sələfiyyə, ilk İslam alimləri və keçmiş İslam böyükləri ilə onların yolunu tutanlar mənasına gəlir. Əsasları İbn Teymiyyə tərəfindən atılmışdır. Bəzən buna “yaxşı”, ”xeyirli” mənasında “salih” sözünü də əlavə edərək , “sələfi-salihin” ifadəsi ilə İslamın ilk dövrlərindəki İslam alimləri nəzərdə tutulur.
Termin olaraq isə sələfiyyə- inanc mövzularına aid məsələlərdə ayə və hədislərdəki zahiri ifadə ilə kifayətlənib, bunları olduğu kimi qəbul edən fərqli izahlardan uzaq qalaraq təşbih və təcsimə düşməyən qruplar deməkdir. İlk İslam böyükləri səhabə və tabiindən çıxmışdır. Bu baxımından sələfiyyə, əshab və tabiinin yolunu tutanlar mənasına gələrək Əhli-sünnənin adı olaraq qarşımıza çıxmışdır. Ancaq sələfiyyə daha sonra “xələfiyyə” kimi bilinən Sünni kəlam məktəblərini əhatə etmədiyi üçün bəzi alimlər tərəfindən “Əhli sünnəyi-xassa” digərləri isə “Əhli sünneyi-ammə” şəklində tanınmışdır.
== Sələfiyyənin yaranma tarixi ==
Hz.Peyğəmbərin vəfatından sonra inanc mövzuları və siyasi sahədəki ixtilaflar ətrafında firqələşmələr ortaya çıxdığı zaman, hər bir firqə özünəməxsus bir ad ilə bilinməyə başlamış, bunların xaricində müsəlmanların əksəriyyəti xüsusi bir ad almadan varlığını davam etdirmişdir. Ancaq h.